Nazirlər Kabineti "Verildiyi, dayandırıldığı, bərpa və ya ləğv edildiyi barədə vergi orqanlarına məlumat göndərilməli olan icazələrin Siyahısı"nı təsdiq edib.
Milli.Az APA-ya istinadən xəbər verir ki, verildiyi, dayandırıldığı, bərpa və ya ləğv edildiyi barədə vergi orqanlarına məlumat göndərilməli olan icazələrin siyahısına 47 icazə daxil edilib.
Beləliklə, siyahıda aşağıdakı 47 icazə yer alıb:
- Dini təyinatlı ədəbiyyatın (kağız və elektron daşıyıcılarında), audio və videomaterialların, mal (məmulatların) və dini məzmunlu digər məlumat materiallarının istehsalına, idxalına, ixracına və yayılmasına razılıq.
- Dini təyinatlı ədəbiyyatın (kağız və elektron daşıyıcılarında), audio və videomaterialların, mal (məmulatların) və dini məzmunlu digər məlumat materiallarının satışı ilə bağlı ixtisaslaşdırılmış satış məntəqələrinin yaradılmasına razılıq.
- Dəniz nəqliyyatı sahəsində beynəlxalq müqavilələrə uyğun olaraq verilən sənədlər.
- Gəmi agenti xidmətlərinin göstərilməsi üçün sertifikat.
-"İxrac nəzarəti haqqında" Azərbaycan Respublikasının Qanununa əsasən ixrac nəzarətinə düşən malların (işlərin, xidmətlərin, əqli fəaliyyətin nəticələrinin) ixracı, təkrar ixracı, idxalı, təkrar idxalı və tranziti üçün icazə.
- İxrac məqsədli neft-qaz fəaliyyətinə xüsusi iqtisadi rejimin tətbiqi haqqında şəhadətnamə.
- İxrac məqsədli neft-qaz fəaliyyətinə görə güzəştləri əldə etmək üçün Azərbaycan Respublikasına idxal ediləcək avadanlıq və materialların siyahısının (idxal siyahısının) qeydə alınması.
- Avtovağzalın (avtostansiyanın) fəaliyyət göstərməsi üçün verilən pasport.
- Beynəlxalq avtomobil daşımalarını həyata keçirən xarici dövlətlərin nəqliyyat vasitələrinin Azərbaycan Respublikasının ərazisinə giriş-çıxış, yüklənmə və tranzit keçid hüququnu müəyyənləşdirən "İcazə" blankı.
- Azərbaycan Respublikası ilə beynəlxalq avtomobil daşımaları haqqında beynəlxalq müqavilə bağlamış xarici ölkələrin ərazisində beynəlxalq avtomobil daşımalarını yerinə yetirmək üçün avtodaşıyıcılara verilən xarici ölkələrin "İcazə" blankı.
- Azərbaycan Respublikası ərazisində avtomobil nəqliyyatı vasitələri ilə sərnişin və yük daşımalarını həyata keçirən vergi ödəyicilərinin hər bir avtomobil nəqliyyatı vasitəsi üçün verilən "Fərqlənmə nişanı".
- Vergi ödəyicilərinin öz istehsal fəaliyyətini təmin etmək üçün işçilərinin və özünəməxsus yüklərin daşınmasında istifadə olunan avtomobil nəqliyyatı vasitələri üçün verilən "Xüsusi fərqlənmə nişanı".
- Avtomobil nəqliyyatı ilə müntəzəm şəhərdaxili (rayondaxili), şəhərlərarası (rayonlararası) və beynəlxalq marşrut üzrə sərnişin daşınması (sərnişin daşınmasının təşkili) haqqında müqavilə.
- Təsisçisi və ya redaksiyasının daimi yeri Azərbaycan Respublikasının hüdudlarından kənarda olan xarici dövri mətbu nəşrlərin Azərbaycan Respublikasında yayılmasına razılıq.
- Yeyinti məhsullarının gigiyenik sertifikatı.
- Dərman vasitəsinin dövlət qeydiyyatı haqqında qeydiyyat vəsiqəsi.
- Dərman vasitələrinin Azərbaycan Respublikasının ərazisinə idxalına icazə.
- Səlahiyyətli iqtisadi operator statusunun verilməsi haq-qında qərar.
- Rüsumsuz ticarət mağazasının yaradılmasına icazə.
-Elektrik enerjisinin nəqlinə icazə.
-Elektrik enerjisinin paylanmasına icazə.
-Elektrik enerjisinin ixrac və idxal edilməsinə icazə.
- Müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən güc həddindən yuxarı elektrik qurğularının istismara buraxılış aktı.
- Qazın istehsalına və təbii qazın emalına icazə.
- Qazın nəqli üçün icazə.
- Qazın paylanmasına icazə.
- Yeraltı qaz anbarlarının işlənməsi, tikilməsi və istismarına icazə.
- Sənaye qaz qurğusunun istismarına icazə.
-Neft və qaz yataqlarının kəşfiyyatına icazə.
- Neft və qaz yataqlarının işlənməsi və hasilatına icazə.
- Neft və neft məhsullarının emalına icazə.
- Neft və neft məhsullarının boru kəmərləri vasitəsilə nəqlinə icazə.
- Əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasının ərazisində haqqı ödənilən əmək fəaliyyəti ilə məşğul olmaları üçün iş icazəsi.
- İdman mərc oyunlarının həyata keçirilməsi məqsədi ilə hüquqi şəxsin akkreditasiyası haqqında qərar.
- Xüsusi iqtisadi zonanın qeydiyyat şəhadətnaməsi.
- Qiymətli metallardan hazırlanmış məhsulların, o cümlədən zərgərlik və digər məişət məmulatlarının dövlət əyar damğası.
- Sənaye parkının qeydiyyat şəhadətnaməsi.
-Texnologiyalar parkının qeydiyyat şəhadətnaməsi.
- Texnoloji biznes inkubatorunun qeydiyyat şəhadətnaməsi.
- Sənaye, yaxud texnologiyalar parklarının rezidenti, idarəedici təşkilatı və operatoru, habelə investisiya təşviqi sənədi almış hüquqi şəxslər və hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyətini həyata keçirən fiziki şəxslər tərəfindən texnikanın, texnoloji avadanlıqların və qurğuların idxalı üçün təsdiqedici sənəd.
-İnvestisiya təşviqi sənədi.
-Açıq məkanda reklamın yerləşdirilməsinə icazə.
- Ümumi istifadədə olan avtomobil yolları istisna olmaqla, avtomobil yollarının qorunma (mühafizə) zolağında sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq istəyən hüquqi və fiziki şəxslərlə bağlanılan müqavilə.
- Tikintiyə icazə.
- Tikinti obyektinin istismarına icazə.
- Audiovizual əsərin, fonoqramın, kompüter proqramının, məlumat toplusunun, kitabın nüsxələrinə verilən nəzarət markası.
- Səyyar (mövsümi) ticarət və xidmət yerlərinin müəyyən edilməsinə görə icazə
XƏBƏR LENTİ
Onu bağışlamaq olarmı?!
Ağız qoxusunu necə aradan qaldırmalı?
Saxta və orijinal ətirləri necə fərqləndirməli?
Toy etmək istəyənlərin NƏZƏRİNƏ
Feyzanın istədiyi məbləğ dodaq uçuqladır!
Günün ulduz falı
Sadə kök salatı (foto resept)
"Üç azdır, beş uşaq dünyaya gətirin" - Ərdoğan
Azərbaycanda daha üç nəfər koronavirusdan öldü: 175 yeni yoluxma
ABŞ Azərbaycan Ordusunu ən güclülər siyahısına saldı
Pələngə qızıl diş qoydular-FOTO
Günün qoroskopu: Sevdiklərinizə zaman ayırın!
Zombiləşən uşaqlarımız
Bu cızma-qara 1 milyona satılır (FOTO).
Dərinizə parlaqlıq qazandıracaq maska
Necatinin xanımı AÇIQLAMA verdi-FOTO
Adamlardan akkumulyator kimi istifadə edəcəklər
Sürətli saç uzadan yağ
Bakının mərkəzində "ayı" peyda oldu
Twitter yeni şirkət alır
Gəlinciyi gəlinliyə dəyişdirilənlər
İstanbul su altında qaldı
Göbələk yeməyi (foto resept)
450 min avroluq Mercedes
Dırnaqlarınızı qoruyun
İkinci dalğa bu tarixdə başlayacaq
Hava haqqında
Whatsapp-ı internetsiz necə işlətmək olar?
Allahşükür Paşazadə Türkiyənin səfirini qəbul edib
Açıq beyin əməliyyatı zamanı Xəstə Skripka Çaldı - VİDEO
Zəlzələ anında nə etmək lazımdır?
Cəbrayıl uğrunda döyüşərkən şəhid olan baş leytenant - FOTO
Dənizin ortasında yaşayan qəbilə
Doğum gününə görə xarakter (iyul)
Zakir Həsənov Qırğızıstana getdi
Qızıl balıq piroqu (foto resept)
Trampın yeni koronavirus testinin nəticəsi açıqlandı
Prezident və xanımı ümumxalq Xocalı yürüşündə - FOTO
Vilayət Eyvazovdan yeni TƏYİNAT
Duzlu pomidor (foto resept)
Azərbaycanda yayın başlama vaxtı dəqiqləşdi
Övladlığa götürülən uşaqlar valideyn məhəbbətini görürlərmi?
Yeni doğulmuş əkiz körpələr bir yataqda yatmalıdır?
Sabah qar yağacaq
Koronanın yayılma səbəbi açıqlandı - ÜST rəsmisindən həyəcan təbili
Südlü sousda toyuq (foto resept)
Həftədə 2 dəfədən çox yemək sinə xərçəngi riskini artırır - FOTO
Hacılar vətənə qayıdır
Gündəlik normal qidalanma
Aclıq olsun, kef olsun?
- ŞƏRHLƏR