Bakıda hava 11°
USD 1.7002 AZN
EUR 2.0005 AZN

Böyürtkənli-qaymaqlı tart (foto resept)

Tərkibi:

Un - 150 q.

 Yumurta - 2 ədəd

Şəkər tozu - 100 q.

"Best Cow" kərə yağı - 75 q.

Qaymaq - 20 % - 350 q.

Qarğıdalı nişastası - 1 x. q.

Dondurulumuş su - 1 - 2 x. q.

Vanilin - 1 ç. q.

Duz-1 çimdik

 Böyürtkən- 200 q.

 Hazırlanması: 

Böyürtkənli-qaymaqlı tart (foto resept)

Əvvəlcə kərə yağı yaxşıca soyudulmalıdır.

Sonra xırda - xırda doğranır, indi soyuq yağın üzərinə un və duz əlavə edin və bıçaqla yaxşıca doğrayın ki,

lap xırdalansın umac kimi olsun. Sonra üzərinə soyuq su əlavə edin və xəmir yoğurun.

Diametri 22 sm olan tart üçün: 

Tart xəmirini yağlanmış listə yerləşdirdikdən sonra çəngəllə şəkildəki kimi dəliklər açmaq lazımdır.  Hazır yayılmış xəmiri dərindondurucuya qoymaq lazımdır. 10 dəqiqəlik. 

Ya da ki, əgər soba qabı dərindondurucuya sığışmırsa, onda 30 dəqiqəlik soyuducuya goyulur 

Tart 180 dərəcə isidilmiş sobada 10 -12 dəqiqə bişirilir.

Böyürtkənli-qaymaqlı tart (foto resept)
Kremin hazırlanması:

Xəmir bişənədək biz kremi hazırlayaq:

Qaymaq, nişasta, yumurta, şəkər tozu və vanilin yaxşıca çalınır.

 Sonra içliyi xəmirin üzərinə tökürük.

Son da üzərinə böyürtkən qoyulur.

Böyürtkənli-qaymaqlı tart (foto resept)
Tart 180 dərəcədə 35 - 40 dəqiqə hazır olana qədər bişirilir.  

Bişmiş tart sobadan çıxarılıb soyudulması üçün bir kənara qoyulur. 

 Sonra üzərinə şəkər kirşanı da səpə bilərsiniz.

Böyürtkənli-qaymaqlı tart (foto resept)

Nuş olsun!

 (Tərcümə edilib)
Səslərin sayı: 2
1
1021
Loading...
loading...
Şərhlər
Offline
°elif •.°
Ferqli reseptdi siniyacam
25 avqust 2016 01:53
Adıniız:*
E-Mail:
ıifrə: *
Son yazılar
Son şərhlər
Maraqlıdır