Tərkibi:
Un - 150 q.
Yumurta - 2 ədəd
Şəkər tozu - 100 q.
"Best Cow" kərə yağı - 75 q.
Qaymaq - 20 % - 350 q.
Qarğıdalı nişastası - 1 x. q.
Dondurulumuş su - 1 - 2 x. q.
Vanilin - 1 ç. q.
Duz-1 çimdik
Böyürtkən- 200 q.
Hazırlanması:
Əvvəlcə kərə yağı yaxşıca soyudulmalıdır.
Sonra xırda - xırda doğranır, indi soyuq yağın üzərinə un və duz əlavə edin və bıçaqla yaxşıca doğrayın ki,
lap xırdalansın umac kimi olsun. Sonra üzərinə soyuq su əlavə edin və xəmir yoğurun.
Diametri 22 sm olan tart üçün:
Tart xəmirini yağlanmış listə yerləşdirdikdən sonra çəngəllə şəkildəki kimi dəliklər açmaq lazımdır. Hazır yayılmış xəmiri dərindondurucuya qoymaq lazımdır. 10 dəqiqəlik.
Ya da ki, əgər soba qabı dərindondurucuya sığışmırsa, onda 30 dəqiqəlik soyuducuya goyulur
Tart 180 dərəcə isidilmiş sobada 10 -12 dəqiqə bişirilir.
Xəmir bişənədək biz kremi hazırlayaq:
Qaymaq, nişasta, yumurta, şəkər tozu və vanilin yaxşıca çalınır.
Sonra içliyi xəmirin üzərinə tökürük.
Son da üzərinə böyürtkən qoyulur.
Bişmiş tart sobadan çıxarılıb soyudulması üçün bir kənara qoyulur.
Sonra üzərinə şəkər kirşanı da səpə bilərsiniz.
Nuş olsun!