Bakıda hava
USD 1.7001 AZN
EUR 2.0914 AZN

Qadınların ortaq dərdi: Sistit

Qadınların ortaq dərdi: Sistit

Xalq arasında “sidiyə çətin çıxma” adlandırılan “sistit” demək olar ki, hər qadının problemidir. Xəstəliyin ən sadə tərifi: “infeksiya nəticəsində sidik kisəsinin iltihabı”. Ancaq səbəb ola biləcəyi ciddi problemləri diqqətə alsaq, onun adi bir narahatlıq olmadığı aydın olur. 

Səbəbi nədir?

Qadınların anatomiyası yoluxucu xəstəliklərə məruz qalma məsələsində daha “açıq” bir quruluşa sahibdir. Buna görə də sidik yollarında, ya da nəsil artırma orqanlarında ola biləcək infeksiya riski olan xəstəliklərin sayı olduqca çoxdur. Bu məsələdə diqqətsiz olmaq sistitin ortaya çıxması üçün ən böyük faktordur. Məsələn, ümumi tualet, ya da sintetik parçadan hazırlandığı üçün əslində bakteriya yuvası olan alt paltarı sistitə səbəb ola bilər.  Sistitə gətirib çıxaran digər səbəblərsə bunlardır:

- Cinsi əlaqə zamanı və ya genital bölgədə təmizliyin lazımi səviyyədə olmadığı hallarda,

- Sidiyin uzun müddət saxlanılması,

- Sidik yollarını daraldan xəstəliklər.

- Sistitin ən sıx rast gəlinən səbəbi isə “Escherichia Coli” adlanan bakteriyalardır. Bu bakteriyaların ən əhəmiyyətli xüsusiyyəti çox sürətlə törəmələridir.

Qadınların ortaq dərdi: Sistit

Bakteriyalar alt sidik yollarını aşaraq sidik kisəsinə çatır. Sidik kisəsinə çatan bakteriyalar sidiklə xaric edilir. Ancaq bakteriyaların sayı xaric ediləndən çox olduqda sidik kisəsində və daha sonrakı mərhələdə böyrəklərdə iltihablanmağa yol açır. Mütəxəssislərin rəyinə görə, qadınların yüzdə 20-si həyatı boyunca ən azı bir dəfə sistitə tutulur. Əgər düzgün müalicə alınmasa, xəstəlik qadının həyatını qaraldan bir hala çevrilir... Sistitin ən pis tərəfi sidik kisənizdə sidik olmadığı halda keçirdiyiniz yanma hissinin sizi tualetə getməyə məcbur etməsi və sidik ifrazı əsnasında əziyyət çəkməyinizdir. Problemi yalnız antibiotiklə həll etməyə çalışmaqla bakteriyalardan dərhal xilas olmaq mümkün olmadığından, xəstəlik xroniki hal ala bilər. Hətta xəstəlik böyrəklərə təsir etməklə yanaşı, hamiləlik müddətində problemlərə yol aça bilər. Sadə bir infeksiya hadisəsi kimi görünsə də, laqeydlik göstərildiyi zaman sistit həyatınızı kabusa çevirə bilər. Bir çox qadın üçün “ötəri” bir problemdən başqa bir şey olmayan bu xəstəliyin xroniki hal alması və onun fəsadları uşaq sahibi olmağınıza da maneçilik törədə bilər! 

Əlamətləri və müalicəsi nədir? 

Xəstəliyin ilk mərhələdə əlamətləri şəxsə görə dəyişsə də, ümumi anlamda eyni xəttdə irəliləyir. Sidik xarici əsnasında yanma və göynəmə (bu, sidik ifrazından sonra da davam edə bilər), tez-tez sidiyə çıxma, qasıqda və anusda ağrı, temperaturun qalxması, tərləmə, yorğunluq, qusma və ürəkbulanma, cinsi əlaqə zamanı ağrı hissi xəstəliyin əsas əlamətləridir. 

Hər bir xəstəlik kimi sistit də ancaq həkim nəzarəti altında müalicə edilə bilər. Ümumiyyətlə, müalicə antibiotiklər yolu ilə həyata keçirilir. Ancaq bu, yenə də həkiminizin sizin üçün uyğun hesab etdiyi antibiotik olmalı və nizamlı istifadə edilməlidir. Sistitin müalicəsində edilən ən böyük səhv əlamətlər ortadan qalxar-qalxmaz sağaldığı qənaətinə gələrək dərmanları buraxmaqdır. Bu bakteriyalar tamamilə yox olmadan müalicəni dayandırdığınız üçün xəstəliyin təkrarlanmasına və xroniki hal almasına gətirib çıxarır. Həyata keçirəcəyiniz tədbirləri isə bu şəkildə sıralaya bilərik: 

- Tualetdən sonra genital bölgə təmizliyini “öndən arxaya doğru” edin. Beləcə, bakteriyaların sidik yollarına girməsinə maneə yaradarsınız. 

- Sidiyinizi tutmayın və bacardığınız qədər tez-tez xaric edin. Beləcə, bakteriyaları kənar edərsiniz. Ayrıca bol-bol su içmək sidik ifrazını və beləliklə də bakteriyaların xaric edilməsini artırır. 

- Cinsi əlaqədən sonrakı on dəqiqə ərzində mütləq sidik ifraz etməyə çalışın. 

- Sintetik parçalardan çəkinin və çox sıx alt paltarları geyməməyə diqqət yetirin. 

- Hər gün mütləq alt paltarınızı dəyişin və pambıqdan hazırlanmış alt paltarlarını seçin.

Təyin edilmiş müalicə ilə sistit əlamətləri 24 saat içində itir. Ancaq xəstəliyin gedişatı mikrobun növünə, risk faktorların aradan qaldırılmasına bağlıdır. Əlamətlər aradan qalxsa da, müalicənizə həkiminizin təyin etdiyi şəkildə davam etməlisiniz. 

Hansı bitkilər faydalıdır? 

Sidik yolu infeksiyalarına qarşı ən yaxşı qoruyucu limon suyudur. Limon suyu təkrarlanan sistitlərdən qorunmada yaxşı vasitədir. Bununla yanaşı, böyürtkən də xeyirlidir. Cəfəri də bu baxımdan faydalı sayıla bilər.

Səslərin sayı: 56
106
188515
loading...
Şərhlər
Offline
fidan haciyeva
Salam.Qizlar 28 yashim var.5 ildi ushaga gore mualoce aliram.Hal-hazirda bu xestelikden eziyyet cekirem.Ne qeder mualiceler aliram komek etmir.Evvek 5 aydan bir tuturdusa,indi artiq hergun olur.1 aydi tutub buraxmir.Cox agirlashib.Dehshet eziyyet cekirem.Heyatim kabusa donub.Gece yata bilmirem.Artiq demandan mualiceden yorulmusham.Mene bir meslehet verin.Hem meslehetli ginekoloq taniyirsinizsa yazin xahish edirem.
8 noyabr 2014 22:02
Offline
๑۩۩๑ŞiRiN_QıZ๑۩۩๑
Allah bizi qorusun,xesteliklerden uzaq etsin.Amin!
29 iyul 2014 03:58
imza: İ love my pillow because it gives me different hairstyles every day...
Offline
Terane Allahverdiyeva
Mende ne yandirma ne qawinma cox wukur bele deyil.sidik axari serbestdi.Bir wey var sidik kisesi bowalandan sonra guclu agri verir.aparata duwdum dedi vaspoleni,birde sidik kisesi qalinlawib sistit elametidi.iyne derman aldim kecmedi.cox pis agrayir aybawiya yaxin vabwe meni oldurur.

Niye werh gec derc olunureeeeeeeeeeeeeee
26 may 2014 20:41
Offline
fidan hacizade
Salam.Men de hal hazirda bu problemden eziyyet cekirem.Cox mualice al isam yene qayidir.Furadonin tabletkasi komek eder?
6 may 2014 16:03
Offline
Elnure Quliyeva
2ci hamileliyimde bu problemle uzlewmiwdim tez tez ayaqyoluna gedirdim ve yandirici elameti var idi hekim mualice etdi indi bu meqaleni oxuyandan sonra bildimki derdim ne imiw twkler melumata gore
26 aprel 2014 13:46
Offline
♥NiLuFeR♥
ALLAH HAMIYA KOMEK OLSUN girl_ang
14 fevral 2014 14:13
Offline
ayka wirinka
Mende indi var neyneye bilerem ki bu getsin?
10 dekabr 2013 15:20
Offline
umhana
BU XETƏLİK KİŞİDƏN QADİNA YOLUXA BİLƏR

ANCAQ QAŞİNMA VERİR BU XƏSTƏLİK
13 noyabr 2013 18:30
Offline
celilova efsane
men yaziq 7 il bu xestelikden eziyyet cekmisem
4 noyabr 2013 20:33
Offline
Sirli_dunyam
5 il bundan qabag mendede yungul formasi olmuwdu ilk ovladimi dunyaya goturenden sonra mualice aldim temiz kecib geddi
8 oktyabr 2013 16:49
Offline
MIF
mende de var bu problem cox eseblesdirir adami butun heyat terzin gunun hec ne olur narahatciligi da daha nece xesteliklerden uzaq olaq insallah
8 oktyabr 2013 16:42
Offline
Rzayeva Guler
Mendede var dehsetli agrilarimda olur bu sebebden sonra hekime getdim o derman yazdi Bunan sonra olmur retgi
13 sentyabr 2013 18:55
Offline
DENIZ ELIYEVA
Gulnar,salam gulnar menimde en boyuk derdim bu xestelikdi eseblerim bile pozulub limon suyun nece icmek lazimdi xebere gore cox saq ol,
1 sentyabr 2013 17:10
Offline
Aminim
Cox gozal maslahatlardi paylasdiginiz ucun minnatdaram canim
12 may 2013 22:45
imza: qadin.net
Offline
Gulsen Isi
ere getme,getdin butun xestelikler bir bir uze cixacaq,))
9 aprel 2013 16:38
Offline
Nigar Hesenova
ANA OLMAQ ISTEYENLERIN VE QADIN XESTELIKLERINDEN EZIYYET CEKENLER BU NOMREYE ZENG EDE BILERLER :070-590-83-02
21 mart 2013 20:03
Offline
mira-kerim
mənim bacim belə olmuşdu bilirəmki cox pis xəstəlikdi ama müalicə iılə kecib getdi
30 dekabr 2012 23:22
imza: Ne qeder sade olmaq isteyirem,amma alinmir..)))))))
Offline
feride memmedova
cox tesekkurler, bu xestelik vaxtinda mualice edilmese infeksiya boyreklere yayilib nefropatiya ve bir cox aqirlasmalar vere biler. bunun en yaxsi mualice usulu,= furadonin= tabl,3 defe gunde 1 tab, spazm ucun heb,1 tab, =ciston= tab 2tab gunde 3 defe. isti vanna qebulu, qariqdali sacaqi demlemesi,ve gun erzinde cox maye qebulu. hamimiza saqlam heyat bexs olunsun!!!

emele gelmesi bir cox sbebden ola biler, en cox emeliyyat olunan qadinlarimizda katetr qoyulanda zedelenmeden, tez tez cinsi elaqeden, ginikaloji xesteliklerden ve bir cox sebeblerden...
14 dekabr 2012 03:23
Offline
Turalka TT
men de bu xestelıkden ezıyyet çekmışem. en yaxşı varıant yarpız vannasıdır.
8 dekabr 2012 23:03
Offline
Seva_E
bu xesteyi olan butun xanimlara allahdan shefa dileyirem
6 dekabr 2012 21:57
Adıniız:*
E-Mail:
ıifrə: *
Son yazılar
Son şərhlər
Maraqlıdır