Tarixin ən böyük 20 döyüşçüsü (2) » Qadin.Net ~ İlk milli qadın portalı... Azərbaycan xanımlarına...
Bakıda hava 24°
USD 1.7000 AZN
EUR 1.9383 AZN
15 avqust 20:13PERI sima bizde seni ozledik)) 15 avqust 20:13PERI salam q;zlar necesiz 15 avqust 15:00Surayye Sima salam canim men yaxsiyam sen necesen?Peri hani?
39022

Tarixin ən böyük 20 döyüşçüsü (2)

 

Tarixin ən böyük 20 döyüşçüsü (2)

 

10- Spartak Heç şübhəsiz gəlmiş-getmiş ən məşhur və ən bacarıqlı qladiyatordur. Miladdan əvvəl 71-73 illəri arasından çıxan kölə hərəkatının rəhbəri idi. Qladiyator olaraq arenada aparılan ölümcül döyüşlərdə də Roma imperatorluğuna qarşı uzun müddət ayaqda qalmışdır. Məşhur Roma imperatorluğuna heç bir kəs fərdi olaraq bu şəkildə qorxu yaşatmamışdır. İmperatorluğun çevrilişi dayandırmaq üçün göndərdiyi saysız hesabsız ordunu məğlub etmiş idarət etmə sistemini çökərtmişdir. Trakyalı döyüşçü haqqında onlarla film və seriallar çəkilmişdir.

 

Tarixin ən böyük 20 döyüşçüsü (2)

 

9- Xiahou Dun Xiahou Dun Asiyadakı xanlıq dövründə döyüşçü olaraq Cao Caoya xidmət etmişdir. Dövrünün ən dəyərli generallarından biri olan Xiahou Dunu əfsanəyə çevirən isə bir savaşda sol gözündən ox ilə vurulması və çəkib çıxardığı oxa taxılı gözünü bir loxmada udub döyüşə davam etməsidir. Bu hadisədən sonra şöhrəti yayılmış və bütün Asiya tək gözlü general Xiahou Dunun adı çəkilincə qorxu yaşayırmış.

 

Tarixin ən böyük 20 döyüşçüsü (2)

 

8-Hannibal Barca Milladan əvvəl 247 –cı ildə doğulan Hannibal Kartacalı ( indiki Tunis bölgəsində) bir general idi. Yaşadığı torpaqların çoxu uşaqlığında fəth etdilən Hannibal yetişkin olduğunda bütün bur torpaqları Romadan geri almışdı. Antik çağın ən çox tanınan lideri Hannibal az sayda adamıyla dövrünün nəhəngi Romaya qarşı inanılmaz zəfərlər qazanmışdır. Bu zəfərlərində dahiyanə planları və qorxusuz savaşı ilə ad salan Hannibal antik çağın bəlkə də ən böyük komandiri idi.

 

Tarixin ən böyük 20 döyüşçüsü (2)

 

7-Aslan ürəkli Riçard Atlı əsgərlərinin yanında yer alaraq partlayıcı hücumları ilə tanınan I Riçar 41 illik ömrünün yalnız 6 ayını İngiltərədə keçirmişdir. Ömrünü səfərlərdə keçirən ingilis kralı düşmanlarına qarşı amansız olması ilə tanınırdı. Döyüşçülərini motivasiya etməsi və müharibəyə hazırlaması ilə də şöhrət qazanmışdır. Bu xüsusiyyətləri ona Aslan ürəkli adını qazandırmışdır.

 

Tarixin ən böyük 20 döyüşçüsü (2)

 

6-Səlahəddin Əyyub Misir və Suriya sultanı olan Səlahəddin Əyyubi eyni zamanda xanədanının qurucusudur. Hattin döyüşü ilə 2 oktyabr 1187-ci ildə Qüdsü Xaçlı qüvvətlərindən alaraq şəhərdə 88 il davam edən xristiyan hegemonluğuna son qoymuş, sonra xristiyanların təşkil etdikləri III Xaçlı səfərini təsirsiz hala gətirmişdir. Aslan ürəkli Riçardla bir neçə dəfə qarşı qarşıya gəlmiş və ondan üstün olmuşdur.

 

Tarixin ən böyük 20 döyüşçüsü (2)

 

5-Miyamoto Musasi Tarixin ən məşhur qılınc ustalarından biri olaraq qeyd edilir. 13 yaşından etibarən ölümcül duellerə qatılaraq qılınc oynatma bacarığını inkişaf etdirən bir döyüşçü, daha sonra məğlub edilməz Ronin ( rəhbərsiz yəni təkbaşına qalmış samuray) olmuşdur. Cüt qılınc istifadə edən Miyamoto Musasi Hiyoho Niten İçi-riyu və ya Nito Riyu texnikasının yaradıcısıdır. Həyatı boyunca məğlub edilməyən bu döyüşçü daha sonra dağa çıxaraq strategiya, taktika və fəlsəfə haqqındaki “ 5 üzük” adlı kitabı yazmışdır.Bir çox tarixçiyə görə qatıldığı bir çox qeydli duelə və təkə-tək qılınc döyüşündə həyatda qalması ilə tarixin ən böyük qılınc ustası olaraq qəbul edilir.

 

Tarixin ən böyük 20 döyüşçüsü (2)

 

4-Sparta kralı Leonidas Yunan-Fars savaşlarında ən əsas döyüşçülərdən biridir. Dünyanın gəlmiş-keçmiş ən qorxulan ordularından biri olan Sparta ordusunun başında yer alırdı. Qorxu nədir bilməyən cəsur xarakteiylə tanınırdı və Thermopyldə 300 adamı ilə birlikdə yüz minlərcə adamlıq Fars ordusuna qarşı apardığı müharibənin sonunda tək başına yüz minlərcə Fars əsgərinə meydan oxuyaraq onlarla savşdığı qeyd edilir.

 

Tarixin ən böyük 20 döyüşçüsü (2)

 

3-Çingiz Xan Dünyada qana susamış bir döyüşçü olaraq tanınsa da xalq üçün müqəddəs döyüşçü olaraq tanınan və çox sevilən bir liderdi Çingiz xan. Monqol kitabələrinə əsaslanaraq xalqını Monqol imperatorluğu altında birləşdirmişdir. Ən məşhur döyüşçülərdən biridir və saysız müharibələri qazanmışdır. Hətta qazandığı döyüşlər nəticəsində o dövrdəki dünya əhalisinin 4 də 1-nə hökm etmişdir.

 

Tarixin ən böyük 20 döyüşçüsü (2)

 

2-Böyük İsgəndər 33 yaşında ölmüş olsa da o dövr bildikləri dünyanın hardasa bütününü fəth etdiyi üçün bir çox tarixçi üçün yaşamış ən böyük generaldır. Apardığı döyüşlərdə bir çox kral kimi döyüşləri arxada izləməmiş bir başa meydanda olmuşdur. Dövrün böyük sivlizasiyalarından olan Fars, Misir, Hind kimi bütün sivlizasiyaları torpaqlarına qatmışdır.

 

Tarixin ən böyük 20 döyüşçüsü (2)

 

1-Atatürk Artıq sözə ehtiyac yoxdur, lakin səfalət içində olan, silahları alınmış, yurdunun dörd bir yanı yadların işğal altındakı bir ölkəni bütün çətinliklərə rəğmən bu çuxurdan çıxarmaqla kifayətlənməmiş zəkası və dahiliyi ilə də təzə, qabaqcıl bir dövlət qurmuşdur. Əsgər olduğu üçün əsgərliyə ən diblərdə başlamış bir çox döyüşdə ordular ilə döyüşmüş yeri gəlmiş bədəninə atılan güllədən saatı sayəsində xilas olmuşdur. Saysız döyüş qazanmışdır. Saysız kitab oxumuş bütün əldə etdiklərini də millətinə miras saxlamış bir dahidir. O , Atatürkdür.

Səslərin sayı: 1
2
1509
loading...
Şərhlər
Offline
Aysel İ.
Bəzi tarixi döyüşçülər haqda məlumatım var idi. Amma bəzilərini sənin sayəndə tanıdım düzü.
25 iyun 2016 18:03
imza: Yalnız acizlər boyun əyib unudurlar, güclülər isə o yana-bu yana qaçır, qadir taleyi qeyri-bərabər döyüşə çağırırlar.
Offline
Ceylan Mumoğlu
Bəzilərini unutmuşdum, Aida, sayəndə xatırlamış oldum, təşəkkürlər. give_ros
25 iyun 2016 12:40
Adıniız:*
E-Mail:
ıifrə: *
Son şərhlər
loading...
Son yazılar
Ailənizin ümumi gəliri:
500 AZN-ə qədər
500-1000 AZN
1000-1500 AZN
2000-3000 AZN
5000 və ya daha çox
Sizə nə var?! )