Ermənistanın işğalı altında olan Talış kəndinin sakinləri qorxduqları üçün evlərinə qayıda bilmirlər. ANS PRESS-in məlumatına görə, bu səbəbdən qondarma Dağlıq Qarabağ respublikasının “rəhbərliyi” kənd sakinlərinin başqa ərazilərdə yerləşdirilməsini təklif edib.
Qondarma rejimin "nazirlər kabineti"nin mətbuat katibi Artak Beqlaryan deyib ki, hələ ərazilər dəqiq müəyyən edilməyib.“Amma biz onlara təklifimizi etmişik. Hansı ailə şərtləri qəbul edəcəksə, onlar barədə konkret qərarlar qəbul olunacaq”, - deyə qondarma rejim rəsmisi bildirib.
Talış kəndinin icma koordinatoru Slava Bayunts isə deyib ki, artıq 370 erməni İrəvana gedib. O deyib ki, onlar problemlərinin tez bir zamanda həll edilməsi üçün hökumətə məktublar göndəriblər.
“Sakinlər hər yerdə yaşamağa razıdırlar, bircə onlara sığınacaq verməlidirlər. Bizə sığınacaq və maddi yardım lazımdır", - deyə Bayunts bildirib. Amma bir gün əvvəl Ermənistanın müdafiə naziri Seyran Ohanyandemişdi ki, Talış sakinləri öz evlərinə qayıda biləcəklər. "İndi Talış kəndi təhlükəsizdir. Sakinlərə hər bir şərait yaradılmalıdır ki, onlar öz evlərinə qayıtsınlar. Atəşkəs rejiminə riayət edilir. Bu isə bizə sakinlərin evlərinə qayıtması üçün işlər görməyə şərait yaradır”, - deyə Ohanyan bildirib.
Həmçinin bir neçə dəfə kənd sakinlərinin evlərini tərk etdiyi barədə də məlumatlar yayılıb. Hətta “Qarabağ hökuməti” onlara Şuşa və Ağdam şəhərlərində mənzillər ayırsa da sakinlər İrəvana getməyə üstünlük veriblər. Talış, Madagiz və Ağdərə rayonundan qaçmış əhalinin bir qismi öz qohumlarının evində yaşayır.
Bütün bu faktlar və sakinlərin evlərinə qayıda bilməməsi Ermənistan prezidenti Serj Sarkisyanın “itirilmiş 800 hektar ərazinin starteji əhəmiyyəti yox idi” sözlərinin birbaşa cavabıdır.
Mənbə: ANS PRESS
XƏBƏR LENTİ
Dünyada koronavirusa yoluxanların sayı 1,3 milyonu ötdü
Azərbaycan tarixi kitabı erməni bayrağı rəngində
Fərqli spaqettili maffinlər (foto resept)
Günün qoroskopu: bəzi məsələlərin çözümünü ertələmək olar
HAVA necə olacaq?-22 İyul
Miqrantlar rus ordusunda xidmət edəcək
Dünyanın ən hündür tonqalı - FOTO
Azərbaycanlı körpəni erməni gülləsindən möcüzə qurtardı
Hərəkətsiz qalmayın
Valideynlərin diqqətinə!
Qatillərin ən çox hansı bürcdən çıxdığı açıqlandı (2)
Mərcimək şorbası (foto resept) və video anlatım
Lady Qaqa
Qızardılmış balıq küftəsi (foto resept)
ÜST-dən qorxunc COVID-19 statistikası: Dünya üzrə yeni rekord
Kenan da Bereni sildi
İnsanı çürüdən xəstəlik
Ən gülməli heyvanlar
Facebook-a qarşı təhqiqat başlanıldı
“Qartal” ləqəbli cəngavərimiz: Onun adı gələndə düşmənin canına qorxu düşürdü - VİDEO
"Bir nömrəli məsələ Yanukoviçin istefasıdır, başkəsənlər və diktatorlarla kompromis olmaz"
Doğuşdan sonra qadın sağlamlığı
47 mindən çox şagird buraxılış imtahanı verəcək
Hava XƏBƏRDARLIĞI
Jurnalistlərə mənzillər iyulun 20-də təqdim olunacaq, siyahı sabah açıqlanacaq
Sadəcə mütəxəssislərin bildiyi təmizlik hiylələri
İyun, İyul aylarının qalibləri!
Nur Yerlitaş bu müğənniləri həyatından sildi!-SƏBƏB
Karantin cərimələrini ödəməyənləri nə gözləyir?
Sabah bu ərazilərdə SU OLMAYACAQ!
Hava necə olacaq?!
Ayaqqabılar
Dünya mətbəxi - Yunanıstan
Bir sıra ölkələrdəki ermənilər döyüşmək üçün Dağlıq Qarabağa gəlib
Bu mahnı insanı ölümdən xilas edir - VİDEO
Cennifer Lopez hamam xalatında küçəyə çıxdı-FOTO
Günün qoroskopu:Səbrli olun!
İnternet Explorer-in mövqeləri möhkəmlənir
Gün var, əsrə bərabər: Ötənləri yada salaq
Dünyanın ən məşhur brauzeri
Dizaynlı isitmə sistemləri
Azərbaycanda qadın alimlərin sayı artır
Gələcəkdə ən çox tələb olunacaq peşələr
Yürüyüş zamanı meditasiyanın faydaları
Azərbaycanda varlı balalarına xüsusi yardım nəzərdə tutan qanun hazırlanır
Məşhur cütlük Ayrıldı-FOTO
Nar salatı (foto resept)
Acun Baba olur-FOTO
Dünyanın ən bahalı gəlinliyi
DİM-dən imtahanlarla bağlı AÇIQLAMA