Məni düşündürməyin!
Mənə xatırlatmayın!
Ətrafınızdakı insanların böyük əksəriyyətinin həyatına baxdığınızda dünyasına da, axirətinə də faydası olmayan saysız şeyə qarşı maraq duyduqlarını, lazım oldu-olmadı bir çox şeyi düşünüb zehinlərində tutmağa çalışdıqlarını görüb şahid olursunuz. Müsəlman ölkəmizin
Müsəlman əksəriyyətini təşkil edən xalqımızın əhəmiyyətli bir qisiminin yalnız müəyyən gün və gecələrdə Allahı və dini təcrübələri
ağıllarına gətirdiklərini görüncə pərişan olursunuz, amma acı bir həqiqət qarşınızda durur.
"Ey iman gətirənlər! Allahdan qorxun! Hər kəs sabahı üçün nə etdiyinə baxsın. Allahdan qorxun! Həqiqətən, Allah nə etdiklərinizdən xəbərdardır" (Həşr surəsi, 18-ci ayə).
Çox adam ətrafında dini nəzəriyyə və ya təcrübələri xatırladacaq şeylərdən və kəslərdən uzaq durmağa çalışır. Dindar insanlarla ünsiyyətə girmək istəməzlər. "Nəyimə lazımdır, ağlımı qarışdırarlar, yaxud zehnimi bulandırarlar" düçüncəsi ilə onlarla eyni mühitdə olmamağa səy göstərərlər. Dini öhdəliklərini yerinə yetirməyə çalışan kəslərin bu mövzudakı həssaslığı vicdanlarını narahat edər.
Dini vəzifələri özünün də yerinə yetirməsi lazım olduğunu düşünməsi insana sıxıntı verər. Bu sıxıntıdan xilas olmağın yolu isə çox zaman edilməsi lazım olan şeyi etmək yerinə ondan qaçılır. Bir dostumun içki içməsini tərgitdiyi üçün artıq köhnə içki içən yaxın dostları tərəfindən yeməyə çağrılmadığını eşitdim. Səbəbini soruşduqda "Qardaş, sən artıq içmirsən, namaz da qılırsan. İndi sənin yanında rahat içə bilmərik" şəklində bir cavabla qarşılaşdığını öyrəndim. Bu həqiqətdir ki, insanların çoxu ətrafında ancaq özü kimiləri olduqda rahat ola bilirlər, əks halda daxilində olduqları atmosferdən vicdanları narahatlıq duyur. Bundan qurtulmanın yolu nədir? Şübhəsiz qaçmaq deyildir. Çünki insan fərqində deyil. Dini həqiqətlər qaçmaqla qurtula biləcək şeylərdən deyildir. İnsan bədəni var olduğu, ciyərləri nəfəs alıb verdiyi müddətcə üzərində öhdəliyi olan şeylərdən bir an belə qaça bilməz. Hər şeydən qaçsa, yaxud qaçdığını zənn etsə də, qaça bilməyəcəyi bir şeyi vardır insanın: Ölüm. Hər gün dünyada minlərcə göz açılır və qapanır, kimsə ölümü hələ də xatırlamaq istəməz. Halbuki insan bilməlidir: bu həyatda hər kəs bir şeylər edərkən ölür. Kimi mal-mülk təlaşında, kimisi çox yaşamaq istəyində. Ancaq gün gəlir, ömür sona yetir, hər kəs ölür.
"Ölüm bihuşluğu həqiqətən gələcəkdir. (Ey insan!) Bu sənin uzaq qaçdığın şeydir" (Qaf surəsi, 19-cu ayə).
Lüğətlərimizdə "əhəmiyyət verməmək, qəsdən və ya qəsdsiz tərk etmək, fərqinə varmamaq, laqeyd olmaq, boş vermək, aldanmaq, dalğınlıq, yanılma və diqqətsizlik" mənasına gələn acı bir söz vardır: Qəflət. Elə bir tələ, elə bir tordur ki, qəflət insanı boydan boya sarıb sarmalayar. Məharəti ilə ən ağıllı zənn etdiyiniz insanları belə qəflət diz çökdürər. Çox oyaq və qıvraqdır, çünki qəflətə düşən insanın nəfsindən qidalanır. Qanını, iliyini əmər və insanı dünya həyatının işıltısına sərxoş edər. Xatırlatmaz insana xatırlamaq istəmədiklərini.
"Şübhəsiz ki, Bizimlə qarşılaşacaqlarına ümid etməyənlər, dünya həyatından razı qalıb onunla rahatlıq tapanlar və ayələrimizdən xəbərsiz olanların məhz onların qazandıqları (günahlara) görə sığınacaqları yer Oddur" (Yunus surəsi, 7 və 8-ci ayələr).
İnsanın qəflətə düşməsinin ən böyük səbəblərindən biri də unutqan olmasıdır. İnsan kəlməsinin unutqanlıq mənasına gələn "nisyan" sözündən törəməsi qəbul edilir. Onsuz da unutqan olan bir varlığın bir də qəsdli olaraq düşünmək və xatırlamaq istəməməsi qaçınılmaz olaraq qəflətə düşməsini asanlaşdırır. İnsan nə üçün yaradıldığını və özünü kimin yaratdığını unudar. Varlıq məqsədini və dünyası ilə birlikdə axirətini də izləməsi lazım olduğu həqiqətini xatırlamaz. Halbuki insanın unudan bir varlıq olması gerçəyini nəzərə alaraq davamlı olaraq özünü dini həqiqətləri ona xatırladacaq şeylərə yönəltməli və bu sayədə şeytani tələ və vəsvəsələrdən qorunmalıdır. Bunun yolu isə aləmlərə rəhmət olaraq göndərilmiş Quranı sürəkli oxumaq, anlamaq və həyata tətbiq etməkdən keçər.
Həqiqətlərə qarşı şüursuz davranan bəzi insanlar uşaq kimidirlər. Uşaqların çox qəribə xüsusiyyətləri vardır. Məsələn, etdikləri işin sonunu düşünməzlər. Ətraflarında olub bitənlərin fərqinə varmadan onlara xoşbəxtlik hiss etdirən oyunlara dalar, oyanayarlar. Dünya yıxılsa, onlara təsir etməz. Onları narahat edən şeylər oyunlarının pozulması və qarınlarının ac olmasıdır. Özlərini xarici dünyaya qapayırlar və böyükləri dərindən sarsıdan hadisələr qarşısında belə təbəssüm edən varlıqlardır. Yaxud da bir qız uşağı ağır döyüşün içərisində əlindəki kuklanın saçlarını daramağa davam edir. Ya da, məsələn, bir körpə olsun. Körpəlik günləri anasından südlə bəslənmək və yatmaq üzrə keçər. Həyatda da bir çox insanın körpələr və uşaqlar kimi bənzər bir şüursuzluq halında olduqlarını görmək mümkündür. Nədən var olduqlarının və öldükdən sonra özlərinə nələrin olacağının fərqində olmadan şüursuzca yaşayıb həyatdan köçərlər. Halbuki balaca bir uşaq kimi insan fərqində deyildir. Axirətini düşünmədən yaşadığı hər an əslində yağan bombalar altındadır. İnsanların bu vəziyyətləri Quranda belə təsvir edilir:
"Onlara xatırlatdıqda düşünüb ibrət almırlar" (Saffat surəsi, 13-cü ayə).
Bununla birlikdə bəzi insanlar öz faydalarına olan xeyirli tövsiyyələrə inad göstərərək laqeydcəsinə qulaqlarını tıxadıqlarına şahid oluruq. Öyüd və xəbərdarlıqları qulaqardı edən insanlar əslində qısa olaraq bunu söyləmək istəyirlər: "Sən özünü parçalasan da, mən dilədiyimi edərəm; dəyişmərəm".
"Onlar dedilər: “Bizə öyüd-nəsihət versən də, verməsən də, bizim üçün birdir" (Şuara, 136-cı ayə)
Ey insan, özünü boşuna aldatma. O mən dediyin şeyin gerçək sahibi sən deyilsən. Kirayəçi olduğun yerdə özünü ev sahibi kimi göstərmə. Axirətdə unudulanlar arasında olmaq istəmirsənsə, xatırlaman lazım olan şeyləri indi xatırla. Yox, əgər bu qədər aydın olan həqiqətə qarşı hələ də niyyətin Allahın ayələrini unutmadırsa, bil ki, hesab günü sən də unudulanlar arasına gedəcəksən!
"(Allah) deyəcək: “Elədir! Çünki sənə ayələrimiz gəldi, sən isə onları unutdun. Bu gün də sən beləcə unudulacaqsan!" (Taha surəsi, 126-cı ayə)
Emre Dorman "Dini mövzularda özünü aldatmağın 40 yolu"
Tərcümə: Ceylan Mumoğlu
XƏBƏR LENTİ
İş yerinizi nə zaman dəyişməlisiniz?
Azərbaycanlı xanımın videoları dünyanın ən reytinqli səhifəsində - VİDEO
Nar şorbası (foto resept)
Sevərkən insanla nə baş verir?
Kriştianu Ronaldu: "Qələbəyə layiq deyildik"
Sobada toyuq (foto resept)
Qazaxıstan Parlamenti Məclisinin sədri Milli Məclisdə olub
FİFA-da prezident seçkisinin vaxtı bilindi
İçimizdəki bakteriyalar
UEFA futbol qaydalarını dəyişir
Mehriban Əliyeva polis əməkdaşlarını peşə bayramı münasibətilə təbrik edib
HAVA necə olacaq?
Sevimli köynəklər
Sadə və gözəl paltarlar.
Ingilis dili-XXIV-Dərs
Koronavirus barədə məşhur mif rədd edildi
Ermənilər Bakıya gəlməyəcək
İrina Şeyk yeniyetmə şəklini paylaşdı - FOTO
Günün ulduz falı
Günün ulduz falı
Daha bir idmançımız qələbə qazandı
İlham Əliyev və xanımı Mehriban Əliyeva Bakıda bir neçə obyektdəki vəziyyətlə tanış olublar
190 manatın verilməsində MÜHÜM YENİLİK: gələn ay... - RƏSMİ
Türk general komandanlarını toplayıb Ermənistana ULTİMATUM yolladı
Leyla Əliyeva hər kəsi "Xocalıya ədalət" kampaniyasına qoşulmağa çağırdı
BÜRCLƏR bizə nə vəd edir?-22 Oktyabr
Ulduzlar Şahmarın gözüylə....
3 günün hava proqnozu
Yeməkdən sonra ağızda acı dadın səbəbi
II Elizabet Meqan və Harrini tituldan məhrum etdi!-SƏBƏB
Şuşa, Laçın və Kəlbəcərlə bağlı daha bir VACİB ADDIM
Günün Ramazan təqvimi (30 iyun)
Qara rəngli dekolteli don modelləri
Bakı metrosunda pulsuz Wi-Fi olacaqmı?
Faciədən son anda xilas oldular – VİDEO
Google xəbərlərini bağlayır
Sizləri yaradan Allahı nə qədər tanıyırsınız?-2
Azərbaycan və Türkiyə Ordusunun Ermənistan sərhədinə toplanmasının səbəbi
Cardi Bi Bakıya gəldi
Yaddaş bəlası: gözümü yummaq, onu unutmaq istəyirəm
İntihar edən ərinin üzü başqasına köçürüldü - Qadın həmin şəxslə görüşdü
Londonda ingilis dilində çap edilmiş “Bakı haqqında xatirələr” kitabının təqdimatı olub
Azərbaycan manatının dövriyyəyə buraxılmasından 28 il ötür
Şahzadə təcili yardımda işləyəcək
Maraqlı ideyalar
Daha iki ölkə ilə viza rejimi sadələşəcək
Fətullah Gülən, kürdlər və ermənilər
Bakıda ən böyük yolka bu ərazidə qurulacaq
Əsirlikdə olan Amin Musayev vətənə qaytarıldı - FOTO
Doğulduğunuz saatın gələcək həyatınıza BİLMƏDİYİNİZ TƏSİRİ
- ŞƏRHLƏR