Qadin.NET / Dini mövzularda özünü aldatmağın 40 yolu-23

Dini mövzularda özünü aldatmağın 40 yolu-23

Dini mövzularda özünü aldatmağın 40 yolu-23

Məni düşündürməyin!

Mənə xatırlatmayın!

Ətrafınızdakı insanların böyük əksəriyyətinin həyatına baxdığınızda dünyasına da, axirətinə də faydası olmayan saysız şeyə qarşı maraq duyduqlarını, lazım oldu-olmadı bir çox şeyi düşünüb zehinlərində tutmağa çalışdıqlarını görüb şahid olursunuz. Müsəlman ölkəmizin

Müsəlman əksəriyyətini təşkil edən xalqımızın əhəmiyyətli bir qisiminin yalnız müəyyən gün və gecələrdə Allahı və dini təcrübələri

ağıllarına gətirdiklərini görüncə pərişan olursunuz, amma acı bir həqiqət qarşınızda durur.  

"Ey iman gətirənlər! Allahdan qorxun! Hər kəs sabahı üçün nə etdiyinə baxsın. Allahdan qorxun! Həqiqətən, Allah nə etdiklərinizdən xəbərdardır" (Həşr surəsi, 18-ci ayə). 

Çox adam ətrafında dini nəzəriyyə və ya təcrübələri xatırladacaq şeylərdən və kəslərdən uzaq durmağa çalışır. Dindar insanlarla ünsiyyətə girmək istəməzlər. "Nəyimə lazımdır, ağlımı qarışdırarlar, yaxud zehnimi bulandırarlar" düçüncəsi ilə onlarla eyni mühitdə olmamağa səy göstərərlər. Dini öhdəliklərini yerinə yetirməyə çalışan kəslərin bu mövzudakı həssaslığı vicdanlarını narahat edər.

Dini mövzularda özünü aldatmağın 40 yolu-23

Dini vəzifələri özünün də yerinə yetirməsi lazım olduğunu düşünməsi insana sıxıntı verər. Bu sıxıntıdan xilas olmağın yolu isə çox zaman edilməsi lazım olan şeyi etmək yerinə ondan qaçılır. Bir dostumun içki içməsini tərgitdiyi üçün artıq köhnə içki içən yaxın dostları tərəfindən yeməyə çağrılmadığını eşitdim. Səbəbini soruşduqda "Qardaş, sən artıq içmirsən, namaz da qılırsan. İndi sənin yanında rahat içə bilmərik" şəklində bir cavabla qarşılaşdığını öyrəndim. Bu həqiqətdir ki, insanların çoxu ətrafında ancaq özü kimiləri olduqda rahat ola bilirlər, əks halda daxilində olduqları atmosferdən vicdanları narahatlıq duyur. Bundan qurtulmanın yolu nədir? Şübhəsiz qaçmaq deyildir. Çünki insan fərqində deyil. Dini həqiqətlər qaçmaqla qurtula biləcək şeylərdən deyildir. İnsan bədəni var olduğu, ciyərləri nəfəs alıb verdiyi müddətcə üzərində öhdəliyi olan şeylərdən bir an belə qaça bilməz. Hər şeydən qaçsa, yaxud qaçdığını zənn etsə də, qaça bilməyəcəyi bir şeyi vardır insanın: Ölüm. Hər gün dünyada minlərcə göz açılır və qapanır, kimsə ölümü hələ də xatırlamaq istəməz. Halbuki insan bilməlidir: bu həyatda hər kəs bir şeylər edərkən ölür. Kimi mal-mülk təlaşında, kimisi çox yaşamaq istəyində. Ancaq gün gəlir, ömür sona yetir, hər kəs ölür. 

"Ölüm bihuşluğu həqiqətən gələcəkdir. (Ey insan!) Bu sənin uzaq qaçdığın şeydir" (Qaf surəsi, 19-cu ayə).

Lüğətlərimizdə "əhəmiyyət verməmək, qəsdən və ya qəsdsiz tərk etmək, fərqinə varmamaq, laqeyd olmaq, boş vermək, aldanmaq, dalğınlıq, yanılma və diqqətsizlik" mənasına gələn acı bir söz vardır: Qəflət. Elə bir tələ, elə bir tordur ki, qəflət insanı boydan boya sarıb sarmalayar. Məharəti ilə ən ağıllı zənn etdiyiniz insanları belə qəflət diz çökdürər. Çox oyaq və qıvraqdır, çünki qəflətə düşən insanın nəfsindən qidalanır. Qanını, iliyini əmər və insanı dünya həyatının işıltısına sərxoş edər. Xatırlatmaz insana xatırlamaq istəmədiklərini. 

Dini mövzularda özünü aldatmağın 40 yolu-23

"Şübhəsiz ki, Bizimlə qarşılaşacaqlarına ümid etməyənlər, dünya həyatından razı qalıb onunla rahatlıq tapanlar və ayələrimizdən xəbərsiz olanların məhz onların qazandıqları (günahlara) görə sığınacaqları yer Oddur" (Yunus surəsi, 7 və 8-ci ayələr). 

İnsanın qəflətə düşməsinin ən böyük səbəblərindən biri də unutqan olmasıdır. İnsan kəlməsinin unutqanlıq mənasına gələn "nisyan" sözündən törəməsi qəbul edilir. Onsuz da unutqan olan bir varlığın bir də qəsdli olaraq düşünmək və xatırlamaq istəməməsi qaçınılmaz olaraq qəflətə düşməsini asanlaşdırır. İnsan nə üçün yaradıldığını və özünü kimin yaratdığını unudar. Varlıq məqsədini və dünyası ilə birlikdə axirətini də izləməsi lazım olduğu həqiqətini xatırlamaz. Halbuki insanın unudan bir varlıq olması gerçəyini nəzərə alaraq davamlı olaraq özünü dini həqiqətləri ona xatırladacaq şeylərə yönəltməli və bu sayədə şeytani tələ və vəsvəsələrdən qorunmalıdır. Bunun yolu isə aləmlərə rəhmət olaraq göndərilmiş Quranı sürəkli oxumaq, anlamaq və həyata tətbiq etməkdən keçər. 

Həqiqətlərə qarşı şüursuz davranan bəzi insanlar uşaq kimidirlər. Uşaqların çox qəribə xüsusiyyətləri vardır. Məsələn, etdikləri işin sonunu düşünməzlər. Ətraflarında olub bitənlərin fərqinə varmadan onlara xoşbəxtlik hiss etdirən oyunlara dalar, oyanayarlar. Dünya yıxılsa, onlara təsir etməz. Onları narahat edən şeylər oyunlarının pozulması və qarınlarının ac olmasıdır. Özlərini xarici dünyaya qapayırlar və böyükləri dərindən sarsıdan hadisələr qarşısında belə təbəssüm edən varlıqlardır. Yaxud da bir qız uşağı ağır döyüşün içərisində əlindəki kuklanın saçlarını daramağa davam edir. Ya da, məsələn, bir körpə olsun. Körpəlik günləri anasından südlə bəslənmək və yatmaq üzrə keçər. Həyatda da bir çox insanın körpələr və uşaqlar kimi bənzər bir şüursuzluq halında olduqlarını görmək mümkündür. Nədən var olduqlarının və öldükdən sonra özlərinə nələrin olacağının fərqində olmadan şüursuzca yaşayıb həyatdan köçərlər. Halbuki balaca bir uşaq kimi insan fərqində deyildir. Axirətini düşünmədən yaşadığı hər an əslində yağan bombalar altındadır. İnsanların bu vəziyyətləri Quranda belə təsvir edilir:

Dini mövzularda özünü aldatmağın 40 yolu-23

"Onlara xatırlatdıqda düşünüb ibrət almırlar" (Saffat surəsi, 13-cü ayə). 

Bununla birlikdə bəzi insanlar öz faydalarına olan xeyirli tövsiyyələrə inad göstərərək laqeydcəsinə qulaqlarını tıxadıqlarına şahid oluruq. Öyüd və xəbərdarlıqları qulaqardı edən insanlar əslində qısa olaraq bunu söyləmək istəyirlər: "Sən özünü parçalasan da, mən dilədiyimi edərəm; dəyişmərəm". 

"Onlar dedilər: “Bizə öyüd-nəsihət versən də, verməsən də, bizim üçün birdir" (Şuara, 136-cı ayə)

Ey insan, özünü boşuna aldatma. O mən dediyin şeyin gerçək sahibi sən deyilsən. Kirayəçi olduğun yerdə özünü ev sahibi kimi göstərmə. Axirətdə unudulanlar arasında olmaq istəmirsənsə, xatırlaman lazım olan şeyləri indi xatırla. Yox, əgər bu qədər aydın olan həqiqətə qarşı hələ də niyyətin Allahın ayələrini unutmadırsa, bil ki, hesab günü sən də unudulanlar arasına gedəcəksən!

"(Allah) deyəcək: “Elədir! Çünki sənə ayələrimiz gəldi, sən isə onları unutdun. Bu gün də sən beləcə unudulacaqsan!" (Taha surəsi, 126-cı ayə)

Emre Dorman "Dini mövzularda özünü aldatmağın 40 yolu"

Tərcümə: Ceylan Mumoğlu

30 may 2016
GO BACK