Bakıda hava 29°
USD AZN
EUR AZN
13:38PERI salam qizlar necesiz 13:07Surayye Ayla getden gelmedin baci 13:07Surayye Qizlarim qizillarim necesiz?hara yox olmusuz 08:58Xəyalə Murad Yeni iş həftəsində hər birinizi salamlayıram! 08:58Xəyalə Murad Sabahınız xeyirli,Gününüz aydın olsun,Əziz Qadin.Netlilər!
40931

"Məsələnin bir həll yolu var: Azərbaycan torpaqları qaytarılsın"

"Məsələnin bir həll yolu var: Azərbaycan torpaqları qaytarılsın"
Cəbhədə baş verən münaqişə Azərbaycan torpaqlarının geri qaytarılması ilə həll oluna bilər. ANS PRESS-in məlumatına görə, bu barədə ATƏT-in Minsk qrupunun amerikalı həmsədri Ceyms Uorlik Ermənistan-Azərbaycan qoşunlarının təmas xəttində baş vermiş son hadisələrlə bağlı vəziyyəti müzakirə edərkən danışıb. Onun sözlərinə görə, ABŞ daim ATƏT-in Minsk qrupunu dəstəkləyir və istəyir ki, sülhə nail olmaq üçün danışıqlar baş tutsun. "Biz Azərbaycan və Ermənistan prezidentlərinin atəşkəsə hazır olmaları barədə bəyanatlarını alqışlayırıq. Bu məsələ sülh yolu ilə həll olunmalıdır. Bunun üçün Ermənistan ordusunun işğal olunmuş ərazilərdən çıxarılması, torpaqların Azərbaycana qaytarılması lazımdır", - deyə Uorlik bildirib. 

O həmçinin əlavə edib ki, müharibə ilə heç nəyə nail olmaq mümkün deyil. Çünki döyüşlər təkcə hərbçilərə deyil, həm də mülki vətəndaşlara təsir edir.C.Uorlik bu gün vasitəçilərin təmas xəttində yaranmış gərginliyi Azərbaycan Prezidenti, xarici işlər naziri və müdafiə naziri ilə müzakirə etdiklərini bildiribBu gün Azərbaycan Prezidenti İlham Əliyev ATƏT-in Minsk qrupunun həmsədrləri Ceyms Uorlik, İqor Popov, Pyer Andrünü və ATƏT-in hazırkı sədrinin xüsusi nümayəndəsi Anji Kaspşiki qəbul edib. Görüşdə həmsədrlər cəbhə xəttində atəşkəs razılaşmasının əldə olunması qərarını alqışlayıblar.Həmsədrlər bildiriblər ki, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı hazırda aparılan danışıqlar daha intensiv xarakter almalı və bu danışıqlar nəticəsində münaqişə tezliklə öz həllini tapmalıdır.

Mənbə: ANS PRESS

 

Səslərin sayı: 0
0
442
loading...
Şərhlər
Adıniız:*
E-Mail:
ıifrə: *
Son şərhlər
loading...
Son yazılar
Kitabxana ...
Tez-tez gedirem
Vaxtım yoxdur
Artıq tarixə qovuşub!
İnternet sağolsun )
Şəxsi kitabxanam var!