Haqqımızda Reklam Bizimlə əlaqə
İstİfadəçİ HESABI

Ana səhifə

Kitablar

Musiqi

Video

Düşüncə

Oyun

Yumor

Yükləmə

Proqram

Reytinq

RSS xətti
Söhbət otağı
Dostlarım






İlk milli virtual qadın jurnalı...
"Lə iləhə illəllah"ın dindəki yeri,əhəmiyyəti və önəmi
"Lə iləhə illəllah"ın dindəki yeri,əhəmiyyəti və önəmi

Müsəlmanlar hər gün azanlarında, iqamələrində, xütbələrində və
danışıqlarında “Ləə iləhə illəllah” kəlməsini dəfələrlə söyləyirlər.
Şəhadət kəlməsi: yer və göylərin, bütün məxluqatın onun üçün
yaradıldığı, Allahın c.c nəbi və rəsullarını onunla göndərdiyi,
kitablarını onun üçün endirdiyi, şəriətini onun üçün qoyduğu bir
kəlmədir.
Bu kəlməyə görə məxluqat, mömin və kafir, yaxşı və pis olaraq iki
sinfə ayrılırlar. Bu kəlmə: yaradılışın məqsədi, əmr və qadağaların,
savab və cəzanın qaynağı, məxluqatın onun üçün var edildiyi, sorğusualın
və mühakimənin onun haqqında olduğu kəlmədir. Savab və
cəza onun üzərində qurulur. Qiblə onun üzərində təməlləndirilmişdir.
Din, o kəlmə üzərinə təsis edilib qurulmuş, cihad qılıncları onun üçün
sıyrılmışdır. Bu Allahın c.c bütün qulları üzərindəki haqqı olan
kəlmədir. O İslama giriş kəlməsi, salamatlıq yurdu olan Cənnətin
açarıdır.
Bütün əməllərin “Ləə iləhə illəllah” kəlməsi üzərində bina edilməsi
səbəbiylə, bu kəlmənin İslamdakı yeri və önəminin bilinməsi bütün
qullar üzərinə fərzdir.
Öncəki ümmətlər və gələcək millətlər, o kəlmədən hesaba
cəkiləcəklər. Allahın c.c hüzurunda iki məsələ haqda soruşulmadıqca
qulun ayağı yerindən oynamayacaqdır:
1. Nəyə ibadət edirdiniz?
2. Nəbi və Rəsulların dəvətinə nə cavab verdiniz?
Birinci sualın cavabı: “Bilərək və şüurlu olaraq özündən başqa
ibadətə layiq ilah olmayan Allaha ibadət edirdik.”
İkincinin cavabı: “Muhəmmədin sas Allahın elçisi olduğunu qəbul
edib, ona təslim olduq və itaət etdik” olmalıdır. 13
İbrahimin as tutmuş olduğu sağlam qulp “Ləə iləhə illəllah” kəlməsi,
İslam və küfr sərhədidir.
Allah c.c belə buyurur:
“İbrahim bu sözü özündən sonra gələcək olanlara davamlı
qalacaq bir miras olaraq buraxdı ki bəlkə insanlar düz yola
qayıtsınlar.” 14
Allah c.c, elm əhli və mələklər bu kəlməyə şahidlik etmişlər.
Allah c.c belə buyurur: “Allah, mələklər və ədalətli elm sahibləri,
Allahdan başqa ibadətə layiq ilah olmadığına şahidlik etmişlər.
Ondan başqa ibadətə layiq ilah yoxdur. O Əzizdir, Hakimdir.” 15
Bu kəlmə, bütün məxluqatın onun üçün yaradıldığı təqvadır, ixlasdır,
haqqa şəhadət və şirkdən uzaqlaşmaqdır.
Allah c.c belə buyurur:
“Mən cinləri və insanları, yalnız mənə ibadət etsinlər deyə
yaratdım.” 16
Allah c.c Rəsullarını bu kəlmə ilə göndərmiş, kitablarını onun üçün
endirmişdir. Allah c.c belə buyurur:
“Səndən əvvəl elə bir rəsul göndərmədik ki, ona: ”Məndən başqa
ibadətə layiq ilah yoxdur. Yalnız mənə ibadət edin” deyə vəhy
etməyək.” 17
“Allah mələkləri qullarından dilədiyi kimsəyə özündən bir
vəhylə göndərib belə buyurar: “Məndən başqa ibadətə layiq ilah
yoxdur. Məndən qorxun!” 18
İbni Uyeynə 19 rh demişdir:
“Allah c.c “Ləə iləhə illəllah”ı haqqıyla bilən qullarını böyük
nemətlərlə nemətləndirmişdir. Dünya əhli üçün sərin su nədirsə,
Cənnət əhli üçün də “Ləə iləhə illəllah” odur.” 20
Kim “Ləə iləhə illəllahı” deyərsə, malı və qanı qorunmuşdur. Kim də
inkar edib yalanlayarsa, malı və qanı halal olar.
Rəsulullah sas belə buyurur:
“Hər kim “Allahdan başqa ibadətə layiq ilah yoxdur” deyər və
Allahdan başqa ibadət edilən şeyləri rədd edərsə malı və canı
haram olar. Hesabı da Allaha aiddir.” 21
İnsanlar İslama ilk öncə dəvət edilərək, onlardan bu kəlməni
söyləmələri istənilir. Nəbi sas Muaz bin Cəbəli ra Yəmənə
göndərərkən ona belə dedi:
“Sən kitab əhli olan bir qövmə gedirsən, onları ilk olaraq Allahdan
başqa heç bir ilah olmadığına dəvət et...” 22


Eləcə də baxa bilərsiniz:


Müəllif: Selcan_Xatun
Rubrika: Qadın və cəmiyyət » Qadın və din
Baxış sayı: 359
 (səs sayı: 4)
şərhlər (1)
Oxşar yazılar...
  • İslamda Oruc
  • NAMAZ
  • Mübariz İbrahimov
  • Rasulullahın (sallallahu aleyhi ve sellem) Ramazan xütbəsi
  • Bu hədislər çox maraqlıdır...
  • Yazılar: Bal | Şərhlər: Bal | Ümumi reytinq: 0.00 Bal
    Bismillahirrehmanirrehim. Allah sizlerden razi olsun.
    [sitat gətir]
    Fikirləriniz...
    Adınız: E-mail:
    Təhlükəsizlik kodu:Təhlükəsizlik kodu
    Kodu yenilə
    Kodu daxil edin:
    Yazarlar

    Aynur Qurbanqızı

    Ən böyük işlər xəyallar quran insanlar tərəfindən həyata keçirilmişdir


    Leyla Salmansoy

    Mübariz İbrahimov

    Ən çox oxunulanlar
    » Bananlı tort (foto resept)
    » Avqust ayında rahat oruc tutmanın yolları ...
    » "Baş redaktorun" ilk doğum günü
    » Mübariz İbrahimov
    » PSD formasında uşaq çərçiv< ...
    » Sevgilim (esse hekayə)
    » Mənim balaca mələyimin ilk uğuru
    » Ruhumuz qidalansın
    » Suxarili kotletlər
    » Sizcə "yaşı ötmüş" q ...
    » Dölün inkişaf etapları
    » Hamiləlik zamanı cinsi münasibətl&# ...
    » Yeni bir səhifə...
    » Sevgi, ugur yoxsa varlı olmaq?
    » Ata (Abbasova Mehriban)
    » İlk etiraf məndən...
    » Şirin əkizlər
    » Zrazı (foto resept)
    » Qışa hazırlıq
    » Bu gün dəyərli webmasterimizin doğu ...
    Son şərhlər
    14:10 - müəllif:
    Uyğun cütlüksünüzmü?
    13:15 - müəllif:
    Ən böyük işlər xəyallar q ...
    Bütün şərhlər
    Sorğu
    Oruc tutursunuzmu?
    Bəli!
    Fasilələrlə...
    Sağlamlğım imkan vermir!
    Başqa səbəblərim var...