Qadin.NET / "Lə İləhə İlləllah"ın dindəki yeri, əhəmiyyəti

"Lə İləhə İlləllah"ın dindəki yeri, əhəmiyyəti

Müsəlmanlar hər gün azanlarında, iqamələrində, xütbələrində və danışıqlarında "Lə İləhə İlləllah" kəlməsini dəfələrlə söyləyirlər.

Şəhadət kəlməsi yer və göylərin, bütün məxluqatın onun üçün yaradıldığı, Allahın (c.c) nəbi və rəsullarını onunla göndərdiyi, kitablarını onun üçün endirdiyi, şəriətini onun üçün qoyduğu bir kəlmədir.
Bu kəlməyə görə məxluqat, mömin və kafir, yaxşı və pis olaraq iki sinfə ayrılırlar. Bu kəlmə yaradılışın məqsədi, əmr və qadağaların, savab və cəzanın qaynağı, məxluqatın onun üçün var edildiyi, sorğu-sualın və mühakimənin onun haqqında olduğu kəlmədir. Savab və cəza onun üzərində qurulur. Qiblə onun üzərində təməlləndirilmişdir.
Din həmin kəlmə üzərinə təsis edilib qurulmuş, cihad qılıncları onun üçün sıyrılmışdır. Bu, Allahın (c.c) bütün qulları üzərindəki haqqı olan kəlmədir. O, İslama giriş kəlməsi, salamatlıq yurdu olan Cənnətin açarıdır. Bütün əməllərin "Lə İləhə İlləllah" kəlməsi üzərində bina edilməsi səbəbindən bu kəlmənin İslamdakı yeri və önəminin bilinməsi bütün qullar üzərinə fərzdir.
Öncəki ümmətlər və gələcək millətlər, o kəlmədən hesaba çəkiləcəklər. Allahın (c.c) hüzurunda iki məsələ haqda soruşulmadıqca qulun ayağı yerindən oynamayacaqdır:
1. Nəyə ibadət edirdiniz?
2. Nəbi və Rəsulların dəvətinə nə cavab verdiniz?
 Birinci sualın cavabı: "Bilərək və şüurlu olaraq özündən başqa ibadətə layiq olmayan Allaha ibadət edirdik".
İkincinin cavabı: "Muhəmmədin (s.a.s) Allahın elçisi olduğunu qəbul edib, ona təslim olduq və itaət etdik" olmalıdır. 
"Lə İləhə İlləllah"ın dindəki yeri, əhəmiyyəti
İbrahimin (a.s) tutmuş olduğu sağlam qulp "Lə İləhə İlləllah"  kəlməsi İslam və küfr sərhədidir.
Allah c.c belə buyurur: "İbrahim bu sözü özündən sonra gələcək olanlara davamlı qalacaq bir miras olaraq buraxdı ki, bəlkə insanlar düz yola qayıtsınlar".
Allah (c.c), elm əhli və mələklər bu kəlməyə şahidlik etmişlər. 
Allah (c.c) belə buyurur: "Allah, mələklər və ədalətli elm sahibləri Allahdan başqa ibadətə layiq ilah olmadığına şahidlik etmişlər. Ondan başqa ibadətə layiq ilah yoxdur. O Əzizdir, Hakimdir".
Bu kəlmə bütün məxluqatın onun üçün yaradıldığı təqvadır, ixlasdır, haqqa şəhadət və şirkdən uzaqlaşmaqdır. Allah (c.c) belə buyurur:
"Mən cinləri və insanları yalnız mənə ibadət etsinlər deyə yaratdım".
"Lə İləhə İlləllah"ın dindəki yeri, əhəmiyyəti
Allah (c.c) Rəsullarını bu kəlmə ilə göndərmiş, kitablarını onun üçün endirmişdir. Allah (c.c) belə buyurur: "Səndən əvvəl elə bir rəsul göndərmədik ki, ona: "Məndən başqa ibadətə layiq ilah yoxdur. Yalnız mənə ibadət edin" deyə vəhy etməyək". 
"Allah mələkləri qullarından dilədiyi kimsəyə özündən bir vəhylə göndərib belə buyurar: "Məndən başqa ibadətə layiq ilah yoxdur. Məndən qorxun!" 
İbni Uyeynə 19 (rh) demişdir: "Allah (c.c ) "Lə İləhə İlləllah" haqqıyla bilən qullarını böyük nemətlərlə nemətləndirmişdir. Dünya əhli üçün sərin su nədirsə, cənnət əhli üçün də "Lə İləhə İlləllah" odur". 
Kim "Lə İləhə İlləllah" deyərsə, malı və qanı qorunmuşdur. Kim də inkar edib yalanlayarsa, malı və qanı halal olar.
Rəsulullah (sas) belə buyurur: "Hər kim "Allahdan başqa ibadətə layiq ilah yoxdur" deyər və Allahdan başqa ibadət edilən şeyləri rədd edərsə, malı və canı haram olar. Hesabı da Allaha aiddir". 
İnsanlar İslama ilk öncə dəvət edilərək, onlardan bu kəlməni söyləmələri istənilir. Nəbi sas Muaz bin Cəbəli (ra) Yəmənə göndərərkən ona belə dedi: "Sən kitab əhli olan bir qövmə gedirsən, onları ilk olaraq Allahdan başqa heç bir ilah olmadığına dəvət et..." 
16 dekabr 2013
GO BACK