Qurani-Kərimin Cümə surəsində günümüzün reallıqlarını əks etdirən ibrətamiz bir ayə var. Ayə kitab sahibi olub, orada yazılanlardan ibrət almayan toplum kitab yüklü uzunqulağa bənzədilir. Daha sonra isə bu bənzətməyə layiq olanların halının necə də ikrahedici olduğu bildirilir.
Bu gün Azərbaycan gənclərinin əksər hissəsi məhz həmin ayədə haqqında danışılan insanlar kimidir. Bol-bol kitab oxuyurlar, yeni-yeni biliklər əldə edirlər. Lakin oxuduqları kitablardan, öyrəndikləri biliklərdən istifadə edərək bir fikir, bir ideya, bir əsər istehsal edə, ortalığa çıxara bilmirlər. Ovodu, Martin İdeni və digərlərini sadəcə kitab kimi görməklə kifayətlənirlər. Oxudum, bitirdim, vəssəlam. Ona görə də bizdə Ovodlar, Martin İdenlər yetişmir. Ona görə bizdə fikir sahibləri yetişmir. Biz daima başqalarının fikirlərini təkrarlayırıq. Bir növ tutuquşu rolu oynayırıq. Nə qədər ki, Martikn İden kitab kimi rəfdə duracaq, o zamana qədər bizdə çöllüyü olmayan çölçülər gündəmə söz atmaqla gələcək. Bu gün məhz bunun nəticəsidir ki, çox mənasız, keyfiyyətsiz bir gənclik yetişir. Təbii ki, istisnalar da var. Lakin bu istisnalar çox cuz`idir.
Bizlər Avropaya baxırıq və Avropadakı kimi azadlıq, demokratiya, sosial təminat, söz azadlığı və digər insani dəyərlərin ölkəmizdə də təmin edilməsi üçün tələblər irəli sürür, şüarlar səsləndiririk. Bütün bu şüarları səsləndirərkən iqtidar partiyasından çox müxalifət partiyalarına müxalif oluruq. Partiya demişkən... Bizlər partiyanın nə olduğunu da bilmirik. Ona görə bilmirik ki, bizlər kitab oxuyarkən, kitab seçərkən də doğru addım atmırıq. Bu gün əksəriyyət sevgi romanları, "aşk hikaye"ləri oxuyur. Təkcə oxumaqla da qalmırlar. Romanlarda oxuduqlarını yaşayırlar da. Neft milyonçusu və xeyriyyəçi H. Z. Tağıyev deyirdi ki, bir oğlan uşağı təhsil alarsa, bir insan, bir qız təhsil alarsa, bir nəsil nura çıxmış olar. Çünki bir qız təkcə qız deyil, həm də potensial anadır, bir neçə gələcək insanın tərbiyəçisidir. Qadın nə qədər savadlı olarsa, onun tərbiyə verdiyi övladlar da o qədər savadlı olar. Lakin bizim gənc qızlarımız olduqca yanlış bir düşüncə tərzinin əsiri olub. Bütün sərsəm düşüncə tərzi bizə latın (Braziliya və Meksika) serialları ilə gəldi. Sonra isə onları türk serialları əvəz elədi. Sadəcə "Clon" serialının təsirini qeyd eləsəm kifayətdir. Bəs bu gün necədir?! Bu gün biz bu hallara gülürük. Bizim gülməyimiz vəziyyəti dəyişirmi?! Əsla! Bu gün o türk serialları məhəbbət romanları ilə əvəz olunub və gənc qızlarımızı öz toruna salır. Bu gün sərbəstlik, azadlıq kimi şüarlarla əsl azğınlıq yaşanır. "Azadlıq" kəliməsinin ilk iki hərfi - az anlaşılır. Azaraq azadlıq əldə edilməz. Bu gün azadlığı əldə eləmək üçün həqiqi mənada azad olmaq lazımdır. İlk öncə azad düşüncəyə sahib olmaq lazımdır. Martin İdenin düşüncələrini əzbərləyib təkrar eləməklə azad olmaq mümkün deyil. Bu gün Avropada mövcud vəziyyəti təkrar eləmək azad olmaq deyil. Avropada 25 yaşlı qadın o yaşa qədər əks-cinsin nümayəndələrindən sadəcə 3-4-ü ilə münasibətdə olduğu halda bizdəki ərgənlər "azadlıq", "seks inqilabı" deyə hayqıraraq gündə birinin qucağına oturmağa təşviq edir. Qızlarımız mənəvi baxımdan məhv edilir. Əsas hədəf budur. Əsas hədəf heyvan kimi cinsi həyata fokuslanmaqdır. Bəs siyasi düşüncə?! Əksər gənclər siyasi ədəbiyyat, siyasi-fəlsəfi romanlar oxumur. Buna görə də partiyaçılıqdan belə anlayışı olmur. Partiya deyiləndə insanların təsəvvüründə yerli icra hakimiyyəti orqanı canlanır. Yaşlı nəsli anlamaq olur. Bu nəsil təkpartiyalı sistemin mövcud olduğu cəmiyyətdə yaşayıb. Gənc nəsil isə belə bir aurada yaşamayıb. Gənc nəsil partiyanın hədəfə çatmaq üçün vasitə olduğunu anlamalı və birlik və bərabərlik içində olmalıdır. Gənc nəsil qorxaq olmamalıdır. Gənc nəsil aclıq və səfalət dolu illəri, müharibə illərinin çətinliyini görməyib.
Əl-qərəz, demək istədiyim budur ki, bu gənc nəsil kitabı sadəcə oxuyub, status yazmaq üçün deyil, oxuyub fikir istehsal eləmək üçün oxumalıdır. Bu gün ölkədə maddi istehsal olmasa da, fikir istehsalı olmalıdır. Maddi istehsalı formalaşdırmadığı üçün iqtidarı qınayırıqsa, özümüz də fikir istehsal etməliyik ki, kənardan baxan "kor kora "kor" deməsə, bağrı çatlayar deməsin.
2 dəfə devalyasiyanın olduğu bir ili geridə buraxdıq. İli Avrasiyanın milli valyutasında ən yüksək devalyasiyaya məruz qalmış ölkələrindən biri kimi təhvil verdik. Neft gəlirlərindən asılı olan ölkəmiz neftin qiymətinin kəskin enməsi ilə böyük zərər gördü. Ən əsas qida məhsulu olan çörəyin qiymətində biz bunu hiss elədik. Niyə?! Ona görə ki, çörək üçün bütün xammal, yəni taxıl xaricdən alınır. Yerli istehsal yoxdur. Yerli istehsal olmayanda adi bir fors-major halında necə bir təhlükə ilə üzləşdiyimizi hər kəs gördü. Bu maddidir. Çörək yeməsək də yaşaya bilərik. Lakin fikir istehsalı olmadıqda bizlər necə bir təhlükə ilə üzləşəcəyimizi təsəvvür belə edə bilmərik.
Sonda Çoşqun bəylə olan müsahibə ilə son vermək istəyirəm.
- Postmodernizm cərəyanı hansısa tabuları sındırmağa müvəffəqdirmi?
- Coşqun: Postmodernizmin Azərbaycanda hansısa tabuları sındırdığını düşünmürəm. Bu ölkədəki postmidernistlərin də daha çox “familiya”sını bəyənirəm. Özlərinə yaxşı təxəllüs seçirlər. Postmodernizm burada ciddi cərəyan kimi özünü göstərə bilmədi. Bilirsiz, bu adamların bir çoxundan yaxşı “KamAz” sürücüsü, bərbər, kondisioner ustası olardı, amma onlar ədəbiyyatı seçdi. Bizə çox böyük pislik elədilər...
Hər kəsə sayqılarla...
Kamran İsmayılzadə
XƏBƏR LENTİ
Günün qoroskopu:Məqsədli olun!
4 yaşlı uşağa ömürlük həbs cəzası verildi
1 günə izləyicilərinin sayı 2 milyona çatdı - FOTO
İcaze.e-gov.az vasitəsilə hərəkətinə icazə verilən şəxslər - SİYAHI
Zeynəb Bastık bir reklamdan 500 min qazanacaq
3D rəsmləri ilə tanınan Stefan
Xanımından Kıvançla bağlı romantik paylaşım
Tarkan gözəllik salonu açır-FOTO
Pianonun ruhumuzla valsı: Evgeniy Grinko
AQTA-dan toylara icazə verilməsi ilə bağlı AÇIQLAMA
Hande Ataizinin gözəllik sirri məlum oldu
Uşaq xəstəxanaları
Müxtəlif dizaynlı saatlar
Barak Obamadan İrana jest
Ermənistan radioaktiv tullantıları Qarabağda yaya bilər
Altıncı hissi gücləndirməyin yolları
Alimlərin yeni iddiası: Buzlaşma dövrü 2020-də başlayacaq
Megan Marklın təbii saçı hər kəsi təəccübləndirdi-FOTO
Hava haqqında
Culiya Robertsdən dəyərli məsləhətlər
Bakının küçələrindən biri dəyişir - XƏRİTƏ
Tərəvəzli makaron (foto-resept)
Qadin.Netlilərin maraq dünyası (SON)
Azərbaycanlı boksçu növbəti döyüşünə hazırlaşır
Boğaz ağrısında təbii müalicə üsulları
Qiyməli, pendirli sousda kannelloni (foto resept)
Alişan uşaqlıq FOTOsunu yaydı
Valideyn-övlad münasibəti və narkotiklər
Qarşı cinslə necə tanış olmalı?
Koronavirus onu da vurdu - FOTO
Başınız sağ olsun - Avrasiya öldü...
Rus bulkası "Vatruşka", Sadə bulki və Sosiskalı peraşki (foto resept)
Hikmət Hacıyev: “Erməni işğalçıları əhalimizə qadağan edilmiş silahlardan atəş açırlar” - VİDEO
2050-ci ildə kosmik lift istifadəyə veriləcəkgünün
Satışa çıxarılan Harry Potter evi: De Vere House
Rəngarəng corab modelləri
Yaşamaq üçün ən yaxşı şəhər seçildi
2015 yay ayaqqabıları
İspanaqlı börək (foto-resept)
Bakıda "çolaq" işıqfor
Bakının ən təhlükəli sürüşmə əraziləri açıqlandı - SİYAHI
Xəstəliklərimiz özünü dırnaqlarımızda göstərir
Həddindən artıq yemək istəyinə səbəb olan hallar
2017-nin yaz trendi ayaqqabıları
Miranda Kerridən AÇIQLAMA
Azərbaycanda bütün məzarlıqlar eyni olacaq - QANUN LAYİHƏSİ
Xəzəri Bakıda böləcəklər
İcazə alan bəzi şəxslər cərimələnə bilər - RƏSMİ
Boyu kiçik olanların DİQQƏTİNƏ!
150 minlik nişan üzüyü ilə gündəm oldu-Əslində isə-FOTO
- ŞƏRHLƏR