- Bu sətirləri nə oxucu kimi, nə kitab satıcısı kimi, nə də Bakumoz kitab mərkəzinin işçisi kimi yazıram...
- Mən bu sətirləri insanlıq naminə müəyyən məqsədlər üçün çalışan, indi şagird, sonra tələbə, amma ən nəhayətində “faydalı insan” yaratmaq üçün yol qət edən müəllim kimi, pedaqoq kimi yazıram..
- Sırf pedaqoq kimi..
- Günahsız insan yoxdur. Hər birimiz müəyyən yaş dövrlərində, müəyyən vaxtlarda bəzən istəyərək – “içimizdəki iblisi dinləyərək” , bəzən məcburiyyətlərdən dolayı, bəzən isə istəməyərək “günahlar” işləmişik. Söz yox ki, heç kim “süddən çıxmış ağ qaşıq” – deyil ! Fəqət bu günahlar nədən başlayır düşünürükmü? – Əmin deyiləm..
- Təyinatda işləyərkən bu barədə uşaqlarla tez – tez söhbətlər edirdik. Hər dərs ya 7 dəq ayırırdım, ya da istirahət vaxtım – 5 dəqiqəlik tənəffüsdə danışardıq. Bir dəfə “Çərpələng Uçuran” kitabı ilə sinifə daxil oldum. Artıq o auranı yaratmışdım ki, həmişə əlimə baxırdılar. Mütləq yeni kitab görmək arzusu onlarda adət olmuşdu. Buna altdan – altdan fikir verib daxilən çığırıb, bağırıb, 2 yaşlı uşaqlar kimi tullanıb – düşürdüm sözün düzü. Elə həmin gün, onlar üçün bir parça oxudum...
“ - Bax, molla nə öyrədir öyrətsin, dünyada sadəcə bir günah var, bircə dənə. Bu da oğurluqdur. Bütün başqa günahlar oğurluğun müxtəlif formalarıdır. Sən adam öldürəndə, onun həyatını oğurlayırsan. Arvadının ərli, uşaqlarının isə atalı yaşamaq haqqını oğurlayırsan. Yalan deyəndə başqasının həqiqət haqqını oğurlayırsan. Kələk gələndə, başqasının ədalət haqqını oğurlayırsan..”
Hissəni bitirəndə səsimin titrədiyinin fərqinə varmışdım. Halbuki normalda bir zərrə həyəcan olmaz. Lakin onların gözlərindəki qorxu qarışıq, uşaq qəlbi ilə dərk edilən “günah” qarışıq kədəri görə bilmişdim.. Və o gündən sonra həmin sinif uşaqlarındakı dəyişiklik deyilməz, gərək gözlə görülsün..
O özünüdərki hələ çox az olan körpələr belə “günah” sözündən qorxub özlərini düzəltməyə çalışar ikən, daha gözəl, daha əlverişli şəraitdə böyüyən, hətta kimisi tələbə, kimisi artıq mütəxəssis olan yeniyetmə və gənclərimiz özlərini düzəldirlərmi? O “günah” sözündən çəkinirlərmi? Bəs “oğurluq” sözündən necə???
İnanmıram..!!
Həmişə belə müqayisə etmişəm. Bir neçə cür oğurluq var və bu növlər ağacvari şaxələnir. Bəzi şaxələr başlamadan bitir, lakin bəziləri daha da şaxələnir. Müşahidələrimə görə bu növlərin adları müxtəlif və maraqlıdır : “ürək oğrusu”, “pul oğrusu”, “yumurta oğrusu”, “başmaq oğrusu”… və s. Bu və bu tiplərin dərki müəyyən mənada asan ola bilər, cəza ilə də sonluğa çata bilər..
Lakin biri var ki..
Biri var ki, bununla sinələrinə döyüb, öyünürlər!
Sağda, solda danışıb, qürurlanırlar!
Qarşılarındakı insanların etibarından istifadə edib, mən “superəm”, “möhtəşəməm” deyib fəxr edirlər….
Bu şəxslər mənim təbirimcə desək, “Vicdan oğruları” adlanır.
“Vicdan oğruları” = “kitab oğruları”
İndi başa düşərsiniz söhbət nədən gedir.. Bəli, məhz vicdan oğruları!
Mütaliə dünyasında belə bir cümlə var, “Kitab oğurlamaq oğurluq sayilmır!”
Fəqət mən bu fikirlə razılaşmıram. Heç vaxt!!!
Kitab oğurlamaq – sənə inanan insanların etibarlarından sui istifadə etmək deməkdir!
Kitab oğurlamaq – başqasına verilən sözləri oğurlamaq deməkdir!
Kitab oğurlamaq – saf, ləkəsiz bir dünyanı damğalamaq deməkdir!
Kitab oğurlamaq – bir insanın yox, insanlarin çörəyini oğurlamaq deməkdir!
Kitab oğurlamaq – başqalarının yanında başıaşağı, vicdanı “yamaqlı” olmaq deməkdir!
Kitab oğurlamaq – cəmiyyət və insanlıq üçün yazılmış bəyaz sətirləri kirlədib, düşüncələri xəstələndirmək deməkdir!
Kitab oğurlamaq – günahlara “xoş gəldin” deməkdir!
Kitab oğurlamaq – bir insanın yox, bütün insanların vicdanına göz dikib, oğurlamaq deməkdir!!
Əziz kitab oğruları..
Kitabları hamidan “çox” “sevən” filankəslər!
Lütfən..
Vicdanınıza yamaq vurmayın. Kitabsız qalın, amma təmiz qalın. Pak qalın. Onda həmin kitab özü gəlib sizi tapacaq!
Unutmayın ki, vicdan oğurluğunun məhkəməsi də, müqəssiri də özünüzsünüz.. Bu isə fərqində olmadığınız dərd deməkdir..
Sizlərə təmiz vicdan arzu edirəm.
Heç vaxt mühakimə olunmamağınız diləklərimlə…
Səadət
XƏBƏR LENTİ
Putin: “Rusiya sülhməramlıları vəziyyəti sabitləşdirmək üçün əllərindən gələni edirlər” - VİDEO
Azərbaycanlı milyonçu Amerika korporasiyasını aldı
Mayli Sayrus qəribə paylaşımları ilə DİQQƏT çəkdi-FOTO
Çiy bibərin faydaları
(cizgi filmi)
Blinçik boğçası (foto resept)
Paranoyaya kişilərdə daha çox rast gəlinir
Vahid məktəbli forması necə olacaq?
Keramikadan təbiətin imtasiyası
Bir-birindən gözəl eyvan dekorasiyası
Turabi ABŞ-da çempiyon oldu-VİDEO
Burnunuzu kəsirsiniz, yoxsa səsinizi?
Neslihan Atagül Bakıya gəlir
"Prezidentlik müddətinin 7 il olması qanunauyğundur"
Ağız qoxusunun çarəsi
Beren Saat ilk dəfə evliliyindən danışdı - VİDEO
Ermənilər cəbhə bölgəsində çəkiliş aparan jurnalistləri atəşə tutdular - VİDEO
Məşhur aktrisa ərə getdi
“Hercai”nin “Miran”ı sevgilisi ilə - FOTO
Azərbaycanda güclü qar yağdı
Azərbaycan güləşçiləri beynəlxalq turniri 24 medalla tamamlayıblar 16:10, 25 noyabr 2013
Ana südü hansı orqanın məhsuludur?
Qvinet Paltrou makiyajsız halı ilə QORXUTDU
Nə qədər sayt işləyir?
Qız kabab yeməklə 15 min qazanaraq birinci oldu
"İtkin düşənlərin sağ qalmaq ehtimalı yoxdur"
Üzr istəməsən, ölərəm
Prezident İlham Əliyev: "Ermənistan silahlı qüvvələrinin atəşi nəticəsində iki azərbaycanlı mülki şəxsin qətlə yetirilməsi növbəti hərbi cinayətdir"
Samsung sağlamlıq platforması yaratdı
Günün qoroskopu: Pozitiv gündür!
Nazim ilə Piraye
Şahzadə Yevgeniya: Çapığımdan utanmıram - FOTO
Bakıda 3000-ə yaxın müəllimin maaşı artırıla bilər
Yatmadan əvvəl dəri baxımı
Saç sağlamlığı üçün saçları necə yumalı?
“Formula-1”ə görə bağlanan yollar
Sağlıqlı və xoşbəxt olmağın 20 yolu
Prezident onu vəzifədən AZAD ETDİ
Özünüzü idman etməyə məcbur edirsiniz?
Qadın boksçularımız Almatı turnirində yarımfinalda
Evdə saç jelesi hazırlayaq
İrem Derici Bakıya gəlir
Mitinq çağırışı edən saytlar bağlanacaq
Samsung smartfon kimi saat buraxacaq
Gözəl jaketlər
Saç boyasını dəridən təmizləməyin üç asan yolu
Aya bilet alan ilk vətəndaşın pulu geri qaytarılıb
Qatarlara “ağıllı” pəncərələr quraşdırılacaq-VİDEO
Günün ulduz falı
BÜRCLƏR bizə nə vəd edir? -23 MAY
- ŞƏRHLƏR