Bakcell 2016-cı ilin 1-ci rübündə Abşeron yarımadasının bütün ərazisini super yüksək sürətli LTE şəbəkəsi ilə əhatə edəcək
Azərbaycanın İlk Mobil Operatoru və Aparıcı Mobil İnternet Provayderi Bakcell şirkəti böyük məmnuniyyətlə özünün 4G şəbəkəsinin əhəmiyyətli dərəcədə genişləndirilməsi planlarını elan edir. Şirkətin İdarə Heyətinin 30 sentyabr 2015-ci il tarixli qərarına əsasən, 2016-cı ilin 1-ci rübündə Bakcell şirkətinin super yüksək sürətli LTE xidməti Abşeron yarımadasının bütün ərazisini əhatə edəcək. Beləliklə, 4G şəbəkəsinin indiki əhatə dairəsi gələn ilin 1-ci rübünə 2.5 dəfə artaraq, Abşeron yarımadasının coğrafi ərazisinin 98.75%-də mövcud olacaq. Rəqəmlərlə ifadə etdikdə bu o deməkdir ki, Bakcell şirkəti növbəti 6 ay ərzində əlavə olaraq daha 600 4G baza stansiyası quraşdırmaqla Abşeron yarımadasında fəaliyyət göstərən LTE baza stansiyalarının ümumi sayını 1000-ə çatdıracaq və öz rəqiblərini bu göstərici üzrə əhəmiyyətli dərəcədə üstələyəcək. Bu istiqamətdə artıq başlanılmış hazırlıq və quraşdırma işləri 2016-cı ilin 1-ci rübünün sonunadək yekunlaşdırılacaq. Bakcell şirkəti smartfon istifadəçiləri üçün nəzərdə tutulmuş LTE şəbəkəsinin inkişaf etdirilməsi istiqamətində fəaliyyətini davam etdirəcək.
Özünün 400 baza stansiyası ilə Bakcell şirkəti hazırda Azərbaycanda ən qabaqcıl və ən böyük 4G operatorudur. Bakcell şirkətinin 4G şəbəkəsi Bakı əhalisinin 90%-ni əhatə edir və bu genişləndirmə ilə onun əhatə dairəsi bütün Abşeron yarımadasının 98,75%-ni əhatə edəcək.
“Bakcell öz şəbəkəsini digər operatorlardan daha tez genişləndirmək imkanına malikdir, çünki indi biz abunəçilərimizin artan tələbatlarını qarşılamaq üçün ölkədə ən iri mobil rabitə şəbəkəsinə və əhəmiyyətli internet tutumuna malikik. 4G xidmətinin abunəçiləri də daxil olmaqla, mobil data istifadəçilərimizin sayı sürətlə artmaqdadır. 4G abunəçilərimizin sayı rüb ərzində ikiqat artıb. Biz LTE şəbəkəsinin inkişafına daim sərmayə qoymaqla Azərbaycanda ən böyük 4G operatoru adına layiq olmaq və ölkədə mobil rabitə sahəsinin inkişafını stimullaşdırmaq üçün səylərimizi gələcəkdə də davam etdirəcəyik. Əhatə dairəsinin daha geniş olmasını, habelə 4G şəbəkəsinin imkan verdiyi internetə yüksək sürətli çıxışı tələb edən smartfon istifadəçilərinin spesifik tələbatlarını təmin etmək üçün Bakcell şirkəti özünün 4G LTE şəbəkəsinin inkişaf etdirilməsini diqqət mərkəzində saxlayır”, deyə Bakcell şirkətinin baş icraçı direktoru cənab Riçard Şirer bildirib.
2015-ci ildə Azərbaycan Respublikası ərazisində keçirilmiş şəbəkələrin müstəqil keyfiyyət monitorinqlərinin (bençmarkinq) nəticələrinə görə, Bakcell şirkəti özünün 5300-dən artıq baza stansiyası ilə şəbəkənin keyfiyyəti və yüksək texnologiyaların tətbiqi baxımından bazarda üstünlüyünü qoruyub saxlayır.
“İnanırıq ki, 4G şəbəkəsinin genişləndirilməsi istiqamətində apardığımız işlər 3G şəbəkəsinin inkişaf etdirilməsi üzrə apardığımız və şirkətimizin simsiz data xidmətləri sahəsində aparıcı mövqeyə sahib olması ilə nəticələnmiş işlər kimi uğurlu olacaq. Bakcell şirkət qısa müddət ərzində Azərbaycanın bütün bölgələrində 3G xidmətini təmin etməyə müvəffəq olub. Bu gün biz 4G şəbəkəsini genişləndirməklə yanaşı bütün ölkə ərazisində əlavə 3G stansiyalarının quraşdırılması üzrə işləri davam etdiririk. Bizim 3G şəbəkəmizin əhatə dairəsi son iki ildə 50% genişlənərək ölkə əhalisinin 93%-ni əhatə edir. Bakcell şirkətinin 4G LTE xidmətinin istifadəyə verildiyi vaxtdan biz istifadəçi davranışında iki əsas istiqaməti müşahidə etmişik. Bakcell şirkətinin 4G abunəçiləri 10 dəfə daha yüksək sürətli mobil data xidmətlərindən orta hesabla iki dəfə çox istifadə edirlər və 4G xidmətindən istifadə etməyə yeni başlayan müştərilər arasında müştəri məmnuniyyəti əhəmiyyətli dərəcədə artıb”, deyə Bakcell şirkətinin baş texniki direktoru cənab Yigit Berktaş bildirib.
Bakcell şirkəti 4G LTE xidmətlərini Abşeron yarımadasının bütün ərazisi üzrə genişləndirdikdən sonra 4G şəbəkəsinin Azərbaycanın digər bölgələrində də quraşdırılması imkanlarını nəzərdən keçirməyi planlaşdırır.
XƏBƏR LENTİ
Onu bağışlamaq olarmı?!
Ağız qoxusunu necə aradan qaldırmalı?
Saxta və orijinal ətirləri necə fərqləndirməli?
Toy etmək istəyənlərin NƏZƏRİNƏ
Feyzanın istədiyi məbləğ dodaq uçuqladır!
Günün ulduz falı
Sadə kök salatı (foto resept)
"Üç azdır, beş uşaq dünyaya gətirin" - Ərdoğan
Azərbaycanda daha üç nəfər koronavirusdan öldü: 175 yeni yoluxma
ABŞ Azərbaycan Ordusunu ən güclülər siyahısına saldı
Pələngə qızıl diş qoydular-FOTO
Günün qoroskopu: Sevdiklərinizə zaman ayırın!
Zombiləşən uşaqlarımız
Bu cızma-qara 1 milyona satılır (FOTO).
Dərinizə parlaqlıq qazandıracaq maska
Necatinin xanımı AÇIQLAMA verdi-FOTO
Adamlardan akkumulyator kimi istifadə edəcəklər
Sürətli saç uzadan yağ
Bakının mərkəzində "ayı" peyda oldu
Twitter yeni şirkət alır
Gəlinciyi gəlinliyə dəyişdirilənlər
İstanbul su altında qaldı
Göbələk yeməyi (foto resept)
450 min avroluq Mercedes
Dırnaqlarınızı qoruyun
İkinci dalğa bu tarixdə başlayacaq
Hava haqqında
Whatsapp-ı internetsiz necə işlətmək olar?
Allahşükür Paşazadə Türkiyənin səfirini qəbul edib
Açıq beyin əməliyyatı zamanı Xəstə Skripka Çaldı - VİDEO
Zəlzələ anında nə etmək lazımdır?
Cəbrayıl uğrunda döyüşərkən şəhid olan baş leytenant - FOTO
Dənizin ortasında yaşayan qəbilə
Doğum gününə görə xarakter (iyul)
Zakir Həsənov Qırğızıstana getdi
Qızıl balıq piroqu (foto resept)
Trampın yeni koronavirus testinin nəticəsi açıqlandı
Prezident və xanımı ümumxalq Xocalı yürüşündə - FOTO
Vilayət Eyvazovdan yeni TƏYİNAT
Duzlu pomidor (foto resept)
Azərbaycanda yayın başlama vaxtı dəqiqləşdi
Övladlığa götürülən uşaqlar valideyn məhəbbətini görürlərmi?
Yeni doğulmuş əkiz körpələr bir yataqda yatmalıdır?
Sabah qar yağacaq
Koronanın yayılma səbəbi açıqlandı - ÜST rəsmisindən həyəcan təbili
Südlü sousda toyuq (foto resept)
Həftədə 2 dəfədən çox yemək sinə xərçəngi riskini artırır - FOTO
Hacılar vətənə qayıdır
Gündəlik normal qidalanma
Aclıq olsun, kef olsun?
- ŞƏRHLƏR