Ermənistanda keçirilən etiraz aksiyaları getdikcə daha da geniş vüsət alır.
ANS PRESS-in məlumatına görə, ukraynalı politoloq Vladimir Fesenko hesab edir ki, elektrik enerjisinin qiymətinin artımına qarşı iyunun 19-dan başlayan kütləvi aksiyalar Ermənistan prezidenti Serj Sarkisyanın yürütdüyü istər daxili, istərsə də xarici siyasətində böyük səhvlərin olmasından xəbər verir.
Onun sözlərinə görə, Ermənistanda aksiyaların keçirilməsi ən yaxın tərəfdaşı olan Rusiyanın diqqətini Donbasdan ayıra bilməyəcək.
"Ermənistan geosiaysi baxımından Rusiyadan çox asılıdır. Ermənistanda dəhşətli nəsə baş verməlidir ki, rəsmi Moskva diqqətini Donbasdan ayırıb İrəvana yönəltsin. Amma Rusiya Ermənistana qoşun yeritməyəcək. Onsuzda Ermənistanda hərbi bazaları var və bundan istifadə edəcək".Ermənistanda davam etdirilən etiraz aksiyalarını Kiyevdəki Maydan hərəkatı ilə eyniləşdirən politoloq Aleksey Qaranın şərhi isə diqqət çəkib. Onun sözlərinə görə, vəziyyət daha da gərginləşərsə, Ermənistan hökuməti ölkədəki aksiyaların qarşısını almaq üçün Dağlıq Qarabağ münaqişəsindən istifadə edəcək.
"Cənubi Qafqazda Ermənistanın düşmən obrazında gördüyü Azərbaycan var. Məhz buna görə də Dağlıq Qarabağ münaqişəsindən erməni müxalifətinə qarşı istifadə edilməsi ehtimalı böyükdür. Yəni Qarabağda döyüşlər yenidən başlayacaq. Hakimiyyət o dəqiqə milli təhlükəsizlik məsələsini ortaya ataraq ölkədə etiraz aksiyaları keçirən müxalifəti Azərbaycanın maraqlarına xidmət etməkdə günahlandıracaq. Bununla da Sarkisyan rejimi müxalifəti gözdən salmağa çalışacaq".
Ermənistanın müdafiə naziri Seyran Ohanyan bu yaxınlarda Naxçıvan sərhəddində olarkən Qarabağda vəziyyətin gərginləşə biləcəyi haqqında açıqlama vermişdi.
"Avropa Oyunları bitəndən sonra Azərbaycan sərhəd ərazilərdə və Qarabağda vəziyyəti kəskinləşdirə bilər. Məncə, Oyunlardan sonra Azərbaycan bu ərazilərdə gərginliyi artıracaq", - deyə Seyran Ohanyan bildirmişdi.Son günlər Ermənistan tərəfi cəbhə xəttində döyüşlərin getdiyini və itkilərin olduğunu da bildirir.
Azərbaycan Müdafiə Nazirliyi Ermənistan tərəfinin bu iddialarına sərt reaksiya verərək bildirir ki, bu məlumatlar dezinformasiya xarakteri daşıyır
"Hazırda Ermənistanın müxtəlif şəhərlərində hakimiyyətə qarşı başlayan kütləvi aksiyalardan qorxuya düşən İrəvanın cinayətkar hərbi-siyasi rejimi əhalinin diqqətini yayındırmaq məqsədilə Azərbaycan Silahlı Qüvvələrinin itkiləri və atəşkəs rejiminin intensiv pozulması haqqında mütəmadi olaraq məqsədyönlü surətdə dezinformasiya xarakterli məlumatlar yayır".
Müdafiə Nazirliyi rəsmi olaraq bildirir ki, Silahlı Qüvvələrimizin bölmələri cəbhəboyu əməliyyat şəraitinə tam nəzarət edir.
Mənbə: ANS PRESS
XƏBƏR LENTİ
"Quş qripi" qayıdır
Kəs və yapışdır-9
Məşhur aktrisadan gözlənilməz FOTOlar
300-1500 manat maaşı olan iş yerləri açılacaq
Məşhur müğənni İrandan qovuldu-SƏBƏB
Həzm sisteminin işləməyinə kömək edən ərzaqlar
Yeni heyvan növü yaradıldı-FOTO
Məşhur professor saç tökülməsinin səbəblərini açıqladı
Şokoladlı dondurma banan (foto resept)
Prezident İlham Əliyev və xanımı ümumdünya forumunun açılışında
Kosmosa 1 milyard dollar göndərildi
Hava haqqında
Diqqət! Facebook profilləri nəzarətə götürüldü
Doğuşdan əvvəl makiyaj edən analar
1, 5 və 50 manatlıq pul nişanlarının dizaynı dəyişdi - FOTO
Anomal istilər nə vaxta kimi davam edəcək?
Meryem Üzerlidən estetik əməliyyat etirafı-FOTO
Məşhurlarin nadir xəstəlikləri
Beren Saat evinə qayıtdı
Ən çox radiasiya yayan smartfonlar - SİYAHI
"Südlü" tort - tavada (foto resept)
Bakı Tikiş Evindən sosial şəbəkələrdə yayılmış xəbərlərə RƏSMİ MÜNASİBƏT
Qış şorbası (foto-resept)
Erməniləşdirilən toponimlər tarixi adlarına qovuşur
Dünyanın ən etibarlı evi - FOTOLAR
190 manatlıq ödəmələrlə bağlı AÇIQLAMA
Azərbaycanda təhsil alan əcnəbi tələbələrin sayı açıqlandı
Azərbaycan tarixindən yüz şəxsiyyət-6
Bu şəhərlər Yer üzündən silinəcək
Aleyna Tilki haqqında Cinayət İşi açıldı
Ukraynada hakimiyyət və müxalifət razılığa gəlmədilər
Hazırlaşın: WhatsApp inqilab edəcək - FOTO
Arxeopteriks
Müəllimlərin maaşı 40 faizə qədər artacaq
Məktəblərə şagird qəbulunda əsas PRİORİTETLƏR
Yatmağa kömək edən qidalar
Yararsız əşyaları dəyərləndirək
Bu günün hava proqnozu
Hamiləlik dövrləri (20-31 həftələr)
Bu ilin trend rəngi: Canlı Mərcan
Xəyanətə uğradı, 25 kq arıqladı-FOTO
Asan tort (foto resept)
Şabalıd təmizlənməsi qaydaları
Azərbaycanda ictimasi iaşə müəssisələri ilə bağlı XƏBƏRDARLIQ
Sarışın qızlar haqda miflər və həqiqətlər
İnternetin yeni qaydası təsdiqləndi
Obama: İŞİD qruplaşması məhv ediləcək
Bu itlər xərçəng xəstələrini müəyyən edir
İki bacıya bəysiz toy etdilər - FOTO
Suşi (foto resept)