Milli.Az AzərTAc-a istinadən xəbər verir ki, Xocalı soyqırımı haqqında həqiqətlərin beynəlxalq ictimaiyyətə çatdırılması və bu faciənin soyqırımı faktı kimi tanıdılması istiqamətində həyata keçirilən tədbirlərin ildən-ilə daha geniş vüsət alması internet media və sosial şəbəkələrdə də bu mövzuya diqqətin artmasına səbəb olub. “Xocalıya ədalət!” kampaniyası çərçivəsində həm Azərbaycanda, həm də bütün dünyada keçirilən çoxsaylı tədbirlər ətrafında aparılan müzakirələr Twitter mikrobloqunun tematikasına əhəmiyyətli dərəcədə təsir edib.
Aparılan araşdırma nəticəsində müəyyən edilib ki, fevralın 26-da saat 15:00-18:00 radələrində Xocalı soyqırımı Twitter-də ən çox münasibət bildirilən və paylaşılan mövzu olub və Twitter Top Trendində birinci yeri tutub. Bu isə onu deməyə əsas verir ki, milyonlarla Twitter istifadəçisi bu faciəyə öz münasibətini bildirib. “Retwit”lərin sayına görə də Xocalı soyqırımı mövzusu rekord həddə çatıb.
Əvvəlki illərdə sosial şəbəkələrdə Xocalı soyqırımı mövzusuna münasibət bildirən şəxslər əsasən Azərbaycan və Türkiyə vətəndaşları, habelə ayrı-ayrı ölkələrdə yaşayan azərbaycanlılar və türklər olmuşdular. Bu il isə Twitter istifadəçilərinin əhəmiyyətli hissəsi, müxtəlif ölkələrin vətəndaşları mövzu ətrafında xüsusi fəallıq nümayiş etdiriblər.
Xocalı soyqırımına münasibətə gəldikdə, Twitter istifadəçiləri soyqırımı faktını və ermənilərin azərbaycanlılara qarşı törətdiyi vəhşilikləri kəskin şəkildə qınayıblar. Bir çox rəylərdə soyqırımının nüfuzlu beynəlxalq təşkilatlar tərəfindən tanınması, ona hüquqi qiymətin verilməsi məsələsi qabardılıb. Soyqırımı qurbanlarına dair vizual görüntülərin intensiv şəkildə paylaşılması da müşahidə olunub.
Diqqəti çəkən xüsusi məqamlardan biri kimi ictimai-siyasi xadimlərin, siyasətçilərin, ekspert və politoloqların, ayrı-ayrı sahələr üzrə tanınmış şəxslərin müzakirələrdə fəal iştirakını qeyd etmək olar.
Araşdırma nəticəsində müəyyən edilib ki, “Xocalıya ədalət!” kampaniyası Twitter dünya trendində geniş rezonans doğurub, yerli trenddə isə lider mövzu olub.
Mənbə: Milli.Az
XƏBƏR LENTİ
Əhaliyə VACİB XƏBƏRDARLIQ: Qarşıdakı iki gün ərzində bunları etməyin!
31 Avqust- Qubadlı
Dərmanların qiyməti ilə bağlı müjdə
Qızıl medallı Stadnik: Mən azərbaycanlıyam
Albalı (gilənar) mürəbbəsi (foto resept)
İlham Əliyev: “Daha 16 kəndimiz işğaldan azad edildi”
AFFA hakimi təhqir edən 3 futbolçunu dörd oyunluq cəzalandırdı
Dəbli çəkmələr
Dünya qocalara qalacaq
Robin Ulliamsın oğlu evləndi-FOTO
Türkiyədə Ebola virusuna yoluxma halları ilə bağlı 45 xəstəxana ayrılıb
M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin Bakı şəhərindəki filialı tələbə qəbulu elan edir
Qoruyucu ruhunuzun sizə göndərdiyi 4 ismarıc
Sosyopatı necə tanımalı? (2)
Müge Boz izləyicilərini TƏƏCCÜBLƏNDİRDİ-FOTO
İkimərtəbəli qatarların iyunun 5-nə kimi istismarı nəzərdə tutulur
Mehriban Əliyeva Azərbaycan xalqını təbrik etdi - FOTO
Marshmallovlu tart (foto resept)
Beyin üçün ən zərərli 3 qida
Sağlam xarakterli insanların 4 xüsusiyyəti
Dovşan ətini yemək olarmı?
Rus Dili dərs-3
Məşqlər və miflər: kimə nə olmaz?
Arda Turan evləndi -FOTO
Muradla Aslı Yeni İli Barselonada qarşılayacaq-FOTO
Tarkan qızının adını açıqladı-FOTO
"Alatoran"ın məşhur ulduzu hər kəsi TƏƏCCÜBLƏNDİRDİ-FOTO
Erməni mediası: "Yaralıar yollarda keçinir, dərman çatışmır"
Oskar mərasimindən ən yadda qalan geyimlər
Obama Putinlə məzələndi
Baş epidemioloqdan qrip açıqlaması
Rusiya XİN-dən Qarabağda sülhməramlılarının sayının artırılması məsələsi ilə bağlı AÇIQLAMA
Avtobuslar 24 saat işləyə bilər
Çində ilk dəfə...
62 yaşlı beş uşaq anası cəlbediciliyinin sirlərini açdı - FOTO
Öskürəyə qarşı müalicələr
Bergüzar Korel də etiraz səsini ucaltdı
63 dəfə küsüb barışdılar - FİLM
Dəri gözəlliyi üçün 6 qida
Dadlı və ətirli piroq (foto resept)
Hava haqqında - 30.11.2013
Bu rayonlarda işləyən müəllimlərin MAAŞLARI ARTACAQ
Sumqayıtda köhnə işıqfor qalmayacaq
2015-in bizdən aldığı məşhurlar
Azərbaycanda şok statistika: Nikahdankənar doğulan uşaqların sayı açıqlandı
Günün qoroskopu:Ailənizlə vaxt keçirin!
Yeni ana olanlar üçün gözəllik tövsiyələri
Dünyanın ən hündür tonqalı - FOTO
Almaniyada toqquşma
İshal təhlükəli ola bilər
- ŞƏRHLƏR