Gilas
Bax, bu ağac gilasdı,
Yaz gəldi bu ağacın
Budağından gül asdı.
Sonra güllər büküldü,
Ləçəkləri töküldü.
Yaşıl-yaşıl düymələr
Böyüdü gilas oldu.
Sırğa-sırğa damcılar
Budaqlardan asıldı.
Hesab dəftəri
Bu vurma cədvəlidi,
Bu vurulan, bu vuran.
Yeddi çox gülməlidi,
Onun beli əyridi.
Sən birə bax, birə bax,
Uzundraz, yaramaz.
Hansı rəqəmə vursan,
Ona təsiri olmaz.
Çəmbərquyruqdu iki,
Yoxsa əyribaş atdı?
Kimə vurdu özünü
İki dəfə çoxaltdı.
İki dəfə üç altıdı,
İki səkkiz on altı.
İki dördə vuruldu,
Dördün keyfi duruldu.
İki dənə dörd oldu,
Dörd dənə iki oldu.
Altı qaz üzür göldə,
Bu da ki, ovçu İki.
Çaxmağı çəkən kimi
Qazlar oldu on iki.
Sehrli çubuğunu
Üçə sarı uzatdı.
Üç qıvrıldı, açıldı,
Çevrilib oldu altı.
Dovşan və köpək
Sarı dovşan bostandan
Qarpız oğurlayanda
Keşik çəkən boz köpək
Duyuq düşdü bir anda.
Yüyürdü hürə-hürə:
"Bu bostana kim girə?"
Yumaq kimi büzüşüb
Dovşan kola girmişdi.
Boz köpək ona baxdı
Elə bildi yemişdi.
Bir az sərçəyə hürdü,
Bir az kölgəyə hürdü.
Gəlib çardağın altda
Yenə yerinə girdi.
Uzundərə
Yaz gəlmişdi bağça-bağa,
Quşlar oxuyurdu: cik-cirik!
Dimdik sola, quyruq sağa
Rəqs edirdi bir sərçəcik.
Tülkü baxırdı quşlara
Ağzının suyu axırdı
Deyib sərçəni çağırdı.
-Uzundərə oynayıram
Sən də öyrən qaydasını.
Bax beləcə rəqs eləsən,
Görəcəksən faydasını.
"Fayda" sözünü eşidib
O, şəklədi qulağını
Sağa çəkdi kəlləsini,
Sola atdı ayağını.
Tozu qaldırdı göylərə,
Çəmənliyi ayaqladı.
Şappıltıyla dəydi yerə,
Durub yenə oynaqladı.
Quşlar çaldı, o oynadı
O oynadı, quşlar çaldı.
Arada mayallaq aşdı,
Səntirlədi neçə kərə.
Dedi:-nə vaxt qurtaracaq
Nə uzundu Uzundərə?!
Çırpıb körpə qanadını
Quşlar ona çaldı çəpik.
Baxıb tülkünün halına
Doyunca güldü sərçəcik.
Müəllif: Zahid Xəlil
XƏBƏR LENTİ
"Barselona"nın yeni kapitanı kim olacaq?
Lütfi Zadənin dünya elminə verdiyi töhfələr
Brent neftinin qiyməti 50 dollara yaxınlaşır
Yeni qaydalar: ölülərimizi başqa cür basdıracağıq
“Qalatasaray”ın ikinci prezidenti və arvadı koronavirusa yoluxdu
Günün ulduz falı
Ayrılığa alışmadım
Azərbaycanla bağlı bəyanat
Günün ulduz falı
Whatsappda maraqlı yenilik
Çingiz Mustafayev yaradıcıllığına Türkiyə marağı
Vətən Müharibəsində kəşfiyyatçı meşədə övladını itirib: “Oğlum gözümün qabağında vuruldu” - VİDEO
Gözəl tortlar
Hadise tətilə çıxır
Çağatay tərəf müqabili axtarılır
Ərimin arvadları…
Obama sərt danışdı
Ayaqaltı modelləri
Kişiləri xəyanətə nə vadar edir?
"Hasarları təcili şəkildə sökmək lazımdır!"
Qidanı dərmana görə seçin!
"Şirinim" tortu (foto resept)
Peşə məktəblərində oxuyanlara dərsliklər pulsuz veriləcək
Rusiyanın avtomobil nəhəngi çökür
Nil Karaibrahimgil dənizə corabla girdi-FOTO
"WhatsApp" 3 günlük bağlandı
Prezidentdən Şuşaya yol çəkilməsi ilə bağlı göstəriş: Hansı ərazilərdən keçəcəyi bilindi - RƏSMİ
Məşhur fransalı memar Azərbaycan Memarlıq və İnşaat Universitetində olub
Mübariz İbrahimov
AMEA kitabxana-oxucu münasibətlərini tam avtomatlaşdıracaq
"Kupça"sız əmlaka görə vergi verilməlidir?
Göbələk salatı( foto resept)
Pendirli, pomidor souslu küftələr (foto resept)
İraq İŞİD-ə qarşı ilkə imza atdı
Su içək, sağlam olaq
Evlilikdən əvvəl 5T qaydası
Avqustda 4 gün iş günü olmayacaq!
"Qarabağın müharibə yolu ilə həlli yoxdur" - Rusiya səfiri
Samsung və LG barışır
O, SSRİ-də bu mükafata layiq görülən ilk qadın idi... - 7 FAKT
Danimarkada 9 yeni süni ada yaradılacaq
Yazmağa başlayıram - 2
Dünya bu fotolardan danışdı
2020 dəb və gözəllik trendləri
Demet Akalının təyyarəsində bomba həyəcanı-VİDEO
Məşhur bloger koronavirusa görə həbs olundu
Azərbaycanda peşə məktəblərini bitirənlərə müjdə
Vaksin hazırdır - Rusiya RƏSMƏN AÇIQLADI
Dünya tibb elmində ilk
"Azərbaycan milli və dini problemlərin həlli işində nümunə ölkədir"
- ŞƏRHLƏR