Milli Məclisin iclasında "Dərman vasitələri haqqında" Qanuna əlavə müzakirəyə çıxarılıb. Sosial siyasət komitəsinin sədri Hadı Rəcəbli bildirib ki, layihənin mahiyyəti dövlət qeydiyyatına alınmış dərman vasitələrinin qiymətinin müvafiq icra hakimiyyəti vasitəsilə dövlət tərəfindən tənzimlənməsinin təklif edilməsindən ibarət olub. Qanunda "dərman vasitələri ilə davranışın dövlət tənzimlənməsi" sırasına yeni maddə - "dövlət qeydiyyatına alınmış dərman vasitələrinin qiymətlərinin tənzimlənməsi" maddəsi də əlavə edilir. Eyni zamanda, qanuna "həmin qiymətlərə nəzarətin həyata keçirilməsi qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilir" maddəsi də əlavə olunub. Layihə səsə qoyularaq qəbul olunub.
Müzakirədə iştirak edən bəzi deputatlar dəyişikliyə qarşı çıxaraq dövlət tərəfindən yalnız dərman qiymətlərinin yuxarı həddinin müəyyən edilə biləcəyini deyiblər. Əks halda bu azad rəqabətə ziddir: "Bu gün Azərbaycanda dərman biznesinin monopoliyada olması heç kimə sirr deyil və bu dəyişiklik vətəndaşların yox, bir qrup şəxsin marağına xidmət edir". Zahid Oruc dəyişiklik layihəsinin yenidən işlənməsini təklif edib.
Deputat Musa Quliyev: "Bu dəyişiklik nə sahibkara ziyan verəcək, nə də əhaliyə"
Milli Məclisin Sosial siyasət komitəsinin sədr müavini Musa Quliyev "Bizim Yol" qəzetinə açıqlamasında dövlətin əsas funksiyalarından birinin strateji məhsulların tənzimlənməsi olduğunu bildirdi: "Əczaçılıq, ərzaq məmulatlarının bir hissəsi, neft və neft məmulatlarının bir hissəsi məhz bu kateqoriyaya daxildir. Zərurət yaranarsa, insanların daha çox ehtiyacı olan, istehsal edilən məhsullar dövlət tərəfindən tənzimlənməlidir ki, ölkədə müəyyən inflyasiya, bahalaşma və s. kimi hallar baş verməsin. Azərbaycanda faktiki olaraq dərman istehsal edilmir. Əhalinin istifadə etdiyi dərman ləvazimatlarının 97%-i xarici ölkələrdən gətirilir. Son zamanlarda daha çox keyfiyyət baxımından Avropadan gətirilən dərmanlara üstünlük verildiyindən, dərmanların qiyməti də yüksəldi. Bunun subyektiv səbəbi var. Dərmanın maya dəyəri, alış qiyməti o qədər də yüksək olmadığı halda, onları Azərbaycanda çox yüksək qiymətə satırlar. Qiymətlərdə süni şəkildə artım baş verir. Bu da əhalinin xüsusən sosial cəhətdən zəif təbəqəsinə dərman vasitələrinin çatımını məhdudlaşdırır. Yəni vətəndaş ona həkim tərəfindən tövsiyə edilmiş dərmanları ala bilmir. Dövlət də öz növbəsində bu halları analiz edərək, bu tədbirin görülməsini zəruri hesab etdi".
Deputat bu dəyişikliyin ölkədə dərmanın çeşidinə, sayının azalmasına heç bir təsir göstərməyəcəyini də qeyd etdi.
"Sadəcə burada süni şəkildə baş verən qiymət artımının qarşısı alınacaq. Hesab edirəm ki, sahibkarların fəaliyyəti məhdudlaşdırılmayacaq. Ancaq ola bilsin ki, sahibkar indiyədək müəyyən dərmanın qiymətini 5-6 dəfə, hətta bəzi hallarda on dəfə artıq qoyurdusa, indi müəyyən bir limit qoyulacaq ki, onu müəyyən qiymətə satacaq. Qiymət aşağı olarsa belə, işini yaxşı qurduqda, daha çox dövriyyə aparıb rahat gəlirini əldə edə biləcək. Bu dəyişiklik nə sahibkara ziyan verəcək, nə də əhaliyə. Bu birbaşa hamıya xeyir gətirəcək bir məsələdir. Bu prosesin işə düşməsi Azərbaycanda yaşayan əhalinin dərmanı ala bilmə imkanlarını yüksəldəcək, keyfiyyətini artıracaq".
M.Quliyev ölkənin hər bir yerində dərmanların eyni qiymətə satılacağını və bunun da çox vacib məsələ olduğunu vurğuladı. Onun sözlərinə görə, qiymət tənzimlənməsi bütün dərman preparatlarına şamil ediləcək.
Adil Qeybulla: "Qiymətlərin tənzimlənməsinə dövlətin müdaxiləsi yolverilməzdir"
Tibb elmləri doktoru, professor Adil Qeybulla isə bu dəyişikliyin normal olmadığını bildirdi: "Qiymətlərin dövlət tərəfindən tənzimlənməsi düzgün məsələ deyil. Çünki burada azad rəqabət olmalıdır. Nəzərə almaq lazımdır ki, hal-hazırda Azərbaycanda iki qrup apteklər var: yiyəsiz apteklər, yəni sadəcə depodan dərman alıb gətirərək, özbaşına fəaliyyət göstərənlər, digəri isə şirkətlərin himayəsində olan apteklər. Rəqabət zamanı şirkətin himayəsində olan apteklər rəqabətə davam gətirməyə bilərlər. Ona görə eyni qiymət şəraitində bu, xeyli apteklərin sıradan çıxması üçün şərait yaradır və aptek şəbəkəsini monopoliya halına gətirib çıxara bilər".
A.Qeybullanın sözlərinə görə, dərmanların qiymətinin bahalı olmaması üçün ilk növbədə Azərbaycana daxil olan dərman maddələrinin ilkin qiymətinə, gömrük rüsumlarına və bu kimi digər bəzi məsələlərə diqqət yetirmək lazımdır.
A.Qeybulla onu da dedi ki, belə bir tənzimlənmə adətən sosialist ölkələrində olur: "Bazar iqtisadiyyatında unifikasiya yoxdur. Belə bir şəraitdə antimonopol xidmət var, bu da ki, ayrı-ayrı iqtisadiyyat sahələrinin monopoliya halına düşməsinə imkan vermir. Monopoliya azad rəqabət şəraitinin əksidir. Qiymətlərin tənzimlənməsinə dövlətin müdaxiləsi yolverilməzdir".
Şirkət nümayəndəsi: "Ümid edirəm ki, kiçik apteklər fəaliyyətini dayandırar"
"Avis" aptekləri şəbəkəsinin nümayəndəsi Elmir Nəzərov "Bizim Yol" qəzetinə qiymətlərin dövlət tərəfindən tənzimlənməsinə müsbət yanaşdığını bildirdi: "Kiçik apteklərdə dərmanların və müştərilərə göstərilən xidmətin keyfiyyəti çox aşağı olur. Bu dəyişiklik də ümid edirəm ki, bu cür apteklərin fəaliyyətini dayandırar. Həm də müştərilər qiymət bahalığından da şikayət etməzlər. Apteklərdə qiymətlər eyni olarsa, o zaman əhali ucuzluğa və keyfiyyətsizliyə deyil, artıq keyfiyyətə qiymət verməyə başlayacaq".
Anar Qədirli: "Avropa ölkələrində belə vahid qiymət sistemi mövcuddur"
Səhiyyə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Anar Qədirli belə bir təcrübənin Avropa ölkələrində artıq tətbiq edildiyini bildirdi: "Bu çox yaxşı bir addımdır. Avropa ölkələrində belə vahid qiymət sistemi mövcuddur. Sadəcə bu prosesin müəyyən işləmə mexanizmləri var: hansı qrup preparatlarda vahid qiymət sistemi tətbiq edilir, hansı qrupda dövlət proqramı çərçivəsində əhaliyə pulsuz verilir. Bu mexanizmlər işlənilməlidir və mütəxəssislərin rəyi ilə bizim üçün uyğun olan bir modeli götürüb tətbiq etmək olar".
XƏBƏR LENTİ
Ingilis Dili-XIII Dərs
"Dağlıq Qarabağ münaqişəsinin həlli yalnız Minsk Qrupu çərçivəsində mümkündür"
Defne Samyeli yeni FOTOları ilə Gündəmdə
“General Polad Həşimov xatirələrdə” kitabı nəşr olundu!
Keçən ilin möhtəşəm şəkilləri
Bakıda yağış yerini küləyə verdi
Şokoladlı, vanilli cizkeyk (foto resept)
Faydalı məsləhətlər
Yeyə biləcəyiniz buketlər
Məşhur aktrisadan Estetik Əməliyyat Açıqlaması-FOTO
Azərbaycan Tibb Universitetinin yeni təmir olunmuş yataqxanası istifadəyə verilib
Maykl Ceksonun həyatı film olur
Bu çimərliklərə getməyin!
Fındıq əzməli peçenye (foto resept)
Yaşlı cütlüyün illərə meydan oxuyan sevgisi dillərə düşdü - VİDEO
İlandan hazırlanan alkoqollu içkilər
Uşaqlarda həkim fobiyası
Fraktal həndəsə
Şahzadə Harri və Meqan Markl titullarından məhrum olacaqlar-SƏBƏB
Maska qıtlığı yaradanlara SƏRT XƏBƏRDARLIQ
Günün qoroskopu:Fiziki işdə fayda var
Reklamlar beynimizə necə təsir edir?
Rahat həyat ömrü qısaldır
Misirdə 50-dən çox mumiya tapıldı
Bu il doğuş zamanı baş verən ana ölümlərinin sayı açıqlanıb
Uzun kirpiklər üçün nə etməli?
Günün qoroskopu: Bədxərclik etməyin!
Uşaqların boyunu uzadan qidalar
Stalini hansı düşməni aradan götürüb?
"Qeysəriyyə əməliyyatlarının artmasında biznes maraqları var"
Əbülfəz Elçibəyin doğum günüdür
Ordumuz erməni polkovnik-leytenantı məhv etdi
Instagram-da yeni funksiya
"Facebook"a qarşı sərt tədbirlər görüləcək
Murad Dadaşov, Rafael və Coşqun əməkdar artist oldular
Sağlam uşaq xəstələnməlidir - ÜST
Atanızla yaşadığınız ən xoş və kədərli bir anınız
Qənirə Paşayeva müəllimlərlə görüşdü
İşğal edilmiş rayonlardakı muzeylərdə olan unikal kolleksiyalar digər dövlətlərdə satışa çıxarılıb
Dünyaca məşhur aktrisa ərə gedir-FOTO
Qəribə gəlinliklər
Sensasiya: Marsda həyat tapıldı
Əmək pensiyalarının sığorta hissəsi artırıldı
Bu adaya gələnlər yoxa çıxır
Yaşamaq üçün savaşanlar
Möhtəşəm yay ayaqqabları
Alimlər Yer kürəsinin səsini dinlədi - “Uğultu”nun SİRRİ AÇILDI
Ruh əkizinizi tapdığınızı göstərən 7 işarə
Günün qoroskopu: problemlər az deyil
Ümummilli lideri H. Əliyevin anadan olmasının 91-ci ildönümüdür
- ŞƏRHLƏR