Kamran artıq kafedə Renatı gözləyirdi. Çox keçməmiş Renat kafeyə daxil olur.
- Salam Renat, məni yəqin ki, tanıyırsan.
- Salam, tanıyıram.
- Buyur, əyləş. Yəqin ki, sənə maraqlıdı, mən səni bura niyə dəvət etmişəm?
- Maraqlıdır.
- Sənin Aydana necə baxdığını görmüşəm. Bu baxışlar mənə heç xoş deyil. Mən Aydanı uşaqlıqdan tanıyıram. Aydanın səni sevmədiyini bilirəm. O mənə hər şeyi danışıb. Məndən heç nəyi gizlətmir.
- Bunun artıq mənası yoxdur. Siz artıq nişanlısınız. Məni bağışla, işim var, getməliyəm. Sizə xoşbəxtlik arzulayıram. Mənim üzümü daha görməyəcəksiniz. Universitetdən ayrılıram. Moskvaya valideynlərimin yanına gedəcəyəm. Bu sözləri deyib Renat kafedən uzaqlaşır.
Bir il keçdi. Renat artıq Moskvada valideynlərinin yanında idi. Aydandan xəbəri yox idi. Yəqin ki, o artıq ailə həyatı da qurmuşdu.
Bir gün telefon zəng çalır. Zəng edən Renatın dayısı Əhməd müəllim idi. Hamı ona Əhməd müəllim deyə müraciət edərdi. O, 30 il müəllim işləmişdi.
- Alo, eşidirəm.
- Salam, Renat, oğlum, necəsən?
- Salam dayı, yaxşıyam sən necəsən?
- Yaxşıyam. Renat, oğlum, sizə şad xəbərim var. Gələn ay Həsənin toyunu edirik.
- Nə gözəl xəbərdir. Xoşbəxt olsun!
- Anaya, ataya de, yığışın, gəlin. Allah amanında, oğlum!
- Sağ ol, dayı. Hamıya salam de.
Renat Bakıya tək getməli oldu.Valideynləri bir həftə sonra gələcəkdilər. İşlərini həll etməli idilər.
Bakı. İlk sevgimi qoyub getdiyim şəhər. Görəsən Aydan indi nə edir? Renat əlini cibinə ataraq telefonunu götürüb dayısına zəng edir.
- Alo, dayı, salam. Mən artıq Bakıdayam.
- Salam, oğlum, nə yaxşı, xoş gəlmisən. Bəs anan, atan necə?
- Onlar sonra gələcək, dayı. İşləri var.
- Başa düşdüm. Bağışla, qarşılaya bilmədim səni. İşimiz çoxdur. O gün olsun, sənin toyuna hazırlaşaq.
- Çox sağ ol, dayı. Narahat olma, hər şey yaxşıdır.
Renat dayısı ilə sağollaşıb telefonu cibinə qoyur.
Yeni bir gün. Gözəl hava. Bakıya gəlmişkən öz dostları ilə görüşmək istəyirdi. Telefonu əlinə alıb Sahilə, ən yaxın dostuna zəng edir.
- Salam, Sahil, necəsən? Mənəm Renat.
- Renat, salam. Yaxşıyam. Haralardasan, zəng eləmirsən?
- Bakıdayam. Vaxtın varsa, görüşək.
- Vaxtım var. Zəng etdiyin yaxşı oldu. Biz də uşaqlarla yığışmaq istəyirdik. Sən də gəl. Universitetin qabağında saat 2–də səni gözləyirəm.
- Yaxşı, hələlik.
Renat hazırlaşaraq evdən çıxır. Hava çox gözəl idi, ona görə yolun bir qismini gəzərək getməyə qərar verdi. Sahil Renatı gözləyirdi. Çox vaxt keçməmiş Renat gəlir. Onlar görüşüb yola düşürlər. Hamı onları gözləyirdi.
Renat gözləri ilə Aydanı axtarırdı. Bunu görən Sahil gülümsəyərək:
- Kimi axtardığını bilirəm. Ancaq o gəlməyəcək.
Renat isə özünü itirməyərək cavab verir.
- Mən heç kimi axtarmıram.
Amma ona maraqlı idi. Ona görə də dözməyərək Aydanın necə olduğunu Sahildən soruşur.
- O necədir?
Sahil söhbətin kimdən getdiyini başa düşərək cavab verir:
- Yaxşıdır. Kamranla çox xoşbəxtdir. Dünən gürdüm onları. Aydan çox xoşbəxt görünürdü.
Bu sözlər Renata təsir etsə də, susaraq söhbəti dəyişməyə çalışır. Renat dostları ilə gözəl vaxt keçirərək evə qayıdır. Çox yorğun idi. Dincəlməli idi. Bir həftə sonra Renatın valideynləri də Bakıya gəlir. Toya çox az vaxt qalmışdı.
- Ana, mən dayımgilə gedirəm, Həsən məni gözləyir.
- Yaxşı, oğlum, get. Biz də bir azdan gələrik.
Budur, toy günü. Həsən çox xoşbəxt görünürdü. Birdən Renatın gözü bir oğlana sataşır. Onu Kamrana oxşadır. Ancaq yanıldığını fikirləşir. Yox, yox, bu odur. Onun burada nə işi var? Dayısına yaxınlaşaraq şübhələrinə son qoymaq istəyir:
- Dayı, o göy pencəkli oğlan kimdir?
- Gəlinimizin qardaşı Kamrandır. Yanındakı da həyat yoldaşı, Aydan.
Aydan... Renat gözlərini ondan çəkə bilmirdi. O çox gözəl idi. Həm də çox xoşbəxt görsənirdi.
- Salam, Renat.
- Salam, Kamran.
- Sən hara, bura hara?
- Həsən dayım oğludur. Bağışla, mən gedim, dayım çağırır.
Bu, Kamrandan qaçmaq üçün bəhanə idi. Kamranın baxışları Renatın xoşuna gəlməmişdi. Sanki o Renata acıq verirdi.
Toy qurtardı. Renat artıq boğulurdu. Hava almağa ehtiyacı var idi. Kamranla Aydanı bir yerdə görəndə nə edəcəyini bilmirdi. Bu isə Kamranın ürəyincə idi. Renatın gözlərinin dolmasını görmək ona çox xoş idi.
İki gün sonra:
- Ana mən Moskvaya qayıtmaq istəyirəm.
- Bir neçə gün də qal, oğlum, gör neçə vaxtdır Bakıya gəlmirik.
- Yox, ana, artıq qala bilmirəm, getməliyəm, işim var.
- Yaxşı, özün bilərsən. Dayınla danış, sonra inciyəcək səndən.
- Narahat olma, ana, dayımla danışmışam.
7 il sonra
- Aydan, qaçma, yıxılacaqsan. Sənə dedim axı qaçma, bax, gördün?
- Ata, ağrıdır.
- Qızım, ağlama, atan yanındadı. Sil göz yaşlarını.
Renat artıq evli idi. Bir qızı var idi, Aydan. O, çox xoşbəxt idi. Həyat yoldaşı Çiçəklə uzaq qohum idi. Renat özünə söz vermişdi ki, heç vaxt sevməyəcək. Ancaq sevdi. Buna peşman deyildi.
...Son...
Bənzər xəbərlər...
XƏBƏR LENTİ
Onu bağışlamaq olarmı?!
Ağız qoxusunu necə aradan qaldırmalı?
Saxta və orijinal ətirləri necə fərqləndirməli?
Toy etmək istəyənlərin NƏZƏRİNƏ
Feyzanın istədiyi məbləğ dodaq uçuqladır!
Günün ulduz falı
Sadə kök salatı (foto resept)
"Üç azdır, beş uşaq dünyaya gətirin" - Ərdoğan
Azərbaycanda daha üç nəfər koronavirusdan öldü: 175 yeni yoluxma
ABŞ Azərbaycan Ordusunu ən güclülər siyahısına saldı
Pələngə qızıl diş qoydular-FOTO
Günün qoroskopu: Sevdiklərinizə zaman ayırın!
Zombiləşən uşaqlarımız
Bu cızma-qara 1 milyona satılır (FOTO).
Dərinizə parlaqlıq qazandıracaq maska
Necatinin xanımı AÇIQLAMA verdi-FOTO
Adamlardan akkumulyator kimi istifadə edəcəklər
Sürətli saç uzadan yağ
Bakının mərkəzində "ayı" peyda oldu
Twitter yeni şirkət alır
Gəlinciyi gəlinliyə dəyişdirilənlər
İstanbul su altında qaldı
Göbələk yeməyi (foto resept)
450 min avroluq Mercedes
Dırnaqlarınızı qoruyun
İkinci dalğa bu tarixdə başlayacaq
Hava haqqında
Whatsapp-ı internetsiz necə işlətmək olar?
Allahşükür Paşazadə Türkiyənin səfirini qəbul edib
Açıq beyin əməliyyatı zamanı Xəstə Skripka Çaldı - VİDEO
Zəlzələ anında nə etmək lazımdır?
Cəbrayıl uğrunda döyüşərkən şəhid olan baş leytenant - FOTO
Dənizin ortasında yaşayan qəbilə
Doğum gününə görə xarakter (iyul)
Zakir Həsənov Qırğızıstana getdi
Qızıl balıq piroqu (foto resept)
Trampın yeni koronavirus testinin nəticəsi açıqlandı
Prezident və xanımı ümumxalq Xocalı yürüşündə - FOTO
Vilayət Eyvazovdan yeni TƏYİNAT
Duzlu pomidor (foto resept)
Azərbaycanda yayın başlama vaxtı dəqiqləşdi
Övladlığa götürülən uşaqlar valideyn məhəbbətini görürlərmi?
Yeni doğulmuş əkiz körpələr bir yataqda yatmalıdır?
Sabah qar yağacaq
Koronanın yayılma səbəbi açıqlandı - ÜST rəsmisindən həyəcan təbili
Südlü sousda toyuq (foto resept)
Həftədə 2 dəfədən çox yemək sinə xərçəngi riskini artırır - FOTO
Hacılar vətənə qayıdır
Gündəlik normal qidalanma
Aclıq olsun, kef olsun?
- ŞƏRHLƏR