Bakıda hava 15°
USD AZN
EUR AZN

Xoşbəxtəm çünki...(5)

Xoşbəxtəm çünki...(5)

Mələk 

Düşünsək bu həyatda hər kəsi xoşbəxt edəcək bir səbəb vardır. Xəbərin adını "Xoşbəxtəm çünki" gördüyüm ilk andan çox düşündüm, düzü mən niyə xoşbəxtəm axı, mən xoşbəxtəmmi? Bəli, mənim də xoşbəxt olmaq üçün səbəblərim var, əslində  hər birimiz üçün xoşbəxt  olacağımız o qədər səbəblər var ki. Xoşbəxtəm, çünki çox sevdiyim və  məni sevən bir ailəm var.  Xoşbəxtəm, çünki Rəbbimizin yaratdığı  gözəllikləri görə biləcək gözlərim var, sevdiklərimin səsini, gözəl nəğmələri, ən gözəl səsi "Azan səsini" eşidə bilirəm, danışa bilmək üçün səsim, yeriyə bilən ayaqlarım, hal hazırda bunları yaza bilməyim üçün əllərim var. Əlhəmdülillah. Amma bunlardan daha da gözəl bir səbəbim var, xoşbəxt olmağım üçün Rəbbimiz! Xoşbəxtəm, çünki mənə bunları qismət edən bənzəri olmayan gözəl Allahım var. Xoşbəxtəm, çünki müsəlmanam! Hər birimizin xoşbəxt olmağı üçün bu ən gözəl  səbəb deyilmi? Bəzi zamanlar olur ki, düşünürük, dərdimizi böluşə biləcəyimiz kimsə yoxdur, kimsə bizi anlamır, tək olduğumuzu düşünürük, ancaq əsla elə deyil. Çünki her an səsimizi eşidən, hər an bizi görən, biz deye bilməsək belə qəlbimizdəkiləri bilən, bizi bizdən yaxşı taniyan, bizim xeyrimizi bizdən çox  istəyən, sonsuz rəhmətiylə bizə rehm eden, ən böyük günahlarımızı belə tək bir tövbəmizlə bağışlayan, hər bir nöqsan və eyibdən pak olan, mehriban (nə qədər tərif etsək belə az olar) Mərhəmətlilərin ən Mərhəmətlisi olan Allahımız var.  Xoşbəxtəm, çünki hər namazda Tək olan Rəbbimin görüşünə gedə bilirəm, gecə, gündüz, hər bir an dua edə bilirəm, qəlbimdəkiləri Allahıma deyə bilirəm. Kədərli olduğumuz zamanlarda belə xoşbəxtik əslində, çünki hər an, hər yerdə, hər aldığımız nəfəsdə bizi tək qoymayan Allahımız var. Şükranlillah! Bu ən böyük və ən gözəl səbəb deyilmi, xoşbəxtəm deyə bilməyimiz üçün?

Və sonda dünyadakı hər bir insana həm bu dünyada, həm də axirətdə xoşbəxt olmağı arzulayiram, Allahımız heç bir gözəl hissdən məhrum etməsin bizləri. Amin İnşaAllah! Asi bacim sənə də Allahın ən xoşbəxt bəndələrindən və tez bir zamanda dünyanın ən xoşbəxt Analarından olmağı arzu edirəm!

Xoşbəxtəm çünki...(5)

A.N.A 

Xoşbəxtəm, çünki bu anı duya, görə və təhlil edə bilirəm. Allah biz insanları təkmil, mükəmməl formada yaradıb. Məncə şüurlu insana bu bəs edər ki, o yetərincə, xoşbəxt varlıq olduğunu dərk etsin. "Xoşbəxtlik" mücərrəd bir məfhum olsa da insanı müsbət auraya, işıqlı gələcəyə vadar edən duyğudur. Niyə də xoşbəxt olmayım? Ailəmin, bacı, qardaşlarımın ətrafında, xüsusi nəvazişlə böyümüşəm. Zəngin olmamışıq, bunun müqabilində, qəlbimiz zəngin olub. Məktəbi uğurla bitirib, ali təhsilə yiyələnmişəm. Sevdiyim insan ilə ailə qurub, gözəl bir qız övladı ilə mükafatlanmışam. Xoşbəxtəm, çünki, Allahımı tanıyır və hər addımı da Onu xatırlayıram. Hər kəs xoşbəxtliyinin dəyərini bilsin, inşaAllah.. 

Gülbəniz 

Xoşbəxəm, çünki Allahım məni insan olaraq yaradıb və həyatda məni heç bir şeydən məhrum etməyib. Xoşbəxtəm, çünki həyatımda valideynlərim var. Xoşbəxtəm, çünki həyatımda məni sevən yoldaşım və 3 gül balam var. Xoşbəxtəm, çünki sirrimi bölə biləcəyim bacılarım, qardaşım var. Xoşbəxtəm, çünki bu həyatda varam, yaşayıram və saydıqlarımın heç biri olmasa belə yene də xoşbəxt olaram, çünki mənim böyük Allahım var, hər bir günümüzə çox şükür.

Pembe dünyam 

Hər kəsin bir xoşbəxtliyi var. Hamının xoşbəxtliyi əslində öz əlindədir. İnsanın çoxlu səbəbləri var xoşbəxt olmaq üçün. Gəlin şükür edək ki, xoşbəxtliyimiz öz əlimizdədir, gəlin şükür edək ki, sığınmağa evimiz, ailəmiz var. Gəlin şükür edək ki, Allah heç vaxt bizi tək qoymur, gəlin, şükür edəki ki, bu gözəlliklərə sahibiq. Mən xoşbəxtəm, çünki ailəm yanımdadır, mən xoşbəxtəm, çünki savadım, biliyim az da olsa var. Mən xoşbəxtəm, çünki məni sevən bir sevgilim var. Mən xoşbəxtəm, çünki dostlarım var. Mən xoşbəxtəm, çünki qadın.net kimi bir ailəm var. Bəli, bu 3 ay müddətində sizlərdən çox məlumat əldə etdim. Mən xoşbəxtəm, çünki bu gün də oyandım! "Fərqli sanılan xoşbəxtliklər bir gün bizə əslində çox yad olduğunu göstərər".

Forever Alone 

Xoşbəxtəm, çünki sevdiklərim yanımdadır. Varlığım kimlərəsə xoşdursa, xoşbəxtəm!

 Lalicka  

Mən xoşbəxtəm, çünki məni sevən bir ailəm, məni sevən dostlarım var. Mən xoşbəxtəm, çünki Allahımın mənə verdiyi ömrü calışıram ki, düzgün yaşayım. Mən xoşbəxtəm, çünki sevdiyim insan tərəfindən sevilirəm. Mən xoşbəxtəm, çünki ən əsası mən Allahımı sevirəm. Rəbbimə şükürlər olsun ki, həyatımda hər şey yolundadır. Xoşbəxt olmaq üçün məncə çox şey lazım deyil, əgər sevib sevilirəmsə, elə bu ən gözəl xoşbəxtçilikdir.

Xoşbəxtəm çünki...(5)

 ملاك 

Xoşbəxtəm, çünki Allahı tanıyıram, şükürlər olsun bildiyim və bacardığım qədər halalı haramdan ayırmağa çalışıram. Xoşbəxtəm, çünki sağlığım yerindədir. Xoşbəxtəm çünki, ailəm, sevdiklərim ətrafımda, yanımdadır. Xoşbəxtəm, çünki həyatda arzularımın demək olar ki, hər birinə nail olmuşam, əlbəttə, yerinə yetməyən arzularım da var, amma onlar üçün zaman keçdikdən sonra yerinə yetmədiyinə görə şükür edirəm. Xoşbəxtəm, çünki sizlərlə bir aradayam.

Sevinc 

Xoşbəxtliyi dadmağın tək yolu onu paylaşmaqdır! Mən xoşbəxtəm ki, Uca Rəbbim mənə can sağlığı, gözəl sağlam övladlar, gözəl ailə bəxş edib. Xoşbəxtəm ki, onları sevən qəlbim var. Xoşbəxtəm ki, atam-anam, əzizlərim var. Belə gözəl varlıqlara görə niyə xoşbəxt omayım ki? Həyat gözəldir, yaşayınca, sevib-sevilincə xoşbəxt olmaq mümkündür. Umidvaram ki, xoşbəxtlik haqqında az da olsa, fikirlərimi çatdıra bildim.

Asi

Xoşbəxtlik. Nədir xoşbəxtlik? Çətindirmi, xoşbəxt olmaq? Hər hansı bir sıxıntını, səhhətinizi səbəb gətirərək xoşbəxt deyiləm deməyə haqqıız varmı? Allah Təala bizə can verib, həyat verib, yaşamaq şansı verib, bütün bunları görməməzlikdən gəlməyə haqqıız varmı? Belə etsək, naşükürlük etmiş olmuruqmu?

Xoşbəxt olmaq bizim öz əliizdədir. Bizə düşən bunu görməkdir. Bizlərin xoşbəxt olmağı üçün müxtəlif səbəblər var. Amma bəzən bu səbəblərdən birini, yaxud bir neçəsini həyat bizdən uzaqlaşdırır. Allah Təala belə doğru bilir. Biz o gedənin ardınca nə qədər çox baxsaq yanımızda olan və bizim sevincimizə xoşbəxtliyimizə səbəb olan digər səbəbləri görə bilmərik. Və ozümüzü, ətrafımızdakıları üzümüş olarıq.

Özümüzü xoşbəxt hiss etəyimiz üçün ən xırda səbəb Allah Təalanın bizə verdiyi candır, nəfəsdir, bədəndir. Ətrafımızda olan hər şeyi görə bilirik, sərbəst nəfəs ala bilirk. Bu xoşbəxtlik deyil, bəs nədir? Qurban olduğum yaşamaq şansı verib bizə. Bizi seçib. Sahib olduğumuz bədəni, canı bizə əmanət edib. Bizə düşən sadəcə hər anımıza şükür etməkdir.

Sağlamlıq xoşbəxt olmaq səbəblərindən biridir. Səhhətimizdə problemlərin yaranması bizi xoşbəxtlikdən uzaqlaşdırmamalıdır? Mən əslində xoşbəxt deyiləm, düşünməliyikmi? Əlbəttə yox! Dərdi də, dərmanı da, xəstəliyi də verən Allahdır. Unutmamalıyıq ki, betərin betəri var. Bundan da betəri ola bilərdi.

Hər an Allaha sığınsaq, əsil xoşbəxtliyi tapmış olarıq. Cünki ozümüzü xoşbəxt hiss etməyimiz çətin deyil. Bir anlıq ətrafımıza baxsaq, xoşbəxt olmağımız üçün nə qədər çox səbəblər var. Özümüzü xoşbəxt hiss etməyimiz üçün digər ən sadə, ən yaxın səbəb qəlbimizdə olan Allah sevgisidir. Onun hər an bizimlə olmasıdır. Dualarımızdır.

Bu xəbəri hazırlayan zaman "Mən xoşbəxt deyiləm”, deyənlərlə çox qarşılaşdım. Sualım sizlərədir. Hələ də belə düşünürsünüz? Heç bir səbəbin olmadığını düşünürsünüz?

Çox başınızı ağrıtmayım, nöqtələri doldurum. "Xoşbəxtəm çünki..."

Xoşbəxtəm çünki Allahımı sevirəm. Məni heç zaman tək qoymur, daim səsimi eşidir.

Xoşbəxtəm, çünki gözəl ailəm var.

Xoşbəxtəm, çünki dəliliyimə və məndən heç zaman ayrılmayacağına söz verən şıltaqlığıma baxmayaraq sevənlərim yetəri qədərdir.

Xoşbəxtəm, çünki bu günə qədər düşmən qazanmamışam. Hər kəsi olduğu kimi qəbul edirəm.

Xoşbəxtəm, çünki ətrafımda sevdiklərim və məni sevənlər çoxdur.

Xoşbəxtəm, çünki ağladığımda gözümüm yaşını silən sevənlərim var.

Xoşbəxtəm, çünki sevincimdə də, kədərimdə də yanımda olacaq sevənlərim var.

Xoşbəxtəm, çünki gözəl dostlar qazanışam həm virtual, həm də realda.

Bəzən deyirlər ki, qadın üçün ən böyük xoşbəxtlik ana olamqdır. Hələ ki, mənə qismət olmayıb, bilmirəm olacaqmı.

Yaşadığım bütün xoşagəlməzliklərə baxmayaraq mən çox xoşbəxtəm. Şükür sənə Allahım.

Xoşbəx həyatın düsturu:

Allahı sevmək.

Sahib olduqlarına şükür etmək.

Buyurduqlarına əməl etmək.

Haramı halaldan ayırmaq.

Yalnışı doğrudan ayırmaq.

Onunla danişa bilmək.

Onu dinləyə  bilmək.

Peyğəmbəri sevmək.

Əhli-beyti sevmək.

Səslərin sayı: 6
17
7576
loading...
Şərhlər
Offline
......
Cox maraqli xeberdir,tewekkurler give_ros
4 oktyabr 2015 19:46
Offline
Asi
●♥ Səma ♥●,
Pərvanə,
ÖzDüNyAm,
°ღ Zayka •.°ღ,
Dəniz84,
Şəri Babayeva,
Fatma xanım,
Qəribə,
Azadə Həbibzadə,
Ellada Babayeva,
Mələksima,
GÜLÇİN,
Xanim_Xatun,
איסון ממדוב.,
Sevil Babayeva,
Cox sagolun give_ros
Xeberin sonuncu hissesini biraz geikdirdiyim ucun xeberde istirak eden her kesden uzr isteyirem sorry
13 may 2015 12:46
imza:
Susma İMANIM !
Sen Susarsan Sözüm YALAN,
Sen Susarsan İnsanlığım TALAN,
Sen Susarsan Sonum HÜSRAN,
Sen Susarsan Konuşur ŞEYTAN ...!
Offline
Sevil Babayeva
Allah xişbextliyinizi daimi etsin insallah.
1 may 2015 21:38
Offline
איסון ממדוב.
Canim gözəl xəbər alınıb hər zamankı kimi
30 aprel 2015 17:15
imza: Mutsuzum diye bahane arama.
Rabbim o kadar cox guzellik vermiski,
KALP GOZUNU ARALA
Offline
Xanim_Xatun
Mən xoşbəxtəm, çünki məni sevən bir ailəm, məni sevən dostlarım var.
30 aprel 2015 10:46
Offline
GÜLÇİN
Çox gözəl mövzudur.Əslində biz insanlar çox vaxt naşükür oluruq.Hər günümüzə şükür etməliyik.Məndə xoşbəxtəm,çünki həyatımdan narazı olmaq üçün heç bir səbəb yoxdur.İlk öncə ona görə ki,sağlamam.Allah insana can sağlığı versin.Qalan şeylər boş şeydi.Əgər bədən üzvlərim yerindəsə,canım ağrımırsa bu ən böyük xoşbəxtçilikdir.İnsanın canı sağ olmasa,onu heçnə xoşbəxt edə bilməz. recourse
29 aprel 2015 21:42
Offline
Mələksima
Allah hər birinizin xoşbextliyini daimi etsin.Amin.
29 aprel 2015 20:09
Offline
Ellada Babayeva
Bu xəbəri hazırlayan zaman "Mən xoşbəxt deyiləm”, deyənlərlə çox qarşılaşdım.

Bu cür insanlar az deyil. Niyə xoşbəxt deyilsən sualı verdikdə, aldığım cavab bəzən ürək açan olmur. Bəzən isə əsəbləşirəm. Davamlı olsun.
29 aprel 2015 14:14
imza: Hiss və ağıl həyat gəmisinin yelkəni və sükanı kimidir; biri hərəkətə gətirir, o biri istiqamətləndirir.
Cübran.
Offline
Azadə Həbibzadə
Her bir xanim oz fikrlerini cox gozel vurgulayib.Allah axiracan elesin
28 aprel 2015 21:52
Offline
Qəribə
Alah bütün xanımıara xoşbəxtlik nəsib etsin. Amin! girl_ang
Təşəkkürlər... give_ros
28 aprel 2015 21:26
imza: Не забывайте благодарить Бога, Он же не забывает будить вас каждое утро.

Iдеальных людей не бывает, цените тех,
кто смог полюбить ваши недостатки.
Offline
Fatma xanım
Allah xöşbəxtliyinizi əbədi eləsin
28 aprel 2015 20:25
imza: Şükr etməyəndən sonra dünyaları yesən nə faydası.

Qadin.Net - Xəbər göndərilməsi qaydaları
http://www.youtube.com/watch?v=Ly-9VN5Ye_8
Offline
Şəri Babayeva
Xoşbəxt həyatın düsturu:

Allahı sevmək.

Sahib olduqlarına şükür etmək.

Buyurduqlarına əməl etmək.

Haramı halaldan ayırmaq.

Yalnışı doğrudan ayırmaq.

Onunla danişa bilmək.

Onu dinləyə bilmək.

Peyğəmbəri sevmək.

Əhli-beyti sevmək.
good
Maraqlı xəbərdi davamlı olsun.
28 aprel 2015 18:36
imza: Qadın təbiəti gərəyi zəifdir; amma ağrıya ən çox o dözər. Qadının müqavimətini qıran tək şey xəyal etdiyi kişinin boş çıxmasıdır...
Offline
Aysel İ.
Gözəl xəbərdir. Alah bütün xanımıara xoşbəxtlik nəsib etsin. Təşəkkürlər sənə. pozitiv xəbərdir. give_ros
28 aprel 2015 17:56
imza: Yalnız acizlər boyun əyib unudurlar, güclülər isə o yana-bu yana qaçır, qadir taleyi qeyri-bərabər döyüşə çağırırlar.
Offline
°ღ Zayka •.°ღ
Xoşbəx həyatın düsturu:

Allahı sevmək.

Sahib olduqlarına şükür etmək.

Buyurduqlarına əməl etmək.

Haramı halaldan ayırmaq.

Yalnışı doğrudan ayırmaq.

Onunla danişa bilmək.

Onu dinləyə bilmək.

Peyğəmbəri sevmək.

Əhli-beyti sevmək.
Cox maraqli xeberdi,yuxarda qeyd olunanlarda tamamile duzdu.duzdu herden adamlarin sehvleri olur amma gec olsada basa dusuruk
28 aprel 2015 15:04
Offline
ÖzDüNyAm
Cox maraqli xeberdi. Allah her kese xow omur nesib etsin:)
28 aprel 2015 14:31
imza: вəLi кoвudaм мəи ..
Çüикi üz gösтəяsəм, asтaя isтəyəcəк iиsaи`Laя vaя ..|!
Offline
Pərvanə
Allah hər birinizin xoşbextliyini daimi etsin.
28 aprel 2015 14:19
imza:
Arzu et, istə; amma o arzu ölçülü olsun. Bir saman çöpü bir dağı qaldırmaz.
Offline
●♥ Səma ♥●
Canım,xəbərinin ardı çıxıb.Amma sən gedirəm deyirsən....Yerin çox görünür saytda... recourse
Hər kəsin fikri maraqlı oldu mənə.Hamıya təşəkkürlər.
28 aprel 2015 14:03
imza: Qırılmış bir qadın elə susar ki,sükutundan kar olarsan....
Adıniız:*
E-Mail:
ıifrə: *
Son şərhlər
  • 08:32 - Müəllif: AnmorIX
    Hüquqşunas məsləhəti (478)

    Hüquqşunas məsləhəti

    buy generic cialis online brand vardenafil online pharmacy generic cialis cheapest place get cialistadalafil genericcialis canada the purple pill buy generic cialis cialis generic dateorder cialis onlinecialis prices tania vardenafil generic cialis for sale http://students68.ru/viewtopic.php?f=3&t=2523pBlo51s4dX buying cialis online safetadalafil 20 mgcheap cialiscialis 20mg nexazole cialis 5 mg https://did-nothing-wro.ng/viewtopic.php?f=2&t=73338pBlo51s4dX generic tadalafilgeneric name for viagrawhen will cialis be genericcialis 10 mg canadian pharmacies buy cialis http://forum.razvilka-48.ru/viewtopic.php?f=24&t=271170pBlo51s4dX buying prescription drugs from canadacialiscialisgeneric cialis online male erection cialis daily http://egyhunt.net/showthread.php?t=78082pBlo51s4dX cialis discountonline pharmacy canadacialis onlinecialis daily sexual dysfunction in men cheap cialis online http://www.annoncexxx.com/forum/viewtopic.php?pid=1916927#p1916927pBlo51s4dX costco online pharmacycialis no prescriptionbuy cialisbuy cialis now canadian pharmacy viagra buy cialis pills https://forum.1957anti.ru/viewtopic.php?f=5&t=71502pBlo51s4dX when is cialis going genericcialis canadareputable canadian pharmacycialis pills female viagra pill cialis 5mg http://craftscripts.com/forum/showthread.php?tid=1282877pBlo51s4dX brand cialisgeneric cialis reviewsbuy cialis online usacialis for bph canadian pharmacies online order cialis http://cannings.info/forum/viewtopic.php?f=1&t=740841pBlo51s4dX cialis for salecialis on linecialiscialis for men vardenafil 20 mg cialis online http://samodelko.pp.ua/viewtopic.php?f=3&t=45276pBlo51s4dX generic cialis quick deliverycialismail order prescription drugs from canadacialis 10 mg atorvastatin brand name cialis http://masseffectsaves.com/board/viewtopic.php?f=7&t=8125pBlo51s4dX ed pills onlinebuy cialis online cheapwhen will generic cialis be available
  • 17:18 - Müəllif: Surayye
    İsveç keksi (foto resept) (1)

    İsveç keksi (foto resept)

    Yaxşıdı ama niyə nazik olur?
  • 4-cü dəfə xərçəng olan gənc bloger öldü-FOTO

    Onun vəfatı ilə bağlı bir çox məşhurlar paylaşım ediblər.
  • Yatdığı yerdə sərvət qazanan bloger-FOTO

    Təmbəlliyin yeni adi bəxtəvər
  • Cennifer Lopezin yeni filmi QADAĞAN olundu-SƏBƏB

    Qadagan olar da niyə çəkiblər ki
  • İllər keçdikcə gözəlləşən aktrisalar

    Kortni Koksnan Demi Muru səhv salıram
  • 14:19 - Müəllif: Ayla Ayla
    Ronaldo Evlənir!-FOTO (1)

    Ronaldo Evlənir!-FOTO

    Qeyd edək k, Ronaldu Rodrigesi Madriddəki bir geyim mağazasında tanış olub. Həmin vaxt Corcina mağazada satıcı işləyirmiş. Cütlüyün bir qızı var.
  • Hamiləlik dövründə necə yatmalı?

    Nə göyçək qız olub. Allah rəhmət eləsin
  • 4-cü dəfə xərçəng olan gənc bloger öldü-FOTO

    Nə göyçək qız olub. Allah rəhmət eləsinNə göyçək qız olub. Allah rəhmət eləsin
  • 14:14 - Müəllif: Ayla Ayla
    Oğurlanan 6 milyonluq unitaz (1)

    Oğurlanan 6 milyonluq unitaz

    6 milyona unitaz olar?
loading...
Son yazılar
Ailənizin ümumi gəliri:
500 AZN-ə qədər
500-1000 AZN
1000-1500 AZN
2000-3000 AZN
5000 və ya daha çox
Sizə nə var?! )