Bakıda hava 19°
USD 1.7000 AZN
EUR 1.9673 AZN
09:48Xəyalə Murad Sabahınız xeyirli, gününüz uğurlu olsun,Əziz Qadin.Netlilər!
39307

Turşəngli qutab (foto resept)

Tərkibi:

Xəmir üçün kefirli və ya südlü xəmir də etmək olar. Adi mayalı xəmir də olar.

İçlik üçün:

Türşəng

Şəkər tozu

“Möcüzə” paket yağı

“Möcüzə” duru yağı

Hazırlanması:

Əvvəlcə istənilən tərkibli bir xəmir yoğurun. Sonra isə xəmiri qoyun biraz özünə gəlsin.

Turşəngi yaxşıca yuyun və qoyun suyu süzülsün. Sonra doğrayın və zövqə görə üzərinə şəkər tozu əlavə edin. Şəkər tozunu çox vurmağa ehtiyac yoxdur. Bir dolu yemək boşaqabı turşəng üçün iki çay qaşığı şəkər tozu bəs edər.

Xəmirdən kiçik kündələr ayırın və o kündələri açın. İçinə turşəngdən qoyub kənarlarından qatlayın.

Hazır içlikli xəmiri yağlanmış soba qabına yığın. Onları bu vəziyyətdə bir qədər saxlayın ki, xəmir özünə gəlsin. Sonra isə 180-2000C-də bişirin. Peroşkilərin üzərinə yumurta sarısı da çəkə bilərsiniz ki, onlar bişərkən üzəri qızarsın və gözəl görüntü yaransın.

Peroşkilər təqribən 20-30 dəqiqəyə hazır olur. Bişmə müddəti onu hazırladığınız xəmirin tərkibindən asılıdır.

Bişdikdən sonra qutabların üzərinə yağ çəkin və üzərini dəsmalla örtün. 15 dəqiqədən sonra isə servis edə bilərsiniz.

Turşəngli qutab (foto resept)

Nuş olsun!

(Tərcümə edilib)

Səslərin sayı: 7
41
4201
loading...
Şərhlər
Offline
Xanim_Xatun
Ləzzətli gorsənir bəh bəh.
13 iyun 2015 13:47
Offline
MAYA EL
Yadıma gəlmir nə vaxt turşəng yemişəm adın eşidəndə dişlərim qıcıyır
23 mart 2015 20:45
imza: Özün haqqında qışqıra-qışqıra danışma, qoy başqaları sənin barəndə sakitcə danışsınlar.
Offline
Rzayeva Guler
Butun goyertilerden eleve etmekde olar onda mence daha dadli olar.
21 fevral 2015 13:56
Offline
Leyla_
cox xosuma geldi dadli gorunur
17 fevral 2015 21:00
Offline
Ayten
Super ellerinize sagliq
3 fevral 2015 11:41
Offline
rusana_aliyeva
hazirlamisam yemisem cox guzeldi
9 yanvar 2015 16:38
Offline
Gulu Isgenderova
Nyam nam. nyam
17 dekabr 2014 17:19
Offline
.........................................
♥Cox dadli ve gozel gorunur♥ nyam Xebere gore tesekkur edirem Sert-Esinti♥ give_ros
6 dekabr 2014 19:08
Offline
Ibrahimova Gulya♥S♥
Eladi canim paylawdigin ucun tewekkur
13 noyabr 2014 09:48
Offline
Fatma xanım
mira-kerim,
Bizlərdə quzuqulağı deyirlər
12 noyabr 2014 09:39
imza: Şükr etməyəndən sonra dünyaları yesən nə faydası.

Qadin.Net - Xəbər göndərilməsi qaydaları
http://www.youtube.com/watch?v=Ly-9VN5Ye_8
Offline
°ღ Zayka •.°ღ
Maraqli adi vsr daha dadini demirem,beh beh beh
12 noyabr 2014 09:16
Offline
Hacət-i Vuslat
Kulinariya kitablarında peroşki sözü bizim dilə elə Qutab kimi tərcümə edilir. Aidə sağolsun mənə bu barədə məlumat verdi və mən də xəbərdə peroşki sözünü dəyişdim.

Çox sağolsun Aidə winked
Bilirsən Aqat,hər millətin özünə məxsus reseptləri çoxdur. Və onların adlarını dəyişmək olmaz. Perojki qədim Rus və Avropa mətbəxinə aiddir. "Piroq" , "pir" sözündən götürülüb,mənası da "bayram çörəyi" deməkdir.
Məsələn rus saytlarında rastıma çıxıb bir yerdə bizim şəkərburanın adını olduğu kimi saxlayıblar. Başqa bir yerdə isə "Sladkiy pirojok s oreşkami" yazıblar-başıma elə bil qaynar su tökdülər diablo
Reseptə görə çox sağol. give_ros

Turşəng nedirki?

İspanağın, (şomunun) əmisi qızı mocking Uşaqlar belə deyir. Düzü boynuma almalıyam ki, dadına baxmasam ispanaqla turşəngi ayıra bimirəm. blush
12 noyabr 2014 09:10
imza: Diqqət əziz xanımlar! Sərbəst qrafikli,yatırımsız işə ehtiyacınız varsa mənimlə əlaqə saxlayın.
Offline
Ellada Babayeva
mira-kerim,
Göyərtidir. Sadəcə turş olduğu üçün turşəng deyilir. Quzuqulağı deyəndə var.

Biz əvvəl dovğaya qatardıq.
11 noyabr 2014 23:51
imza: Hiss və ağıl həyat gəmisinin yelkəni və sükanı kimidir; biri hərəkətə gətirir, o biri istiqamətləndirir.
Cübran.
Offline
mira-kerim
Turşəng nedirki? blush
11 noyabr 2014 22:08
imza: Ne qeder sade olmaq isteyirem,amma alinmir..)))))))
Offline
Agat_Kris
Duzdu mende ilk baxanda perashkiye benzetdim,qutaba yox..Amma esa gorunush daddi.Gorunushce eladi.Dadida ela olar..COxsaqol bolushduyun ucun.

Bu yemək qutabdan çox perojkiyə oxşayır.

Kulinariya kitablarında peroşki sözü bizim dilə elə Qutab kimi tərcümə edilir. Aidə sağolsun mənə bu barədə məlumat verdi və mən də xəbərdə peroşki sözünü dəyişdim.
11 noyabr 2014 21:50
imza: Pozitiv olun!
Offline
PƏRVANƏ ƏLİYEVA......
Duzdu mende ilk baxanda perashkiye benzetdim,qutaba yox..Amma esa gorunush daddi.Gorunushce eladi.Dadida ela olar..COxsaqol bolushduyun ucun.
11 noyabr 2014 21:30
Offline
HUSNA
Tursengle hec vaxt hazirlamamism,yeqin ki dadli olar
11 noyabr 2014 21:20
Offline
Hacət-i Vuslat
Bu yemək qutabdan çox perojkiyə oxşayır.
Mən göy qutabına bolluca turşəng əlavə edirəm (uşaqların əlindən qalanda),çox ləzzətli olur.
11 noyabr 2014 20:19
imza: Diqqət əziz xanımlar! Sərbəst qrafikli,yatırımsız işə ehtiyacınız varsa mənimlə əlaqə saxlayın.
Offline
Deniz N-va
Dadli gorunur ama qutaba oxsamir fellow nyam
11 noyabr 2014 19:46
Offline
Ellada Babayeva
Qutab oxudum, şəkilə baxanda dedim bu ki, peraşkidi.. crazy Turşəng xeyirdir. Amma onu çox yemək olmur.
11 noyabr 2014 18:16
imza: Hiss və ağıl həyat gəmisinin yelkəni və sükanı kimidir; biri hərəkətə gətirir, o biri istiqamətləndirir.
Cübran.
Adıniız:*
E-Mail:
ıifrə: *
Son şərhlər
loading...
Son yazılar
Kitabxana ...
Tez-tez gedirem
Vaxtım yoxdur
Artıq tarixə qovuşub!
İnternet sağolsun )
Şəxsi kitabxanam var!