Qadin.NET / Turşəngli qutab (foto resept)

Turşəngli qutab (foto resept)

Tərkibi:

Xəmir üçün kefirli və ya südlü xəmir də etmək olar. Adi mayalı xəmir də olar.

İçlik üçün:

Türşəng

Şəkər tozu

“Möcüzə” paket yağı

“Möcüzə” duru yağı

Hazırlanması:

Əvvəlcə istənilən tərkibli bir xəmir yoğurun. Sonra isə xəmiri qoyun biraz özünə gəlsin.

Turşəngi yaxşıca yuyun və qoyun suyu süzülsün. Sonra doğrayın və zövqə görə üzərinə şəkər tozu əlavə edin. Şəkər tozunu çox vurmağa ehtiyac yoxdur. Bir dolu yemək boşaqabı turşəng üçün iki çay qaşığı şəkər tozu bəs edər.

Xəmirdən kiçik kündələr ayırın və o kündələri açın. İçinə turşəngdən qoyub kənarlarından qatlayın.

Hazır içlikli xəmiri yağlanmış soba qabına yığın. Onları bu vəziyyətdə bir qədər saxlayın ki, xəmir özünə gəlsin. Sonra isə 180-2000C-də bişirin. Peroşkilərin üzərinə yumurta sarısı da çəkə bilərsiniz ki, onlar bişərkən üzəri qızarsın və gözəl görüntü yaransın.

Peroşkilər təqribən 20-30 dəqiqəyə hazır olur. Bişmə müddəti onu hazırladığınız xəmirin tərkibindən asılıdır.

Bişdikdən sonra qutabların üzərinə yağ çəkin və üzərini dəsmalla örtün. 15 dəqiqədən sonra isə servis edə bilərsiniz.

Turşəngli qutab (foto resept)

Nuş olsun!

(Tərcümə edilib)

11 noyabr 2014
GO BACK