Azərbaycan Pakistanda humanitar yardım aksiyası keçirib.
ANS PRESS-in Xarici İşlər Nazirliyinə istinadla verdiyi məlumata görə, 30 oktyabr tarixində Pakistanın Pəncab əyalətinin Sarqodha və Hafizabad rayonlarında Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin Azərbaycan Beynəlxalq İnkişafa Yardım Agentliyi (AİDA) adından humanitar yardım aksiyası keçirilib.
Taxt Hazara kəndində təşkil olunmuş mərasimdə Pakistan İslam Respublikasının Nazirlər Kabinetinin nəzdində fəaliyyət göstərən, fövqəladə hallar zamanı zərər çəkmiş insanlara yardımlarla məşğul olan Bayt-ul-Mal təşkilatının icraçı direktoru Abid Vahid Şeyx, Azərbaycanın Pakistandakı səfiri Daşqın Şikarov, bölgənin və kəndin ağsaqqalları, əyalət media mənsubları, təbii fəlakətdən zərər çəkmiş insanlar iştirak ediblər.
Tədbir iştirakçıları qarşısında çıxış edən Bayt-ul-Malın icraçı direktoru Vahid Abid Şeyx təbii fəlakətdən zərər çəkmiş insanlara yardım etdiklərinə görə Azərbaycan xalqına və hökumətinə dərin minnətdarlığını bildirib. O, bu ilin 23 oktyabr tarixində Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin Azərbaycan Beynəlxalq İnkişafa Yardım Agentliyi tərəfindən sel daşqınları və leysan yağışlardan zərər çəkmiş insanlara humanitar yardım aksiyasına start verildiyini bildirib.
Mərasimdə çıxış edən səfir Daşqın Şikarov Azərbaycan və Pakistan arasında olan yüksək səviyyəli əlaqələrdən danışıb. O, eyni zamanda, Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin Beynəlxalq İnkişafa Yardım Agentliyinin (AİDA) fəaliyyəti haqqında geniş məlumatlar verib, AİDA-nın 30-dan çox Latın Amerikası, Afrika və Asiyada yerləşən ölkələrdə müxtəlif layihələr icra etdiyini, humanitar yardımlar çatdırdığını vurğulamışdır. Bildirilmişdir ki AİDA, Heydər Əliyev Fondu ilə birgə cari ilin may ayında Xayber Paxtunxva əyalətinin Dera İslmail Xan bölgəsində Heydər Əliyev Su təchizatı layihəsini icra edib və bununla da on minlərlə insanı içməli su ilə təchiz edilib. Təbii fəlakətdən zərər çəkmiş insanlar adından danışan bölgənin ağsaqqalı Şahnavaz Raca təbii fəlakətin fəsadlarından danışıb, ağır maddi və mənəvi durumda olan insanların dərdinə şərik olmasına görə Azərbaycan xalqı və ölkə rəhbərliyinə dərin minnətdarlığını bildirib. Mərasimin sonunda Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin Azərbaycan Beynəlxalq İnkişafa Yardım Agentliyi adından zərərçəkmiş insanlara qida paketləri paylanılıb.XİN-in Azərbaycan Beynəlxalq İnkişafa Yardım Agentliyi tərəfindən edilmiş humanitar yardım - qida rasionu paketləri və un kisələri təbii fəlakətdən zərər çəkmiş minlərlə insanlara paylanılıb. 8-9 nəfərlik ailə üçün nəzərdə tutulan rasion paketlərinə həyatı vacib qida məhsulları daxil edildir. Yardım ümumilikdə sel fəlakətlərindən zərər çəkmiş 25 min nəfər insanı əhatə edib.
Mənbə: ANS PRESS
XƏBƏR LENTİ
Evinə dönən əsgərin övladı ilə qarşılaşması hər kəsi duyğulandırdı - VİDEO
2 dəqiqəyə qarın nahiyəsindəki yağları necə əritməli?
Kökəlməyin yolları
Akrobatika gimnastikası üzrə Azərbaycan və Bakı birinciliyi başlayıb
Facebook-un yararlı 5 funksiyası
Soyuq şorba ( foto resept)
"Gozinak" (foto resept)
Cəfəri ilə xəstəlikləri sağalt - Xanımlar üçün.
Kaliforniyalı qadın 10 dəqiqəyə 32 burger yedi
Xəyanətə uğradı, 25 kq arıqladı-FOTO
Əl işlərim
Abituriyentlərin diqqətinə: qaydalar açıqlandı
Aleyna 1 milyon qazandı
Bakı Metropoliteni yeni iş rejiminə keçəcək
Ən yaxşı kosmetik vasitə - yuxu
"Çukur"un aktyoru evlənir?-FOTO
Bütöv Azərbaycanın dialektoloji atlası hazırlanır
Şəhzadə kababı (foto-resept)
Noyabr üçün dəbli kombinlər
Dünyanı telefonla ölçmək olacaq
Hərbi qulluqçular ehtiyata buraxıldılar
Tökülən saçlara qulluq
Türkiyə günə terrorla başladı
Sevgilisinin boğazına xalta keçirib gəzdirdi - FOTO
Dünyanın ən eybəcər kişisi
Müdafiə Nazirliyi: Azərbaycan Ordusu qeyri-hərbi hədəflərə atəş açmır
Cehizlik qablar
Ananas maskası
Əncirli truffel (foto resept)
Sümük və oynaq ağrılarını aradan qaldıran üsullar
10 min hektar ərazi quraqlıqdan qurtulacaq
Milyarderlərin küçəsini satın aldılar: "Bu, inanılmaz məsələdir, əsl şokdur!" - FOTO
Həftənin ilk iş günü Azərbaycanda hava necə olacaq?
Azərbaycanda üçəm qız dünyaya gəldi - Zeynəb, Zəhra, Rüqəyyə
Şuşa 2014-cü ildə
Dövlət Sərhəd Xidmətinin rəisi vətəndaşları qəbul edib
Ermənistanda güclü zəlzələ oldu
Müdafiə Nazirliyindən düşmənin yaydığı növbəti yalana SƏRT REAKSİYA
Çinin hüdudlarından kənarda koronavirusdan ilk insan ölüb
Qadınlar və kişilər haqqında maraqlı məlumatlar
Azərbaycanda benzin və dizel yanacağının qiyməti bahalaşdı
Bu şagirdlər buraxılış imtahanlarından azad edilib - SİYAHI
Qısqanclığın səbəbləri
Sürücülərin işi asanlaşdı
Azərbaycanda xüsusi karantin rejimi yenidən uzadıldı - RƏSMİ
Ölkələrə görə gəlin və bəy
Qəbul imtahanları ilə bağlı YENİLİK: abituriyentlər...
Niyə xosbəxt ola bilmirik?
Səudiyyə Ərəbistanı qadınlarla bağlı daha bir QƏRAR verdi
Heyvanlar aləmində - FOTOSESSİYA
- ŞƏRHLƏR