Mədə seliyinin bir xüsusiyyəti də qan hasil edən sümük iliyinə kömək etməsidir. Orqanizm üçün böyük əhəmiyyətə malik B12 vitamininin sümük iliyinə çatdırılmasını təmin edir. B12 vitamininin sümük iliyinə qədər səyahəti və mədə seliyinin bu səyahətdəki rolu təhlil edildikdə mikroskopik səviyyədə baş verən möcüzə ilə qarşılaşırıq.
B12 vitamini insan orqanizminə daxil olduqdan sonra həzm sistemi boyu hərəkət edir. Daha sonra nazik bağırsaqdan qan dövranına keçərək qana qarışır və sümük iliyi hüceyrələrinə çatır.
B12 vitamini nazik bağırsaqda həzm olunur. Ancaq nazik bağırsaqdakı hər hansı həzm hüceyrəsi B12 vitaminini tutmur. Nazik bağırsağın kiçik bir bölgəsində ancaq B12 vitaminini tutan xüsusi hüceyrə qrupu var. Bu hüceyrə qrupu bütün həyatlarını möcüzəvi şəkildə ancaq B12 vitaminini tutmağa həsr edirlər. Bu hüceyrələr trilyonlarla molekulun arasından B12 vitaminini ayırd edib tuturlar. Bəs bu hüceyrələr B12 vitaminini necə tanıyıb digər maddələrdən ayırd edirlər? B12 vitaminini tutmaqla məsul olduqlarını haradan bilirlər?
Bu hüceyrələrin B 12 vitaminini tutarkən göstərdiyi ağıl, əlbəttə, təsadüfən meydana gələ bilməz. Aydındır ki, bu sistemi üstün və güclü olan uca Allah xüsusi yaratmışdır. Sistemi bir az dərindən təhlil etdikdə daha çox möcüzəvi yaradılış dəlilləri ilə qarşılaşırıq.Nazik bağırsaqdakı hüceyrələr sərbəst haldakı B12 vitaminini tanımırlar. Bu hüceyrələrin B12 vitaminini tanıması və tutması üçün B12 vitamini xüsusi molekul ilə işarələnməlidir. Əlbəttə, bu ehtiyac da nəzərə alınmış və B12 vitamininin bağırsağa çatmadan işarələnməsini təmin edən sistem qurulmuşdur.
B12 vitamini hələ mədədə olarkən mədə hüceyrələri B12 vitamini üçün xüsusi molekul hasil edirlər. Həmin molekul B12 vitamininin səyahətinin növbəti mərhələlərində ehtiyacı olan “şəxsiyyət vəsiqəsidir”. Bu vəsiqə B12 vitamininə möhkəm yapışır və B12 nazik bağırsağa doğru səyahətinə davam edir.
Nazik bağırsaqda ancaq B12 vitaminini tapmaqla məsul olan sərhəd gözətçiləri (xüsusiləşmiş hüceyrə qrupu) B12 hüceyrəsinin qan dövranına keçməsini təmin edəcəklər. Ancaq bu gözətçilər sərbəst haldakı B12 vitaminini tanımırlar. Məhz bu mərhələdə B12 vitamininin köməyinə əlindəki “şəxsiyyət vəsiqəsi” çatır. Sərhəd gözətçiləri “şəxsiyyət vəsiqəsi” sayəsində trilyonlarla molekulun arasından B12 vitaminini tanıyırlar. Sonra “şəxsiyyəti müəyyən edən” bu molekulun köməyi ilə B12 vitaminini qan dövranına daxil edirlər. Beləliklə, B12 qan yolu ilə sümük iliyinə gedir.
Göründüyü kimi, mədə hüceyrələri B12 vitamininin orqanizm üçün əhəmiyyətindən xəbərdardırlar. Bundan əlavə, bağırsaq hüceyrələrinin B12 vitaminini tanımaq üçün işarəyə ehtiyacı olduğunu bilir və bu işarə molekulunu xüsusi hasil edirlər. Gözləri, əlləri və beyni olmayan bağırsaq hüceyrələri də bu işarəni tanıyır və B 12 vitaminini tuturlar.
Bir cəhəti də unutmaq olmaz: bütün bu hadisələr nəticəsində mənimsənən B12 vitamininin nə mədə hüceyrəsinə, nə də bağırsaq hüceyrəsinə faydası var. B12 vitamini çox uzaqda – sümük iliyində istifadə olunur. Bu vitamin sayəsində insan orqanizmində qan hasil edilir və insanın həyatını davam etdirməsi təmin olunur.
Təkcə bir vitaminin səyahəti və bu səyahətdəki təfərrüatlar belə insan orqanizmində qurulmuş sistemin qüsursuzluğunu göstərmək baxımından kifayətdir.
Şübhəsiz ki, bu proseslərin şüurla həyata keçirilməsi hüceyrələrin iradəsi ilə baş vermir. Çünki hüceyrələr şüursuz atomların birləşməsindən ibarət quruluş vahidləridir. Hüceyrənin içində şüur, iradə axtarmaq mənasızdır. Buradakı sistemi yaradan hər şeyi yoxdan var edən aləmlərin Rəbbi uca Allahdır.
R.Əkbərov
XƏBƏR LENTİ
"Qarabağ" çempion oldu
Handenin makiyajsız halı_FOTO
Elm yoxsulluğunun yaratdığı dəhşət
"Tatlı" paxlava (foto resept)
Patoloji qısqanclıq və ya Otello sindromu
Acılı əzmə (foto resept)
Azərbaycanda 11 bank ləğv olunur
Bu göbələk bütün xəstəlikləri sağaldır
İsti su içməyin 5 faydası
Möhtəşəm valideynlər
Azərbaycanda valideynlərin övladları üzərində nəzarəti gücləndirilir
Koronavirusla bağlı son STATİSTİKA
Gökhanın görüntüləri TƏƏCCÜBLƏNDİRDİ
Hormon dəyişmə qanunu
"Həkim, mənə ölüm ver..."
Ermənilər terrorçuları Qarabağa gətirirlər
Azərbaycanda koronavirus xəstələrinin sayı 400-ə çatdı
Ebru Gündeş Bodrumda dincəlir-FOTO
Yaz dekorasiyası
Xəzərin Bakı sahillərində delfin görüntülənib? - AÇIQLAMA + VİDEO
Asfaltı dəlib çıxmış göbələklər müzakirələrə səbəb oldu - VİDEO
Möhtəşəm don modelləri
Acun Ilıcalı Hülya Avşarın qonağı oldu
İşgüzarlığı artıran qidalar
Hansı dövlətin pasportu ilə vizasız daha çox ölkə gəzmək olar?
Britaniyalı model 16 illik sirrini açıqladı
Reynmen koronavirusdan sağaldı
Hava necə olacaq?
Vətən daşını yastıq edən qəhrəmanlar – VİDEO
Çempionlar Liqası finalının biletləri satışda
Ana ölən qızı ilə dörd ildən sonra danışdı - VİDEO
Səhər yeməyinin əvəzedilməz ərzaqları
Hollivudun ən çox gəlir gətirən aktyoru məlum oldu
Hava haqqında
Ebru Gündeş rekord gəlirlə “O səs Türkiyə”yə qayıdır
Cazibədar xanımlara gəlinlik nümunələri
Yay çantaları
Alman dili 9-cu dərs
Arnold Şvartsnegger bomj oldu
Çaydanlar
Azərbaycanlı həkimlər Qəzzaya getməyə hazırdırlar
Azərbaycan tarixindən yüz şəxsiyyət-32
Leyla Əliyeva uşaqlar üçün bayram tədbirində - FOTO
Xanımlara sual!
Azərbaycanda 4387 yeni yoluxma qeydə alındı: 38 nəfər vəfat etdi
Günün qoroskopu:Uğurlu gündür!
Təhsil Nazirliyi dərsliklərin hazırlanmasına və çapına doqquz milyon manat xərcləyəcək
Azərbaycan əhalisinin sayı AÇIQLANDI
Ali və orta ixtisas təhsili müəssisələrinə sənəd qəbulu təxirə salındı
Cəbhədən son xəbər
- ŞƏRHLƏR