Qadin.NET / B12 vitamininin "səyahəti"

B12 vitamininin "səyahəti"

B12 vitamininin "səyahəti"

Mədə seliyinin bir xüsusiyyəti də qan hasil edən sümük iliyinə kömək etməsidir. Orqanizm üçün böyük əhəmiyyətə malik B12 vitamininin sümük iliyinə çatdırılmasını təmin edir. B12 vitamininin sümük iliyinə qədər səyahəti və mədə seliyinin bu səyahətdəki rolu təhlil edildikdə mikroskopik səviyyədə baş verən möcüzə ilə qarşılaşırıq.

B12 vitamini insan orqanizminə daxil olduqdan sonra həzm sistemi boyu hərəkət edir. Daha sonra nazik bağırsaqdan qan dövranına keçərək qana qarışır və sümük iliyi hüceyrələrinə çatır.

B12 vitamini nazik bağırsaqda həzm olunur. Ancaq nazik bağırsaqdakı hər hansı həzm hüceyrəsi B12 vitaminini tutmur. Nazik bağırsağın kiçik bir bölgəsində ancaq B12 vitaminini tutan xüsusi hüceyrə qrupu var. Bu hüceyrə qrupu bütün həyatlarını möcüzəvi şəkildə ancaq B12 vitaminini tutmağa həsr edirlər. Bu hüceyrələr trilyonlarla molekulun arasından B12 vitaminini ayırd edib tuturlar. Bəs bu hüceyrələr B12 vitaminini necə tanıyıb digər maddələrdən ayırd edirlər? B12 vitaminini tutmaqla məsul olduqlarını haradan bilirlər?

Bu hüceyrələrin B 12 vitaminini tutarkən göstərdiyi ağıl, əlbəttə, təsadüfən meydana gələ bilməz. Aydındır ki, bu sistemi üstün və güclü olan uca Allah xüsusi yaratmışdır. Sistemi bir az dərindən təhlil etdikdə daha çox möcüzəvi yaradılış dəlilləri ilə qarşılaşırıq.Nazik bağırsaqdakı hüceyrələr sərbəst haldakı B12 vitaminini tanımırlar. Bu hüceyrələrin B12 vitaminini tanıması və tutması üçün B12 vitamini xüsusi molekul ilə işarələnməlidir. Əlbəttə, bu ehtiyac da nəzərə alınmış və B12 vitamininin bağırsağa çatmadan işarələnməsini təmin edən sistem qurulmuşdur.

B12 vitamininin "səyahəti"

B12 vitamini hələ mədədə olarkən mədə hüceyrələri B12 vitamini üçün xüsusi molekul hasil edirlər. Həmin molekul B12 vitamininin səyahətinin növbəti mərhələlərində ehtiyacı olan “şəxsiyyət vəsiqəsidir”. Bu vəsiqə B12 vitamininə möhkəm yapışır və B12 nazik bağırsağa doğru səyahətinə davam edir.

Nazik bağırsaqda ancaq B12 vitaminini tapmaqla məsul olan sərhəd gözətçiləri (xüsusiləşmiş hüceyrə qrupu) B12 hüceyrəsinin qan dövranına keçməsini təmin edəcəklər. Ancaq bu gözətçilər sərbəst haldakı B12 vitaminini tanımırlar. Məhz bu mərhələdə B12 vitamininin köməyinə əlindəki “şəxsiyyət vəsiqəsi” çatır. Sərhəd gözətçiləri “şəxsiyyət vəsiqəsi” sayəsində trilyonlarla molekulun arasından B12 vitaminini tanıyırlar. Sonra “şəxsiyyəti müəyyən edən” bu  molekulun köməyi ilə B12 vitaminini qan dövranına daxil edirlər. Beləliklə, B12 qan yolu ilə sümük iliyinə gedir.

Göründüyü kimi, mədə hüceyrələri B12 vitamininin orqanizm üçün əhəmiyyətindən xəbərdardırlar. Bundan əlavə, bağırsaq hüceyrələrinin B12 vitaminini tanımaq üçün işarəyə ehtiyacı olduğunu bilir və bu işarə molekulunu xüsusi hasil edirlər. Gözləri, əlləri və beyni olmayan bağırsaq hüceyrələri də bu işarəni tanıyır və B 12 vitaminini tuturlar.

B12 vitamininin "səyahəti"

Bir cəhəti də unutmaq olmaz: bütün bu hadisələr nəticəsində mənimsənən B12 vitamininin nə mədə hüceyrəsinə, nə də bağırsaq hüceyrəsinə faydası var. B12 vitamini çox uzaqda – sümük iliyində istifadə olunur. Bu vitamin sayəsində insan orqanizmində qan hasil edilir və insanın həyatını davam etdirməsi təmin olunur.

Təkcə bir vitaminin səyahəti və bu səyahətdəki təfərrüatlar belə insan orqanizmində qurulmuş sistemin qüsursuzluğunu göstərmək baxımından kifayətdir.

Şübhəsiz ki, bu proseslərin şüurla həyata keçirilməsi hüceyrələrin iradəsi ilə baş vermir. Çünki hüceyrələr şüursuz atomların birləşməsindən ibarət quruluş vahidləridir. Hüceyrənin içində şüur, iradə axtarmaq mənasızdır. Buradakı sistemi yaradan  hər şeyi yoxdan var edən aləmlərin Rəbbi uca Allahdır.

R.Əkbərov

20 oktyabr 2014
GO BACK