Yeni dərs ilinin başlanması ilə əlaqədar təhlükəsizlik tədbirlərinin görülməsi məqsədilə Bakı şəhəri ərazisində yerləşən bütün təhsil müəssisələri polisin tam nəzarətinə götürüləcək. Xüsusilə də yol hərəkətində təhlükəsizliyin təmin edilməsi üçün bütün zəruri tədbirlər həyata keçiriləcək.Bu barədə ANS PRESS-ə Bakı şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsinin (BPİ DYP) İctimai qurumlarla əlaqə bölməsinin rəisi, polis polkovnik-leytenantı Vaqif Əsədov bildirib.Təhsil müəssisələrinin qarşısında yol nişanlarının tələblərini pozan sürücülərə qarşı sərt cəza tədbirlərinin görüləcəyini deyən bölmə rəisi bildirib ki, məktəblərin yerləşdiyi ərazilərdə dayanma, durma və parklanmanı qadağan edən yol nişanlarının təsir zonasında dayanan avtomobil sürücülərinə qarşı çox ciddi tədbirlər görüləcək.Onun sözlərinə görə, yeni dərs ilinin başlanması ilə əlaqədar sentyabrın 16-dan etibarən Bakı şəhərindəki orta və ali təhsil müəssisələrinin yerləşdiyi ərazilərə baxış keçirilərək çatışmazlıqların aradan qaldırılması üçün aidiyyatı üzrə bütün tədbirlər həyata keçiriləcək.Sürücülərə və avtomobil sahiblərinə müraciət edən Vaqif Əsədov qeyd edib ki, BŞDYP avtomobil sahibləri və sürücülərinə təhsil müsəssisələri istiqamətində şəxsi avtomobilləri ilə hərəkət edərkən qoyulmuş yol nişanlarının tələbinin yerinə yetirilməlidir. Məktəblərin ətrafında dayandırılan nəqliyyat vasitəsi yolun daralmasına və avtomobili olmayan valideynlərə və şagirdlərə həmin təhsil müəssisəsi istiqamətində gediş-gəlişə çətinlik yaradır. Ona görə də avtomobili olanlar avtomobili olmayanlar barəsində də düşünməlidirlər.Vaqif Əsədov həmçinin bildirib ki, yeni dərs ilinin başlanması ilə əlaqədar Daxili İşlər Nazirliyi tərəfindən əlavə hansısa göstərişlər olarsa, onlar da yerinə yetiriləcək.
Mənbə: ANS PRESS
XƏBƏR LENTİ
"Quş qripi" qayıdır
Kəs və yapışdır-9
Məşhur aktrisadan gözlənilməz FOTOlar
300-1500 manat maaşı olan iş yerləri açılacaq
Məşhur müğənni İrandan qovuldu-SƏBƏB
Həzm sisteminin işləməyinə kömək edən ərzaqlar
Yeni heyvan növü yaradıldı-FOTO
Məşhur professor saç tökülməsinin səbəblərini açıqladı
Şokoladlı dondurma banan (foto resept)
Prezident İlham Əliyev və xanımı ümumdünya forumunun açılışında
Kosmosa 1 milyard dollar göndərildi
Hava haqqında
Diqqət! Facebook profilləri nəzarətə götürüldü
Doğuşdan əvvəl makiyaj edən analar
1, 5 və 50 manatlıq pul nişanlarının dizaynı dəyişdi - FOTO
Anomal istilər nə vaxta kimi davam edəcək?
Meryem Üzerlidən estetik əməliyyat etirafı-FOTO
Məşhurlarin nadir xəstəlikləri
Beren Saat evinə qayıtdı
Ən çox radiasiya yayan smartfonlar - SİYAHI
"Südlü" tort - tavada (foto resept)
Bakı Tikiş Evindən sosial şəbəkələrdə yayılmış xəbərlərə RƏSMİ MÜNASİBƏT
Qış şorbası (foto-resept)
Erməniləşdirilən toponimlər tarixi adlarına qovuşur
Dünyanın ən etibarlı evi - FOTOLAR
190 manatlıq ödəmələrlə bağlı AÇIQLAMA
Azərbaycanda təhsil alan əcnəbi tələbələrin sayı açıqlandı
Azərbaycan tarixindən yüz şəxsiyyət-6
Bu şəhərlər Yer üzündən silinəcək
Aleyna Tilki haqqında Cinayət İşi açıldı
Ukraynada hakimiyyət və müxalifət razılığa gəlmədilər
Hazırlaşın: WhatsApp inqilab edəcək - FOTO
Arxeopteriks
Müəllimlərin maaşı 40 faizə qədər artacaq
Məktəblərə şagird qəbulunda əsas PRİORİTETLƏR
Yatmağa kömək edən qidalar
Yararsız əşyaları dəyərləndirək
Bu günün hava proqnozu
Hamiləlik dövrləri (20-31 həftələr)
Bu ilin trend rəngi: Canlı Mərcan
Xəyanətə uğradı, 25 kq arıqladı-FOTO
Asan tort (foto resept)
Şabalıd təmizlənməsi qaydaları
Azərbaycanda ictimasi iaşə müəssisələri ilə bağlı XƏBƏRDARLIQ
Sarışın qızlar haqda miflər və həqiqətlər
İnternetin yeni qaydası təsdiqləndi
Obama: İŞİD qruplaşması məhv ediləcək
Bu itlər xərçəng xəstələrini müəyyən edir
İki bacıya bəysiz toy etdilər - FOTO
Suşi (foto resept)
- ŞƏRHLƏR