Milli Qəhrəman, telejurnalist Çingiz Mustafayevin doğum günüdür. Bu gün onun 54 yaşı tamam olur. Həyatı ilə bütün telejurnalistlərə örnək olan Çingiz Mustafayev haqqında həmkarlarımızın fikirləri çox maraqlıdır.ANS TV-nin məlumatına görə, Çingizlə bağlı sayca neçənci süjetimdir, dəqiq xatırlamıram. Bircə onu bilirəm ki, hər dəfə onu bir az da fərqli aspektdən tanıyıram. Amma əlbəttə ki, onu ovcunun içi kimi tanıyanlardan da deyiləm. Nə anası, nə qardaşı, nə də ən yaxın dostu ola bilərəm. Amma o jurnalistikada bizim həm dostumuzdur, həm atamız, həm də qardaşımız. Elə biz jurnalistlərə də ilk növbədə onun şəxsi yox, jurnalist keyfiyyətləri maraqlıdır ki, onu da illərdir ANS-in arxivində Çingizin özünün çəkdiyi kadrlara baxa-baxa elə ovcumun içi kimi tanımışam. O, ilk növbədə əla reportyor idi, xəbərlə nəfəs alırdı, təpədən dırnağa qədər jurnalist idi. Həm xarizmatik idi, həm tamaşaçısını özünə inandırmaq qabiliyyəti vardı. Bu gün jurnalist sözünün dəyərdən düşdüyü bir vaxtda problemi xüsusilə harda, nədə, kimdə axtarmaq haqda düşünmək lazım gələndə çox vaxt jurnalistləri günahkar çıxarırıq. Bu gün əksər jurnalistlər üçün jurnalistikanın adı öz adlarından sonra gəlir. Çingiz isə bütün fəaliyyəti boyu jurnalistikanın başını uca eləməyə çalışdı, ona görə də ucalıqdadır.“TRT” kanalının əməkdaşı Arzu Umud deyir ki, "Çingiz müəllim mənim kumirimdir. Televiziyada televiziyonçu olmaq, o həyacanı yaşamaq. Çingiz mənim üçün örnəkdir, bu bizim qürur mənbəyimizdir". Jurnalist Elşən Rüstəmovun sözlərinə görə, "Çingiz jurnalist olmaqla yanaşı, mənim üçün qəhramandır. Uşaq vaxtlarında həmişə onun çəkdiyi kadrları izləmişik. Gələcək nəsillər də Çingizi bir qəhrəman kimi anacaqlar”.Bəli, bu gün Çingizin məzarını yad edib sonra Şəkiyə onun adı ilə bağlı beynəlxalq festivala yola düşən hər bir jurnalist üçün də Çingiz təkcə jurnalistikada etalon deyil, həm də bir məktəbdir.Bu gün Çingizin adı ilə Şəkiyə yola çıxan jurnalistlər təkcə orda keçirəilən möhtəşəm festivalı yox, həm də Çingizin ad günü sevincini bölüşəcəklər. Amma əminəm ki, sabah müharibə baş versə, bu uşaqların hər biri Çingizin taleyini də bölüşməyə hazırdılar. Afərin sizə dostlar. Yerin behiştlik olsun Çingiz.[media=//https://www.youtube.com/watch?v=Ul0UkbOTXUc]
Mənbə: ANS PRESS
XƏBƏR LENTİ
"Qarabağ" çempion oldu
Handenin makiyajsız halı_FOTO
Elm yoxsulluğunun yaratdığı dəhşət
"Tatlı" paxlava (foto resept)
Patoloji qısqanclıq və ya Otello sindromu
Acılı əzmə (foto resept)
Azərbaycanda 11 bank ləğv olunur
Bu göbələk bütün xəstəlikləri sağaldır
İsti su içməyin 5 faydası
Möhtəşəm valideynlər
Azərbaycanda valideynlərin övladları üzərində nəzarəti gücləndirilir
Koronavirusla bağlı son STATİSTİKA
Gökhanın görüntüləri TƏƏCCÜBLƏNDİRDİ
Hormon dəyişmə qanunu
"Həkim, mənə ölüm ver..."
Ermənilər terrorçuları Qarabağa gətirirlər
Azərbaycanda koronavirus xəstələrinin sayı 400-ə çatdı
Ebru Gündeş Bodrumda dincəlir-FOTO
Yaz dekorasiyası
Xəzərin Bakı sahillərində delfin görüntülənib? - AÇIQLAMA + VİDEO
Asfaltı dəlib çıxmış göbələklər müzakirələrə səbəb oldu - VİDEO
Möhtəşəm don modelləri
Acun Ilıcalı Hülya Avşarın qonağı oldu
İşgüzarlığı artıran qidalar
Hansı dövlətin pasportu ilə vizasız daha çox ölkə gəzmək olar?
Britaniyalı model 16 illik sirrini açıqladı
Reynmen koronavirusdan sağaldı
Hava necə olacaq?
Vətən daşını yastıq edən qəhrəmanlar – VİDEO
Çempionlar Liqası finalının biletləri satışda
Ana ölən qızı ilə dörd ildən sonra danışdı - VİDEO
Səhər yeməyinin əvəzedilməz ərzaqları
Hollivudun ən çox gəlir gətirən aktyoru məlum oldu
Hava haqqında
Ebru Gündeş rekord gəlirlə “O səs Türkiyə”yə qayıdır
Cazibədar xanımlara gəlinlik nümunələri
Yay çantaları
Alman dili 9-cu dərs
Arnold Şvartsnegger bomj oldu
Çaydanlar
Azərbaycanlı həkimlər Qəzzaya getməyə hazırdırlar
Azərbaycan tarixindən yüz şəxsiyyət-32
Leyla Əliyeva uşaqlar üçün bayram tədbirində - FOTO
Xanımlara sual!
Azərbaycanda 4387 yeni yoluxma qeydə alındı: 38 nəfər vəfat etdi
Günün qoroskopu:Uğurlu gündür!
Təhsil Nazirliyi dərsliklərin hazırlanmasına və çapına doqquz milyon manat xərcləyəcək
Azərbaycan əhalisinin sayı AÇIQLANDI
Ali və orta ixtisas təhsili müəssisələrinə sənəd qəbulu təxirə salındı
Cəbhədən son xəbər
- ŞƏRHLƏR