Qadin.NET / "Çingiz mənim kumirimdir"

"Çingiz mənim kumirimdir"

 

"Çingiz mənim kumirimdir"

Milli Qəhrəman, telejurnalist Çingiz Mustafayevin doğum günüdür. Bu gün onun 54 yaşı tamam olur. Həyatı ilə bütün telejurnalistlərə örnək olan Çingiz Mustafayev haqqında həmkarlarımızın fikirləri çox maraqlıdır.ANS TV-nin məlumatına görə, Çingizlə bağlı sayca neçənci süjetimdir, dəqiq xatırlamıram. Bircə onu bilirəm ki, hər dəfə onu bir az da fərqli aspektdən tanıyıram. Amma əlbəttə ki, onu ovcunun içi kimi tanıyanlardan da deyiləm. Nə anası, nə qardaşı, nə də ən yaxın dostu ola bilərəm. Amma o jurnalistikada bizim həm dostumuzdur, həm atamız, həm də qardaşımız. Elə biz jurnalistlərə də ilk növbədə onun şəxsi yox, jurnalist keyfiyyətləri maraqlıdır ki, onu da illərdir ANS-in arxivində Çingizin özünün çəkdiyi kadrlara baxa-baxa elə ovcumun içi kimi tanımışam. O, ilk növbədə əla reportyor idi, xəbərlə nəfəs alırdı, təpədən dırnağa qədər jurnalist idi. Həm xarizmatik idi, həm tamaşaçısını özünə inandırmaq qabiliyyəti vardı. Bu gün jurnalist sözünün dəyərdən düşdüyü bir vaxtda problemi xüsusilə harda, nədə, kimdə axtarmaq haqda düşünmək lazım gələndə çox vaxt jurnalistləri günahkar çıxarırıq. Bu gün əksər jurnalistlər üçün jurnalistikanın adı öz adlarından sonra gəlir. Çingiz isə bütün fəaliyyəti boyu jurnalistikanın başını uca eləməyə çalışdı, ona görə də ucalıqdadır.“TRT” kanalının əməkdaşı Arzu Umud deyir ki, "Çingiz müəllim mənim kumirimdir. Televiziyada televiziyonçu olmaq, o həyacanı yaşamaq. Çingiz mənim üçün örnəkdir, bu bizim qürur mənbəyimizdir". Jurnalist Elşən Rüstəmovun sözlərinə görə, "Çingiz jurnalist olmaqla yanaşı, mənim üçün qəhramandır. Uşaq vaxtlarında həmişə onun çəkdiyi kadrları izləmişik. Gələcək nəsillər də Çingizi bir qəhrəman kimi anacaqlar”.Bəli, bu gün Çingizin məzarını yad edib sonra Şəkiyə onun adı ilə bağlı beynəlxalq festivala yola düşən hər bir jurnalist üçün də Çingiz təkcə jurnalistikada etalon deyil, həm də bir məktəbdir.Bu gün Çingizin adı ilə Şəkiyə yola çıxan jurnalistlər təkcə orda keçirəilən möhtəşəm festivalı yox, həm də Çingizin ad günü sevincini bölüşəcəklər. Amma əminəm ki, sabah müharibə baş versə, bu uşaqların hər biri Çingizin taleyini də bölüşməyə hazırdılar. Afərin sizə dostlar. Yerin behiştlik olsun Çingiz.[media=//https://www.youtube.com/watch?v=Ul0UkbOTXUc]

 

Mənbə: ANS PRESS

29 avqust 2014
GO BACK