Nuh surəsi
(Məkkədə nazil olmuşdur, 28 ayədir)
Bismillahir rəhmanir-rəhim!
- Həqiqətən, Biz Nuhu: Qövmünə şiddətli bir əzab gəlməmişdən əvvəl onları (Allahın əzabı ilə) qorxut! deyə öz tayfasına peyğəmbər göndərdik.
- O dedi: Ey qövmüm! Həqiqətən, mən sizi (Allahın əzabı ilə) açıq-aşkar qorxudan bir peyğəmbərəm!
- Allaha ibadət edin, Ondan qorxun və mənə də itaət edin!
- (Əgər belə etsəniz) O sizin günahlarınızdan keçər, sizə müəyyən vaxtadək (əcəliniz çatana qədər) möhlət verər (cəzanızı dünyada verməyib axirətə saxlayar). Allahın (əzəldən lövhi-məhfuzda) müəyyən etdiyi əcəl (ölüm) gəlib çatdıqda isə, o əsla təxirə salınmaz. Kaş biləydiniz!
- O dedi: Ey Rəbbim! Mən qövmümü gecə-gündüz (imana, haqq yola) dəvət etdim!
- Lakin dəvətim onların (imandan) qaçmalarını daha da artırmaqdan başqa bir şeyə yaramadı.
- Sənin onları bağışlamağın üçün mən nə zaman onları (imana) dəvət etdimsə, onlar (dəvətimi eşitməsinlər deyə) barmaqlarını qulaqlarına tıxadılar, (məni görməsinlər deyə) libaslarına büründülər, (küfrlərində) israr edib durdular və təkəbbür göstərdilər.
- Sonra mən onları uca səslə (açıq-açığına haqqa) dəvət etdim
- Daha sonra onlara (iman gətirmək lazım olduğunu) aşkar söylədim və gizli bildirdim
- Və dedim: (Tövbə edib) Rəbbinizdən bağışlanmağınızı diləyin. Çünki O, (tövbə edən bəndəsinin günahlarını) çox bağışlayandır!
- O sizə göydən bol yağış göndərər;
- O sizə mal-dövlət, oğul-uşaq əta edər. O sizin üçün bağlar-bağçalar yaradır və çaylar axıdar!
- Sizə nə olub ki, Allahın əzəmətindən çəkinmirsiniz? (Sizə nə olub ki, Allahın əzəmət və qüdrətindən qorxmur, Onu layiqincə uca tutmursunuz? Yaxud iman gətirəcəyiniz təqdirdə Allahın axirətdə sizə mərhəmət əta edəcəyinə ümid bəsləmirsiniz?)
- Halbuki O sizi cürbəcür (və ya müxtəlif mərhələlərlə - əvvəl nütfə, sonra laxtalanmış qan, sonra bir parça ət və, nəhayət, insan şəklində) xəlq etdi.
- Məgər görmürsünüz ki, Allah yeddi göyü (bir-birinin üstündə) qat-qat necə yaratdı?!
- Orada ayı bir nur, günəşi də bir çıraq etdi.
- Və Allah sizi (atanız Adəmi) yerdən (torpaqdan) bir bitki kimi göyərtdi.
- Sonra sizi yenə ora qaytaracaq və (qiyamət günü dirildib oradan da) çıxardacaqdır.
- Allah yeri sizin üçün xalı etdi (fərş kimi ayaqlarınızın altına döşədi) ki,
- Onun geniş yollarında gəzəsiniz!
- Nuh dedi: Ey Rəbbim! Onlar mənə qarşı çıxdılar və mal-dövləti, oğul-uşağı özlərinə ziyandan başqa bir şey artırmayan kimsələrə (öz kafir başçılarına) tabe oldular.
- (Onların kafir başçıları mənim əleyhimə) çox böyük bir hiylə qurdular.
- Və (tabeçiliyində olanlara) dedilər: Öz tanrılarınızı tərk etməyin, (xüsusilə) Bəddi, Suvaı, Yəğusu, Yəuqu və Nəsri atmayın!
- Onlar çoxlarını yoldan çıxartdılar. Sən də (ey Rəbbim!) ancaq onların zəlalətini artır!
- Onlar öz günahlarından dolayı suda boğdurulub Cəhənnəmə daxil edildilər və özlərinə onları Allahdan (Allahın əzabından) qurtaracaq köməkçilər də tapa bilmədilər!
- Nuh dedi: Ey Rəbbim! Yer üzündə bir nəfər belə kafir qoyma!
- Çünki sən onları (sağ) buraxsan, onlar Sənin bəndələrini yoldan çıxardacaq, ancaq pozğun və kafir (oğul-uşaq) doğub-törədəcəklər.
- Ey Rəbbim! Məni, ata-anamı, mənim evimə (yaxud məscidimə) mömin kimi daxil olan kimsəni və (qiyamət gününə qədər olacaq) bütün mömin kişiləri və qadınları bağışla. Zalımların isə ancaq və ancaq həlakını (ölümünü) artır!
XƏBƏR LENTİ
Arıqladan cəfəri suyu
FİFA-da korrupsiya qalmaqalı
Ermənipərəst jurnalistin daha bir yalanı - VİDEO
Bakının bu yolları dünyada fərqlənəcək
Manatın məzənnəsində ciddi dəyişiklik
Anamın ətli sırdağı (foto resept)
Anadangəlmə qüsurlu qız MODEL oldu - FOTO
Həyat üçün təhlükə - Bəzi dondurmaların istehsalı dayandırıldı - SİYAHI
Övladınızın ilk müəllimi olaraq izləməli olduğunuz 5 yol
Məşhur cütlüyün oğlundan GÖZLƏNİLMƏZ addım-FOTO
Rusiya Avropa Oyunlarını keçirməyəcək
Dreykin 663 minlik döşəyi diqqət çəkdi
"Hiss etdim ki, elmdə yeni nə isə etməliyəm" - FOTO
Rus dili - Р—Р·
"WhatsApp"a çox pis xəbər
Ermənilərə şərt qoyuldu
Qəhvə içmək ölüm riskini azaldır
BÜRCLƏR bizə nə vəd edir?- 13 Dekabr
Havanı təmizləmək üçün məsləhətlər
Qucağa öyrəşən uşaqlara necə davranmalı?
Dünyanın gözlədiyi XƏBƏR: 15 dəqiqədə KORONAVİRUS TESTİ - FOTOLAR
Nikaha daxil olan qadınların 6,17 faizi yaşı 18-dək olanlardır
Sızanaqlara qarşı nar qabığı maskası
Bakıdan Sarkisyanın şərtlərinə cavab
Emal müəssisəsi əvəzinə çay kənarlarına tökülən Quba alması
Hansı ləkə necə çixar?
Smartfonları başqa cür "yemləyəcəklər"
Gəlinlik yerinə Dinozavr paltarı geyindi-FOTO
Nəhəng dalğa fotosessiya edən cütlüyü “yuyub” apardı - VİDEO
Varşava Universitetində 20 Yanvar faciəsi ilə bağlı tədbir keçirilib
Qaraciyər yağlanmasının səbəbləri
Müəllimlər imtahan verəcək
Güləşçilərimiz yenə birincidir
"Pokrov" meyvə-tərəvəz bazasında azərbaycanlılar köməksiz qalıblar
Turabi finala qaldı-1 milyon qazana bilər!-FOTO
FİFA prezidenti istefa verdi
Şeyma Subaşı sevgilisindən ayrılıb?
Prezidentin köməkçisi: “İş saatlarına dəyişiklik edilib”
Dünyanın ən böyük avto şousu başladı
Günün qoroskopu:Uğurlu gündür!
İstirahət gününün HAVAsı
Sevgililər günü üçün hədiyyələr
Məşhurların sevdiyi yoqa
Azərbaycan-Rusiya sərhədindəki vətəndaşlarımızla bağlı AÇIQLAMA
“İşğal olunmuş Azərbaycan torpaqlarını tərk edin”
Bu şüşə iPhone-u qoruyacaq
Diqqətli olun: güclü qasırğa yaşayırıq
Saqqız çeynəmək olarmı?
Prezidentin köməkçisi: “Ermənilər qorxurlarsa, işğalı dayandırmalıdırlar” - VİDEO
Dəbli qısaboğazlı çəkmə modelləri
- ŞƏRHLƏR