1-yaşına qədər uşaqlara mavi dənizin duzlu sularında çimmək və günəş şüası qəbul etmək olar?
Və bu zaman körpəyə necə qulluq etmək lazımdır? Bunu sualların cavabını öyrənmək üçün uşaq həkimi və dermotoloqlarının bu barədə dediklərini araşdırdıq. 6 ayından 1yaşa qədər uşaqların dərisi anadan olduğu gün kimi nazik və köməksiz olmur, ancaq böyük insanların dərisi kimi də ətrafdakı ziyanlı maddələr üçün dözümlü də olmur. 6 ayına qədər körpələrimizi dəniz suyuna salmışıqsa evə gətirdikdən sonra hər gün çimizdirməliyik. Dənizdən gəldikdən sonra körpənizi çimizdirərkən maçalkadan və başqa maddələrdən istifadə etməyin. Sadəcə əlinizə bir qədər şampun tökün və körpənizin bədəninə çəkin. Körpənizə istifadə etdiyiniz şampun və bədən üçün gellər antialerqiya və spirtsiz olmalıdır. Sağlam körpə bədəni yalnız yuyulmağa ehtiyac duyur. Şampunu 10 gündə bir dəfə körpənizin başına istifadə edin. Bədən gelindən isə yalnız həftədə bir dəfə istifadə edə bilərsiniz. Çünki bu cür maddələr körpənin zərif dərisini zədələyə bilər. Adi su ilə yumaq daha məsləhətlidir.
Bəs 1 yaşına qədər olan uşaqlara günəşdə nə qədər qalmaq məsləhətdir? Və onların dərisinin qaralması nə dərəcədə məsləhətdir?
Körpələrdə ultrabənövşəyi şüalanmaya qarşı dərinin qoruyucu reaksiyası yoxdur. Məsələ bundadır ki, körpənin dərisində ona rəng verən melanin piqmenti zəif işləyir. Bu müdafiə mexanizmi orqanizmdə yalnız tam üç il ərzində formalaşır. Üç yaşadək uşaqlara uşaq dərisinin bu xüsusiyyəti ilə əlaqədar, qaralmaq məsləhət deyil. Çoxlarınız deyəcəksiniz ki, bəs onda körpə D vitaminini günəşdən necə alsın? Bunun üçün 3 yaşına qədər uşaqlar hər hansı ağacın altında, çətirin altında və s. yerdə kölgədə də oynayaraq günəşin bu ultrabənövşəyi şüalarını qəbul edəcək və D vitamini ilə zəngin olacaq.
Əgər siz dənizdə istirahət etmək istəyirsinizsə bu zaman balaca uşaqla çimərlikdə bəzi davranış qaydalarına riayət etmək lazımdır:
*Dəniz kənarına yalnız səhər saat 10- a qədər, axşam isə 17:00-dan sonra getmək lazımdır.
*Mütləq hər hansı kölgədə olmaq lazımdır. Bu fərq etməz ağacın kölgəsi və ya çətirin kölgəsi.
*Körpənizə tez-tez təmiz su verin.
*Çalışın körpənizi dəniz kənarında tam soyundurmayın.
*Körpənin başına mütləq papaq qoyun
*Körpənin açıqda qalan dərisinə günəşdən qorumaq üçün krem çəkin. Bu kremi çölə çıxmamışdan 20-30 dəqiqə öncə çəkin. Və hər 2 saatdan bir təzələyin. Ancaq bu günəşdən qoruyucu kremin mütləq körpə dərisi üçün olmasına diqqət yetirin.
*Dənizin duzlu suyunu mütləq şirin su ilə yumaq sonra isə körpəni qupquru silmək lazımdır. Çünki dənizin 1 damcı belə duzlu suyu günəş şüaları qarşısında linza rolunu oynayacaq və bu da körpənizin bədənində yanıqlara səbəb olacaq.
1 yaşına qədər olan körpə ilə xarici ölkələrə istirahətə getmək olarmı? Əgər olarsa dermatoloqlar bu barədə nə tövsiyə edir?
Bu sualı nənələrimizə versək xorla "yox" deyərdilər. Amma doğurdanmı bu qədər dəhşətli və çətindir? İndi valideynlər daha müasirdirlər və uşaqlarında hər mühitə asanlıqla öyrəşməyini istəyirlər. Həm də körpələr üçün əsas odur ki, anasının qayğısını həmişə hiss etsinlər. Harda olacaqları isə onlar üçün 2-ci dərəcəlidir. Bununla belə həsas uşaqlar üçün yer və hava dəyişməsi ilk günlər çətin olur. Körpənin yeni mühitə öyrəşməsi ən az 7-10 gün çəkir. Ona görə də istirahət günlərinizin ən az bir ay olmasını təmin edin.
Bəs uşaqlarla xarici ölkələrdə necə davranmaq lazımdır?
*Əgər körpə ana südü ilə qidalanırsa bu zaman ilk növbədə ananın sağlam qidalanmasını təmin etmək lazımdır.
*Əgər körpəniz süd qarışıqlı yeməklər yeyirsə getməzdən əvvəl həmin qidalardan ehtiyat üçün götürmək lazımdır. Çünki orda bu qidaları tapmamaq ehtimalı ola bilər.
*Körpənin təmizliyi üçün lazım olan bütün ləvazimatları götürün. Buna aptek çantası da daxildir.
* İsti olan ölkələrə isə Sentyabr və Mart ayları getmək daha məqsədə uyğundur.
Sonda isə hər kəsə gözəl istirahətlər arzu edirəm.
Bənzər xəbərlər...
XƏBƏR LENTİ
72-ci Kan film festivalı; Qırmızı xalça
İlk dəfə menstruasiya olan yeniyetmələrə necə izah etməli?
Qeyri-adi əşyalar
Sabah hava necə olacaq?
Qrip olan ana körpəni necə əmizdirməli?
Sərxoş erməni Şuşa məscidinin minarəsinə çıxdı
Sahibsiz məktublar... (3 və 4)
Mesut Özil və Amine Gülşe 10 milyonluq villaya köçdülər-FOTO
Azərbaycan idmançısı qalibi olub
Oturaq həyat tərzi beynin fəaliyyətini korlayır
2018-in şəhər üzükləri
Çin testi
В«Gürcüstan və Moldovanın avro-inteqrasiyasını dəstəkləyəcəyikВ»
Ana südünü artırmağının yolları
Yazda estetik əməliyyat ziyanlıdırmı?
Azərbaycan və ABŞ arasında hava nəqliyyatı haqqında saziş təsdiq edildi
İstanbul-Bakı aviareysi əlverişsiz hava şəraitinə görə təxirə salındı
Mənzil almaq istəyənlər: sizi aldada bilərlər
İdmançımızın Ermənistan himni səslənəndə oturmasının səbəbi açıqlandı
Şuşanın işığı yandı - VİDEO
Hüseyn Cavid yaradıcılığı ABŞ universitetində tədqiq olunur
Qızardılmış toyuq ciyəri (foto-resept)
Olga Nasakovadan möhtəşəm tortlar
Günün qoroskopu: Hisslərinizi cilovlayın!
Milli komandamız Portuqaliya ilə eyni qrupa düşdü
Uşaqları internet cinayətlərindən yeni üsulla qoruyacaqlar
Dəbli gəlinlik modelləri
Beyoncenin qızı böyüdü-FOTO
Ayntopf-alman mətbəxindən (foto resept)
Çobanın bu tapıntısı alimləri ŞOKA SALDI - FOTO
Mehriban Əliyeva İmam Hüseyn məscidinin açılışında iştirak edib - FOTO
Doğum gününə görə xarekter ( sentyabr)
Rafet El Roman Sumqayıtda konsert verəcək
İncə üzüklər
Əfqanıstanda sel:onlarla insan həlak olub
Bakıda daha bir yol bağlandı
Çin lideri vətəndaşları yeməyə qənaət etməyə çağırdı
Azərbaycan tarixindən yüz şəxsiyyət-95
Ayların mənası
İşdən qovulmaq istəmirsiz? Onda oxuyun
Müəllimlərə şad xəbər
Ascend P7 mini smartfonu göstərildi
Çin təqvimi nədir? - Cinsiyyət necə hesablanır?
Özəl klinikalarda koronavirus testinin qiyməti necə müəyyən olunur?
3 kəndin sakinlərini sevindirdilər
Hərbi qulluçu hazırlayan bütün xüsusi təyinatlı təhsil müəssisələrinin ailəli kursantlarına şad xəbər
Neftin ucuzlaşması davam edir
"Ağıllı" plastır yaradılıb
7 metrlik qanad sahibi quş
Həftənin ilk iş gününün hava proqnozu
- ŞƏRHLƏR