Bakıda hava 13°
USD AZN
EUR AZN
08:30Xəyalə Murad Sabahınız xeyirli,gününüz aydın olsun,Əziz Qadin.Netlilər!
41127

Qadınların ən təhlükəli sözləri

Qadınların ən təhlükəli sözləri
Biz insanlar qəzəbli olduğumuz zaman çox sözlər işlədirik. Lakin qadınların qəzəbli olduqları zaman dedikləri ifadələr heç də düşündüyünüz kimi sadə deyil. Bu xəbərimdən sonra artıq bir çox kişi biz qadınların sadə sözlər altında gizlətdiyimiz fikirlərdən xəbərdar olacaqlar. Onlar hansı sözlərdir? Buyurun, oxuyun və yararlanın.
1.“Yaxşı, sən deyəndi!” - Bu ifadəni qadınlar adətən mübahisəni bitirmək üçün və sizin susmağınızı istədikləri üçün deyirlər.  sarcasti
2. “Cəmi 5 dəqiqə” - Bu ifadəni qadınların dilində müxtəlif zamanlarda eşidə bilərsiniz. Cəmi iki nümünə ilə sizə izah etməyə çalışaq. Qadın harasa getmək üçün hazırlaşmamışdan əvvəl sizə “cəmi 5 dəqiqə” dedisə, demək ən azı yarım saat gözləməli olacaqsınız. diablo  Yox əgər xanımınızın sevimli filmində anons verildisə və bu an sizə futbola çevirmək üçün “cəmi 5 dəqiqəlik” fürsət  verdisə, inanın mənə bu elə tam-tamına beş dəqiqə çəkəcək.   wink
Qadınların ən təhlükəli sözləri

3. “Heç nə olmayıb” - baş verəcək tufandan öncəki sözlərdir. Ona görə diqqətli olun. Adətən qadınların mübahisəsi “heç nə olmayıb”-dan başlayır, “yaxşı, sən deyəndi” sözü ilə bitir.  crazy
4. “Hə-ə davam elə” – Qadın bu kəlməni deyirsə, o demək deyil ki, sizə mübahisənizə davam etməyinizə icazə verir. Xeyir. Əslində çox qəzəbli olduğundandır. Belə ifadəni eşitsəniz, mübahisəni bitirin və  bir kəlimə də deməyin.  empathy
5. Ağır, dərindən nəfəs aldı - Qadınların dərindən nəfəs ötürməsi kişilər tərəfindən çox zaman düzgün başa düşülmür. Əgər mübahisədən sonra qadın dərindən nəfəs alırsa, o deməkdir ki, sizə sərf etdiyi dəyərli zamanına heyfslənir.  dash
 

 

Qadınların ən təhlükəli sözləri

 

6. “Hər şey əladır.” –Bu, kişinin qadından eşidə biləcəyi ən təhlükəli ifadədir. bomb  “Hər şey əladır.” deyən qadın əslində düşünmək və sizi dediyiniz sözlərə peşman etmək üçün taym-aut götürdüyünü ifadə edir.  sarcasti
7. “Çox sağol” –Qadın əgər bu kəlməni dedisə, qarşılığında nə üçün çox sağol dediyini soruşmayın. ireful Yoxsa axmaq vəziyyətə düşərsiniz. Əvəzində sadəcə “dəyməz” deyin. hang  Yox əgər qadın cazibə ilə, sarkazm ilə sizə “çox sağol” deyirsə, əvəzində “nə etdim ki,” deyərək isti auraya rəng qata bilərsiniz.  greeting
Qadınların ən təhlükəli sözləri

8. “Vacib deyil” –Qadından bu ifadəni eşitdinizsə, demək sizi dünyanın ən ucqar nöqtəsinə “sürgün” edir.  shok
9. “Narahat olma, özüm edərəm.”- daha bir təhlükəli ifadə.  lol  Kişi dəfələrlə xahiş edilmiş işləri görmürsə, (məsələn: zibil atmaq, ütünü təmir etmək, kitabı gətirmək və s.) o zaman qadınından “narahat olma, özüm edərəm.” kəlməsini eşidəcəklər. Bu heç də xoş hal deyil. Çünki qadın qəzəbli və əsəbi olacaqdır. Siz də “nə isə olub?” deyə sual verəndə cavabında 3-cü varinatdakı ifadəni eşidəcəksiniz.  sarcasti
Qadınların ən təhlükəli sözləri

Səslərin sayı: 12
28
4020
loading...
Şərhlər
Offline
HUSNA
Tez-tez isletdiyim sozlerdi,100%-li kisi olmur ne etmek olar unknown
2 iyun 2014 10:03
Offline
vesi
Maraqli xeberdi,istfade etdiylerim vardi biggrin ...
31 may 2014 09:09
Offline
❤❤❤❤Genceliyem ❤❤❤❤
Menim sozum nese olmalidi nese varsa de bilim biggrin
31 may 2014 02:13
Offline
Qəribə
Maraqli xeberdi tesekkurler. give_ros
31 may 2014 01:12
imza: Не забывайте благодарить Бога, Он же не забывает будить вас каждое утро.

Iдеальных людей не бывает, цените тех,
кто смог полюбить ваши недостатки.
Offline
PERI
COOOOX MARAQLI XEBERDI.AXIRA KIMI MARAQLA OXUDUM.HAMISI DA DOGRUDU.TESEKKURLER GOZEL MARAAQLI XEBERE GORE.
31 may 2014 00:43
Offline
Nigar
Oxuduqca "nece de duz yaziblar" kelmesi kecdi beynimden smile .Ehsen size,Xeyale xanim give_ros
31 may 2014 00:18
Offline
איסון ממדוב.
Hamisi ile tam raziyam love
30 may 2014 22:16
imza: Mutsuzum diye bahane arama.
Rabbim o kadar cox guzellik vermiski,
KALP GOZUNU ARALA
Offline
ZEHRAM
Istifade etdiyim sozlerdiki biggrin coxu.maraqli xeber alinib.tesekkurler
30 may 2014 22:15
Offline
AFƏR
Cox maraqli xeberdi ,menim bele kritik zamanlarda en cox ishtetdiyim sozlerse bunlardir:1yaxsi sen deyendir,7cox sag ol,9 narahat olma,ozum ederemangry allah her kesin ailesine mehribanciliq qismet etsin o cumleden bize.
30 may 2014 21:50
Offline
GÜLÇİN
Ehhhh qadınlar nə istədiklərini əslində heç özləri bilmir,Qaldı ki,kişilər qadınları anlasın. recourse
30 may 2014 21:33
Offline
Agat_Kris
Sonda ağ bayraq onlarda olacaq

QƏşəng bir lətifə yadıma saldıene Şİ-də deyərəm)))
30 may 2014 20:41
imza: Pozitiv olun!
Offline
Ruhəngiz
Xəyalə bacım,maraqlı xəbərə görə çox sağ ol. give_ros
30 may 2014 19:55
imza: Böyük insanlar hadisələri,dahi insanlar isə nəticələri düşünür.
Offline
canim
Ayy maraqlıdır mənim xoşuma gəldi ürəkdən güldüm
30 may 2014 19:31
Offline
Xəyalə Murad
Narahat olma, burda özümüzük

Sonda ağ bayraq onlarda olacaq lol
30 may 2014 18:54
imza: Bu daş əvvəldən belə DAŞ deyildi...Yumşaq torpaq idi...Yağış amansızca yağıb onu palçığa döndərdi...Külək deyinə-deyinə əsdi, üst-başını qurutdu...Günəş də quru olduğunu görüb onu yandırmağa cəhd etdi və yandırdı...Bu prosses illərlə təkrarlandı, təkrarlandı...O yumşaq torpaq bu üçlüyün zülümlərindən qurtulmaq üçün çarəsiz qalıb DAŞLAŞMAĞA qərar verdi. Və DAŞA döndü. İndi ona nə yağış, nə külək, nə də günəş təsir edə bilir...
PS. Gəlin bir-birimizi DAŞLAŞDIRMAYAQ!
Offline
Ceylan Mumoğlu
Xəyalə Murad,
kişilərə sirrimizi açmışam deyə qınayacaqsız.

Narahat olma, burda özümüzük mocking
30 may 2014 18:32
Offline
Xəyalə Murad
Bu xəbəri hazırlayanda düşünmüşdüm ki, kişilərə sirrimizi açmışam deyə qınayacaqsız. love Nə gözəl oldu xoş qarşıladız. Bəs demirsiz ki, yoldaşlarınız oxusa bilsə ki, biz qadınların hər kəliməsinin altında nələr-nələr gizlənir, sonra mübahisə belə bitməz empathy
30 may 2014 18:27
imza: Bu daş əvvəldən belə DAŞ deyildi...Yumşaq torpaq idi...Yağış amansızca yağıb onu palçığa döndərdi...Külək deyinə-deyinə əsdi, üst-başını qurutdu...Günəş də quru olduğunu görüb onu yandırmağa cəhd etdi və yandırdı...Bu prosses illərlə təkrarlandı, təkrarlandı...O yumşaq torpaq bu üçlüyün zülümlərindən qurtulmaq üçün çarəsiz qalıb DAŞLAŞMAĞA qərar verdi. Və DAŞA döndü. İndi ona nə yağış, nə külək, nə də günəş təsir edə bilir...
PS. Gəlin bir-birimizi DAŞLAŞDIRMAYAQ!
Offline
Фира А-заде
Vayyyy sizi.Halaldi request
30 may 2014 17:29
Offline
Ulker.Agamali
Bular qadinin derin dusuncesinden xeber verir....qisasi kisini "yola verirsen" yene oz bildiyini edirsen meselen "ele sen deyendi" mocking " cox sag ol"u men xetrime deyende deyirem,yeni butun etdiklerimden sonra mene verdiyin qiymet budur????? cray
30 may 2014 17:16
imza: .Ya ümidsizsiniz, ya ümid sizsiniz.
Ya çarəsizsiniz, ya çarə sizsiniz.
Offline
Farida_Asadova
Milana xanım növbəti gözəl xəbər ücün təşəkkür.......Burda qeyd olunanlarin hamisi mənə aiddir təkcə 5 ci variantdan başqa.........
Kaş bu xəbəri kişilərin oxuma şansı olaydı laughing

Mən xəbəri kopya edib papkalardan birinə atdim....Çox güman ki yoldasim nə vaxtsa oxuyacaq,nələr cəkdiyimi biləcək blum
30 may 2014 17:02
Offline
๑۩۩๑ŞiRiN_QıZ๑۩۩๑
Heee,maraqli xeberdi tesekkurler.
30 may 2014 16:49
imza: İ love my pillow because it gives me different hairstyles every day...
Adıniız:*
E-Mail:
ıifrə: *
Son şərhlər
loading...
Son yazılar
Kitabxana ...
Tez-tez gedirem
Vaxtım yoxdur
Artıq tarixə qovuşub!
İnternet sağolsun )
Şəxsi kitabxanam var!