Bakıda hava 17°
USD AZN
EUR AZN
15:21aysel hesenli Hər kəsə salam 09:55Xəyalə Murad Sabahınız xeyirli,gününüz aydın olsun,Əziz Qadin.Netlilər!
41074

Sürətli saç uzatmağın 7 üsulu

Sürətli saç uzatmağın 7 üsulu

Uzun saç həqiqətən də qadının yaraşığıdır. İndiki vaxtda qadınlar uzun saçlara qovuşmaq üçün böyük pullar xərcləyir, bir çox üsullara müraciət edirlər. 

Sizə bildirəcəyimiz sürətli saç uzatmanın 7 üsulunu tətbiqi ilə qısa müddətdə uzun və həcmli saçlara qovuşa bilərsiniz. Evdə hazırlayacağınız vəsaitlərdən ibarət olan bu üsul həm sizə ucuz başa gələcək, həm ipək kimi saçlarınız olacaq, həm də heç bir əks təsiri olmayacaqdır.

Bitki yağları ilə masaj edin 

Bitki yağları ilə edilən masaj saç uzatmaq üçün ən təsirli üsullardan biridir.  Bu üsul saçınızı bəsləyir və qan dövranına kömək edir.
Yalnız bu yağları tətbiq etməzdən əvvəl bir az isidin və ilıq halda saçınıza və saç diblərinə sürtün. Bunun üçün kokos yağı, zeytun yağı, gül yağı, badam yağlarıyla edilən masaj sürətlə saçınıza nüfuz edərək saçlarınızın qısa müddətdə uzanmasını təmin edəcək. Masajı bitirdikdən sonra saçınızda bu yağı yarım saat saxlayın. Bu üsul saçınızın sürətlə uzanmasını təmin etməklə yanaşı, saç tökülməsini və kəpəyin yaranmasını da önləyəcək.
Sürətli saç uzatmağın 7 üsulu
Soğan suyu 
Soğan saç uzatmaq üçün yaxşı vasitədir. O, saç köklərinin yenilənməsinə kömək edir.  Soğandan faydalanmaq üçün bir kiçik ölçülü soğan, 3 diş sarımsaq və bir çubuq darçın lazımdır. Bütün bu vəsaitləri ən az 15 dəqiqə qaynadın. Hazırladığınız suyu soyuduqda saçınıza çəkin. Bunu 1 həftə etməlisiniz. Soğan, sarımsaq və darçın suyundan ibarət olan bu su saçlarınızın sürətlə uzanmasını təmin edəcək. Bundan əlavə, istəsəniz, şampununuza da bu sudan əlavə edə bilərsiniz.
Sürətli saç uzatmağın 7 üsulu
Kartof suyu
Kartof saç uzatmaq üçün olan vasitələrdən biridir. Şirəçəkən vasitəsilə kartofu sıxıb suyunu çıxarın.  Üzərinə 1 yumurta sarısı və 1 çay qaşığı bal əlavə edin. Bu qarışığı saçlarınıza çəkib 20 dəqiqə saxlayın və saçlarınızı ilıq su ilə yaxalayın.
Saçlarınızın qırıqlarını kəsdirin 
Saçdakı qırıqlar və köhnəlmiş saç ucları saçların uzanmasını gecikdirir. İki ayda bir dəfə saçlarınızın qırıqlarını kəsdirin. 
Mütəxəssislər səhər və axşam gündə 2 dəfə nizamlı saçları daramağın qan dövranını sürətləndirərək saçların böyüməsinə səbəb olduğunu bildirirlər. Saçlarınızı nəm halda daramayın! Belə etsəniz, saçlarınız asan qırılar, güçsüzləşər və canlılığını itirər.
Sürətli saç uzatmağın 7 üsulu
Saça qulluq 
Saçlara qulluq saçların uzanması üçün çox əhəmiyyətlidir. Bu tətbiq saçlarınızın qırılmasını da önləyər. Yumurta saçlarınızı bəsləyən və gücləndirən ən ideal qidalardan biri kimi qəbul edilir. 
Saçınıza yumurta sarısı sürtün və ən az yarım saat saçınızda saxlayın. Yumurta saçlarınızı bəsləyərək sürətlə uzanmasına köməkçi olacaq.
Sağlam qidalanın 
Uzun və sağlam saçların olması yaxşı qidalanmaqdan asılıdır. Uzun saçlara qovuşmaq üçün kök, qatıq, kələm, ispanaq, brokkoli, meyvə və digər zülal cəhətdən zəngin olan qida maddələrini bolluca qəbul etməlisiniz. Buna əlavədən çoxlu su için. Balıq və qoyun əti kimi zülal cəhətdən zəngin qidalar da saçlarınızın uzanmasına təsir edir.
Sürətli saç uzatmağın 7 üsulu
Təbii yağlar 
1 ç.q lavanda yağı, 1 ç.q rozmarin və 1 ç.q şam ağacı yağını qarışdırın. Yavaşca bu yağla masaj edin. Ardınca nəmli, çox isti olmamaq şərtilə isti bir bezlə başınızı sarıyın. Saçlarınız bu yağı əməcək və qısa müddətdə uzun saçlara qovuşacaqsınız. Bu tətbiq parlaq, həcmli, və uzun saçlara qovuşmağı təmin edən ən köhnə üsullardandır.
Səslərin sayı: 17
53
61990
loading...
Şərhlər
Offline
Duygu N-va
saçlarım uzundur ancaq çox cansız və matdır. Bu məsləhətlər işimə yarayacaq. give_ros
21 may 2015 23:15
Offline
Esmet Huseynova
Evvelce cox tewekurler Gulsen xanim... Menim saclarim cox uzun idi sonra nedense yavaw yavaw tokulmeye bawladi ama onu Inarnnan getirilmiw wampunla yudum indi tokulmur ama daha uzanmir sizin onerdiyiniz maskalari edecem gorek xeyri olurmu... Bir de deyirler ki saci horende tez uzanir goresen bu doqrudu?
20 sentyabr 2014 10:12
Offline
S.S.E.
Men yumurta maskasini edirem ve artiq xeyrini de gormeye baslayiram.Diger maskalardan da istifade edecem.Mence bu maskalar mutemadi edilse xeyrini gorerik tebii ki
20 iyul 2014 12:50
Offline
_Mavi Gözlüm_
Xebere gore tesekkur canim
20 iyul 2014 12:31
Offline
1 iyul 2014 14:45
Offline
Emine Salimova
Elay Memmedova,
Sogani qaynadib suyunu çəkirsiz saçlarınıza yoxsa qaynatmamış,? hansi daha yaxwi olar ?
19 iyun 2014 10:24
Offline
Ulker.Agamali
Gulsen xanim meslehetlerinize men de emel edirem,bitki yaglari ile masaj,sogan suyu,kas uclasrinin kesdirilmesi,yumurta sarisi,Burda menim ucun yeni olan kartof siyuy idi,onun da saclarin uzanmasina tesirini bilmirdim
14 iyun 2014 22:08
imza: .Ya ümidsizsiniz, ya ümid sizsiniz.
Ya çarəsizsiniz, ya çarə sizsiniz.
Offline
Şımarık kız
Ela yaglari mende edecem yumurtani etmisem amma yayda meslehet gormezdim biggrin
14 iyun 2014 19:40
Offline
Sedef
Bilmiyodum tesekkur
5 iyun 2014 21:03
Offline
yagmur atasoy
Mutlaka yapmaliyim.cok tesekkurler.
30 may 2014 19:45
Offline
Xalide Eliyeva
Cox saq olun ki bize bu cur gozel meslehetler verirsiniz yes
30 may 2014 19:34
Offline
huseynli sema
Sacim hem uzundu hem qalin hemde canlidi dance
28 may 2014 14:42
Offline
sona muxtarova
Menim saclarim uzundu amma cox cansizdi ne edimme
23 may 2014 23:49
Offline
AYKA
Men ne qedet masaqa yoxlamisam xeyri olmuyub daha hec birine inanmiram
20 may 2014 18:27
Offline
Aysun Memmedova
Bezilerini bilirdim,bilmediklerimide oyrendim tesekkur baci give_ros
20 may 2014 12:02
Offline
♥NiLuFeR♥
Faydalı xəbərdir,təşəkkürlər
19 may 2014 14:24
Offline
Kemale Qedirova
En yaxswisi genegercek yagidi gerek mende alam birdeki zeytun ve badam yagi heftede bir defe bu yaglarla sacamasaj edilse belke bir faydasini gormek olar.
19 may 2014 12:08
Offline
Aysel
Tebii maskalar tehlukesizdi.saclarin saglam uzanmasi ucun sacqirani temizlemek ve fenden az istifade etmek lazimdi...
18 may 2014 12:36
Offline
Elay Memmedova
Salam men sogan suyundan saclarima maska etdim cox faydasini gordum sizede meslehet gorurem
18 may 2014 12:12
Offline
Nilay Elizade
Tesekkur edirem cox sagolun
15 may 2014 23:16
Adıniız:*
E-Mail:
ıifrə: *
Son şərhlər
loading...
Son yazılar
Hansı fəsili daha çox sevirsiniz?
Yaz
Yay
Payız
Qış