Bakıda hava 23°
USD AZN
EUR AZN
14:44Surayye qizillarim necesiz 08:58Xəyalə Murad Sabahınız xeyirli,gününüz aydın olsun,Əziz Qadin.Netlilər!
41071

Körpəmizi ilk anından qoruyaq

Körpəmizi ilk anından qoruyaq

Yeni doğulmuş körpələrin dəriləri çox incə, həssas olur və asanlıqla zədələnə bilir.  Ona görə də valideynlər bu mövzuda çox diqqətli olmalıdırlar. Körpənin dərisinin zədələnməsi onda bir sıra xəstəliklərin yaranmasına da yol aça bilər. 

Doğuşdan bir-iki gün sonra körpənin dərisi quru olur. Oynaq yerlərdə isə dəri qıvrılmaları və ya çatlar ola bilər. Buna görə də allergik təsir göstərməyən losyonlar və ya sırf körpələr üçün nəzərdə tutulmuş losyon və yağlardan istifadə edərək körpənizin dərisini gün ərzində bir-iki dəfə nəmləndirməlisiniz.

Yağların sırf körpələr üçün olmağına baxmayaraq, yeni doğulmuş körpələrin dərisinə onları birbaşa çəkmək onlarda allergik reaksiyanın yaranmasına səbəb ola bilər. Ona görə də daha yaxşı olar ki, körpənizi çimdirərkən və ya dərisini islatdıqdan sonra çəkəsiniz. Uşaq yağlarını daha yaxşı olar ki, həftədə bir dəfə işlədəsiniz. 

Körpəmizi ilk anından qoruyaq

Doğuşdan sonra  körpənizin dərisində ucları sarı-ağ və ya qırmızı rəngdə olan səpkilər ola bilər.  Bunu körpənin bədəninin müxtəlif yerlərində görə bilərsiniz. Körpənizdə bu tip səpkilər varsa, narahat olmayın. Onlar təqribən bir həftə və ya on gün ərzində keçib gedir. Əgər bu müddət ərzində təmizlənməsə və ya əksinə, sayı getdikcə daha da artsa, bu zaman mütləq həkimə müraciət etməlisiniz.

Yeni doğulmuş körpələrdə bişməcələr də tez-tez özünü göstərən bir narahatlıqdır. Onların qarşısını almaq üçün körpənizə hər dəfə süd verməmişdən əvvəl yoxlayın və əgər ehtiyac varsa, bezini dəyişin. Ana südü ilə bol qidalanan körpələrdə bişməcələr az hallarda olur.  Ancaq dəyişilməyən bezlər qaldıqca körpələrdə bu cür narahatlıqlara səbəb olur. Ona görə də körpənizin bezlərini tez-tez yoxlamalı və ehtiyac yaranan kimi dəyişdirməlisiniz. 

Körpəmizi ilk anından qoruyaq

Əgər körpənizdə bişməcələr yaranıbdırsa, o zaman bezini hər dəfə dəyişdirərkən mütləq bişməcə əleyhinə olan kremlərdən vurun. Əgər krem təsir etməsə və bişməcə getdikcə artsa, bu zaman mütləq həkimlə məsləhətləşməli və körpənizi müayinədən keçirməlisiniz. Həkim hansı krem və ya dərmanı yazsa, onu mütləq körpənizin dərisinə vurmalısınız.

Körpəniz nəcisə getdikdən sonra onun beldən aşağı bütün bədənini yumağınız daha məsləhətlidir. Geyimlərinin isə pambıq və allergiya verməyən yumşaq parçalardan olmağına diqqət edin. Paltarlarını yuyarkən adi təmizləyici vasitələrdən istifadə etməyin. Bunun üçün xüsusi yuyucu tozlar var. 

Körpəmizi ilk anından qoruyaq

Körpələri öz geydiyimizdən bir qat daha artıq geydirmək məcburiyyətindəyik. Əgər öz əynimizdəki paltardan bir qat çıxarırıqsa, o zaman körpəmizdən də bir qat paltar çıxartmalıyıq. Yəni əgər soyuqdur deyə qalın köynək geyibsinizsə, körpənizin geydiyi köynək sizin köynəkdən bir qədər də qalın olmalıdır və əgər sizə istidirsə, demək körpənizə də müəyyən qədər istidir.

Artıq ana südündən hazır qidalara keçən körpələrə gün ərzində lazımı miqdarda su verilməlidir. Bu, onun dərisinin də quru olmasının qarşısını alacaq.

Ən əsası da unutmayın ki, bir yaşına qədər olan uşaqları günəş şüalarının birbaşa təsirindən qurmaq lazımdır. Çünki körpələrin cildində  dərini günəşin zərərverici şüalarından qoruyan “melonin” adlı təbii qoruyucu qat olmur.

Səslərin sayı: 2
15
5142
loading...
Şərhlər
Offline
Gultekin
Yeni doğulmuş körpələrdə bişməcələr də tez-tez özünü göstərən bir narahatlıqdır. Onların qarşısını almaq üçün körpənizə hər dəfə süd verməmişdən əvvəl yoxlayın və əgər ehtiyac varsa, bezini dəyişin.
8 iyun 2015 00:10
Offline
MİRiyeva
Ən əsası da unutmayın ki, bir yaşına qədər olan uşaqları günəş şüalarının birbaşa təsirindən qurmaq lazımdır. Çünki körpələrin cildində dərini günəşin zərərverici şüalarından qoruyan “melonin” adlı təbii qoruyucu qat olmur.

Qorumaq?
Mən doğum evindən çııxanda uşaqda biraz sarlıq var idi, Pediatr dedi gündə 2 dəfə günəşə çıxar, Günəş şuası dəysin uşağa.. gözünü örtmək şərti ilə.
Məni həmişə birşey narahat edir:) uşağa çox geyinirən narahat oluram ki, birdən istisi olar, az geyinəndə deyirəm birdən soyuğu olar:))oxuyub bildim smile
Faydalı xəbərçün çox sağol
23 may 2014 23:20
imza:
Нет большего счастья на всем белом свете, чем любящий муж и здоровые дети!»
Offline
AFET
Men boyu oglumu olanda yasim az idi tecrubesiz idim,usagi cox bukmusdum ele bismece olmusduki usaq gece-gunduz qisqirirdi hec vaxt yadimnan cixmaz o ,gunler lazimli xeberdi tesekkurler.
3 may 2014 21:30
Offline
Ayan 95
Allah hamiya korpe qismet elesin menim balamda insallah gelen ay gelecek dunyaya! girl_ten
3 may 2014 15:30
Offline
Xəyalə Murad
Körpənin ilk günü hətta ilk dəqiqələri necə də unudulmazdı. Hər gün daha da şirinləşir, doğmalaşır. Onun sağlamlığı, rahatlığı hər şeydən vacib olur. Çox lazımılı xəbərdi Agata. Allah arzu edən hər kəsə övlad sevinci yaşatsın.
3 may 2014 13:16
imza: Bu daş əvvəldən belə DAŞ deyildi...Yumşaq torpaq idi...Yağış amansızca yağıb onu palçığa döndərdi...Külək deyinə-deyinə əsdi, üst-başını qurutdu...Günəş də quru olduğunu görüb onu yandırmağa cəhd etdi və yandırdı...Bu prosses illərlə təkrarlandı, təkrarlandı...O yumşaq torpaq bu üçlüyün zülümlərindən qurtulmaq üçün çarəsiz qalıb DAŞLAŞMAĞA qərar verdi. Və DAŞA döndü. İndi ona nə yağış, nə külək, nə də günəş təsir edə bilir...
PS. Gəlin bir-birimizi DAŞLAŞDIRMAYAQ!
Offline
Qəribə
Gənc analar üçün yaxşı məsləhətlərdir. give_ros kiss
3 may 2014 13:04
imza: Не забывайте благодарить Бога, Он же не забывает будить вас каждое утро.

Iдеальных людей не бывает, цените тех,
кто смог полюбить ваши недостатки.
Offline
M...A .Zeynalli
Men de hazirlasiram bebisimi qucagima almaga amma gelmir ki gelmir vaxtimizdan da kecir uje
3 may 2014 13:04
Offline
๑۩۩๑ŞiRiN_QıZ๑۩۩๑


Korpelerim sekillerine baxmaqdan xeberi oxuyammadim uzurlu sayin/////
3 may 2014 12:41
imza: İ love my pillow because it gives me different hairstyles every day...
Offline
Realist
Agatcım, təşəkkür edirəm. Çox lazımlı xəbərdir. Yeni doğmuş və doğuşa hazırlaşan analar oxusa, lap əla olar. Çünki, bu nüanslar vacib və diqqət edilməli hallardır. Qızımla bu yolları hər gün keçirik. Düzdür, ilk vaxtları çox həyəcan və qorxu keçirirdim. Ancaq sonra təcrübəm artdı və bu həyəcanı müəyyən qədər dəf edə bildim.
3 may 2014 11:27
imza: "Bu dünya həyatı möminin zindanı, kafirin isə Cənnətidir". (Muslim, 2956; Əhməd 8272; Tirmizi 2426; İbn Məcəh 4113).
Offline
ZEHRAM
Mende qizimda eyniyle bunu etmisem...meslehete gore yenede tesekkurler...
3 may 2014 11:05
Offline
Ruhəngiz
Çox faydalı xəbərdir,təşəkkürlər Aqat.Gənc analar üçün yaxşı məsləhətlərdir.
,ozum uwuyende deyirdim balacam da uwuwyur,geyindirirdim, istilenen kimi ozumle beraber uwaqi da soyundururdum...

Bacı mən də elə sənin kimi olmuşam.Özümə isti olanda,soyuq olanda elə bilirdim uşaqlarıma da o an isti və ya soyuq olur. love
3 may 2014 10:41
imza: Böyük insanlar hadisələri,dahi insanlar isə nəticələri düşünür.
Offline
AYKA
ALLAH HAMIYA KORPE QISMET ETSIN AMIN
3 may 2014 09:13
Offline
Gulnarə
Ay Allah, korpeler-saf korpeler,komeye mohtac korpeler...

xeberi oxudum,uwaqlarimin korpelikleri gozumun qabaqina geldi...He,yazilanlarin hamisini biz de elemiwik vaxtile....

o isti-soyuq meselesini de eynen ele etmiwem,ozum uwuyende deyirdim balacam da uwuwyur,geyindirirdim, istilenen kimi ozumle beraber uwaqi da soyundururdum,atam bele hallarda eger tesadufen gorurduse deyirdi, he ysne istilenibsen de,uwaqi lutluyursen...

Xeber ucun tewekkurler,xatirelere daldim....
3 may 2014 07:55
Offline
איסון ממדוב.
Bebisler cox sirindi
3 may 2014 02:27
imza: Mutsuzum diye bahane arama.
Rabbim o kadar cox guzellik vermiski,
KALP GOZUNU ARALA
Offline
Seninle Bir Omur
Ana olmağa hazırlaşanlar üçün gözəl məsləhətlərdir təşəkkürlər bacı give_ros
3 may 2014 01:24
Adıniız:*
E-Mail:
ıifrə: *
Son şərhlər
loading...
Son yazılar
Hansı fəsili daha çox sevirsiniz?
Yaz
Yay
Payız
Qış