Bakıda hava 14°
USD AZN
EUR AZN
08:52Xəyalə Murad Sabahınız xeyirli,gününüz aydın olsun,Əziz Qadin.Netlilər!
41128

Sevgi hər şeyə qadirdir (1-ci hissə)

Sevgi hər şeyə qadirdir (1-ci hissə)

Yenə adi günlərdən biri... Bir az yorğun, bir az sıxıcı, bir o qədər də darıxdırıcı... Nuran işdən evə qayıdırdı. Yorğun idi. Gecə səhərə qədər işinə görə çertyoj çəkmişdi. Yatmamışdı. Bir an öncə evə gedib yatmağı fikirləşirdi. Öz avtomobili ilə evə gedirdi. Birdən qışqırırq səsi gəldi. İlk öncə nə baş verdiyini anlamadı. Maşından düşdü. Birdə nə görsə yaxşıdır? Maşının qarşısında iki nəfər uzanıb. Biri yaşlı qadın, digəri isə gözəl bir qız idi. Nuran tez düşünmədən yaşlı xanımı və qızı birtəhər heç kim görmədən maşınına qoydu və xəstəxanaya üz tutdu.  Xəstəxanaya çatdı və tibb bacılarının köməyi ilə maşındakıları düşürtdü. İkisini də əməliyyata götürdülər. Onlar əməliyyatda olan zaman polislər Nurana yaxınlaşıb, hadisənin necə baş verdiyini soruşdular. Nuran ilk öncə qorxdu, bilmədi nə desin. Doğrunu desə həbsə atılacaqdı, yalan desə vicdanı sızlayacaqdı. Amma yalan söylədi:

- Mən işdən gəlirdim birdən yolun qırağında uzanmış iki nəfər gördüm. İlk öncə nə baş verdiyini anlamadım. Maşından düşdüm və onlara yaxınlaşdım. Yerdə uzananların insan olduğunu görəndə tez onları maşınıma mindirib xəstəxanaya gətirdim. 

Polislər:

- Oldu, hələlik bu qədər yetər, xəstələr əməliyyatdan çıxıb, özlərinə gəldikdən sonra onlarında ifadəsini alacağıq.

Nuran: 

- Oldu. Dəyməz.

Nuran oldu desə də əslində olmamışdı. Doğrunu söyləmək yerinə əksinə yalan söyləmişdi. Amma nə etsin? O, həbsə düşsə işi-gücü qalacaqdı. İflas edərdi. Yerinə keçəcək heç kim də yox idi. Bu düşüncələr içərisində Nuran bir də gördüki, həkim əməliyyatxanadan çıxdı.

Nuran: 

- Nə oldu? Vəziyyətləri necədir? 

Həkim:

- Baxın, yaşlı qadının vəziyyəti çox ağırdır. Cavan xanımın isə vəziyyəti demək olar ki, yaxşıdır. Amma Allahdan ümidinizi üzməyin. İnşaAllah ikisi də sağalar.  

- İnşaAllah, çox sağolun. 

Nuran keçib bir kənarda oturdu. Nuran cavan, yaraşıqlı, 24-25 yaşlarında bir oğlan idi. Öz işi var idi. Maşınların alqı-satqısı ilə maraqlanırdı. Bir müddət sonra həkimlərin yaşlı qadının palatasına tərəf qaçdığını gördü. Nə baş verdiyini anlamadı. Təlaşlanmışdı Nuran. Yaşlı qadına bir şey oldusa, nə edəcəkdi Nuran?  O bu vicdan əzabı ilə necə yaşayacaqdı bir ömür boyu? Bir müddət sonra həkimlər palatadan çıxdılar. 

Nuran: 

- Noldu? - deyə təlaşla soruşdu. 

Həkim: 

- Başınız sağolsun. 

- Nə?  Öldümü? 

Həkim sakitcə: 

- Bəli... vəziyyəti ağır idi demişdim sizə. Ömrü bu qədərmiş. - deyə cavab verdi.

Nuran üzülərək: 

- Çoxsağolun.

Həkim gülümsəyib getdi. Nuran hələ də yaşlı qadının öldüyünə inanmırdı. İndi bir ömür vicdan əzabı ilə yaşayacaqdı. Sonra isə düşündü ki, yaşlı qadın öldü, amma qızı ki sağdır. Az da olsa vicdan əzabını qıza baxmaqla rahatlada bilər. Bir müddət sonra Nuran həkimin otağına gedib, həkimdən qız haqqında məlumat alır.  

Sevgi hər şeyə qadirdir (1-ci hissə)

- Görünür ki, haqqında bəhs etdiyimiz xəstə böyük bir travma alıb. Hələ dəqiq bilmirik, amma ola bilsin ki, xəstəmiz oyandıqdan sonra yaddaş pozğunluğu ilə qarşılaşsın.

- Necə ki? 

- Yəni ki, xəstəmiz bir müddət hər şeyi unudacaq, heç kimi tanımayacaq. 

- Bəs bu nə qədər çəkəcək? 

- Bilinmir, ola bilsin qısa müddətli olsun, ola bilsin uzun... Ola bilsin bir neçə gün sonra keçmişini xatırlasın, ola bilsin bir neçə ay sonra. 

- Çoxsağolun, bəs onu görə bilərəmmi?  Oyanıbmı? 

- Hələ oyanmayıb, ama görə bilərsiniz. Xahiş edirəm bu görüş qısa müddətli olsun. Xəstəmizi yormayın.

- Yaxşı. - deyə cavab verən Nuran həkimin otağından çıxıb qızın otağına tərəf üz tutdu. Qapını açıb içəri girdi. Qız yatmışdı. Qız çox gözəl idi. Uzun qara saçları var idi. Nuran stolda əyləşdi və başladı qızı seyr etməyə. Bir müddət sonra gördü ki, qız gözlərini açır. Tez gedib həkimə xəbər verdi. Bir az sonra həkim gəlib qızı yoxladıqdan sonra Nurana: 

- Gözünüz aydın, hərşey yaxşıdır. Xəstəmiz sağalmağa başlayır artıq, amma sizə dediyim yaddaş pozğunluğu var xəstədə. 

Nuran: 

- Oldu çoxsağolun. Nuran bir müddət sonra yenə qızı seyr etməyə başladı. Qızın qara saçları kimi gözləri də qara idi. Qapqara... İnsanı dünyadan alıb götürən, sakitləşdirən, rahatlaşdıran qara gözləri vardı. 

Qız, sual dolu baxışlarıyla soruşdu:

- Mən kiməm?  Burda nə edirəm?  Siz kimsiniz? 

Nuran qızı sakitləşdirməyə çalışdı: 

- Sakit olun... Yolda qəzaya düşmüşdünüz, mən də sizi xəstəxanaya gətirdim.

Az da olsa qız sakitləşdi. Nuran isə sadəcə qızı seyr edirdi. Deyəsən yavaş-yavaş vurulurdu ona. 

Belə-belə Nuran hər gün qızın yanına gəldikdə ona bir dəstə gül alıb gətirir, onu seyr edirdi. Qızın qara gözlərinə baxanda Nuranı fikir aparırdı. Sanki ayrı bir dünya idi qızın qara gözləri. Bütün qəm-kədəri unudurdu Nuran. Bir də gülüşü var idi. Gülüşü üçün dünya verərdi insan. Güldükcə güllər açırdı üzündə. Deyəsən yavaş-yavaş qız da Nurana aşiq olurdu. 

Aradan bir müddət keçdi. Bir gün həkim Nuranı öz otağına çağırdı... 

Nuran: 

- Buyurun, nəsə olub ki? 

Həkim: 

- Yox, hər şey yaxşıdır. Sadəcə onu deyəcəkdim ki, artıq burada xəstəxanada bizim edəcəyimiz bir şey yoxdur. Biz əlimizdən gələn hər şeyi etmişik, bizə qalan sadəcə yaddaşının qayıtmasıdır. Amma yaddaşı qayıdana qədər burda qala bilməz. Yaddaşının nə vaxt qayıdacağı bilinmir. Ona görə də xəstəmizi artıq xəstəxanadan çıxarıb evə aparmalısınız. 

- Yaxşı...

Nuran yaxşı desə də, amma bilmirdi ki, onu hara aparacaqdı? Qızın evini tanımır, bilmir anasından başqa bir qohumu var idimi ya yox idimi? Sonda belə bir qərara gəldi Nuran. Onu öz evinə aparsın. Çünki artıq onlar bir-birini sevirdilər. Sevgiləri qarşılıqlı idi. Bu düşüncələrlə otağa daxil oldu.

Qız Nuranı görüb soruşdu: 

- Nə olub, niyə belə fikirlisən? 

Nuran: 

- Bayaq həkimlə danışdım, artıq burada qala bilməzsən. Onlar əllərindən gələn hər şeyi ediblər. Bizə qalan sənin yaddaşının geri qayıtmağını gözləməkdir. - deyə fikirli halda cavab verdi. 

Sevgi hər şeyə qadirdir (1-ci hissə)

- Axı mənim gedəcəyim yerim yoxdur?!   

- Bir söz deyəcəm , amma səhv başa düşmə. 

Qız sakitcə cavab verdi:

- Yaxşı.

- Yaddaşın qayıdana qədər mənim evimdə qal mənimlə. Onsuz da biz biri-birimizi sevirik. 

Bir az tərəddüd edən qız dedi:

- Doğru olarmı ki? Nə olsun bir-birimizi sevirik?  Axı biz biri-birimizi 1 aydır tanıyırıq.

- Bu müddət ərzində bir-birimizi tanıyarıq. 

- Yaxşı... 

Bir müddət sonra qız hazırlaşır və Nuran çıxış işlərini həll edib qızı götürüb gedir evinə. Evə çatdıqdan sonra qızın otağını ona göstərdi:

- Buyur, bu da sənin otağındır. Sən burda qalacaqsan canım. İndi yat dincəl, yorğunsan.

- Yaxşı. 

Nuran daha sonra aşağı düşür və divanda əyləşib televizoru işə salır. Televizorda bir-bir kanalları çevirirdi Nuran. Amma fikri televizorda deyildi. Yalnız qızı düşünürdü. O qara gözlərini... Bir müddət sonra qalxıb qızın otağına tərəf getdi. Qapını döydü, amma səs gəlmədi. Düşündü ki, yəqin yatıb. Yaxşısı mən aşağı düşüm, yuxudan oyanar sonra danışarıq. Bir müddət televizora baxdıqdan sonra belə bir qərara gəldi ki, qıza bir ad qoysun. Belə olmaz. Nə vaxtacan adsız gəzəcək bu qız? Bu düşüncələrlə bir də gördü ki, qız yuxudan oyanıb və pilləkənlərdən aşağı düşür. 

Nuran qıza səsləndi:

- Canım gəl bura bir az danışaq.

Qız gülümsündü və bir müddət sonra gəlib Nuranın yanında əyləşdi. Nuran dilləndi: 

- Canım mən bayaq belə bir qərara gəldim ki, sənə bir ad qoyaq. Belə olmaz.

- Yaxşı düşünmüsən canım, mən də elə bunu düşünürdüm. 

- Gəl o zaman sənə bir ad tapaq.

- Aha tapaq. 

Nuran biraz düşündükdən sonra: 

- Canım Ayan adı necədir? - dedi.

- Hə, yaxşıdır. Xoşuma gəldi.

- Xoşuna gəldisə o zaman bu qalsın adın.

Qız razılığını bildirərək dedi:

- Hə, qalsın, canım.  

Sevgi hər şeyə qadirdir (1-ci hissə)

Əslində bu ad Nuranın bacısının adı idi. Bir avtomobil qəzasında itirmişdi bacısını, həmçinin ailəsini. O gündən bu yana tək yaşayırdı Nuran. 

- Nəysə canım, artıq gecdir mən gedim yatım, sən də get yat. - dedi Nuran.

Ayan da: 

- Hələlik, şirin yuxular. - deyə cavab verdi.

- Sənə də.

Nuran otağına getdi və çarpayısına uzanıb Ayanı düşünməyə başladı. Onu hər dəfə gördükcə sinəsində bir titrəyiş baş verirdi. Hər dəfə onun o gözlərini gördükcə bütün dərdlərini sanki unudurdu Nuran. Nuranı bu düşüncələrlə yuxu apardı. Ayan da Nuranı düşünürdü. Onun necə xeyirxah, yaraşıqlı olduğunu... Ayan Nuranı düşünə-düşünə yuxuya getdi.   

Səhər açıldı. Nuran yuxudan ayıldı və aşağı düşdü ki, süfrəni qursun, Ayanla birgə səhər yeməyi yesinlər. Aşağı düşdü və bir də nə görsə yaxşıdır?  Artıq süfrə hazırdır və elə bu zaman Ayan mətbəxdən çıxdı.

Salam canım, dedim sən bu qədər əziyyət çəkirsən mənim üzərimdə, azı sənə səhər yeməyi hazırlayım.

Nuran: 

- Niyə əziyyət çəkdin ki? Mən hazırlayardım süfrəni. - deyə narahat oldu.

- O qədər sən əziyyət çəkirsən üzərimdə, indi mən bir süfrə qurmuşam, çoxdurmu? 

- Nə bilim.

- Nəysə, buyur əyləş.

Bir az sonra ikisi də süfrəyə əyləşir və bir müddət sonra yeyib qurtarırlar. Nuran ayağa qalxaraq: 

- Canım mən işə gedirəm, bir şeyə ehtiyacın olarsa mənə zəng vurub deməyin yetərlidir. - dedi.

Ayan məmnun halda cavab verdi:

- Yaxşı, oldu. Get Allah amanında qal. 

- Çoxsağol, sən də.

Bir müddət sonra Nuran evdən çıxıb gedir. Ayan da süfrəni yığır və süfrəni yığan zaman birdən başı fırlanır, gözləri qaralır və Ayan yerə yıxılır.

(Ardı var)

Müəllif: Əhəd Əhədli (13.10.13) 

Səslərin sayı: 14
44
5120
loading...
Şərhlər
Offline
♥♥♥BİR GÜN GƏLƏCƏK 1GÜN QALACAQ....
Cox uzunduyeee ama maraqliydi

Biz xoşbəxt olmadıq sevənlər kimi,
İndi son bahartək sızlar qəlbimiz.
Bəlkə bu dünyaya gəlmişik, gülüm,
Artıraq dünyanın həsrətini biz.

Tənə də, giley də daha əbəsdir,
Bu sirli röyadan ayılaq gərək.
Ya sən gecikmisən, ya mən tələsdim,
İndi sevə-sevə ayrılaq gərək.

Könül gizli-gizli yanacaq indi,
Bir damla göz yaşın dənizdi mənə.
Bizə xatirələr qalacaq indi,
Sənin xatirən də əzizdir mənə.

Bilirəm, bu həsrət üzəcər səni,
Çalış, kölgə kimi sürünməyəsən,
Gözlərim hər zaman gəzəcək səni,
Çalış, gözlərimə görünməyəsən!
23 iyun 2014 05:01
Offline
Deniz N-va
Ardini gozleyirem baciskam canim menim
26 aprel 2014 21:48
Offline
toma676
Oxudum ve maraqlidir.
26 aprel 2014 14:34
Offline
aylin youlin
Ardini sebirsizlikle gozleyirem
18 aprel 2014 12:44
Offline
Farida_Asadova
Ardı tez gəlsin....
2 aprel 2014 19:54
Offline
QARA QIZ
MARAQLIDI ARDINI BES
2 aprel 2014 10:23
Offline
Minira Aslanzade
Maraql hekayədi ardnı gözləyirəm
2 aprel 2014 00:42
Offline
Ellada Babayeva
İlk oxuyanda müəllifinə baxmamış bildim kimdi. smile Uğurlar.

Xəyalə Murad,
Məndə Xəyalə xanım sizinlə razıyam.
2 aprel 2014 00:32
imza: Hiss və ağıl həyat gəmisinin yelkəni və sükanı kimidir; biri hərəkətə gətirir, o biri istiqamətləndirir.
Cübran.
Offline
Narin...
Maraqlı hekayədir ardı tez gəlsin əllərinə sağlıq Əhəd.
1 aprel 2014 22:13
imza: В детстве - спать, было наказанием, а теперь - МЕЧТА!
Offline
Nino
Xəyalə Murad
Sizinle tamamile raziyam.
Menim fikrimce bele realliqdan uzaq bir yazi insani celb etmir.
Bir de cumlelerin qurulusunda cox sehvler var,umumiyyetle bediilik hiss olunmur. Resmi iclas cumlelerine oxsayir.
Insallah oz uzerinde mesuliyyetle islemekle bacariqli yazar olar. Ugurlar muellife
1 aprel 2014 16:46
Offline
Xedice 033
Maraqlı hekayədi
1 aprel 2014 16:44
Offline
ღМоя большой любовьღ(Ailəli)
Maraqlı hekaye idi təşəkkürlər
1 aprel 2014 14:11
Offline
hicran zamanova
maraqlidir cox tewekur edirem ardini sebirsizlikle gozleyirem
1 aprel 2014 14:00
Offline
yagmur atasoy
Merakla okudum.2sini sabirsizlikla bekliyorum.
1 aprel 2014 13:57
Offline
Əhədli Əhəd
İlk öncə Hamıya salam...
Yazdığım hekayede səhvlərim çoxdu bilirəm... Hər birini9zin rəyi mənim üçün önəmlidir... çünki mən sizin rəylərinizi oxuyub özüm üçün nəticə çıxarıram...
Hamınıza oxuduğunuz üçün təşəkkürlər :)
1 aprel 2014 12:38
Online
Xəyalə Murad
Müəllifin artıq bir neçə hekayəsinə rast gəlmişəm. Hər birində olduğu kimi bunda da fikir qırıqlığı gördüm. Bəlkə də müəllif az yaşlıdır. Əgər elədirsə onda üzərində işləsə gözəl əsərlər yaza biləcək. Lakin artıq uydurma talelərə deyil, sırf real talelərə üstünlük verməyini məsləhət görərdim. Çünki reallıq hər zaman mükəmməl olur. Fikir qırıqlığı yerlərini saymayacam. Əgər müəllif iradları özü üçün, gələcəkdə yazacağı əsərlər üçün təməl hesab edirsə mənə səxsi mesaj yazaraq iradlarımı öyrənə bilər. Əminəm ki, nəticə çıxartsa bacarlıqlı yazan olacaq
1 aprel 2014 10:06
imza: Bu daş əvvəldən belə DAŞ deyildi...Yumşaq torpaq idi...Yağış amansızca yağıb onu palçığa döndərdi...Külək deyinə-deyinə əsdi, üst-başını qurutdu...Günəş də quru olduğunu görüb onu yandırmağa cəhd etdi və yandırdı...Bu prosses illərlə təkrarlandı, təkrarlandı...O yumşaq torpaq bu üçlüyün zülümlərindən qurtulmaq üçün çarəsiz qalıb DAŞLAŞMAĞA qərar verdi. Və DAŞA döndü. İndi ona nə yağış, nə külək, nə də günəş təsir edə bilir...
PS. Gəlin bir-birimizi DAŞLAŞDIRMAYAQ!
Offline
canim
Maraqli hekayədir
1 aprel 2014 09:41
Offline
ZEHRAM
Maraqliydi.ardinida yazin gorek nece olur. mocking
1 aprel 2014 01:56
Offline
Efsane Orucova
Maraqli hekayedi ardini sebirsizlikle gozleyirem.
31 mart 2014 21:14
Offline
Seher Nur
Hekayede bu Nurandan basqa xestelerin yaxinlarina niye xeber verilmir? Yaxsidir, amma realliga yaxin olsa daha maraqli olar.
31 mart 2014 17:53
Adıniız:*
E-Mail:
ıifrə: *
Son şərhlər
loading...
Son yazılar
Kitabxana ...
Tez-tez gedirem
Vaxtım yoxdur
Artıq tarixə qovuşub!
İnternet sağolsun )
Şəxsi kitabxanam var!