Ombre saç - fransızcadan tərcümədə "kölgə vermək" mənasını verir. Üst qisimləri tünd, uclara doğru daha açıq (fərqli olacaq qədər) saç rəngidir. Son 1-2 ildə bir çox aktrisa və müğənnilər bu saç rəngindən istifadə edərək onu dəb halına gətirmişlər. Ombre saç üçün saç rəngindən istifadədən başqa, yazda papaqdan istifadə edərək saç uclarını açıqda buraxa bilərsiniz. Günün şüaları açıqda qalan saç uclarının rəngini açacaqdır.
Çobanyastığı suyu kimi saç rəngini açan təbii məhsullar saç uclarının rənginin daha qısa müddətdə açılmasına kömək edə bilər. Bəs bunu necə etmək olar? Çobanyastığını dəmləyib sprey şüşəsinə tökərək saç uclarına vurmaqla bunu əldə edə bilərsiniz. Saç uclarının günəş və boya səbəbiylə çox qurumaması və qırılmaması üçün zeytun yağı ilə nizamlı olaraq qulluq etməlisiniz.
Ombrenin də növləri var. Uzun saçlar üçün olanlardan ən gözəli sarı, bal rəngi və kül rəngidir. Qısa saçlar üçün isə əsasən qırmızı tonlardan çox isifadə edilir.
Təbii ki, kim hansı rəngdə istəsə və ən əsası hansı rəng üz cizgilərinə yaraşarsa, həmin rəngdən istifadə etməsi daha gözəldir. Bunu evdə özünüz də edə bilərsiniz, amma bunun üçün boyalar və hansı rənglərin bir-biri ilə daha yaxşı uyğunlaşması haqqında təcrübəniz olmalıdır. Əks halda istədiyiniz nəticəni əldə edə bilməzsiniz.
Rənginə və nə qədər tətbiq etməniz lazım olduğuna qərar verə bilmirsinizsə və ya saçınızı daha əvvəl evdə heç boyamamısınızsa, ən etibarlı yol bu işi yaxşı bilən bir ustanın öhdəsinə buraxmaqdır. (Bir az xərc tələb edəcək, amma dəyişikliyi sevən xanımlar gözəllik uğrunda qurban verməyi də bacarmalıdırlar ) .
Aşağıdakı videolarda fərqli rənglərdə və modellərdə saçlar üçün ombre saçın istər ev şəraitində, istərsə də salonda necə edilə biləcəyi göstərilir. bBu videolarda göstərilən nümunələrə baxaraq saç uclarına hansı boyadan istifadə edə biləcəyinizə qərar verə bilərsiniz.
Aşağıdakı videoda ombre saç üçün istifadə edilən kosmetik məhsullar və ev şəraitində necə ediləcəyi göstərilir.
Bu videolarda ombre saçın salonda necə edildiyi göstərilir.
Aşağıdakı videoda saçınızın rəng tonuna uyğun boya ilə evdə ombre saç edilməsi izah edilir.
Hər zaman baxımlı və gözəl olun , əziz xanımlar.
Bənzər xəbərlər...
XƏBƏR LENTİ
"Eurovision 2016" Türkiyəsiz keçəcək
Son model ayaqqabı modelləri
Kartof salatı(foto resept)
Sağlam və ağ dişlər üçün tövsiyələr
Zərərli vərdişlər
"Avropa derbisi"nə 1 gün qaldı
Ebru Şahinə yeni TƏKLİF
700 bal yığan Firuz: "Bütün günü dərs oxumamışam"
DİM imtahan keçirdi: Dörd nəfərin hərarəti yüksək olduğu üçün buraxılmadı - VİDEO
Karantinə alınmış gəminin on sərnişinində Yeni Tip Coronavirus tapıldı- FOTO
Bakının "avtoş" avtobus sürücüsünə cəza verdilər
Sobada qat-qat xəmirli balıq (foto resept)
Türkiyənin birinci xanımının kitabı çap olunacaq
Bakı buxtasının ən böyük Gülü sökülür?
Gözləmək iztirabı
Bekhemdən qəribə istək-FOTO
Sosial şəbəkədən qorxan ölkələr.
Rəngarəng çantalar
Şvartseneqqerin özündən geri qalmayan oğlu - FOTO
Stəkanlar üçün hörmələr
Xoşbəxt edən 5 qida
Bu da çox qənaətli Passat
HAVA necə olacaq?
Yeni heyvan növü yaradıldı-FOTO
Bu gün 8 Mart Beynəlxalq Qadınlar Günüdür!
Hava haqqında - 27.09.2013
Spirtli içkilərlərdən zəhərlənməyə səbəb nədir?
Düzgün duruş üçün dartınma hərəkətləri
Qırılan dırnaqlardan xilas ol
Sabahın HAVAsı
Ceyhun Bayramov Qarabağ danışıqları ilə bağlı Moskvaya gedir - RƏSMİ
Timati yenidən ata oldu-FOTO
Sellüloz - cavanlığın cövhəri
Ancelina Joli Geyimi ilə Diqqət Çəkdi
Yazın 10 super qidası
Kartof dolması (foto resept)
Qara pişik uğursuzdurmu?
Günün qoroskopu: uğur özü qarşınıza gəlir
Saç tökülməsinin qarşısını alan qidalar
Həbs edilən İŞİD-çilər danışdı
"Ağıllı" pəncərələr də yaradıldı
Boşanma xəbərlərinə qayınanası son qoydu
Həddən artıq sarımsaq yeməyin zərərləri
TƏBİB sədri özəl xəstəxanalara səsləndi
Gözəl göz makiyajları
Zoğalın bilmədiyimiz faydaları
Tək qalmağa ehtiyacınız olduğunu göstərən hallar
BMT ekspertləri Suriyanı sabah tərk edəcəklər
Kimi aldadırsan?
“Miss Yer Kürəsi” o oldu- FOTO
- ŞƏRHLƏR