Qadin.NET / Saçların ombre rənglənməsi

Saçların ombre rənglənməsi

Saçların ombre rənglənməsi
Öncə bilməyənlər üçün ombre saç haqda bir az məlumat vermək istəyirəm.

Ombre saç - fransızcadan tərcümədə "kölgə vermək" mənasını verir. Üst qisimləri tünd, uclara doğru daha açıq (fərqli olacaq qədər) saç rəngidir. Son 1-2 ildə bir çox aktrisa və müğənnilər bu saç rəngindən istifadə edərək onu dəb halına gətirmişlər. Ombre saç üçün saç rəngindən istifadədən başqa, yazda papaqdan istifadə edərək saç uclarını açıqda buraxa bilərsiniz. Günün şüaları açıqda qalan saç uclarının rəngini açacaqdır.

Saçların ombre rənglənməsi

Çobanyastığı suyu kimi saç rəngini açan təbii məhsullar saç uclarının rənginin daha qısa müddətdə açılmasına kömək edə bilər. Bəs bunu necə etmək olar? Çobanyastığını dəmləyib sprey şüşəsinə tökərək saç uclarına vurmaqla bunu əldə edə bilərsiniz. Saç uclarının günəş və boya səbəbiylə çox qurumaması və qırılmaması üçün zeytun yağı ilə nizamlı olaraq qulluq etməlisiniz.

Ombrenin də növləri var. Uzun saçlar üçün olanlardan ən gözəli sarı, bal rəngi və kül rəngidir. Qısa saçlar üçün isə əsasən qırmızı tonlardan çox isifadə edilir.

Saçların ombre rənglənməsi

Təbii ki, kim hansı rəngdə istəsə və ən əsası hansı rəng üz cizgilərinə yaraşarsa, həmin rəngdən istifadə etməsi daha gözəldir. Bunu evdə özünüz də edə bilərsiniz, amma bunun üçün boyalar və hansı rənglərin bir-biri ilə daha yaxşı uyğunlaşması haqqında təcrübəniz olmalıdır. Əks halda istədiyiniz nəticəni əldə edə bilməzsiniz.

Rənginə və nə qədər tətbiq etməniz lazım olduğuna qərar verə bilmirsinizsə və ya saçınızı daha əvvəl evdə heç boyamamısınızsa, ən etibarlı yol bu işi yaxşı bilən bir ustanın öhdəsinə buraxmaqdır. (Bir az xərc tələb edəcək, amma dəyişikliyi sevən xanımlar gözəllik uğrunda qurban verməyi də bacarmalıdırlar girl_ten) .

Aşağıdakı videolarda fərqli rənglərdə və modellərdə saçlar üçün ombre saçın istər ev şəraitində, istərsə də salonda necə edilə biləcəyi göstərilir. bBu videolarda göstərilən nümunələrə baxaraq saç uclarına hansı boyadan istifadə edə biləcəyinizə qərar verə bilərsiniz.

Saçların ombre rənglənməsi

Aşağıdakı videoda ombre saç üçün istifadə edilən kosmetik məhsullar və ev şəraitində necə ediləcəyi göstərilir.

Bu videolarda ombre saçın salonda necə edildiyi göstərilir.

Aşağıdakı videoda saçınızın rəng tonuna uyğun boya ilə evdə ombre saç edilməsi izah edilir.

Hər zaman baxımlı və gözəl olun , əziz xanımlar.


18 dekabr 2013
GO BACK