Bakıda hava 21°
USD AZN
EUR AZN
17 sentyabr 19:42Surayye Dersler nece gedir Usaqlar oxuyur ya siz)))))) 17 sentyabr 19:42Surayye Qizlarim qiillarim necesiz
41005

Qadin.Netlilərin "16 yaşında özünə məktub"ları (1)

Qadin.Netlilərin "16 yaşında özünə məktub"ları (1)

Gulshen_q

"Salam Gülşən... 16 yaşın olarkən ədəbiyyat dərsində müəllimin verdiyi inşanı həvəslə yazmağa başlayıb hamıdan tez bitirməyə çalışırdın. smile"20 ildən sonrakı həyatımı necə təsəvvür edirəm." Sən çox uzaq görünən qarşıdakı 20 ildə nələr arzulamırdın? Ali təhsil, əbədi sevgi, karyera və s... Nədənsə bu arzuların içində ana olmaq və xoşbəxt ailə ən sonda gəlirdi... Bəlkə də o zamandan sənə çox məsuliyyətli görünürdü bunlar...Artıq illər keçdi. Arzularımın çoxuna çatdım. Amma görürəm ki, həyatımda yenə də nəsə çatmır. Ona görə də sənə bəzi məsləhətlərim olacaq... İndi səndən xeyli təcrübəliyəm. Ötən zaman ərzində həyat mənə o qədər şeylər öyrətdi ki... Onları öyrənmək üçün illərini itirməni istəmirəm. Yazdıqlarımı diqqətlə oxu...
1. Nə olursa olsun, öz düşüncələrinin ardınca get. Komplekslərindən qurtulmağa çalış...
2. İnsanlara qəlbini tam açma. Özündə saxlaya biləcəyin sirrlərin olsun. Başqalarının sirrini saxlamaq asandır, öz sirrini də qorumağa çalış. Özün özünün dostu olmağı bacar...
3. Karyera qurmaq, iş qadını olmaq yaxşıdır, amma şəxsi həyatını da düşün. Əgər müəllim növbəti dəfə inşa yazdırarsa, o zaman bu haqda da nəsə yaz. Çünki insan hansısa arzusunu düşündüyü andan başlayaraq onun ardınca gedər. Və o arzuların çin olacağına inanar. Amma unutma ki, arzuların reallığa nə qədər yaxın olsa, yerinə yetməsi də bir o qədər tez mümkün olacaq. Xoşbəxt olmaq istəyirsənsə, əlçatmaz arzularından da vaz keçəsən gərək.
4.Həyatın çətinliklərinə baxmayaraq qarşıda səni gözəl gələcək gözləyir, əzizim...Hələ də gec deyil...
P.S. Səninlə dost ola bilməsəm də səni çox sevirəm. Çox təəssüf ki, bu sevgini də bu günlərdə hiss etdim... Sən tək deyilsən, qızcığaz, MƏN səninləyəm. smile

Qadin.Netlilərin "16 yaşında özünə məktub"ları (1)

Hacət-i Vuslat

Salam Lalə... İndi 16 yaşın var, gələcək arzularını ən önəmli hesab etdiyin zaman... Təhsil almaq, öz gələcəyini təmin edəndən sonra Bəlkə ailə qurmaq, bəlkə də sadəcə kimsəsiz bir uşağa ailə olmaq..."Sevgi" sənin üçün xəyal olub, bilirəm, çünki "sən" - "mənəm". Çox yox, 5-6 il sonra başına gələn xoşbəxtliyi yuxularda görərdin ancaq... "mən" - "sən" olduğum üçün mənə qulaq ver: ürəyinə, beyninə gələn, tamamilə sənin təbiətinə zidd olan o qərardan nə badə əl çəkəsən! Et bunu! Sevgidə qürur olmaz, əyilmək olmaz, sevgi yalnız ucaldar!... Amma peşman olacağın, səni ömür boyu yandıracaq yüklərindən qaçmaq üçün yardım edə bilmərəm sənə... Çünki altında əziləcəyin o yükün səbəbkarı sənsən, sənin daxilindir, sənin nəfsindir, içindəki ilanı boğ ki, indi məni zəhərləyən kimi, səni də zəhərləməsin... Kaş, kaş sənin yerinə dönəydim, kaş həyatımı yalnız bir Sevgiyə həsr edəydim... Haqqa...

Çox maraqlı mövzudur bacı, inanıram xəbərin bomba kimi partlayacaq!

Qadin.Netlilərin "16 yaşında özünə məktub"ları (1)

Ibrahimova Gulya

Əzizim Gülya, salam.

Əslində bu məktubu sənə 5 il bundan əvvəl yazmalıydım. Amma onda yeniyetmə bir qızcığaz idim, elə arzularım da özüm kimi yeniyətmə idi. Yəqin ki düşüncələrimi, fikirlərimi istədiyim kimi sənə çatdıra bilməyəcəkdim. İndi isə yazıram... 5 il öncə nələr arzulamırdın ki... Ananla atanın sənə çəkdiyi əziyyəti yerdə qoymayıb da universitetə daxil olmağı, sənin zəif olduğunu dillərinə gətirənlərə heç də zəif olmadığını göstərməyə çalışmağını unutmaram. Hər bir şeydə niyyətinin arxasınca getmək, iradəli olmaq istəmisən. Ən əsas da kökəlməkdən qorxduğunu unutmaram. Dayanmadan keçən zaman, aylar, illər səni arzularına qovuşdurdu. Qazandıqların oldu, amma bu qazanclar səndən narazı olduğun şeylərin azalmasına səbəb olmadı. İndi istəyirəm yazdıqlarımı çox diqqətlə oxuyasan.
Məqsədlərinə addım-addım çatmağa çalış, səbirli olmağı bacar. Hər şeydə istəyirsən öz dediyin olsun ancaq çalış kənardakıların da fikrini öyrənəsən. Bəlkə onların dedikləri sənə lap maraqlı gəldi. Komplekslərindən qurtul, sən kökəlməyəcəksən özünə bu qədər zülüm etmə. Hər bir işdə iradəli olmağı bacar. Heç kimi ürəyinə çox yaxın buraxma əgər səni incitsələr həyatdan tez küsəcəksən. Həyat çətinliklərlə doludur, tez bezmə bu çətinliklərdən, mübarizə etməyi bacar. Ey "Mən", mən səni çox istəyirəm. İnadkar olmağını, sözünün üstündə durmağı bacarmağını, ən əsas da risk etməyə bacarmağını çox sevirəm. Sən tək deyilsən, unutma, mən sənin hər addımında səni izləyirəm.

"Gələcəyin bir neçə adı var. Zəif insan üçün gələcəyin adı mümkünsüzlükdür, qorxaq insan üçün naməlumluqdur, düşüncəli insan üçün isə idealdır". Sən düşüncəli insan ol, əziz dostum...

 

Qadin.Netlilərin "16 yaşında özünə məktub"ları (1)

Elnur Məmmədov

"Sənin səadətdə bir böyük əskiyin var - namaz! Bu əskiyini tamamla, ismət və ləyaqət - Allahın buyurduğu namazla səni yüksəldəcək! "İnsanların yox, Allahın qarşısında üzün ağ, vicdanın təmiz olsun deyə namaz qıl! (sonda isə namaz qaydaları kitabçasını da (yollayardım) yazardım.... o vaxtlar tapılmırdı. Yazdığın şerləri dərc etdirməyə maliyyə çətinliyin var deyə, cırıb atma... Bir də 2009-cu ildə axtarış edərsən, "Qadin.Net" adlı bir sayt tapsan, orda dərc edərsən... Mən heyif ki, bu saytı 2013-cü ildə tapdım. Sən gec qalma... Adından da ürkmə, tək qadınlar üçün yox, net qadınlar üçün, cəmiyyət üçündür bu sayt (Qadına "net" olmaq üçün onu sevən, ləyaqətlə qayğısına qalan bir kişi, könlünün sultanı lazımdır!).

 

Qadin.Netlilərin "16 yaşında özünə məktub"ları (1)

Seadet Sexavet

Deməli Əziz "Mən." Sənə əziz deyirəm. Çünki gələcəkdə yaşayacaqlarını bilirəm və sənin necə möhkəm olmanla qürur duyuram. Amma bu fəxr ediləsi deyil. Gələcəyində yaşamaq istəmədiyin məqamlarla bağlı sənə bir neçə məsləhət verim. Hər halda mən səndən böyüyəm. Haqqım var. Qarşına çıxan şansı qiymətləndirməyi bacar. Özündən uzaqlaşdırmaq istədiyinin qəlbinə dəymə. Sınan qəlb gələcək həyatında səni izləyə bilər... Qarşına çıxana qohumdu deyib hörmət etmə... Ali savadın ola-ola karyera qur. Ailə qurmaga tələsmə. Ali məktəbi bitir sonra. Üzünə güləni dost bilmə. Həmişə ata-ananın dediyi bir əsas məsələdə sən qərar ver... Üzünə gülən insanın səhvini görəndə çəkinmə. Fikrini sərrast bildir... Çalış həyatda kimsə inciməsin deyə hərəkət etmə. Əsası sevginin əlini tut, aradan çıx... İndi mənə desələr sənin qızının 16 yaşı var o eləsə... Qısa cavab olmaz....

Qadin.Netlilərin "16 yaşında özünə məktub"ları (1)
SEVDA B

Salam.

İndi mənim 20 yaşım var, mən 4 il bundan qabaqkı, yəni 16 yaşımdakı Sevdaya yazıram. İndi 20 yaşım olsa da mən 16 yaşımdakı Sevdaya heç nə deyə bilmirəm. Çünki o gündən bu günə həyatımda hər şey istədiyim kimi gedir. Sadəcə arxaya dönüb baxdığım zaman 16 yaşımdakı Sevdaya onu deyə bilərəm ki, nə yaxşı ki mən o yaşda sevdiyim şəxslə bağlı düz qərar vermişəm. O zaman yaşım az olmasına baxmayaraq indiyə qədər qərarımda peşman bir işim olmayıb. Allahım da İnşAllah həyatda məni peşman etməz. İndi çox xoşbəxtəm. Hər kəsə belə xoşbəxtlik sevib sevilməyi arzulayıram.

Sirli_dunyam

Mən 16 yaşımdakı mənə bu məktubu yazardım: Ay qız bəsdir mənasız həyatından gileyləndin təhsil almaq sənə qismət olmasa da. Səbr elə, Allah Təala sənin taleyinə elə bir insan yazıb ki, hər bir qadının arzuladığı kimi bir insan... Unutma Allah bir qapını bağlayanda o biri qapını açar. Nənənin ağır xəstəliyi səni üzməsin, nənə Allahın rəhməti sayəsində sağalacaq (indi də nənəm yaşayır, fikir çəkmək mənə qaldı) və Allah mənə, yəni sənə gül kimi 3 bala nəsib edəcək...smile

Elif♡

Əziz Sevinc... sən hələ çox gəncsən. Hal-hazırda ən gözəl yaş dövrlərindən biridir. Gələcəkdən, illərin nələr gətirəcəyindən qorxma. Əlbəttə həmişə hər şey sən istədiyin kimi olmaya bilər. Xoşbəxt olmayacağını da heç vaxt düşünmə! Bu hissi özündən uzaqlaşdır. Bəlkə də səni qarşıda gözəl günlər gözləyir. Səhvlərini özünə etiraf etməkdən çəkinmə. Sən ki özünü hər kəsdən daha yaxşı tanıyırsan. Rəbbindən hər zaman səhvlərinə görə bağışlanma və doğru, haqq yolda olanlardan olmanı dilə. Şübhəsiz O, sənin qəlbinə ən yaxın dostdur. Evdə ara-sıra problemlər olsa da üzülmə. Dərslərinə də daha ciddi hazırlaş!!! Bəzən hirslənirəm "Niyə belə etdin", "Niyə belə dedin" deyirəm. Bunlar da sənin yaxşılığın üçündür.

P.S Sən yaxşı birisən. Sənə inanıram. Lütfən, sənə inanları yarı yolda qoyma. Hər şeyi hər zaman haqqıyla et. 
Parvina İbrahimova
Sənə yazan mənəm, sənin 26 yaşındaki özün. Gözlərini bərəltmə, onsuz da bu olacaq. İllər keçəcək və sən istəməsən də yeniyetmə dövründən sürətlə uzaqlaşacaqsan. Sən dəlisov bir qızsan, xəyalpərəstsən. Gözlərini yumub ağlına sus deyirsən. Bu sənə zərərdir. Heç bir rəfiqənə güvənmə. Bilirsən, ağ gülün belə kölgəsi qaradır. Gələcəyə addımlayırsan. Öncə ağlındakı sualları at bir kənara. Onlar vaxtını alır. Müsəlman ol. Sonra özün hər şeyi anlayacaqsan. İnsanlardan nəciblik umub səhvin olanda boynunu əymə! Başını dik tut. Əyik boynun cəlladı çox olar. Səni bağışlaya biləcək tək varlığın qarşısında utan, baş əy. Hər şey yaxşı olacaq qorxma... Bu gün 16 yaşın oldu. Qeyd etmə lazım deyil. Çünki yalançı gülüşlərlə dolu yoldaşlarına sevgin daha da artacaq. Ümumiyətlə ürəyini bir kənara at. Onunla hərəkət etsən çox peşman olacaqsan. Oxu, çox oxu. Əgər sənə daha tez yaza bilsəydim, lap on yaşında yazardım. Kitablar sənin ən yaxın dostlarındır. Gerisi qoy surpriz olsun. Səni açıq aşkar hər şeydən xəbərdar etsəm, sən bugünkü sən olmayacaqsan. Özün olmaqdan əsla vaz keçmə. Hər nə olur olsun. Sənə ən böyük nəsihətim sevdiklərini layiq olduqları qədər sev, artıq yox. Allahına sığın. Dilində onun adını şüar et. Allaha əmanət ol!

Aytac Mammedova

Salam Mən, sənə 2013-cü ildən yazıram. İndiki zamanda hər şey çox dəyişib, pul qazanmaq o vaxtki kimi deyil, o vaxtı belə rahat pul qazanıb təhsilini 11-ə qədər başa vura bilərdin. Onsuz da sənə nə fərqi var, sən balacalıqdan şahmatlara paltar tikərək dərziliyi seçmişdin. İndi o vaxtki kimi qaşqabaqlı qız deyilsən, zarafatı çox sevirsən. 18 yaşında ailə quracaqsan, qızıl xasiyyətli yoldaşın və iki şirin qızın olacaq, ama heç peşmançılığını çəkməyəcəksən, amma ailə quranda ayrı evdə olmağını istə, çünki evinizdə yoldaşını səninlə paylaşmayan valideynləri olacaq. Buna baxmayaraq yenə xoşbəxtsən, səni dəlicəsinə sevən yoldaşın və yaxınların var. Bir arzun var - xoşbəxtliyini itirməməkdi...

Səslərin sayı: 19
96
6220
loading...
Şərhlər
Offline
Narin...
Nə gözəl alınıb,gec də olsa təbriklər bacım.coooox maraqlı alınıb,davamlı olsun İnşallah

Çox sağ ol bacı give_ros
Canim Narinim xeberin superdi..Bu nece vaxtidki bu saytdayam.bele maraqli xeber gormemishdim.Cox maraqla oxudum haminin yazisini.Davamli olsun canim..

Çox sağ ol bacı Allah razı olsun İnşAllah olacaq give_ros
Maraqlı xeberdir.teshekkurler.

Çox sağ olun give_ros
Maraqlı idi

Təşəkkür give_ros
Cox maraqli yazidi cox beyendim...yazilan mektublar da maraqli ve tesirli idi...Menim mektubum belke uzun olardi ancaq bir hissesin yazmaq isteyirem...

Təşəkkür edirəm give_ros Siz mənə yazın mən xəbərimin başqa hissəsində əlavə edim girl_ang
27 noyabr 2013 13:01
imza: В детстве - спать, было наказанием, а теперь - МЕЧТА!
Offline
Dr Agayeva
Cox maraqli yazidi cox beyendim...yazilan mektublar da maraqli ve tesirli idi...Menim mektubum belke uzun olardi ancaq bir hissesin yazmaq isteyirem...
16 yawimda ozume deyirem ki,Tibb Universitetine hazirlawan dovurde atanin seni doktor deye cagirmasini ozune derd eleme,qorxma ki birden qebul olmaram atanin arzusun heyata kecire bilmezsen...sen hekim olacaqsan,atan her zaman seninle fexr edecek...
26 noyabr 2013 23:03
Offline
zehra
Maraqlı idi
26 noyabr 2013 21:24
Offline
AYGUN_1981.
Maraqlı xeberdir.teshekkurler.
26 noyabr 2013 20:34
Offline
PƏRVANƏ ƏLİYEVA......
Canim Narinim xeberin superdi..Bu nece vaxtidki bu saytdayam.bele maraqli xeber gormemishdim.Cox maraqla oxudum haminin yazisini.Davamli olsun canim.. give_ros
26 noyabr 2013 18:41
Offline
S.S.90...Samir...
Elnur Məmmədov,
Axirinci defe olsun werhlerde mubahise yaratmaginiz...Şerhleriniz silinecek ve ceza tedbirleri görülecek !!!
26 noyabr 2013 18:37
Offline
Titi
Sənan Şakirzadə,
Fikriniz aydindir.sadece muzakirenizi ismariclarda edin zehmet olmasa.rehberlik link yerlesdirilmesine icaze vermir.bizde qaydalar beledir.sizin xosunuza gelmeye biler amma qoyulan qaydalara her bir kes emel etmelidir.
26 noyabr 2013 12:47
Offline
Ruhəngiz
Sənan Şakirzadə,
Çox xahiş edirəm bir-birimizin fikirlərinə hörmətlə yanaşaq,mübahisəyə yol verməyək.
Bu sizin seçiminizdir.Burda heç kimi güclə saxlamayıblar.
26 noyabr 2013 12:28
imza: Böyük insanlar hadisələri,dahi insanlar isə nəticələri düşünür.
Offline
Titi
Sənan Şakirzadə,
Xahis olunur link yerlesdirmeyin
26 noyabr 2013 12:27
Offline
leman
Nə gözəl alınıb,gec də olsa təbriklər bacım.coooox maraqlı alınıb,davamlı olsun İnşallah
26 noyabr 2013 00:05
Offline
Narin...
Narınım,gözəl bacım,xəbərini çox bəyəndim.Mən gərək 23 il geriyə qayıdım,istəməzdim yaralarımı təzələyim Davamlı olsun inşaAllah.

Can bacım çox sağ ol. Elə ona görə sənə təklif etmədim xəbərimdə iştirak etməyini çünki həyatda heç istəmədiyim bir şeydir səni kövrəldib keçmişinə qaytarmaq recourse
25 noyabr 2013 19:52
imza: В детстве - спать, было наказанием, а теперь - МЕЧТА!
Offline
Ruhəngiz
Narınım,gözəl bacım,xəbərini çox bəyəndim.Mən gərək 23 il geriyə qayıdım,istəməzdim yaralarımı təzələyim cray recourse Davamlı olsun inşaAllah.
25 noyabr 2013 19:48
imza: Böyük insanlar hadisələri,dahi insanlar isə nəticələri düşünür.
Offline
Narin...
Çox təsirli həyat dolu xəbərdir. Narın xanım davamlı olsun inşAllah.

Çox sağ olun Xəyalə xanım olacaq İnşAllah give_ros
25 noyabr 2013 18:27
imza: В детстве - спать, было наказанием, а теперь - МЕЧТА!
Offline
Xəyalə Murad
Çox təsirli həyat dolu xəbərdir. Narın xanım davamlı olsun inşAllah.

Gulshen_q,
Sizin yazınız olduqca təsirli gəldi mənə. verdiyiniz öyüd nəsihətlərdə qəlbinizin incəliyini hiss etdim. Olduqca təsirlidir.
25 noyabr 2013 15:57
imza: Bu daş əvvəldən belə DAŞ deyildi...Yumşaq torpaq idi...Yağış amansızca yağıb onu palçığa döndərdi...Külək deyinə-deyinə əsdi, üst-başını qurutdu...Günəş də quru olduğunu görüb onu yandırmağa cəhd etdi və yandırdı...Bu prosses illərlə təkrarlandı, təkrarlandı...O yumşaq torpaq bu üçlüyün zülümlərindən qurtulmaq üçün çarəsiz qalıb DAŞLAŞMAĞA qərar verdi. Və DAŞA döndü. İndi ona nə yağış, nə külək, nə də günəş təsir edə bilir...
PS. Gəlin bir-birimizi DAŞLAŞDIRMAYAQ!
Offline
Narin...
Narinim ureyim yazinda datisiqliqa bir nov mende sebeb oldum gulum sendende uzur isdeyirem

Canim menim Allah elemesin hele soz deme qatisiqliq salan uzr istesin sen yox
ANGELICKA,
Yaz bacis mene sexsiye. cox sag ol kiss
25 noyabr 2013 15:22
imza: В детстве - спать, было наказанием, а теперь - МЕЧТА!
Offline
NotAlone (niwanli)
Cox gozel xeberdi Bacim. girl_ten
Davami olsun.novebeti xeberinde iwtirak etmek isterdim,ama men hele 17 yawima teze kecmiwem biggrin .
(goresen 1 ay bundan qabaqki halima mektub yazim? unknown Eslinde yaman yaxwi olardi haaaa....
25 noyabr 2013 15:03
Offline
Ayten
Senan bey. Bir uzur borcum var bilmeden haqina girdim. Cunku o namazi deyil vergulu necerde tutbmus mende namazi nezerde tutub co. Aqresiv oldum amma o heqli idi orda vergul cumlenin menasin deyisir ama men yanlis anlamosdim zen etdimki o namazi deyir amma vergul olduqunu anladim

Narın Əliyeva,
Narinim ureyim yazinda datisiqliqa bir nov mende sebeb oldum gulum sendende uzur isdeyirem
25 noyabr 2013 14:37
Offline
Narin...
maraqli idi baci..inwallah ikinci hissede menimde yazdiqlarim oxunar

İnşAllah canım gözlə İnşAllah çıxacaq air_kiss
16 yasim olanda 10 il sonra basima neler gelecekdi dusunseydim bele deli olardim..Nedense ele bilirdim ki ,atam hemise menimle olacaq her seherim onun sesile. acilacaq .....amma.... Hec amma ile baslayan cumleleri sevmirem cox sag olun maraqli idi

Allah bundan sonrakı həyatınızı gözəl eləsin Amin. Təşəkkür şərh üçün give_ros
25 noyabr 2013 13:27
imza: В детстве - спать, было наказанием, а теперь - МЕЧТА!
Offline
Aytac Mammedova
Ulya Mulya,
Bacım allah sizlərə səbir və ömür versin,düzdü adam ağlına belə gətirə bilmir,ama hadisə olur,illər keçir..,
25 noyabr 2013 13:09
Offline
Ulya Mulya
16 yasim olanda 10 il sonra basima neler gelecekdi dusunseydim bele deli olardim..Nedense ele bilirdim ki ,atam hemise menimle olacaq her seherim onun sesile. acilacaq .....amma.... Hec amma ile baslayan cumleleri sevmirem cox sag olun maraqli idi
25 noyabr 2013 12:32
Adıniız:*
E-Mail:
ıifrə: *
Son şərhlər
loading...
Son yazılar
Hansı fəsili daha çox sevirsiniz?
Yaz
Yay
Payız
Qış