Bakıda hava 17°
USD AZN
EUR AZN
13:32Ayla Ayla Pəri necəsən? 09:22Xəyalə Murad Sabahınız xeyirli,gününüz aydın olsun,Əziz Qadin.Netlilər!
41018

Gözlənilməyən oğurluq (5-ci hissə)

 

Gözlənilməyən oğurluq (5-ci hissə)

 

Nərgiz evdə var-gəl edir, ürəyi sıxılırdı. Qaynanasının, baldızının qəzəb dolu səsləri qulağından getmirdi. Sanki olanlar da Nərgizi günahkar hesab edirmiş. Sevdanın yoxa çıxacağı isə ağlına belə gəlməmişdi. İndi nə olacaqdı? Hamı onu çölə buraxdığı üçün Nərgizi danlayırdı. Nərgizin əsəbləri tamam gərilmişdi. Onsuz da bu gün keçirdiyi stresin zərbəsindən hələ də özünə gəlməmişdi.

Qapının zəngi çalındı. Gələn Vüsal idi. İçəri girən kimi anasına baxdı. Anasının sağ-salamat oldugunu görüb toxdadı. Baş verənlər yaxşı bir iş olmasa da, onun üzündə gizli bir sevinc izləri vardı. Sanki, agır bir yükün altından çıxmışdı. Səsində bir arxayınçılıq əmələ gəlmişdi. Əlbəttə, bu gündən bu ailə sanki zülmdən xilas olmuşdu. Ana bala bir-birinə sarıldılar:

-Afərin sənə, ana! Necə, qorxmadın bəs? Demədinmi bəs sənə bir zərər toxundurar?

-Aylarla çəkdiyimiz zülmə qalib gəlmək lazım idi oğlum, sizin çəkdiklərinizə dözə bilmirdim. Sizin uğrunuzda ölümə də gedərəm, canım balam, - kövrələrək dedi.

Sabir evə gələndə qapqara qaralmış, əsəbdən sanki, qıc olmuşdu. Nərgizi çağırıb bir də sorğu-sual etdi. Başını əlləri arasına alıb fikrə getdi.

Evdə sakitlik idi. Birdən qapının zəngi çalındı. Gələn Sabirin böyük bacısı idi. Onlar oturub söhbət edir, Sabir siqareti-siqaretə calayır, çıxış yolu axtarırdı. Onların danışığından Nərgiz Sevdanın Manuçerlə qaçdığını anladı. Bacı-qardaş oturub xeyli, dayanmadan Sevdanın nömrəsini yığırdılar. Telefona ya zəng çatmır, ya da cavab vermirdi Sevda. Onlar gah qorxur, gah da Sabir agzına gələni söyürdü bacısına.

-Soxdu papağımı yerə. Özümü camaatın içində biyabır elədi, həmi də müflis. Bu kül başına olmuş da, adını arvad qoyub. Böyründən pulumu çəkib aparır xəbəri olmur.

Gözlənilməyən oğurluq (5-ci hissə)

Sözlər ox kimi Nərgizin ürəyinə batırdı, lakin dinmirdi. Əslində, ürəyində Sabirə yazığı gəlirdi. Ona görə ki, bacı olasan, qardaş uğrunda bu qədər əziyyət çəkə, sən də ona belə bir zərbə vurasan. Gözündə Sabir kiçilmişdi sanki. Uşaqların hərəkətindən, söhbətindən, atalarının onlara qarşı haqsız davranışına sanki, bir etirazmı deyim və ya günahkar olmadıqları üçün sərbəst gəzib dolanmaqlarındanmı deyim, Nərgiz sarsılırdı. Sarsılırdı, ona görə ki, bir ata mənliyi sındırılmışdı bu evdə. Bir ata öz övladları qarşısında bir qəddar insana, bir günahkar ataya çevrilmişdi. Günlərlə, aylarla bu evdən göz yaşı əksilməmişdi. Bilirdi ki, bu zərbə təkcə bu günə yox, sabaha vurulan daha agır bir zərbədir.

Nəhayət neçə zəngdən sonra, Sevdayla əlaqə yarada bildilər. Danışdılar ki, sabah Sevda evə qayıtsın, söhbət edib, bir məsləhətə gələrlər.

Sabir Nərgizin üzünə nifrətlə baxırdı, içindəki qəzəb sanki, onu alova bürüyəcəkdi. Nərgiz heç nə anlaya bilmirdi. Axı həyat yoldaşı onu niyə bu qədər günahkar bilir. Bircə onu bilirdi ki, buna səbəb qaynana və baldızları ola bilər. İndi Allah bilir bu işin günahkar tərəfinin çox hissəsini Nərgizin boynuna qoymaq üçün necə dəridən-qabıqdan çıxırdılar.

Sabah açılar-açılmaz Sabir oyanıb, dəhlizdə siqaret çəkirdi. Gecəni onsuz da yatmamışdı. Səhərə yaxın bir az çimir eləmişdi. Siqaretin dumanı arxasında görünən gözləri sanki qan aglayırdı. Bacısının tutduğu iş bir yana, ortadan yox olması, onu lap üzmüş, mənliyini sındırmışdı. İçərisində qaynayan qəzəb, onu bir yerdə durmaga qoymurdu.

Bu gün onu gətirəcəkdi Manuçer. Sabir çox düşünür, onu polisə necə yaxalatmagın yollarını arayırdı. O qorxurdu ki, əyər birbaşa polisə müraciət edib bacısını axtararsa, səs hər yana yayılar, olan qalan ar-namusu da heç olar el içində. Odur ki, düşünür, bu alçaq Manuçerdən qisasını özü almaq istəyirdi. Yad ölkədə yaşadıgından, ailəsi üçün də qorxurdu. Qorxurdu ki, əyər onu öldürərsə, ailəsinə zərər toxundura bilər bu Manuçerin adamları.

Axşam saat beş radələri idi. Sabir həyətdə onları gözləyirdi. Nərgiz, uşaqları və Sabirin böyük bacısı-Ulduz da burada idilər. Dörd gözlə həyətə girən yola baxırdılar. Birdən bir qara 09 markalı maşın həyətə daxil oldu. Sevda ani bir vaxtda uşaqları ilə maşından düşdü. Maşın çox sürətlə geri dönüb uzaqlaşdı. Bayaqdan dörd gözlə maşını gözləyən, onun nömrəsini götürməyi düşünən və ya cibindəki silahla onu öldürəcəyini düşünən Sabir, yerindəcə donub qalmışdı. Nə edəcəyini özü də bilmirdi. Sevdanın ağlamaqdan üzü və gözləri şişmişdi. Sabirin ürəyi para-para oldu. Bir an damarlarında axan o dogma qan sanki, içindəki qəzəbi bogmuşdu. Bunlar hamısı o qədər tez bir zamanda baş vermişdi ki, Sabirin keçirdiyi hissləri kimsə duymamışdı. Hamı Sabirin Sevdanı öldürəcəyindən qorxdugu üçün onu Sabirdən qorumaga çalışırdılar. Nərgiz Sabirin onu öldürəcəyindən çox qorxur, əzab çəkirdi. Hər nədən sonra, o bir ana idi və iki yetimin anası idi. Nərgiz özünü qabağa verdi. Sevdanı qorumaq üçün var gücü ilə yalvarmaga, Sabirə mane olmağa çalışırdı. Sabirin içərisində qəzəb yenidən kükrəmişdi. Nərgizin yalvarışlarını, Ulduzun yazıq, məlul baxışlarını, uşaqların aglaşma səslərini duymurdu sanki. Onlar yuxarı qalxdılar. Evə girmək istəyəndə, Sabir Nərgizə:

-Sən gəlmə, - dedi.

Gözlənilməyən oğurluq (5-ci hissə)

Nərgiz həm qorxdu, həm də gözlənilməz sözdən özünü itirdi. Əksinə olaraq, daha da özünü evə salmaq istədi. Ona elə gəldi ki, Sabir içəri girən kimi Sevdanı öldürəcək. Çünki o, uşaqları da yuxarı-evə qalxmaga qoymamışdı. Elə bu fikirlə də bir daha qapıya sarı yüyürəndə, Sabir əlindəki maşın və evin açarı olan baglama ilə Nərgizin başına elə vurdu ki, Nərgiz agrıdan və qəfil hərəkətdən özünü itirdi. Bu gözlənilməz hərəkət, başına dəyən zərbədən də ağır oldu ona. Axı nədən, niyə onu vurdu, bilmədi. Bu anlaşılmaz həyat onu hara sürüyürdü, özü də bilmirdi. Nərgiz ağlaya-ağlaya, göynəyə-göynəyə aşağı düşdü.

Sabir Sevdaya bir neçə sillə vurdu. Ulduz içəridə, onların yanında idi. Mane olmadan baxırdı. İçərisində bir burulğan vardı. Nə Sevdanı müdafiə edə bilir, nə də Sabirə qarşı bir hərəkət edə bilirdi. Bacısının etdiyi hərəkət onun dilini gödək eləmişdi.

-Qız mənə cavab ver, pulları hara aparırdın? Hara qoymusan, kimə vermisən? Cavab ver, kim idi o? Dillən qız, bu saat başını kəsəcəm sənin!

Daşdan səs çıxırdı, Sevdadan yox. Sabir əsəbləşir, Sevda isə aglayırdı. Ulduz dilləndi:

-Danış az, a baş qaxıncı. De, onsuz da deyəcəksən, öldürmə bunu, görürsən ki, zərbəni elə vurmusan ki, çətin ki, özünə gələ.

Sabirin bir neçə zərbəsindən sonra olub keçənləri bir az, dogru, bir az yalan, danışdı Sevda. Sabir dəhşətə gəlmişdi. Evində sanki ilan bəsləyirmiş kimi, gəldi ona.

Səslərin sayı: 6
27
2867
loading...
Şərhlər
Offline
loli
nece vaxti bu hekayeni gozleyirem.noooooolar novbeti hisseni tez verin shout
15 oktyabr 2013 21:48
Offline
wwwwwwwwwwwwwwwww
gunel baci ne olar gunahlari Nergizin boynuna yixmasin Sevda

OLA BILERKI SEVDA OQURLUQU NERGIZIN ELI ILE ETDIYINI DESIN
9 oktyabr 2013 18:56
Offline
Günel Əsədova
Sonay Quluzade,
Çox sag ol Sonay xanım,oxuub bəyəndiyiniz üçün.
Onu da deyim ki,yazdıqlarımın hamısı həyatdan götürülüb.Bir neçə hekayələrim var ki,onları da vaxtaşırı verəcəyəm. smile
Hər birinizə təşəkkürlər! give_ros give_ros give_ros
8 oktyabr 2013 22:07
Offline
איסון ממדוב.
mene coxxx maraqlidi bu hekayenin sonu alla ozu nergize yardimci olsun ele bir zamaneye gelmisikki ne baciya ne qardasa guven var allahaxrimizi xeyr etsin insallah
8 oktyabr 2013 21:38
imza: Mutsuzum diye bahane arama.
Rabbim o kadar cox guzellik vermiski,
KALP GOZUNU ARALA
Offline
Seadet Sexavet
Dogrusu Nәrgizә münasibәt çaşdırdı mәni.
Amma kişilırin xasıyyıtidir acizliyini yoldaşlndan bilir.Qәlәbәsini yox..
Ardını gözlıyirәm.Tәşәkkür.
8 oktyabr 2013 19:52
Offline
Şəri Babayeva
Nərgizi niyə vurdu? unknown shok diablo Düz eləmədi, yazıq Nərgiz.

Ardını gözləyirəm səbirsizliklə yes
8 oktyabr 2013 17:47
imza: Qadın təbiəti gərəyi zəifdir; amma ağrıya ən çox o dözər. Qadının müqavimətini qıran tək şey xəyal etdiyi kişinin boş çıxmasıdır...
Offline
MAYA EL
yazıq Nərgiz cray ardını səbirsizliklə gözləyirəm
8 oktyabr 2013 17:05
imza: Özün haqqında qışqıra-qışqıra danışma, qoy başqaları sənin barəndə sakitcə danışsınlar.
Offline
cicek
yeni sayin sebrsizlikle gozleyirem
8 oktyabr 2013 14:13
Offline
HEYAT YAWIL YARPAQ SONU QARA TORPAQ
nergizin ne gunahi varidiki?hemiwe gunahsizlar suclu olurda bu acimasiz heyatda
8 oktyabr 2013 09:31
Offline
Sonay Quluzade
Niyə qalırsan qıraqda oxu şərhini yaz qalma qıraqda.))

Bilirsən, Dəniz, mənə hər şeiri sevdirmək mümkün deyil, yəni primitiv şeiri. Vallah Nizami, Sabir və s. oxuyandan sonra ya gərək kiminsə qəlbini qırım ki, bəyənmədim, ya da gərək heç oxumayım. Mən ikinciyə üstünlük verirəm recourse. Mənim qəribə xasiyyətim var, hər tip nəsri oxuya bilirəm, hər nəzmi oxuya bilmirəm, jurnal oxuya bilirəm, amma qəzet oxuya bilmirəm, hövsələm daralır boredom.
8 oktyabr 2013 09:19
Offline
Aysel İ.
x sağ olun, axır ki, qeyri-poeziya sevənlər üçün də nəsə verildi, yoxsa ki, hər gün poeziya dəqiqələri verilir, mən qalıram qıraqda.

Niyə qalırsan qıraqda oxu şərhini yaz qalma qıraqda.)) blum
8 oktyabr 2013 09:14
imza: Yalnız acizlər boyun əyib unudurlar, güclülər isə o yana-bu yana qaçır, qadir taleyi qeyri-bərabər döyüşə çağırırlar.
Offline
PƏRVANƏ ƏLİYEVA......
Bu Sabirde ozune kishi deyir?Yaziq Nerqizin gunahi nedi?Gerey oqurluqu oz uzerine gotureydi?Yaziq Nerqiz bir deste delinin icinde nece bash cixaracaq bilmirem.Sabirede lap nifret eledim.Adam kishi olar..ardi bir tezlikle gelseydi Gunel xanim. give_ros Gorey Nerqizin taleyi nece olacaq.Sebirsizlikle gozluyecem.Allah Sevda kimilerin cezasini versin,Inshallah
8 oktyabr 2013 09:05
Offline
Sonay Quluzade
Yazıq Nərgiz deyil ki, yazıq elə Sabirdir ki, acizliyindən, zəlilliyindən həmişə başqasını günahkar çıxarır. Deyirəm hələ qaynana-baldız da üz var ey, bu boyda həqiqətin, əxlaqsızlığın qarşılığında hələ bir qızlarının günahını Nərgizin üstünə atırlar. Allah versin cəzalarını hamısının.
Günel xanım, yəqin ki, davamı var. Çox sağ olun, axır ki, qeyri-poeziya sevənlər üçün də nəsə verildi, yoxsa ki, hər gün poeziya dəqiqələri verilir, mən qalıram qıraqda.
8 oktyabr 2013 08:56
Offline
Gulum
Bir mesel var yanan da men yaman da men Nergiz yazigin hali lap ona oxwadi,
8 oktyabr 2013 07:46
Offline
Günel Əsədova
Hamınıza təşəkkür edirəm,Diqqətlə oxudugunuz üçün!smile
8 oktyabr 2013 07:20
Offline
Aysel İ.
Nərgizə yazığım gəlir...
8 oktyabr 2013 01:35
imza: Yalnız acizlər boyun əyib unudurlar, güclülər isə o yana-bu yana qaçır, qadir taleyi qeyri-bərabər döyüşə çağırırlar.
Offline
Nergiz
HAZIRLADIGINIZ UCUN TWK.
8 oktyabr 2013 01:26
Offline
Ellada Babayeva
Nərgizin nə günahı var axı..Heç xoşum gəlmir qadına əl qaldıran kişidən. ireful
8 oktyabr 2013 00:21
imza: Hiss və ağıl həyat gəmisinin yelkəni və sükanı kimidir; biri hərəkətə gətirir, o biri istiqamətləndirir.
Cübran.
Offline
Fatma xanım
bacısına zoru çatmayıb arvadına güc göstərən kişilərdən necə zəhləm gedir ,
7 oktyabr 2013 23:59
imza: Şükr etməyəndən sonra dünyaları yesən nə faydası.

Qadin.Net - Xəbər göndərilməsi qaydaları
http://www.youtube.com/watch?v=Ly-9VN5Ye_8
Offline
Hemolina
Günel xanım təşəkkürlər belə gözəl hekayəyə görə. Çox maraqla oxuyuram və davamını səbirsizliklə gözləyirəm.
7 oktyabr 2013 22:52
Adıniız:*
E-Mail:
ıifrə: *
Son şərhlər
loading...
Son yazılar
Kitabxana ...
Tez-tez gedirem
Vaxtım yoxdur
Artıq tarixə qovuşub!
İnternet sağolsun )
Şəxsi kitabxanam var!