Bakıda hava
USD AZN
EUR AZN

Ada Lovelace Byron

Ada Lovelace Byron

Romantizm axınının qabaqcıl şairlərindən olan Lord Byron ilə Ana Isabellellinin qısa sürən ailə həyatı olub. Byronun haqqında çıxan xoşagəlməz eşq dedi-qoduları Isabelle Milbankenin evi tərk etməsiylə nəticələnib. Lord Byron isə qısa müddətdən sonra bir daha dönməmək surətilə bir aylıq qızı Adanı qoyub gedir. Ada Byron həyatı boyunca məntiqlə duyğu arasında qalan, ancaq məntiqi həmişə üstünlük təşkil edən bir insan idi.Ada Byron kompüter dünyasındakı ilk qadın adıdır ki, indiki vaxtda qədər də adı hələ hörmətlə xatırlanan elm insanlarından biri olmuşdur. 

Ada Lovelace Byron

Lady Byron kiçik qızını  10 dekabr 1815-ci ildə dünyaya gətirmişdir.Londonda xüsusi bir mühitdə, xüsusilə riyaziyyat və musiqi təhsili alaraq böyüyüb.Anasının onun riyaziyyata olan həvəsində böyük bir təsiri var.Ada uşaqlığını xəstəliklərlə  keçirib.Qızılca keçirdiyi zaman iflic olduğu üçün yatağa məhkum olur.İki il yeriyə bilmir.Anasının intizamlı ruh halı onu xəstəliyində də tək buraxmamış, təhsilinə yenə də ciddi davam etmişdir.William Frend, Mary Somerville, Augustus də Morgan kimi adlardan dərs alırmış.

19-cu əsr xüsusilə elm qadınlarının çox olduğu dövrlər deyil.Ada zamanını astronomiya, botanika, geologiya kimi sahələrlə maraqlanan insanlarla keçirərkən, 1833-cü ildə həyatına istiqamət verən elm adamı Charles Babbage ilə tanış olur.Riyaziyyat həyatına tam olaraq yerləşdiyi zaman hələ on səkkiz yaşında idi.Charles Babbage o dövrlərdə fərq maşını adını verdiyi bir cihazın üzərində işləyir.Ada bu ağıllı ixtiraçıdan olduqca təsirlənir və birlikdə riyaziyyat üzərinə işlər etməyə başlayırlar.Evliliyi və uşaqları belə bu böyük elm işlərini dayandıra bilmir.

1835-ci ildə ingilis elm adamı William King ilə evlənir. Byron, Ana Isabella və Ralph Gordon adında üç uşaq dünyaya gətirir. İkinci uşağın anadan olmasından sonra müalicəsi aylarla sürən ağır xəstəlik dövrü keçirir.

Ada Lovelace Byron

Heç bir hadisə Ada Lovelacı elmdən ayıra bilmir. İş yoldaşı Charles Babbagin röyalarına o da inanır."Fərq maşını"nı hələ bitirməmiş olan Babbage hökumətdən gözlədiyi dəstəyi ala bilmədiyi dövrlərdə "Analitik maşın"ı ilə italyan riyaziyyatçı Luigi Menabreanın marağını çəlb edir. Ada 1843-cü ildə bu yeni işini tərcümə edərkən, öz qeydlərini də məqaləyə əlavə edir.Bernoulli ədədlərin bu maşınla hesablanmasında inkişaf etdirdiyi proqramla bu günkü kompüter programçılığının təməlini ortaya qoyur.Hər şeyin əllə hesablandığı bir dövrdə o bu maşının elmin bir çox sahəsində istifadə edilə biləcəyini nəzərdə tutur. Qadınların yazılarının elmi məqalədə nəşrinin xoş qarşılanmadığı, dərslərə girmələrinə maneə törədildiyi bir dövrdə Ada Lovelace öz fikirləri ilə bu günkü kompüter proqramlaşdırma dilini yazılı halda ortaya qoymaqla çox mühüm bir addım atmışdır.

Lovelacenin bu əhəmiyyətli işindən sonra səhhəti pisləşir. Riyaziyyatdan daha çox musiqi ilə maraqlanır.27 noyabr 1852-ci ildə 37 yaşında uşaqlıq yolu xərçəngindən vəfat edir.Atası kimi qısa bir ömürdə çox şey qazanmış, gələcəyi görən bir qadın kimi həmişə xatırlanacaq. Hər il 24 mart "Ada Lovelace günü" kimi qeyd edilir.Bu çərçivədə qadınların elm dünyasına daxil olması, texnologiyadakı uğurları və digər müvəffəqiyyətli elm insanları daima xatırlanmaqdadır.

Səslərin sayı: 4
37
4665
loading...
Şərhlər
Offline
Xanim_Xatun
Heyfki az omru olub...

Heyfki az omru olub...
27 yanvar 2015 10:07
Offline
MAYA EL
az yaşamasına baxmayaraq çox işlər görüb məlumat üçün təşəkkürlər
17 aprel 2013 13:15
imza: Özün haqqında qışqıra-qışqıra danışma, qoy başqaları sənin barəndə sakitcə danışsınlar.
Offline
angela
twkler maraqli melumatcun
6 aprel 2013 00:23
Offline
G.....m
Diqqət! Bu linki görmək üçün zəhmət olmasa qeydiyyatdan keçin.

Diqqət! Bu linki görmək üçün zəhmət olmasa qeydiyyatdan keçin.
1 aprel 2013 20:02
Offline
Zehra Bedirxanli
maraqli melumat ucun cox sag olun,
1 aprel 2013 10:43
imza: QADİN.NET
Offline
SEVIL
Tanimirdim, sag ol canim tanitdirdigin ucun...
31 mart 2013 14:04
Offline
♥ TƏRİŞ .H. ♥
Tanımırdım sayənizdə tanıdım.
31 mart 2013 12:36
Offline
Ayka S
Imzalariyla taninmis olub cox az haQQINDA BILIRDIM tanis olduqum ucun size tesekkur.
30 mart 2013 23:50
Offline
Alina
Məlumatım var idi.Təkrar biliyin anasıdır.Təşəkkür edirəm
30 mart 2013 23:29
Offline
Hesimova Gunay
maraqliydi
30 mart 2013 22:55
Offline
Hacət-i Vuslat
İnsanlıq üçün faydalı işlər görən xanımlardan olaq biz də inşaAllah.
30 mart 2013 20:28
imza: Diqqət əziz xanımlar! Sərbəst qrafikli,yatırımsız işə ehtiyacınız varsa mənimlə əlaqə saxlayın.
Offline
Almaz S.
Maraqlı xəbər üçün müəllifə təşəkkür edirəm,dövrünə görə çox böyük işlər görüb bu qadın
30 mart 2013 19:42
Offline
♥A.Ravana♥
Allah rəhmət eləsin.Çox az yaşamasına baxmayaraq ,necə mühüm işlərə imza atıb.Məlumatlandırdığınız üçün təşəkkür edirəm
30 mart 2013 19:33
imza: "Bir insana başqaları yanında verilən öyüd-nəsihət, öyüd-nəsihət deyil, təhqirdir ..." Hz.Ali
Offline
Afət
Heyf ki, dünyasını tez dəyişib, yoxsa kim bilir, hələ daha hansı işlərə imza atacaqmış. Sağ olun ki, bizi belə görkəmli həmcinslərimizlə tanış edirsiz, təşəkkürlər.
30 mart 2013 19:22
imza: Ya bir yol tap, ya bir yol aç, ya da yoldan çəkil.
Offline
ARiEL_ViViAN(SaMiRə)
cooox sagolun qizlar oxuyub werh yazdiqiniz ucun. esas Xeyale sagolsun ki mene xeberi o tapib verir men sadece tercume edirem give_ros
30 mart 2013 18:38
imza: BAŞINI AŞAĞI SAL İŞİNLƏ MƏŞĞUL OL AMMA BAŞINI AŞAĞI SALACAQ İŞLƏ MƏŞĞUL OLMA...!
Offline
angell75
MARAQLI XEBERE GORE TESEKKURLER.
30 mart 2013 16:25
Offline
PƏRVANƏ ƏLİYEVA......
tanimirdim..ama oxuyub tanidim.muellife tewakkur edirem.. give_ros
30 mart 2013 16:12
Offline
Yasemen
Bu qadin baresinde oxumusdum ancaq sadece gorduyu isler baresinde heyati haqqindaysa hec bir melumatim yox idi,sizin sayenizde oyrenmis oldum tesekkurler
30 mart 2013 15:49
Offline
First Lady
Men oxuduqca ele bildim yeqin 70-80 il yaşayıb Bu qeder naaliyyeti Cemi 37 ilde qaqanıb.Bele güclü qadınlar çox olsa dünyamız üçün yaxşıdır.Teşekkürler xeberıe göre bilmediklerimizi öyrenirik
30 mart 2013 14:28
Offline
♥Selena♥
Qısa zaman çərçivəsində bu qədər böyük uğur əldə etmiş qadını alqışlamaq lazımdır. Bütün çətinliklərə dözərək elmdən əl çəkməyib. Əksinə onu daha da genişləndirərək ətrafındakı insanları da bilgiləndirməyi bacarıb. Belə gözəl mövzu seçdiyinə görə sonsuz təşəkkür edirəm. Çox sağ ol, Səma.
30 mart 2013 12:41
Adıniız:*
E-Mail:
ıifrə: *
Son şərhlər
loading...
Son yazılar
Hansı fəsili daha çox sevirsiniz?
Yaz
Yay
Payız
Qış