Bakıda hava +20°
USD 0.7843 AZN
EUR 1.0835 AZN
14:01Nezrin Assalamu aleykum eziz müselmanlar!Cümeniz mübarek! 13:47NiCaT_NiLuFeR http://www.youtube.com/watch?v=oCK1zFIOezU 12:37aylin youlin Salamlar hamimizin cumesi mubarek:)) 11:19KRASAVITSA KUKOLKA salam qizlar necesizjQuery16205296037127263844_1397801959418 11:11ESNA R.G.AL.SU salam baci necesen? 11:05R.G.AL-SU Esna-sag ol bacım,sənində müqəddəs cümən mübarək 10:59ESNA Cumeniz mubarek eziz dostlarim necesiniz? 10:58ESNA Salam menim qadin.netim 10:45R.G.AL-SU sabahın xeyir qadın.net və gozəl xanımları 10:37Leyla cox sagol canim cox sagol
21420

Döşlərinizi təbii yollarla böyüdün-2

 Əziz xanimlar! Sizlərə bu dəfə döşləri təbii üsullarla böyütmək qaydalarından yazacam. Bunun üçün netdən çox axtarış elədim və sizlər üçün qısa-konkret cavabları topladım-yığdım. Döşlərini təbii yollarla böyüdən xanımların yazılarını şərhsiz tərcümə edib ixtiyarınıza verirəm. Xarici ölkələrdə yaşayan və rus, türk, ingilis dilində  danışan qadın.net xanımlarının bu bitkiləri yaşadığı ölkələrdə apteklərdən asan tapması üçün otların adlarının tərcüməsini üç dildə verirəm. Adlar belə sıralanıb-azəricə, rusca, türkcə, ingiliscə. Sizə uğurlar!

Döşləri bu bitkilər böyüdür.

Ərküdə ,Hayıt,Chaste-tree


Mən ərküdədən istifadə edirəm. Qaynadıb içirəm. Çox faydasını gördüm. Dərim də gözəlləşdi. 3 ayda maksimum böyüməyi əldə edirsən.
Mən ərküdə toxumu istifadə elədim. Döşlərim böyüdü, dodaqlarım belə dolğunlaşdı. Ərküdə uşağı olmayanlara uşaq bəxş edir. Netden oxudum ki, 8-9 xanım bunu içdikdən sonra hamilə qalıb. Mənim nənəmin də uşağı uzun müddətdir olmayıb. Sonra ərküdəni məsləhət görüblər. İçib və hamilə qalıb! Hamiya tövsiyə edirəm!
Mənim döşlərim heç 75 ölçü deyildi. İndi 80 ölçüdür. 3 ay istifadə elədim. Bədənimdəki tüklənmələr belə azaldı.
Bacımın uşaqlığında kista var idi. Həkimə getdi və kişi hormonunun çox olduğu ortaya çıxdı. Sonra həkim ona dərman vermək əvəzinə təbii bitki yazdı-ərküdə yarpağı!Mükəmməl bir bitki! Döşləri böyüdü, kista çox kiçildi, aybaşı qaydasına düşdü, üz cizgiləri gözəlləşdi. Mən də normal aybaşı üçün 3 gündür istifadə edirəm. Döşlərim dolğunlaşdı!

Qara zirə, Çörek otu,Black seed

 

Gündə 1 xörəkqaşığından çox işlədilməməli! Allergiya verə bilər! İshal törədə bilər!

 

Mənim yoxlamadığım bir şey qalmadı. Çörəkotu yağını sürtüm dedim. Yağı sürtdüm, 5 dəqiqəyə yaxın masaj elədim. Fərqi görəcəksiniz, qaşıntı verir. Səhər oyandığımda döşlərim inanılmaz sərt və gərgin olmuşdu. 1 həftədir sürtürəm gecələri. Döşlərimin ölçüsü 78 idi.İndi 85-dir. Amma çörəkotu açıldıqdan sonra 1 həftə dayanır. Sonra xarab olur və zəhərli maddəyə çevrilir. Təzə-təzə işlədin.

 

 Mən 1 ay 5 gün çörəkotu yedim və axşamları yatmazdan əvvəl çiyələk yağı ilə masaj elədim. Bütün səmimiyyətimlə deyirəm ki, döşlərim böyüdü! Sizə də tövsiyə edirəm.

 

Məndə 6 sm böyümə var. Ən çox təsir edən bitkinin çiyələk yağı olduğunu düşünürəm. 1 aydır döşlərim həm böyüdü, həm də sərtləşdi.

 

 Mənim 23 yaşım var. Uzun zamandır sizin yazdıqlarınızı oxuyub təkrar edirdim. İndi siz mənim yazdığımı oxuyub təkrar edin. Döş böyütmə seansına çiyələk yağı və qara zirə əlavə edin.

Sürvə, Adaçayı,Sage

Hamilə və usaq əmizdirən qadınlar,epilepsiya xəstələri,usaq doğmağı planlaşdıran cütlüklər uzaq dursunlar!  Çox işləndikdə təzyiqi qaldıra bilər! 

 

Müəllifdən-Mən özüm səhər axşam adaçayı içirəm. Günorta razyana dəmləyib içirəm. Gün ərzində isə mayasarmaşığı dəmləməsi ilə masaj edirəm. Masajdan sonra bir az yanğı hiss edirəm. Amma irəliləyiş görürəm. 

 

Cirə, Anason,Anise

 

Aybaşıya yaxın vaxtlarda işlədilməməli! Çox axıntı verə bilər!

Cirəni müxtəlif çaylarla birlikdə dəmləyib içirəm. Xeyrini görürəm. Döşlərim böyüyür!

Cirəni müxtəlif çaylarla birlikdə dəmləyib içirəm. Xeyrini görürəm. Döşlərim böyüyür!

Gicitkən, Isırgan otu,Nettle

  Mən saçlarım üçün gündə 2 fincan gicitkən dəmləyib içirdim. Sonra qoltuğumun alt tərəfləri sızıldamağa başladı. Onda heç ağlıma da gəlməzdi ki, döşlərimi böyüdəcək.

Güldəfnə, Çemen otu,Fenugreek, trigonella

Güldəfnəni 2 ay istifadə etdim. Nəticəni yazıram. Ölçülərim 82-dən 86-ya çıxdı. Evli olmayanlara məsləhət bilirəm. Çünki,pis qoxusu var.

 

Çəmən otu həqiqi döşləri böyüdür!Mən istifadə elədim.Balaca döşlərim böyüdü! Çox sevinirəm!

 

Mayasarmaşıği qozası,Şerbetçiotu,Hopes cones

 Kəskin böyrək xəstəlikləri zamanı içilməsi qadağandır! 

 

Güclü yuxugətirici olduğu üçün yatmazdan əvvəl için! 

 

İştahaçıcıdır!

 Mən bu bitkidən istifədə elədim və inanın ki, döşlərimin ölçüsü 1-1,5 ayda 87 sm-dən 95 sm-ə çıxdı. 3 gündə 2 sm böyüdüyünü belə hiss etmişdim.

 

 Mayasarmaşığı qozası bir qaba tökürük və qoyduğumuz miqdarın 1/4 ya da 1/3-ü qədər su əlavə edirik. Qarışdıraraq bütün otu isladırıq. Sonra qaynadırıq. 10 deq dincəldiriq.  Mayasarmağının suyunu içmək, dibində qalan suyu isə yağsız  əl kreminə qarışdırıb döşlərə sürtmək lazımdır.  Saat 22:00 da yenə adaçayı içib masaj edirik. Saat 23:00 da yuxarıdakı qarışığı döşlərimizə sürtürük. Bu variantı sınadım və 70 ölçüsü olan döşlərim indi 75-dir.

 

Döşlərinizi alma suyu ilə masaj edin. Mayasarmaşığı q-si, mılık otu, 1 xörəkqaşığı güldəfnəni dəmləyib yeməkdən sonra 1 fincan için. Hər gün 2 ədəd xurma yeməyin də faydası vardır.

Mərsin,Mersin,Myrtle

 

 

Uzun müddət və çox işlətdikdə mədə-bağırsaq rahatsızləğına və yuxusuzluğa səbəb olur.

 

Mən döşlərimi mərsin yağı ilə masaj edirdim. Əvvəlcə qaşındırırdı, sonra isə gördüm ki, böyüdür. Hamıya məsləhət görürəm! 

Razyana,Rezene,Common fennel, 

Döşlərinizi təbii yollarla böyüdün-2

 Uşaqlar uzun müddət razyanalı çay içərlərsə dişləri qaralar və çürüyər!

 

Məndə razyana çox işə yaradı. Amma üzüm tumundan da istifadə elədim. Mayasarmaşığı qozası,güldəfnədən hazırlanmış qarışığı içdim.Bununla bərabər razyanadan gündə 1 fincan içdim. Səhərlər 2 xörək qaşığı üzüm tumu yedim.Bununla bərabər masaj elədim. Döşlərim çox böyüdü.

 

1 aydır xanımların yazdıqlarını araşdırdım və belə nəticəyə gəldim ki,2 şey-razyana və qara üzüm tumu,hər səhər də 5 dəq masaj...indi döşlərimin həcmi 75 ölçüsünə qalxıb. Gündə 2 xörək qaşığı səhər-axşam quru üzüm tumu və 1 fincan razyana çayı. Üzüm tumunu acqarına yedim Peşman olmayacaqsınız.

 

 Mən çox şeyi yoxladım.Ərküdə,qara üzüm tumu,sürvə,razyana,qara zirə,mərsin yağı,mayasarmaşığı qozası,güldəfnə.Bütün bunlardan sonra artıq döşlərim 75 ölçüyə çatır.

1 fincan razyana dəmləməsinə 5 damla çörəkotu yağı tökün və için.Fərqi görəcəksiniz.

Qara üzüm çəyirdəyi


 Üzüm çəyirdəyi mən və rəfiqələrimə müsbət təsir elədi.Məndə 4 sm böyümə oldu! Bu əlac qan yaradır, dərini gözəlləşdirir və ən önəmlisi döşləri böyüdür.

Üzüm çəyirdəyi mən və rəfiqələrimə müsbət təsir elədi.Məndə 4 sm böyümə oldu! Bu əlac qan yaradır, dərini gözəlləşdirir və ən önəmlisi döşləri böyüdür.

 2 ay boyunca qara üzüm tumunun tozunu bal və ya bəhməzə qarışdıraraq 1 xörək (mütləq taxta qaşıq) qaşığı səhər-axşam yeyin və gicitkən otu dəmləməsi için.Hər axşam razyana yağı ilə döşlərinizi yuxarıya doğru masaj edin.Səbirli olun,fərqi görəcəksiniz.

 

Mən 1 ildir quru üzüm tumu və normal çiyələklə döşlərimi həftədə 3-4 dəfə masaj edirəm.Gözlə görünən fərq var.Həmişə 75 ölçü idi,indi 80-a qalxəb.Çox xoşbəxtəm!

 

Bu bitkilərdən hamilə xanımların istifadə etməsi qadağandır! Ot halında olan bitkilər mütləq toz halına salınıb sonra işlədilməlidir. Qutuların üstündəki dəmləmə qaydalarına baxın və sonra ona uyğun hərəkət edin!Aybaşı vaxtı müalicəni kəsin!

 

Səslərin sayı: 128
205
58110
Şərhlər
Offline
hkhk
Sitat: kamaska
Alev,salam alev xanım mən axı qara çörək otu ilə bir müddət masaj elemişem ama bele de böyümə hiss elememişəm bir də ki burda yazılıb ki çörək otu yağı açıldıqda 1 həftə müddətində ışlədilməlidir sonra zəhərlənmə verə bilər bu nə dərəcədə düzdür əgər bilirsizsə deyin

mualice adama gore deyisir.her insan bir bitkinin tesirini o birinden daha cox hiss edir.meselen,men adacayi ve razyananin tesirini hiss edirem.qaracorekotu mende de var.amma kagizinda yazilmayib 1 hefteden sonra xarab olur/eksine,yazilib 2 aydan sonra bele mualice edin ve s.serhlerde yazilan zeherlenme haqda deye bilerem ki,hemin xanim aptekde isleyen emisinden sorusub,o da ona ele deyib







Sitat: Mehriban
Ərküdənin qiymətini də öyrəndim, kapsul şəklində də var (6 man) toxumu (3 man) aci olar deyə məncə kapsul qəbul etmək daha yaxşı olar. Bu bitkiləri yaşıl aptekdə Fito Clublarda tapmaq olar. Məlumat üçün- www.herba-flora.com

men de ele bilirem Azerbaycanda yoxdur.Turkiyeden zakaz elemisem,getirecekler wink Bakida harada yerlesir goresen?BIlen varsa yazsin
17 noyabr 2011 17:27
Offline
Tesnim
Mehriban,
təşəkkür edirəm ordan maraqlı bir şey tapdım
17 noyabr 2011 11:22
Offline
leylahuseynova
Lazım olanlar üstünlüklərini oxuyub əməl edər hər halda xəbərə görə sağ olun
16 noyabr 2011 14:21
imza:
Məni köhnələr tanıyar,yenilər numunə götürər.Görənlər izah edər,görə bilməyənlər gözlərini bağlayıb xəyal etməklə yetinər
Offline
Mehriban
Xəbərə görə çox sağolun. MƏnim üçün başqa biliklər tapmağa da səbəb oldu. İNternetdə ərküdə axtararkən bir sayta rast gəldimçsizlərə də məsləhət görərdim, çünki burada bitkilərlə yaxşı müalicələr də var. Ərküdənin qiymətini də öyrəndim, kapsul şəklində də var (6 man) toxumu (3 man) aci olar deyə məncə kapsul qəbul etmək daha yaxşı olar. Bu bitkiləri yaşıl aptekdə Fito Clublarda tapmaq olar. Məlumat üçün- www.herba-flora.com
16 noyabr 2011 11:14
Offline
nl
xebere gore cox sag olun ciyelek yagi apteklerde satilir?
16 noyabr 2011 02:03
Offline
kamaska
[color=#330099][/color]təşəkkür edirəm mənə lazımdır

Alev,
salam alev xanım mən axı qara çörək otu ilə bir müddət masaj elemişem ama bele de böyümə hiss elememişəm bir də ki burda yazılıb ki çörək otu yağı açıldıqda 1 həftə müddətində ışlədilməlidir sonra zəhərlənmə verə bilər bu nə dərəcədə düzdür əgər bilirsizsə deyin
15 noyabr 2011 17:59
Offline
zulya
tewekkurler xebere gore
15 noyabr 2011 17:43
Offline
Gülüm
ehtiyacim yopxdu/
13 noyabr 2011 17:32
Offline
Semedova
menim ehtiyacim yoxdu tesekkur
12 noyabr 2011 19:25
Offline
a.angel
canim ehtiyacimyoxdu.men eksiniisterdim
12 noyabr 2011 17:17
Offline
creativka
ehtiyacim yoxdu,normaldi feel
12 noyabr 2011 14:36
imza: DUNYANIN EN XOWBEXT ANASI
Offline
hkhk
Sitat: leyla?ramazanova
ebere gore tewekkur... Alev men sadece bilmek isterdimki bitkileri istifade etdikden sonra ve neticede dosler boyudukde artiq boyuduyu olcude qalir yoxsa bitkilerden hemise istifade lazimdir? bunun cavabi mene maraqlidir zehmet olmasa yaza bilersen?

demeli neticeler ferqli olub.beziler yazib qalicidir,beziler ise yox deyibler.amma kesende birden kesmek lazim deyil.az-az kesende netice qalici olur/
12 noyabr 2011 01:47
Offline
Nurane
xebere gore tewekkur... Alev men sadece bilmek isterdimki bitkileri istifade etdikden sonra ve neticede dosler boyudukde artiq boyuduyu olcude qalir yoxsa bitkilerden hemise istifade lazimdir? bunun cavabi mene maraqlidir zehmet olmasa yaza bilersen?
12 noyabr 2011 01:33
Offline
ILK NUR
mende normaldi cox boyuk neye lazdim pis gorsenir yenede twk



11 noyabr 2011 15:07
Offline
turkan
tesekkurler amma boyutmeye ehtiyacim yoxdur dahada balacalatsam yaxsi olar.
11 noyabr 2011 14:48
Offline
hkhk
Sitat: GUNEŞINEM
SALAM,sudveren xanimlara meslehet gorursuz bunlari?

gozleyin sudunuz cekilsin sonra/ siz bunlari eleseniz sudunuz coxalacaq/cunki,bu bitkiler hem de sud artiricidir/ meselen,razyana icseniz hem korpenizin qarninda qaz olmayacaq,hem de sud artacaq/ amma yene de dosleri boyutmek ucun meslehet gormezdim.birden usaga eks-tesiri olar/
11 noyabr 2011 14:25
Offline
Gunel
SALAM,sudveren xanimlara meslehet gorursuz bunlari?
11 noyabr 2011 13:08
Offline
yekta
mahnıya bir iki dəfə qulaq asdım, sora tənbəlləşdim
11 noyabr 2011 11:45
Offline
Angel
Sitat: Meryem
həəəəəəəəəəəəə artıq gecdi........ mən 15 yaşlarında da yeyirdim......

demekki allah seni bele yaradib, onuncun cox eziyyet cekme
11 noyabr 2011 11:45
Offline
Məryəm.
Sitat: Angel_of_death
Bu yawda elbette boyumeyecek, onu 13-15 yawda cox yeyende boyuyur

həəəəəəəəəəəəə artıq gecdi........ mən 15 yaşlarında da yeyirdim......
11 noyabr 2011 11:35
Məlumat "Qonaq" kimi daxil olan ziyarətçilər saytda şərhlərin bildirə bilməzlər.Zəhmət olmasa qeydiyyatdan keçin və ya öz hesabınızla sayta daxil olun!
Yazarlar
Qadin.TV
Son yazılar
Maraqlıdır!
Son şərhlər
Ən çox oxunulanlar
Hansı müddətdir Qadin.Net istifadəçisisiniz?
Bir həftədir
Bir-iki aydır
Altı aydan çoxdur
Bir ildən çoxdur
İki ilə yaxındır
Üç ildir!