Bakıda hava +15°
USD 0.7843 AZN
EUR 1.0046 AZN
11:16Fatma xanım Salam GÜNAY xanım 11:10GUNAY salam eziz xanimlar necesiz 10:52Asi Sukur Aysun canim sen yaxsi ol 10:40AYSUN MEMMEDOVA Asi her vaxtin xeyr canim bacim necesen? 10:33Asi Hervaxtnz xeyr S.Nur Aysun ve buutn qadin.netliler 10:22AYSUN MEMMEDOVA ♥♥S.Nur♥♥ sabahin xeyr canim men yaxsiyam sen necesen? 10:20 ♥♥S.Nur♥♥ Hamiya gunaydin! Necesiniz,millet?)) 10:16AYSUN MEMMEDOVA Fidan Məmmədova sabahin xeyr canim senle bahem insallah 10:15Fidan Məmmədova Sabahınız xeyr əziz xanımlar,gününüz ugurlu olsun 00:04•●Narın●• Xoş gördüm Asi nətərsən?...
28880

Güllələr Gülə döndü...

2009-cu il aprelin 30-u tarixmizə daha bir səhifə qanla yazıldı.

Həmin gün Dövlət Neft Akademiyasında baş vermiş silahlı basqın nəticəsində 13 nəfər bu terrorun qurbanı oldu.

Qurbanların hamsının qəlbimizdə yeri var,onları heç vaxt unuda bilmərik.Onlar haqda növbəti yazıların birində danışacağıq.Bu günsə onlardan üçü haqda ..

Onlar universitetdə üç dost idilər. Üçü də bir gündə qətlə yetrildi.
Ayaz, Savalan və Taleh. Çox yaxın dost idilər. O qədər yaxın idilər ki, hətta ölüm də onları ayıra bilmədi. Üçü də bir gündə qətlə yetrildi.

Dostlar arasında yaşca böyüyü Savalan idi (Talehlə Ayazın 21,Savalanınsa 22 yaşı vardı)

Savalan Allahverdi oğlu Cabbarov(16.X.1987-30.IV.2009) 

Güllələr Gülə döndü...

Savalan Cabbarov - 1987-ci il 16 oktyabrda anadan olub. 7 yaşında Nizami rayonundakı 129 saylı orta məktəbə gedib. 5 il orda təhsil alandan sonra Yasamal rayonundakı Fizika Riyaziyyat litesiyinə daxil olub. 2005-ci ildə ADNA-nın neft qaz yataqlarının istismarı fakültəsinə daxil olub.

Valideynləri isə onun həkim olmasını arzulayırdılar.

Dostları,onu tanıyanlar onun yoxluğu ilə hələ də razılaşmır.Onun sağlığındakı kimi yenə də onun odnoklassniki.ru-dakı səhifəsinə daxil olub Foruma hər gün,bəlkə hər saat yazır,bununla sakitləşirlər.Mən hər dəfə bura daxil olub yazılanları oxuyanda həm çox təəssüflənir,həm də təəccüblənirəm.Ölümündən 2 ilə yaxın zaman keçməsinə baxmayaraq o unudulmur,əksinə daha çox sevilir..

Savalan axırıncı dəfə odnaklassniki-yə 29 apreldə 22.15-də daxil olub. Bir həftə əvvəl statusuna belə yazmışdı:-"Ömür qısa,dəyməz bir qıza:)))"-Ölümündən az əvvəl sevdiyi qıza elçi göndərmək istəmiş, qızdan "Yox!" cavabı aldığı üçün statusda belə yazmışdı..

Güllələr Gülə döndü...

Orta məktəbdə olduğu kimi universitetdə də əlaçı idi.Elə imtahan günü də ömrü başa çatdı.Dörd gün sonra magistraturaya imtahan verəcəkdi.

O, ölərkən də igidlik göstərib.Terrorçunun üzərinə hücum çəkib.Əlbəyaxa olublar.Terrorçu ondan qurtulmaq üçün beş güllə vurub.Başqalaını bir güllə ilə yolundan götürübsə Savalanı bir güllə ilə yıxa bilmədi.Əvvəlcə bir güllə çiynindən,ikinci güllə ayağından,son üç güllə isə üzündən..Çox dəhşətli ölümüylə eyni zamanda qəhrəmanlıq nümunəsi oldu...
Güllələr Gülə döndü...

Ayaz  Cavanşir oğlu Bağırov(11.IX.1988-30.IV.2009) 

1988-ci il 11 sentyabrda dünyaya göz açıb..Ayaz Yasamal rayonunda yerləşən 167 saylı orta məktəbi əla qiymətlərlə bitiribUniversitetdə də həmişə seçilib. Qrup nümayəndəsi idi.Uşaqlıqdan üzgüçülüyə, musiqiyə həvəs göstərən Ayaz ingilis, rus dillərində sərbəst danışırmış.O həm də dindar idi. Namaz qılırdı. İbadət edirdi. 
Ən böyük arzuzu :Sevdiyi qızla-Neft Akademiyasının üçüncü kursunda oxuyan sevglisi ilə birgə xaricdə təhsil almaq idi.
Ayaz da ölümündən bir gün əvvəl axşam sanki ölümün gəlişini hiss etmiş kimi dostuna belə bir sms yazmışdı.Və bu onun yazdığı son sms oldu :

“Növbəti günün bərbad olacağını bilə-bilə hələ də üzündə saxta təbəssümü saxlamaq çox dəhşətlidir...”.O səhər dövlət imtahanı verəcəkdi.Amma yaxşı oxuyan tələbə üçün,həm də qrup nümayəndəsi üçün imtahan bu qədər həyəcanlı ola bilməzdi.Bu həyəcan.narahatlıq imtahan həyəcanından fərqliydi.Özü də hiss etmişdi bunu..

Ayaz həm yaxşı dost,həm sadiq sevgili idi.Yaddaşlarda elə belə də qalacaq..

Taleh  Tariyel oğlu Məmədov(26.V.1988-30.IV.2009)

Güllələr Gülə döndü...

Taleh Məmmədov 1988-ci ilin 26 mayında Sumqayıt şəhərində anadan olub. Talehin anası Südabə xanım Sumqayıt Dövlət Universitetində müəllimə işləyir.

Azərbaycan Dövlət Neft Akademiyasının qaz-neft-mədən fakultəsinin dördüncü kurs tələbəsi idi. Dostları Talehin hündürboy, yaraşıqlı olduğunu deyirlər.O, iki yaşından atasız böyüyüb.Amma atasızlığını heç vaxt bildirməyib.Çoxları bunu onun ölümündən sonra bildilər. İmkansız ailədən olduğuna görə Taleh həm oxuyur, həm işləyirmiş.Kompüter ustası idi.Akademiyada kompüterlərə nəzarət edirmiş. Fakultələrinin saytını yaratmağa hazırlaşırmış. Eyni zamanda ADNA ilə üz-üzə olan kompüter mərkəzində çalışırmış. Həmin günü Akademiyaya “Dell” markalı noutbuku ilə gəlibmiş. Beşinci mərtəbədə 1530-cu otaqda stolun üstünə qoyulan noutbuk yoxa çıxıb. Bəziləri noutbuku polis əməkdaşlarından bir nəfərin götürdüyünü desə də, bu günə qədər tapılmayıb. Dostlarını və yaxınlarının isə noutbuku axtarmaqda məqsədləri var. Axı mərhuma məxsus bütün sənədlər və şəkillər bu noutbukda imiş.
Ən böyük arzusu :-Almaniyada magistr təhsili almaq idi...

Üç dost bir gündə,eyni məkanda şəhid olsalar da başqa-başqa bölgələrdə torpağa tağşırıldı.

Savalan Bakıda,Ayaz Şamaxıda,Talehsə Qazaxda dəfn edildi.

Biz onlara fəxrlə şəhid deyə bilərik..Axı son anadək düşmənlə əlbəyaxa vuruşaraq canlarından keçdilər.

Siz bizim serverin yükləmə sistemindən istifadə edə bilməzsiniz
Siz bizim serverin yükləmə sistemindən istifadə edə bilməzsiniz
 Siz bizim serverin yükləmə sistemindən istifadə edə bilməzsiniz
 Siz bizim serverin yükləmə sistemindən istifadə edə bilməzsiniz 
 
Səslərin sayı: 43
272
8966
Digər yazılar
Şərhlər
Offline
MELEYIM
Sizi anlayıram.Canlı görmək daha dəhşətlidir.

he baci duzdu.Allah ailelerine cox sebr versin bizimde her zaman yadimizdadilar.en coxda 30 aprel aileleri ise her an her saniye onlri duwunur ustunden nece il kecmesine baxmayaraq.Allah sebr versin
30 aprel 2013 16:54
Offline
N-Gunka
bugunu unutmayacam.o hadise baw verende bizde telebe idik.xeber her yere tez yayildi.o uwaqlardan hec birini tanimirdim ama wokdan cixa bilmirdim.ALLAH HER BIRINE REHMET ELESIN.YERLERI CENNET OLSUN.Ayaznan Pervinin nakam sevgisi... pervinin bu yaxinlarda yazisini oxudum.taniw olduqlari gunden , hemin gune qeder olan herweyi yazmiwdi.ve bunnan sonraki heyatini....iller kecsede o uwaqlarin hec birini unutmayacam.her il on;ar ucun goz yawi tokurem.bugun de ele oldu.
30 aprel 2013 16:51
Offline
Gulshen_q
bizim kollec Neft Akademiyasi ile uzbeuz idi.her weyi gormuwduk

Sizi anlayıram.Canlı görmək daha dəhşətlidir.
30 aprel 2013 16:51
Offline
Сладкая Девочка
men isterdim biz rehmete geden 13 telebeni yalniz 30 aprelde yox her gun xatirlayaq kim razidi? ireful
30 aprel 2013 16:46
Offline
MELEYIM
Siz də Neft Akademiyasının məzunları olmusuz?

men yox sadece bizim kollec Neft Akademiyasi ile uzbeuz idi.her weyi gormuwduk
30 aprel 2013 16:44
Offline
Gulshen_q
hemin gun hec vaxt yadimdan cixmir.hemen gun derse getmemiwdim men.tv bunu veren kimi hami eve zeng etdiki hardadi shaki derse gedib???

O Ayazin sevgilisinin universitete qarshisinda chirpinaraq agladigini dizlerin yere qoyub nece feryad elediyini unutmayacam,Talehin qardashinin bashini yere qoyub betona nece chirpdigini untmayacam,Savalanin atasinin deli olub ozune gle bilmemeyini untmayacam,refiqemin qurpyoldashi Ruslanin ad gununun yarimchiq qaldigini hediyyesin ala bilmeyib bufetden qacharaq canini qurtarmaq isteyende olmeyini unutmayacam,Shefa 18 gunun gelini olub son sozunu labarant qizlara dediyini unutmayacam...Men sizleri unutmayacam ay yashidlarim((((Mekaniniz Cennet olsun,sizler shehidsiniz((((

Siz də Neft Akademiyasının məzunları olmusuz?
30 aprel 2013 16:42
Offline
Naile Ehmedli
Allah rehmet etsin
30 aprel 2013 16:37
Offline
MELEYIM
Allah haqqi cox pis oldum e hemin gun yadima nece duwduse uni nin qarwisindadki telebeleri qerenfiller nece duzmuwduler hamisi gozumun qarwisina geldi cox pis oldum.gul bayraminin kecirilmesi ise adami yandirib tokdu.ne bilim
30 aprel 2013 16:36
Offline
GulenaY
Bugun her saniyem aglamaqla kyechir,menim derd yoldashim Savalan 6 gulle ile dunyasin deyishdi,heyf senden heyf o ushaqlardan..Hemin hadiseden sonra men 1 il havali oldum,ne gunler idi oyyy ALLAH o gunu birde yshatmasin ne bilim hedsiz pis gunler idi..O Ayazin sevgilisinin universitete qarshisinda chirpinaraq agladigini dizlerin yere qoyub nece feryad elediyini unutmayacam,Talehin qardashinin bashini yere qoyub betona nece chirpdigini untmayacam,Savalanin atasinin deli olub ozune gle bilmemeyini untmayacam,refiqemin qurpyoldashi Ruslanin ad gununun yarimchiq qaldigini hediyyesin ala bilmeyib bufetden qacharaq canini qurtarmaq isteyende olmeyini unutmayacam,Shefa 18 gunun gelini olub son sozunu labarant qizlara dediyini unutmayacam...Men sizleri unutmayacam ay yashidlarim((((Mekaniniz Cennet olsun,sizler shehidsiniz((((
30 aprel 2013 16:31
Offline
guleresmer
Allah rehmet elesi qebirleri, nurla dolsun.allahdan ailelerine sebr dileyirem.
30 aprel 2013 16:30
Offline
MELEYIM
Allah rehmet etsin Allah ailelerine sebr versin.hemin gun hec vaxt yadimdan cixmir.hemen gun derse getmemiwdim men.tv bunu veren kimi hami eve zeng etdiki hardadi shaki derse gedib???Allaha wukur ki gormedim gozlerimle yoxsa unutmaq cox cetin olardi.hele bele unuda bilmirem.ne bilim cox cetindi coxx
30 aprel 2013 16:29
Offline
♥ TƏRİŞ .H. ♥
O gün hələdə yaddaşındadı.
Allah rəhmət etsin.
30 aprel 2013 16:22
Offline
Ilayda
Hemin gun seher bir qanli xeberle acilmisdi
men xeberi esidende sokda idim ne qeder agladim.
ALLAH HAMISINA REHMET ETSIN.
30 aprel 2013 16:20
Offline
Enka
Allah rehmet etsin.ailelerine sebr dileyirem.
30 aprel 2013 16:08
Offline
GÜLÇİN
Allah rəhmət etsin!Ailələrinə yalnız səbr,həyatdır onların ömrü bu qədərmiş.
30 aprel 2013 15:56
Offline
Kamailba
Allahdan ailələrinədə səbr diləyirən. Allah rehmet etsin.Yerləri nurla dolsun.
30 aprel 2013 15:47
imza: "Hər bir ağacın bir meyvəsi var,
Qəlbin meyvəsidə övladdır."

Həzrəti Məhəmməd s.ə.s
Offline
Hacət-i Vuslat
Gülşən xanım, çox sağolun ki,bir daha xatırlamağımıza səbəb olduz...Allah rəhmət etsin, yerləri cənnət olsun inşaAllah...
Yalan nə deyim- oxuya bilmədim sona qədər, bəlkə kimsə qınayar, amma, tez sınıram belə mövzularda, ailə mənə baxır- qolum qanadım sınır, gərək heç bir iş görməyim onda...
30 aprel 2013 15:43
imza:
Həyatdaykən Allaha çatmağı qəlbən diləməyən kəs,100 il də ibadət etsə əməlləri boşa gedəcək. Siz,siz olun,zamanınızı itirməyin...
Offline
Rozalina
Allah rəhmət eləsin (
30 aprel 2013 15:36
imza:
İdeal koca kapıya ayağıyla vurur, çünki elinde güller, çikolatalar ve kahveler vardır smile
Offline
angell75
Cox saq olun GULSEN xanim.Televiziyalarda bu haqda hec xususi bir verlis filan gostermediler.onsuzda biz cox unutqan milletik.vidiolara baxdiqca cox pis oldum.gozlerim doldu. Allah butun sehidlerimize rehmet elesin yaxinlarinada sebir versin.
30 aprel 2013 15:32
Offline
Gulshen_q
Hər kəsə təşəkkür edirəm.Şərh yazmayıb sadəcə oxuyanlara da.Əsas odur ki, unutmamısız.
30 aprel 2013 15:26
Məlumat "Qonaq" kimi daxil olan ziyarətçilər saytda şərhlərin bildirə bilməzlər.Zəhmət olmasa qeydiyyatdan keçin və ya öz hesabınızla sayta daxil olun!
Qadin.TV
Son yazılar
Son şərhlər
Ən çox oxunulanlar
Ailənizin ümumi gəliri:
500 AZN-ə qədər
500-1000 AZN
1000-1500 AZN
2000-3000 AZN
5000 və ya daha çox
Sizə nə var?! )