Bakıda hava 13°
USD AZN
EUR AZN
09:07Xəyalə Murad Sabahınız xeyirli,gününüz aydın olsun,Əziz Qadin.Netlilər! 08:37Sima sureya derslere basim qarisib can 08:37Sima sabahiz xeyir haminizin
41122

"Ana"

"Ana"
 
Zəng  çaldım anama,yenə də təkdir.

Dedim ki,səndə də höcətlik vardır.

Niyə tək qalırsan,gəlsənə bizə,

Dedi,qurban olum,yeriniz dardır.

                                     

Elə bil yuxudan birdən oyandım,

Dünya da gözümdə bir an qaraldı,

Həmişə dediyi bu adi sözlər

Bugün məni tutdu,yamanca aldı.

                                     

Sanki özgə kimi baxdım otağa,

Otaq-adi otaq,mebelsə çoxdur.

O qədər şeylərə əsir olmuşuq,

Ki evdə anaya yerimiz yoxdur.

                                       

Ən əziz tikəsin bizə verərdi,

Az yeyib hamıdan o tez doyardı.

Görəsən bəs anam,bircə otaqda,

O bəs çarpayını necə qoyardı?

                                   

Ana-bərəkətdir,ana nemətdir.

Ana olan evdə ruzi də olar.

Ana nəfəsi ilə qızınmayan kəs,

Kötüksüz ağac tək saralıb solar.

                                     

Ana balasının yanında qalsa,

Fərəhlə davranar,baxıb öyünər.

Bala ürəyində məhəbbət olsa,

Bir kiçik komada saray görünər. 
Səslərin sayı: 24
70
4826
loading...
Şərhlər
Offline
SeLiN(Leyla)
Diqqət! Bu linki görmək üçün zəhmət olmasa qeydiyyatdan keçin.
4 iyun 2011 16:43
Offline
afo
suprdi sag olun
4 iyun 2011 16:41
Offline
Pərvanə
Ana-bərəkətdir,ana nemətdir.
Ana olan evdə ruzi də olar.
Ana nəfəsi ilə qızınmayan kəs,
Kötüksüz ağac tək saralıb solar.
Allah bütün analara can sağlığı versin
4 iyun 2011 16:30
imza:
Arzu et, istə; amma o arzu ölçülü olsun. Bir saman çöpü bir dağı qaldırmaz.
Offline
Weyla
Ana balasının yanında qalsa,
Fərəhlə davranar,baxıb öyünər.
Bala ürəyində məhəbbət olsa,
Bir kiçik komada saray görünər.

Coooox tesirli werdir,ellerinize,ureyinize sagliq!!!!Elbette ki,balanin ureyinde mehebbet olsa Anali ev saraya benzer!!!!Amma bezi ureyi olmayan,vicdani olmayan ovladlar valideynlerini kimsesizler evine atib geri qayidanda goresen geleceyini fikirlewmirmi????Heyata nece davam edir???Ar olsun bele insanliqdan cixmiw ovladlara!!!!
Ana eziyyetini itirmek olmaz!!!!
4 iyun 2011 15:34
Offline
nurgul
cox gozel weirdi,qelbinize sagliq,Anaya aid weirleri oxuyanda cox kovrelirem..Analar muqeddesdir qerek vaxtinda Analarimizin qedrini bilek ki sonradan pewmanciliq cekmeyek.. Hedis-i Werif ; "Cennet Analarin ayaqlari altindadir"
4 iyun 2011 15:21
Offline
Riana
SARA91 şerini bəyəndim.ANA əlbətdəki ən böyük varlıqdır.Hər nə qədər özümüzü böyük saysaq da yenə də anamıza ehtiyacımız olur.Allah hamımızın analarımızı qorusun.Dünyasını dəyişənlərə isə ALLAH rəhmət eləsin.
4 iyun 2011 14:38
Offline
HEYATIM_MENIM
oxudum cox gozel se'irdi cox sax ol.
4 iyun 2011 14:25
Offline
Ayka

Sanki özgə kimi baxdım otağa,
Otaq-adi otaq,mebelsə çoxdur.
O qədər şeylərə əsir olmuşuq,
Ki evdə anaya yerimiz yoxdur.

cox kederlendim nedense

Cox gozel weirdi Tesekkur edirem
4 iyun 2011 14:24
Offline
Zeriş
Ana balasının yanında qalsa,
Fərəhlə davranar,baxıb öyünər.
Bala ürəyində məhəbbət olsa,
Bir kiçik komada saray görünər.

cox qözel şeirdi təşəkurlər.BUTUN ANALARA QURBAN ALLAH BUTUN ANALARİ QORUSUN.
4 iyun 2011 14:20
Offline
Happysim ))
Sanki özgə kimi baxdım otağa,
Otaq-adi otaq,mebelsə çoxdur.
O qədər şeylərə əsir olmuşuq,
Ki evdə anaya yerimiz yoxdur.


SUPERDIR EN COX BU HISSE MENI TESIRLENDIRDI XEBERE GORE TESEKKURLER
4 iyun 2011 13:58
Offline
AYTEN
cox gozel seirdir,beyendim ,sesde verdim ,ALLAH analara can sagligi versin!
4 iyun 2011 13:18
Offline
Məryəm.
bunu oxudum pis oldum həqiqətən çox gözəl şeirdi çoxz sağol təşəkkürlər
4 iyun 2011 11:41
Offline
Gulwen
cox gozel ve tesirlendiricidi. Amma bir mesele var, ele anal;ar varki ogulla qalir ancaq onlarin heyatini zindana cevirir oz qisqancligi ile!! eleleride varki mehribanciligi, agilli meslehetleri ile ovladlarini hemiwe duz yola tehrik edir, Varam belelerine!!!!!!!!!

Ele ogul anasi varki wahlara laiq olan sarayi geline dar edir, ele ogul analarida var ki bir goz otagli evi geline saray edir;)
4 iyun 2011 11:40
Offline
oksana
cox xowum geldii mende yoldasimda hemise deyirik qaynanam bize otdellne ev alib deyir remont eleyib bitirek istesez cixarsiz deyirem yox sen 27 il ogul boyutmemisen ki bu gunde seni tek goyub mennen cixsin
4 iyun 2011 10:56
Offline
sirin89
cox gozel seirdir.oxudum,kovreldim.
4 iyun 2011 10:38
Offline
B.Ulviyye
Ana balasının yanında qalsa,
Fərəhlə davranar,baxıb öyünər.
Sara xanım,özünüz yazmısınız? Çox bəyəndim.ALLAH bütün analara can sağlığı və uzun-uzun ömür versin,öz evində də olsa canı sağ olsun! Mənim anam da bizə gələndə tez gedir qala bilmir
4 iyun 2011 10:23
Offline
Realist
Çox kövrəltdi məni Allah anaları bizə çox görməsin.Gözəl şeirdi!
4 iyun 2011 10:21
imza: "Bu dünya həyatı möminin zindanı, kafirin isə Cənnətidir". (Muslim, 2956; Əhməd 8272; Tirmizi 2426; İbn Məcəh 4113).
Offline
Aytən
cox gozel serdi.ALLAH ANALARA CAN SAQLIQI VERSIN.AMIN!
4 iyun 2011 10:17
Offline
Sema
Ebes yere deyilmeyib ki, cennet analarin ayaqlari altindadir.
4 iyun 2011 09:58
Offline
Nino
Cox gozel seirdi. Allah butun analarin canini sag, omurlerini uzun elesin. Analarimizi bize cox gormesin Allahim, AMIN!
4 iyun 2011 09:39
Adıniız:*
E-Mail:
ıifrə: *
Son şərhlər
loading...
Son yazılar
Kitabxana ...
Tez-tez gedirem
Vaxtım yoxdur
Artıq tarixə qovuşub!
İnternet sağolsun )
Şəxsi kitabxanam var!