Bakıda hava +23°
USD 0.7844 AZN
EUR 1.0325 AZN
27 avqust 23:45S.N. Nigarim,meleyim,Allah komeyin olsun.Allah bilen meslehetdi. 27 avqust 19:49Arzularin_Limani. Nigar bacim Allah komeyin olsun 27 avqust 18:46❤Nergiz❤ nigar dadasova ALLAH sene sebr versin amin 27 avqust 18:41Aytac Butun Qadin.netlileri salamlayiram 27 avqust 18:14nigar dadasova xais edirem usaq baresinde sual vermeyin mene 27 avqust 18:13nigar dadasova dostlarim dunen men 2 aylik betnimde olan usaqimi itirdim 27 avqust 18:12nigar dadasova menim eziz dostlarim narahat olmayin menden
27242

İllər üzrə yapon qoroskopu

 

Əsasən şərq ölkələrində qəbul edilmiş təqvimə əsasən 12 illik dövrün daxilində hər il bir heyvan üzərində təhvil olur. Yaponiyada bu təqvim çox məşhurdur.

Əziz Qadın. Netlilər, buyurun öz doğum tarixinizi asanlıqla axtarın, tapın, oxuyun.

Meymun ili - 1920, 1932, 1944, 1956, 1968, 1980, 1992, 2004, 2016...
Bu insanlar ağıllıdırlar, cəlddirlər, ixtiraçıdırlar, orijinaldırlar. Ən mürəkkəb məsələni asanlıqla həll etməyi bacarırlar, lakin bununla bərabər etibarsız və ziddiyyətli insanlardırlar. Onlar hər nə oldusa, onu dərhal bilmək və öyrənmək istəyirlər, səbrsiz və hər şeylə maraqlanan olurlar. Ən yüngül maneə belə onların əhval-ruhiyyələrini korlaya bilir, hər hansı bir planlarını onların gözündən asanlıqla sala bilir. Onlardan bir çoxu qərarsız olurlar, bu xüsusiyyətləri ilə digərlərdən fərqlənirlər.
Düzgün qərar qəbul edirlər, sağlam düşüncəyə malik olurlar. Əgər onlara mane olan olmasa onlar çox şöhrətli olarlar. Yüksək vəzifə sahibi olurlar.
Sizə gələcək həyat yoldaşı üçün uyğun olan illər- əjdaha və siçan.
Ailə qurduqda bəzən  uğurlu ola bilər-dovşan, qoyun, it, meymun.
Ailə qurmaq üçün uğursuz olanlar - ilan, qaban, pələng.

İllər üzrə yapon qoroskopu

Xoruz ili - 1921, 1933, 1945, 1957, 1969, 1981, 1993, 2005, 2017...
Bu insanlar əməyi sevirlər, öz işlərini həmişə asanlıqla yerinə yetirən olurlar. İstənilən işi öhdələrinə götürüb başa çatdırırlar, hətta bu işə gücləri çatmasa belə yenə də bezmirlər, sona qədər gedirlər. İnsanlarla dərhal ünsiyyət qura bilmirlər. Həqiqəti sevirlər, həqiqət üzrə mübarizə aparırlar və çox vaxt haqlı çıxırlar. Təbiətcə utancaq olan bu insanlar çox vaxt təkliyə üstünlük verirlər. Onlar həmişə maraqlı insan olurlar, daima yeniliklər düşünüb yaradırlar. Adətən dərin düşüncəli olurlar. Bəzən eqoist olurlar, amma həddindən artıq düzgün seçimlər edirlər.
Sizə gələcək həyat yoldaşı üçün uyğun olan illər- öküz, ilan, əjdaha.
Ailə qurduqda bəzən  uğurlu ola bilər- xoruz, it, dovşan.
Ailə qurmaq üçün uğursuz olanlar- at, meymun, qoyun, qaban.

İt ili - 1922, 1934, 1946, 1958, 1970, 1982, 1994, 2006, 2018...
Bu insanlar doğrudurlar ,onlara etibar etmək olar, sirr saxlamağı bacarırlar. Bəzən eqosit olurlar, çalışqandırlar, bir çox hallarda inanılmaz dərəcədə tərs olurlar. Heç vaxt mal-dövlətə həris olmurlar, amma həmişə pulları olur. Daima mübarizə aparırlar və bilirlər nə dərəcədə düzgündürlər. Həmişə ədalət tərəfdarı olurlar. Bir işi başladıqda sonuna kimi gedirlər və qalib olurlar. Onlardan çox gözəl iş adamı olur, vəzifələrini layiqincə yerinə yetirirlər. Əsasən ən yaxşı insani keyfiyyətlərə malik olurlar.
Sizə gələcək həyat yoldaşı üçün uyğun olan illər- at, pələng, dovşan.
Ailə qurduqda bəzən  uğurlu ola bilər- siçan, ilan, meymun, it, qaban.
Ailə qurduqda uğursuz illəriniz- əjdaha, qoyun.

 İllər üzrə yapon qoroskopu


Qaban ili - 1923, 1935, 1947, 1959, 1971, 1983, 1995, 2007, 2019...
Bu insanları digər illərin insanlarından ayıran ən böyük fərq onların cəsur olmaqlarıdır. Bəzən dinməzcə canlarını belə qurban verməkdən qorxmurlar. Bir işi öhdələrinə götürürlər və bütün gücləri ilə irəli gedirlər, əsla fikrindən dönməmək şərti ilə. Onlar yalnız düz yol tanıyar, düz yolla gedərlər. Çox dürüst və çalışqan insan olurlar. Dostlarını heç vaxt darda qoymurlar. Çox mütaliə edən, çox maraqlanan olurlar. Hirsli olurlar, amma dava, mübahisəni sevmirlər. Heç vaxt yaxınlarından uzunmüddətli küsmürlər. Bu onlara xas xüsusiyyət deyil.
Sizə gələcək həyat yoldaşı üçün uyğun olan illər- qoyun, dovşan.
Ailə qurduqda bəzən  uğurlu ola bilər- pələng, öküz, əjdaha, xoruz, it, qaban.
Ailə qurmaq üçün uğursuz olanlar- ilan.

  İllər üzrə yapon qoroskopu

 

Siçan ili - 1924, 1936, 1948, 1960, 1972, 1984, 1996, 2008, 2020...
Bu insanlar xoş görünüşə sahib olurlar, cazibədardırlar, aydın məqsədli, zəhmətsevən olurlar. Hər zaman sərvət yığmağa cəhd edirlər, yorulmaq bilmirlər. Həddən artıq qənaətcil olurlar, pullarına hər zaman qənaət etməyi bacarırlar. Eyni zamanda əliaçıqdırlar, ehtiyacı olana yardım əllərini hər zaman uzadırlar. Çox səliqəli olurlar hər bir işdə. Şöhrətpərəstdirlər, qarşılarına məqsəd qoyub irəliyə doğru addımlayandırlar. Bütün bunlara baxmayaraq, məntiqsiz olurlar, tez hirslənirlər. Qeybətcil olurlar.
Adətən onları tez aldatmaq olur dürüstlüklərinə görə.
Sizə gələcək həyat yoldaşı üçün uyğun olan illər- əjdaha, meymun, öküz.
Ailə qurduqda bəzən  uğurlu ola bilər- ilan, pələng, it, qaban.
Ailə qurduqda uğursuz olan- at.

 

Öküz ili - 1925, 1937, 1949, 1961, 1973, 1985, 1997, 2009, 2021...
Bu insanlar dözümlü və etibarlı olurlar. Bəzi hallarda  isə səbrsiz olurlar, özlərindən tez çıxırlar. Öküzün qəzəbi sərhədlər bilməz, elə buna görə də onlar öz əsəblərini cilovlamağı bacarmalıdırlar. Adətən az danışırlar, danışmağı sevməyən öküzlər danışarsa nitqi ilə çoxlarının diqqətini çəkərlər. Üstün əqli və fiziki gücü ilə fərqlənirlər. Əslində sadə görünürlər, amma çox inadkar olurlar, ziddiyətlidirlər. Sevgiyə yüksək qiymət verən olurlar.
Sizə gələcək həyat yoldaşı üçün uyğun olan illər- ilan, əjdaha, xoruz, siçan.
Ailə qurduqda bəzən  uğurlu ola bilər- əjdaha, dovşan, meymun, qaban, öküz.
Ailə qurmaq üçün uğursuz il- qoyun.

İllər üzrə yapon qoroskopu

 

Pələng ili - 1926, 1938, 1950, 1962, 1974, 1986, 1998, 2010, 2022...
Bu insanlar düşünməyə meyilli, həssas və çox əsəbi olurlar. Çox vaxt müdriyyətlə, özündən böyüklərlə münaqişəyə girirlər. Tez-tələsik qərara gəlirlər, bəzən bunun əziyyətini çəkirlər. Bir sözlə onlar cəsarətli və güclü insanlardır. Bu xüsusiyyətləri ilə həmişə fərqlənirlər. Bəzən yaxındakını uzaq, uzaqdakını yaxın görürlər.Sevgi onlar üçün bir  əhəmiyyət kəsb etmir. İşgüzar olurlar, işlərində düzgünlüyü sevirlər, bəzən şairlik istedadları olur, seirlər, maraqlı yazılar yazırlar.
Sizə gələcək həyat yoldaşı üçün uyğun olan illər- at, əjdaha, it.
Ailə qurduqda bəzən  uğurlu ola bilər- siçan, öküz, dovşan, pələng, qoyun, xoruz, qaban.
Ailə qurmaq üçün  uğursuz illər- ilan, meymun.

İllər üzrə yapon qoroskopu

Dovşan ili - 1927, 1939, 1951, 1963, 1975, 1987, 1999, 2011, 2023...
Bu insanlar şöhrətpərəst olurlar, istedadlı və parlaq gələcəyə malik olurlar. Öz səxavətləri ilə həmişə fərqlənirlər, fərqlənməkləri ilə fəxr edirlər. Ümumilikdə onlara daima heyran olurlar, insanları özlərinə cəlb etməyi bacarırlar. Maddi vəziyyətləri daima qaydasında olur, bədxərc olmurlar. Bu insanlar bəzən qeybət qırmağı sevirlər, amma bu halda nəzakətlidirlər və qəddar deyillər. Onlar zərifdirlər, kimi sevirlərsə  çox  nadir hallarda bağlanırlar sevdiklərinə. Demək olar ki, heç vaxt özündən çıxmırlar, çox gözəl işgüzar keyfiyyətlərə malikdirlər. İnsaflıdır və  bəzən edəcəkləri işə məcbur olub edirlər, ürəkdən istəməsələr belə, məcburən. Onlardan əla oyunçu çıxa bilər, amma onlar mühafizəkardırlar, ehtiyatlı insan olaraq nadir hallarda oyun oynayırlar.
Sizə gələcək həyat yoldaşı üçün uyğun olan illər- qoyun, qaban, it.
Ailə qurduqda bəzən  uğurlu ola bilər- siçan, dovşan, əjdaha.
Ailə qurmaq üçün uğursuz il-xoruz.

İllər üzrə yapon qoroskopu

Əjdaha ili - 1928,1940, 1952, 1964, 1976, 1988, 2000, 2012, 2024...
Bu insanlar düzgün düşünürlər, enerjili və səbrli olurlar. Adətən çox sağlam olurlar. Dürüstdürlər, emosionaldırlar, qətiyyətlidirlər, onlara etibar etmək olar. Bəzən özbaşınalıqla fərqlənirlər. Daima fikirlərini qiymətləndirməyi bacarırlar. Onlar bacarıqlı, pul qazanan olurlar, amma pul hərisi deyillər, pul hərisi olanları da sevmirlər, bir sözlə ətraflarında belə insanlara yer yoxdur. Ailə qurmağı tez planlayırlar. Ətrafındakıların onları sevməsindən daima istifadə edirlər.
Sizə gələcək həyat yoldaşı üçün uyğun olan illər- siçan, ilan, meymun, xoruz.
Ailə qurduqda bəzən  uğurlu ola bilər- pələng, at, qoyun, əjdaha.
Ailə qurmaq üçün uğursuz il- it.

İllər üzrə yapon qoroskopu

İlan ili - 1929, 1941, 1953, 1965, 1977, 1989, 2001, 2013, 2025...
Bu insanlar doğuluşdan müdrikliklə doğulurlar, çox danışmazlar. Onların işləri həmişə əla gedir, amma onlar xəsis olurlar. Bəzən eqoistdirlər və şöhrətpərəstdirlər. Özlərinin  aktiv iştirakı ilə  daha çox uğurlar əldə edə  bilərlər. Başqalarının fikirlərinə inanmadan, yalnız özünə güvənərək irəliləyirlər. Öz uğursuzluqları ilə  narahat olurlar və qətiyyətli bir addım atıb uğur əldə etməyi bacarırlar. Zahirən sakit, amma təbiətcə  ehtiraslı olurlar. Adətən xarici və daxili cazibədarlıqlarıyla fərqlənirlər ki, bəzən onları başqalarının gözü götürmür.
Sizə gələcək həyat yoldaşı üçün uyğun olan illər- öküz, xoruz.
Ailə qurduqda bəzən  uğurlu ola bilər- siçan, dovşan, əjdaha, ilan, at, qoyun.
Ailə qurmaq üçün uğursuz illər- pələng, qaban.

İllər üzrə yapon qoroskopu

At ili - 1930, 1942, 1954, 1966, 1978, 1990, 2002, 2014, 2026...
Bu insanlar pulu çox sevirlər, şən olurlar. Çox vaxt məhşur insanlar çıxır bu bürcdən. Ağıllıdırlar, diqqətlidirlər, hərçənd ki,  çoxdanışan olurlar. İstedadlıdırlar, hər şey onlarda asanlıqla  düzəlir, özlərinə diqqəti, parlaq geyimləri ilə və sərbəstlikləri ilə diqqət çəkə bilirlər. 
Özlərinə inanandırlar, özlərinə qiymət verə bilirlər və (kişilərə) qadınlara laqeyd olmurlar. Güclü və ehtiraslı olurlar. Əyləncələri və böyük yığıncaqları sevirlər, diqqət mərkəzində olmağı xoşlayırlar. Çox müstəqildir və bu halda şəxsi mülahizəyə  görə hərəkət edərək nadir hallarda məsləhətlərə qulaq asırlar.
Sizə gələcək həyat yoldaşı üçün uyğun olan illər- pələng, it, qoyun.
Ailə qurduqda bəzən  uğurlu ola bilər- əjdaha, ilan, meymun, qaban, xoruz.
Ailə qurmaq üçün uğursuz il- siçan.

İllər üzrə yapon qoroskopu

Qoyun ili - 1931, 1943, 1955, 1967, 1979, 1991, 2003, 2015, 2027...

Bu insanlar ilk baxışdan xoşbəxt görünüşləri ilə diqqət çəkirlər, amma əslində bu belə olmaya da bilər. Utancaqdırlar, pessimizmə meyllidirlər, sərbəst qərar almaqda çətinlik çəkirlər. Adətən çox dindar olurlar. Onlardan nadir hallarda rəhbər çıxır, lakin işlərində diqqətli olurlar. Bu insanlar bəzən pula həddən artıq qiymət verirlər və pul qazanmağa tənbəllik etmirlər. Sadə və şirindil olurlar, eyni zamanda tez əsəbləşirlər, hisslərini cilovlaya bilmirlər. İncəsənət sahəsində uğur qazanırlar.
Sizə gələcək həyat yoldaşı üçün uyğun olan illər- dovşan, qaban, at.
Ailə qurduqda bəzən  uğurlu ola bilər- pələng, əjdaha, ilan, qoyun.
Ailə qurmaq üçün uğursuz illər- öküz, it.

Səslərin sayı: 17
120
11149
Şərhlər
Offline
irem
men meymin ilinenem.ekseriyyeti duz cixdi
5 may 2013 09:40
Offline
feqiw
Men ozuz ilinenem , yoldasim qaban ilidendir.aile qurdugum il xoruz ilidir .wukurler olsun xosbexdem wikaytim yoxdur good
5 may 2013 02:03
Offline
guleresmer
men okuz,yoldasim ise peleng ilidi bizim ilimiz uygun gelir.allaha sukur hele ele bir boyuk problemimiz olmayib.men bunu sizin xeberinizden sonra bildim.tesekkurler YAGMUR DAMLASI give_ros
5 may 2013 01:48
Offline
♥ஐ♥CimBomღღ
tamamile dogrudur men QOYUN iliyem. Amma yoldasim it ilidir yazilib aile qurmaya uygun deil amma eyni xarakter dasiyiqir teki axira kimi xosbext olaq AMIN. Allah haminiiz xosbext etsin AMIN
5 may 2013 01:46
Offline
izel
Əjdaha ili - 1928,1940, 1952, 1964, 1976, 1988, 2000, 2012, 2024...
Bu insanlar düzgün düşünürlər, enerjili və səbrli olurlar. Adətən çox sağlam olurlar. Dürüstdürlər, emosionaldırlar, qətiyyətlidirlər, onlara etibar etmək olar. Bəzən özbaşınalıqla fərqlənirlər. Daima fikirlərini qiymətləndirməyi bacarırlar. Onlar bacarıqlı, pul qazanan olurlar, amma pul hərisi deyillər, pul hərisi olanları da sevmirlər, bir sözlə ətraflarında belə insanlara yer yoxdur. Ailə qurmağı tez planlayırlar. Ətrafındakıların onları sevməsindən daima istifadə edirlər.
Sizə gələcək həyat yoldaşı üçün uyğun olan illər- siçan, ilan, meymun, xoruz.
Ailə qurduqda bəzən uğurlu ola bilər- pələng, at, qoyun, əjdaha.
Ailə qurmaq üçün uğursuz il- it.
5 may 2013 01:35
Offline
DENIZ
məndədə bəziləri düz çıxdı teşeklkürler
5 may 2013 01:32
Offline
Seriyye Xelilova
Maraqliydi memun iliyəm düzdə çixdi dance1 hərdəmxəyal blush yahoo
5 may 2013 01:22
Offline
Aynur
Peleng :)
Sheir yazmiram. Amma yazilar pis alinmir deyilene gore :)
5 may 2013 01:18
Offline
ARiEL_ViViAN(SaMiRə)
qoyun iliyem mende niwanlimda dance1 tewekkur canim xeber ucun davamli olsun
5 may 2013 00:46
imza: BAŞINI AŞAĞI SAL İŞİNLƏ MƏŞĞUL OL AMMA BAŞINI AŞAĞI SALACAQ İŞLƏ MƏŞĞUL OLMA...!
Offline
aliyeva sebis
ilan iliyem duzdur yoldasimda qayinanamda it ilidir
5 may 2013 00:46
Offline
totuwun mamasi
menimde ikim pelengdi yoldawiminda,indi gel gorde bizim savawmagimizi yahoo
5 may 2013 00:29
Offline
AY İŞIĞI
Mende yoldasimda peleng iliyik.dogru geldi yazilanlar
5 may 2013 00:25
Offline
FIRUZA
mende de duz gelir
5 may 2013 00:14
Offline
angell75
Men dovwan iliyem yoldawim it ilidir yazilan xarakterler uyqun gelir.tesekkurler xebere gore.
5 may 2013 00:06
Offline
ஐ◄▓▒░Yağmur ░▒▓►ஐ
Uyqunluq var,cox saq ol boluwduyun ucun
5 may 2013 00:01
Offline
♫♥ MURADOVA.A♥♫
Öküz ili - 1925, 1937, 1949, 1961, 1973, 1985, 1997, 2009, 2021...
Bu insanlar dözümlü və etibarlı olurlar. Bəzi hallarda isə səbrsiz olurlar, özlərindən tez çıxırlar. Öküzün qəzəbi sərhədlər bilməz, elə buna görə də onlar öz əsəblərini cilovlamağı bacarmalıdırlar. Adətən az danışırlar, danışmağı sevməyən öküzlər danışarsa nitqi ilə çoxlarının diqqətini çəkərlər. Üstün əqli və fiziki gücü ilə fərqlənirlər. Əslində sadə görünürlər, amma çox inadkar olurlar


heqiqeten de eledir,birde ki okuz ilinden olanlar orjinalligi sevirler
4 may 2013 23:50
Offline
memmedli nermin
men meymun ilindenem ne yazilibsa bu haqda tamamiyle menim xasiyyetime uygun gelir
4 may 2013 23:49
Offline
G.....m
Diqqət! Bu linki görmək üçün zəhmət olmasa qeydiyyatdan keçin.
4 may 2013 23:00
imza:
Həyatdaykən Allaha çatmağı qəlbən diləməyən kəs,100 il də ibadət etsə əməlləri boşa gedəcək. Siz,siz olun,zamanınızı itirməyin...
Offline
SEVIL
At iliyəm demak olarki hamısı düzdü,, təşəkkürlər xəbər üçün
4 may 2013 22:48
Offline
Ilayda
Menim ilim okuzdu tam hamisi hasiyyetimle ust uste dusdu.
Lakin bir amma var oda ugursuz evlilik qoyun ili ile yazilib.

Yoldasim o ildendi eksine cox yaxsi tuturuq
4 may 2013 22:37
Məlumat "Qonaq" kimi daxil olan ziyarətçilər saytda şərhlərin bildirə bilməzlər.Zəhmət olmasa qeydiyyatdan keçin və ya öz hesabınızla sayta daxil olun!
Yazarlar
Qadin.TV
Son yazılar
Maraqlıdır!
Son şərhlər
  • 05:37 - Müəllif: aliyeva gulbahar
    Xəyanətin işarələri (100)

    Xəyanətin işarələri

    Men yuzde yuz eminemki yoldasim mene xeyanet etmez cunki mene deyibki ogras zadam ele hereket eliyim? Cunki hansi kisi ozune bile bile ogras deyer
  • Kişilər niyə çirkin qadınla aldadır?

    Her bir kisi heyatinda bir defe de olsa oz xanimina xeyanet edir. Bu danilmaz faktdir. Biz qadinlarda dozumlu olmali, yoldasimizin xeyanetini hiss etdikde bele qarsisina guleruzle cixmaliyiqki belke etdiyi sehvi basa dussun. Eziz xanimlar hamimiz dozumlu ve sebirli olaq...
  • 03:32 - Müəllif: Nargiz Suleymanova
    Hava haqqında (1)

    Hava haqqında

    Istiler ne vaxta kimi olacak?
  • 01:29 - Müəllif: Zehra.
    Dəbli ziyfət donları (13)

    Dəbli ziyfət donları

    lolita,Ask Denizi:),S.N.,PrOsTa NeRgIz ♥♥♥,HAPPY SMİLE :),Təşəkkürlər məss şərhlər üçün.
  • 00:52 - Müəllif: Q
    Münasibətlərdə edilən səhvlər (12)

    Münasibətlərdə edilən səhvlər

    Canim cox lazimli xeberdir cox sag ol meleyim.
  • 00:50 - Müəllif: lolita
    Dəbli ziyfət donları (13)

    Dəbli ziyfət donları

    Vox gozeldi her biri
  • 00:49 - Müəllif: Q
    Sofiya Kovalevskaya (9)

    Sofiya Kovalevskaya

    Qısa həyatı olsa da, Sofiya Kovalevskayanın karyerası əhəmiyyətli idi. Riyaziyyat və riyazi fizika ilə bağlı sadəcə 10 məqalə yayınlamış olmasına baxmayaraq, bu məqalələrin çoxusu yeni nəzəriyyələrə təməl yaradacaq və kəşflər üçün sürət qazandıracaq xüsusiyyətdə idi Cox saq olun Ceylan xanim, təşəkkür edirəm.
  • 00:46 - Müəllif: Q
    Ürküdücü yerlər-1 (14)

    Ürküdücü yerlər-1

    Təşəkkür maraqlı və fərqli xəbər idi.
  • 00:44 - Müəllif: Q
    Dəbli ziyfət donları (13)

    Dəbli ziyfət donları

    Zovqlu secimlerdi Zehra cox beyendim.
  • 00:42 - Müəllif: Q
    Gülüş-2 (7)

    Gülüş-2

    Çox sagolun
Ən çox oxunulanlar
Ailənizin ümumi gəliri:
500 AZN-ə qədər
500-1000 AZN
1000-1500 AZN
2000-3000 AZN
5000 və ya daha çox
Sizə nə var?! )