Qreypfrut zəngin bir lif qaynağıdır. Son dərəcə faydalı olan qreypfrut başda dəri problemləri olmaqla çox dərdə dərman olan bir meyvə növüdür. Bol miqdarda C vitamini ilə yanaşı, A və B qrupu vitaminləri ilə, kalsium, kalium, maqnezium, mis, natrium və fosfor mineralları baxımından da zəngin bir meyvədir.
Keçmişdə bir çox adam acı və turş dadına görə bu meyvəni rədd edərdi. Son illərdə faydaları ortaya çıxdıqca ulduzu parladı.
Sağlamlıq üçün saysız faydaları vardır. Xüsusilə xolesterol problemi olanlar üçün ideal bir meyvədir. Hər gün bu qidanın yeyilməsi xolesterol səviyyəsini normala salmağa kömək edir . Təzə sıxılmış suyunu içmək mərkəzi sinir sistemini gücləndirir. Fiziki və zehni yorğunluğu aradan qaldırmada faydalıdır.
Aparılan son araşdırmalarda qreypfrutun lycopene və liminoids tərkibli olduğu aydınlaşıb və bu maddələrin də bir çox xərçəng növünə qarşı qoruyucu təsir göstərdiyi sübut edilmişdir.
Bu xərçəng növlərinin başında prostat xərçəngi gəlir. Bununla birlikdə ağız xərçənginin meydana gəlməsini diqqətəçarpan şəkildə azaltdığı görülmüşdür.
Qreypfrutun tərkibindəki C vitamini diş əti qanamaları olan insanlarda bu şikayəti ciddi nisbətdə azaldır. Yaranın yaxşılaşmasını sürətləndirir. İ mmun sistemi gücləndirər. Xüsusilə tərkibində olan yüksək lif qəbizliyə qarşı ən yaxşı dərmanlardan biridir.
Həzm sisteminin işini tarazlaşdırır. Siqaret düşkünü olanlarda nikotin ehtiyacını azaldır və nikotinin bədəndən atılmasını təmin edərək detoks təsiri göstərir. Gündə 1 dənə qreypfrut yeyilməsi ürək xəstəliklərini azaldır. Zərərli xolesterolu 25% azaldar, yaxşı xolesterolu 25% artırar.
İştah açar. Qaraciyərin normal işini təmin edər. Öd ifrazatını artırır. Həzmi asanlaşdırar. Sidik qovucudur. Bədəndə yığılan suyu və zəhərli tullantıları kənar edər. Qanı təmizləyər. Bağırsaqların nizamlı işinə faydalıdır. Mikrobları öldürür. İflic və qanamaları önləyər. Ağciyər və döş xəstəliklərində faydalıdır. Stressi azaldar.
Maddələr mübadiləsini sürətləndirdiyi üçün arıqlamaga da köməkçidir.
Qreypfrutun kalorisi:1 ədəd qreypfrut təxminən 50 kalori və 80 mg C vitamini tərkiblidir.
Dəri üçün çox faydalıdır. S ızanaqlara düşməndir. Antioksidan xüsusiyyəti də olan qreypfurt dərinin kolajen sintezini artırması və quruluşunu qüvvətləndirməsində güclü silahlarından biridir.
Faydaları bunlarla bitmir. Təbii tərkibli kosmetikalarda greypfrutun özündən, ətrindən və yağından istifadə edilir. Yağlı dəri və saç üçün mükəmməl bir vasitədir. Tonik, losyon, şampun və gellərin faydalarını çoxaltmaq, zənginləşdirmək məqsədilə istifadə olunur. Dərinin yaşlanma müddətini yavaşladır. Dəri problemlərini aradan qaldırır. Çünki C vitamini və kalium baxımından zəngindir. Dəmir, kalsium və digər mineralları saxlayır. Bu səbəbdən bu meyvəni mükəmməl bir dəri üçün evdə edilən maskalarda və dəri baxımında istifadə etmək məsləhətdir. Məsələn, suyu dərini ağartmaq üçün ən təsirli vasitədir. Üzündə ləkələr və çillər olanlar isə bir dilim greypfrutun suyunu pambıq köməyilə üzlərinə çəkdikdə nəticəsini qısa zamanda görəcəklər.
Praktik greypfrut maskaları:
*Qreyfrutun suyunu sıxın. Çilləri və ləkələri yox etmək məqsədiylə bu su ilə üzünüzü silin.Dəridəki məsamələr, yağlı dərilər üçün bir miqdar greypfrut suyuna bir yemək qaşığı mineral su əlavə edərək üzünüzü yuyun. Sızanaq problemləri olanlar üçün də məsləhətdir.
*Qreyfrutu kiçik dilimlərə kəsib, soyuducuya qoyun və dondurun. 5-8 dəqiqə bu buzla üz və boyunuza masaj edin. 10 dəqiqə sonra üzünüzə uyğun bir krem çəkin.
*Qreyfrut qırışlar üçün də mükəmməl bir meyvədir. 1 çay qaşığı köhnə süd, 1 çay qaşığı kök suyu və 1 çay qaşığı düyü unu ilə1 yemək qaşığı greypfrut suyunu bir qabda qarışdırın. Qarışığı 30 dəqiqə üz və boyuna çəkərək gözləyin. Daha sonra yuyun. Bu maska ​​2 həftədə bir edilməlidir.
*1 yemək qaşığı düyü unu, 1 yemək qaşığı qatıq və 2 yemək qaşığı qreypfrut suyunu qarışdırın, üzünüzə tətbiq edin. Bütün dəri tipləri üçün uyğun bir maskadır.
*Quru dəriyə sahib olanlar üçün: bir yumurta sarısını, 1 yemək qaşığı qreypfrut suyunu, 1 çay qaşığı balı qarışdırın və üzünüzə tətbiq edin.
*Dirsəklərinizdəki sərtləşmiş dəri üçün: bir dilim qreypfrutu 10 dəqiqə bu bölgədə saxlayın və sonra krem çəkin.
Diqqət ! Qreypfrutun əks təsirləri
Bəzi dərmanlardan istifadə edən xəstələrin diqqətli olması lazımdır. Çünki qreypfrut qaraciyərimizdə olan Sitokrom p450 deyilən bir fermenti tənzimləyir. Sitokrom p450 qaraciyərimizdə və bağırsağımızda xaricdən aldığımız dərmanları zərərsiz hala çevirərək bədənimizdən xaric edər.
Bu ferment normal işləmədikdə dərmanlar bədəndə yığılaraq zəhərləyici təsir göstərir. Xüsusilə xolesterol, allergiya əleyhinə, HIV müalicəsində istifadə edilən dərmanlarda, bəzi antidepresanlar və antihipertansiv istifadə edənlərin diqqətli olmalarında fayda var. Bir stəkan greypfrut suyunun içilməsi belə bu təsirə səbəb ola bilər. Qreypfrut suyunun təsirinin keçməsi üçün ən az 24 saat keçməsi lazımdır.
Həmişə sağlam və gözəl olun!
XƏBƏR LENTİ
Obama İŞİD-ə qarşı strategiyasını elan edəcək
HAVA necə olacaq?
Uçan avtomobil
3 boksçumuz finalda!
Sabahın HAVAsı
6 aya arıqlayın
Anar Eyvazov: “Sübut edilib ki, ordumuz muzdlu əcnəbilərlə mübarizə aparır”
Klaç çanta modelləri
Valideynlərə təcili kömək -5
Azərbaycanda daha 23 nəfər koronavirusdan sağaldı - RƏSMİ
"Sovetski" sakinlərinə kompensasiya verilməsi dayandırıldı
Ölənlərin sayı 1810-a çatdı
Yeni şalvar trendi
Body-art
Sərt karantinin yumşaldılmasından sonra çimərliklərdə ilk gün - VİDEOREPORTAJ
Bensu Soralın toyundan FOTOlar
İrem Derici 54 minlik əməliyyatından danışdı-FOTO
Nəqliyyatda kartlaşma ilə bağlı AÇIQLAMA
Ronaldo daha bir rekord vurdu
Bakıda növbəti dəfə geniş dezinfeksiya işləri aparılır
Şuşasız 24 il...
Yahoo! virus yayır
Cəbhədə son vəziyyət
ABŞ-dan Avro-2016 ilə bağlı terror xəbərdarlığı
“Dilmanc”dan yenilik
Pankeks (foto-resept)
Almeda Abazi yeni doğulan körpəsindən danışdı-FOTO
Çantalar
Temperatur 22 dərəcəyə yüksələcək
Zerrinin qayınatası oğlu haqqında AÇIQLAMA verdi
Günün qoroskopu:Uğurlu gündür!
Erməni əsgərin etirafı: “Vəziyyət çox pisdir” - VİDEO
İlk addımı ondan gözləyirsiniz?
Moskvanı dəhşətə gətirən sirli obyekt – Şok VİDEO
Serdar Ortaç - "GOLD & RAY" albomları
Ayağı yaralamayan ayaqqabını necə seçməli?
Prezident: "Gürcüstan Rusiya ilə əməkdaşlığın genişləndirilməsində maraqlıdır"
"Bakcell"lə "Nar" birləşir?
Günün ulduz falı
Ərdoğan Quran oxudu - VİDEO
Attestatla xarici universitetlərə qəbul olanlara BƏD XƏBƏR
Bürcünüzə görə keçmiş həyatınızda kim idiniz?
Sabah meteohəssas insanlar üçün əlverişsiz hava gözlənilir - PROQNOZ
Dünya şöhrətli fransalı məşhurlar erməni separatizminə açıq şəkildə dəstək ifadə edib
Prezident: “Dövlətin gücü bölgələrin gücündən qaynaqlanır”
BÜRCLƏR bizə nə vəd edir?-17 noyabr
"Qorxmayın, adamyeyən deyiləm"
Uşaqlarınıza öyrətməli olduğunuz 4 qayda
Azərbaycanda Neftçilər Günü qeyd edilir
İncə dodaqları necə dolğun göstərmək olar?
- ŞƏRHLƏR