Sevərik, sevilərik. Bir ocaqdan başqa bir ocağa gəlin gedərik. Bəzən də sevgisiz, ata anamızın istəyi ilə, təsəlli yığnağıyla. Qayğılı günlərimiz başlayar. Unudarıq özümüzü, qadınlığımızı. Dözümlə, səbirlə silahlanarıq, biz fədakar qadınlar.
Öladlarımız dünyaya göz açar. Bölünər, parçalanar məhəbbətimiz. İkilənər üçlənər... Analıq hissləri güc gələr. Övladlarımızın həyatını yasayarıq, biz fədakar qadınlar.
Söz-söhbətlər başlayar, kiçik bildiyimiz davalar böyüyər, itər incəliyimiz zərifliyimiz. Eşitmək istəmədiyimiz sözlərə qulaqlarımızı kar edərik. Üzümüzə dəyən şilləni sığal bilərik, tumar bilərik, biz fədakar qadınlar.
Ömür -gün yoldaşımıza həyatımızı qurban verərik. Bəzən qarşılıq görməyəndə kövrələrik, inciyərik. Gizlədərik göz yaşlarımızı, boğarıq içimizdə. Sonunda heç nə olmamış kimi davam edərik həyat yollarımıza, biz fədakar qadınlar.
Evə gec gəldiklərində pəncərə qabağında dayanıb yollarını gözləyərik. Qəzəbli baxışlarımızdan pəncərələr belə incik düşər, küskün düşər. Divarların qəlbini ağrıdar yumruqlarımız. Evə gəldiklərində dava düşməsin deyə saxta bir təbəssümlə qarşılayarıq onları biz fədakar qadınlar.
Övladlarımız böyüyər, qızlarımız başqa bir ocağa gəlin gedər, oğlanlarımız subaylığın daşını atar. Nəvələrimiz dünyaya göz açar, nənə olub nəvələrimizin həyatını yaşayarıq biz fədakar qadınlar.
Hərdən ata ocağından gətirdiyimiz cehizlərin içində köhnəlməmiş, istifadə edilməmiş tələbəlik yadigarı diplomlarımızı əlimizə alarıq. Xəyallara dalarıq. Bir anlıq ağ xalatlı həkim olarıq, müəllim olarıq ... O qədər həzin ki, o qədər kövrək ki, o qədər əl çatmaz ki. Xəyalların qanadlarından enərik, özümüzə qayıdarıq və üşüyərik dörd divarın soyuqluğunda, biz fədakar qadınlar.
İllər keçər, yaşlanarıq, qocalarıq, keçmişimizə boylanarıq. Acı bir təbəssümlə əl eyləyər incəliyimiz, zərifliyimiz, qadınlığımız. Gecikmiş qadınlığımız. Qayğıların yükündə boğulan, əzilən, kiçilən və sonunda ölən qadınlığımız......
Müəllif: Nəcibə Vüsal
Bənzər xəbərlər...
XƏBƏR LENTİ
"Bax, o qadın özü barədə nə fikirdədi?.."
İctimai iaşə müəssisələrində xidmət vaxtı üç saata endirildi - RƏSMİ
2019-un ən dəbli qadını seçildi
Qeyri-adi klaç çantalar
Erməni bayrağını belə endirdik (VİDEO)
Asan tort (foto resept)
Şokoladlı dondurma (foto resept)
Azərbaycanda zəlzələ
İncə telli saçları necə həcmli etmək olar?
Alina Kabayevanın əkizləri doğuldu
65 yaşlı kişinin bu addımı hər kəsi TƏƏCCÜBLƏNDİRDİ-FOTO
Ölkədə internetə tətbiq olunan məhdudlaşdırma aradan qaldırılır - RƏSMİ
Burak Enginlə salamlaşmadı-FOTO
Google-dan təqaüd qazanan Murat Çiçek
Tarixi şəxsiyyətlərdən qısa dialoqlar
Fahriye Burak Özçviti belə təbrik etdi-FOTO
Geyim kombinasiyaları
Uşaq ensiklopediyası (17)
82 yaşlı ulduz estetik əməliyyatlardan imtina etdi-FOTO
Arıqladan qidalarla həyatdan zövq alın
Bengü qızı üçün paylaşdı-FOTO
Qarın yağlarını əritməyə kömək edən ərzaqlar
Arıqlamaq üçün edilən hərəkətlərin texnikası
Evdə saç rəngini açmaq üçün 2 təbii üsul
Hamilə olduğunu düşünürdü əslində isə 18 kq-lıq...-FOTO
Kakaolu, şokolad souslu "Napoleon" tortu (foto resept)
Saç modelləri - 2013
Erməni ordusunun itkiləri gizlədilir
Bu pişik milyonları heyrətləndirdi - FOTO
Antiutopiyanın bir addımlığında
Bakı Polisindən nəzarət tədbirləri ilə bağlı VACİB AÇIQLAMA
Şokoladlı tort (foto resept)
Facebook-da şərhlərdən şikayət olacaq
Mətbəx dizaynı
Meyvəli piroq (foto resept)
Nemət Pənahlı sərbəst buraxıldı
Hakan Şükür Azərbaycan xalqına başsağlığı verdi
Paytaxtda sakinlər ölüm yolu ilə çarpışırlar
Bir öskürək 35 min dollara başa gəldi - FOTO/VİDEO
"Ağıllı lövhə"lərin şagirdlərin sağlamlığı baxımından şübhə doğurduğu məqamlar
Səhər qaçışına ac, yoxsa tox çıxmalı?
Kərəmin yarıçılpaq fotosu gündəm oldu
Təhlükəli asteroidlər Yerə yaxınlaşır - Dekabrın 25-də... - VİDEO
Azərbaycanlı qızın bu görüntüsü dünyada İZLƏNMƏ REKORDU QIRDI - VİDEO
Bu gündən İCAZƏ VERİLDİ - Şəxsiyyət vəsiqələri ilə bağlı YENİLİK
Simptomsuz koronavirus daşıyıcılarının sirri məlum oldu
Parlaq dərinin sirri
Gülbən Ergendən bəyənilən FOTO
Hər qadının qarderobunda olmalı ayaqqabılar
Mehriban Əliyeva: “Heydər Əliyev Fondu Qarabağ torpağında dini abidələrimizin bərpası üzrə layihəyə başlayır”
- ŞƏRHLƏR