Gözlərin mikro hərəkətləri
Müəyyən obyektə baxarkən göz onun cizgiləri üzrə saniyədə 2-5 dəfə tezlikli müntəzəm sıçrayışlar edir. Özü də müşahidələrin göstərdiyi kimi mətni oxuyarkən belə sıçrayışlar bir sətir boyunca saniyədə 3-4 dəfə edilir.
Əksər insanlar oxu zamanı baxışın sətirlər boyunca bərabər şəkildə gəzdiyini hesab edərək yanılırlar. Əslində belə deyil. Oxu zamanı gözlər sıçrayışa bənzər hərəkətlər edir, hər sətirdə yalnız iki-üç yerdə dayanır. Bundan başqa görmə analizatoru istənilən təsvirdən, o cümlədən mətndən yalnız informativ hissəni çıxarır, yəni təsviri bir yerdən (torlu qişadan) başqa yerə (beyinə) olduğu kimi köçürür. Görmə sinirinin 1 milyondan çox təcrid olunmuş lifi var, buna görə də göz mürəkkəb bir cihaz kimi seçici işləyir. İnsan gözünün torlu qişasını və onunla genetik olaraq bağlı olan baş beyin qabığının görmə matrisasının şəbəkələrini hesablama sisteınləri ilə müqayisə etmək maraqlı olardı. Kəmiyyət baxımından bu müqayisə göstərir ki, torlu qişa (millisaniyə intervalları ilə paralel olaraq fəaliyyət göstərən ünsürlərinə görə) 70 m2 ərazini əhatə edən və 4 t ağırlığında mürəkkəb elektron təchizatdan istifadə edən müasir rəqəmsal hesablama sisteminə ekvivalent iş yerinə yetirir. Fiziki baxımdan isə məlum olduğu kimi torlu qişanın həcmi 12 sm2*0,01 sm, çəkisi isə təxminən 100 mq-dır. Bu rəqəmlər bioloji mikrominiatürləşmənin səviyyəsini və görmə sisteminə çatan informasiyanın emalı zamanı enerji qənaətinin dərəcəsini xarakterizə edir.
Gözlərin hərəkətinin parametrləri
Gözlərin hərəkətinin rasional texnikasını üzə çıxarmaq üçün sürətlə oxuyan insanla ləng oxuyan insanın gözlərinin necə hərəkət etdiyinə baxaq. Xüsusi aparat oxu zamanı gözlərin hərəkətini ətraflı tədqiq etməyə imkan verir. Sınaqdan keçirilən şəxs maili panel üzərinə qoyulmuş sınaq mətnini oxuyur. Eyni vaxtda gözdə əks olunan işıq şüaları hərəkət edən kinolentdə təsbit edilir. Sınaq mətnlərinin oxunması zamanı gözlərin hərəkətinin qeydə alınması 50 sözdən ibarət beş sətirlik mətnin ləng oxunması zamanı baxışın hərəkəti ilə eyni müddət ərzində 700 sözdən ibarət iki səhifəlik mətnin sürətlə oxunması arasındakı fərq mövcuddur.
Sovet tədqiqatçısı A.L.Yarbus gözlərin hərəkətinin tədqiqinə dair kompleks işlər görüb. Onun işləyib hazırladığı metodika göz almasının səthinə bərkidilən, güzgüsü olan xüsusi rezin sorucu başlığın köməyilə müxtəlif təfəkkür fəaliyyətləri zamanı gözlərin hərəkətinin xüsusiyyətlərini təsbit etməyə imkan verir.
Gözlərin hərəkətinin tədqiq edilməsi psixofiziklərin, fizioloqların, psixoloqların və neyrokibernetika sahəsinin mütəxəssislərinin diqqət mərkəzindədir.Mütəxəssislərin araşdırmalarının təhlili göstərir ki, oxunun sürətini artırmaq üçün bunları etmək lazımdır: gözlərin təsbitinin sayımı və onların müddətini azaltmaq, bir təsbitlə qavranılan sözlərin sayının artırmaq, reqressiyaların sayını azaltmaq.
Görünür, bu tələblər elə oxu texnikasına cavab verəcək ki, bu zaman oxucunun gözləri səhifənin ortasından çəkilmiş, cüzi olaraq sağda və solda kənara çıxmaları olan xəyali xətt üzrə şaquli olaraq yuxarıdan-aşağıya hərəkət etsin. Ənənəvi ləng oxu zamanı gözlər səhifənin sətirləri boyunca soldan-sağa bərabər şəkildə hərəkət edir və hər sətrin sonunda yenidən növbəti sətrin əvvəlinə keçir. Sürətli oxu zamanı isə gözlərin hərəkəti daha qənaətcildir, çünki gözlər bütün səhifədə qısa yolla düz xətt üzrə gəzir.
XƏBƏR LENTİ
Gəlinlik gül dəstələri
Ömür yolu
Azərbaycana pul axacaq
Böyük sülhə 2 gün qaldı, amma ...
Serdar Ortaç kitab yazır!
Manikürdə yarım ay trendi
2017-ci ilin ən çox istifadə edilən sırğaları
"Miss Universe" iştirakçılarının milli kostyumları
Beyonsu lağa qoydular - SƏBƏB
Bu illər hara getdi?
Mənzil almaq istəyənləri sevindirəcək xəbər
Dörd hərbi qulluqçu həbs olundu - RƏSMİ
Antidepressantların uşaqlara faydaları və zərərləri
Bu şəklə görə İraq gözəlinin ailəsini ölkədən qovdular - FOTO
İlham Əliyev Azərbaycan xalqını təbrik etdi
İrin yuvası
“Bütün günahlar Rusiyadadır”
SSRİ-nin 10 dəhşətli sirri
Kağızdan hazırlanmış donlar
İrəvandan geriyə addım
Abdulla və Mulan: dünyanın ən qəribə dostluğu
Xalq artisti Ofelya Sənani xəstəxanaya yerləşdirilib - İnfarkt keçirdi
Britni Spirs izləyicilərinə etiraf etdi
Qardaş qısqanclığı
12 noyabr-Konstitusiya günüdür!
1 iyun Uşaqların beynəlxalq müdafiəsi günüdür
Əgər əlillər işləmək istəsələr...
Bu ilin ən yaşlı tələbəsi - 10 ildir imtahan verir-VİDEO
Xanımlar üçün müxtəlif geyimlər
Ağ pendirli pomidor (foto resept)
Gorusdan Azərbaycan əraziləri yenidən raket atəşinə tutuldu - RƏSMİ
Samsung ucuz Galaxy J1 göstərdi
Can Yaman Etiraf Etdi
"Kokostar" keksləri (şəkər xəstələri üçün)
Hormonlu qidalara diqqət
Kremlə iyunadək vaxt verildi
Saç boyası tələbənin başını “şara” çevirdi - FOTO
Kaktus bizi radiasiyadan qorumur
Nazirlik cəbhədəki vəziyyətə görə tədrisin təşkili ilə bağlı əhaliyə müraciət etdi
Yaşları ilə görünüşləri üst-üstə düşməyən məşhurlar
Ərimin arvadları…
Şahzadənin nişanlısı dəb reytinqində eltisini KÖLGƏDƏ QOYDU - FOTO
HAVA necə olacaq?
Birinci vitse-prezident Mehriban Əliyeva Dünya Tibbi Hüquq Assosiasiyasının 50 illik Qızıl yubiley mükafatına və fəxri diplomuna layiq görülüb
Kseniya Sobçak boşandı-SƏBƏB
Vəzəri və keşniş haqqında bilmədiklərimiz
Serdar Ortaç Xloye haqqında AÇIQLAMA verdi
200 kaloridən az olan 2 sağlam smoothie
Bu avtobuslarda gediş haqqı aşağı salındı - RƏSMİ
Azərbaycanda 8 müəssisə açılacaq - 1600 yeni iş yeri
- ŞƏRHLƏR