Alimlər atasına bənzəyən uşaqların daha sağlam olduqlarını qeyd edib. Və bu təkcə genetika ilə əlaqəli deyil...
Uşağın tərbiyəsi prosesində atanın rolu əsasən itirilir: onun ikinci dərəcəli funksiyaları yerinə yetirdiyi və əsas vəzifəsinin ailənin maddi rifahını təmin etməsi olduğuna inanılır.
Amerikalı psixoloqlar 715 ailəni araşdırıb və maraqlı nümunələr tapıb. Tədqiqat nəticəsində məlum olub ki, atalar onlara bənzəyən övladları ilə digər qohumlara bənzəyənlərə nisbətən orta hesabla ayda 2 gün daha çox vaxt keçirib. Bu da körpələrin sağlamlığına təsir edib: birincilərin astma hücumlarına məruz qalma ehtimalı az olub və il ərzində onların ümumi vəziyyəti 10% yaxşılaşıb.
Mütəxəssislər bunun böyük ölçüdə təkamül nəzəriyyəsi ilə əlaqəli olduğunu irəli sürür, odur ki, övladları ilə daha güclü genetik əlaqəsi olan valideynlər onların firavan və sağlam gələcək şanslarını artırır.
Xüsusi olaraq kişilərə gəldikdə, atalıqlarından əmin olmayanlar, uşağın onlara bənzədiyini gördükdən sonra fikirlərini dəyişir. Kişilər bundan sonra vaxtını, enerjisini uşağın sağlamlığı və rifahı üçün investisiya qoymağa hazır olur. Heç vaxt özlərinə xarici bənzərlik tapa bilməyən atalarsa bu cür "investisiya" nın faydasız olduğuna əmin olduğundan uşaqları uğrunda özlərini qurban verməyə çalışmır.
Uşağına bənzərliyi görən atalar daha inamlıdır və körpə ilə daha çox vaxt keçirirlər. Düzdür, bu təsir böyük ailələrdə yaşayan uşaqlara aid deyil.
Tədqiqatın müəlliflərindən biri professor Solomon Polaçekin sözlərinə görə, buradan belə qənaətə gəlirik ki, uşaq nə qədər atasına bənzəyirsə, o qədər də sağlam olacaq. Körpənin valideyni ilə çox vaxt keçirməsi onun bütün ehtiyaclarını izləmək üçün daha çox imkan verir. Dolayısı ilə atanın uşağına həsr etdiyi əlavə gün onun gələcək sağlamlığına bir növ töhfədir.
Polaçek və həmkarlarının sözlərinə görə, tapdıqları nəticələr gələcək nəslin tərbiyəsində ata iştirakının roluna yeni işıq saldı, xüsusən kövrək və tək valideynli ailələrdə. Ataların uşaqları ilə çox vaxt keçirməsi ailənin maddi ehtiyacları barədə daha yaxşı məlumatlandırmanı təmin edir.
Aytən Məftun (publika.az)
XƏBƏR LENTİ
Subay pilotlara iş olmayacaq
Novruz bayramında bir həftə iş olmayacaq
Qar yağacaq
Türkiyə Milli Təhlükəsizlik Şurası: “Ermənistan işğal altındakı Azərbaycan torpaqlarını tərk etməlidir”
Fotomontaj deyil
Qarpız naxışlı peçenye (foto resept)
Düşmən seçimini etdi - MÜHARİBƏ
Xavi "Barsa"dan gedə bilər
23 yaşlı qız hər kəsi TƏƏCCÜBLƏNDİRDİ-FOTO
Bakıda “Beşiktaş”ın mağazası açılacaq?
Sensasion iddia: Ebola Bakıya onlarla gələ bilər
Düşmənin yüksək rütbəli zabiti məhv edildi - RƏSMİ
İçdiyimiz su təhlükə mənbəyidir
8 günlük qeyri-iş günləri ilə bağlı daha bir önəmli AÇIQLAMA
Tovuzun ən yaşlı nənəsinin uzunömürlülüyünün sirri nədədir?
Bülent Ərsoydan GÖZLƏNİLMƏZ HƏRƏKƏT-FOTO
Dabandakı çatlaqlar üçün krem
Kəlbəcər rayonunun Allıkənd kəndindən görüntülər – VİDEO
Xüsusi karantin rejimi sərtləşdirilə və uzadıla bilər - RƏSMİ AÇIQLAMA + VİDEO
Yeni ildə dünya əhalisinin sayı 7,444 milyard nəfərə çatacaq
İnternet divanəsi olan 10 ölkə
Manatın MƏZƏNNƏSİ
Soyuqdəymə ilə necə mübarizə aparmalı?
Güləşçimiz ikiqat dünya çempionu oldu
Hind qozlu peçenye (foto resept)
Qadınların istifadə etdiyi 9 təhlükəli cümlə
Nağıl kimi təbiət mənzərələri
İlk dərs günü hava belə olacaq
Dünyanın ən kök qadını öldü - FOTO
Hollivud ulduzları karantində “İmagine” ifa etdilər
Daha bir azərbaycanlı zəvvar dünyasını dəyişib
Donald və Melani Tramp Yeni il partisi verdi-FOTO
Mükafat sahibi sənətkardan gözəl şəkillər
Azərbaycan ərazisində hərbi vəziyyət elan olunub
Qanlı yanvarın təşkilatçısı "arzuolunmaz şəxs" elan edildi
Android-də təhlükəli virus yayılır
Rəssamın sevgi dolu rəsmləri
Hande Ataizi sevgilisi ilə dalaşdı
2018-ci ildə üçüncü analoji hadisə olacaq
Yaşıl mərcili ispanaq yeməyi (foto-resept)
Ermənilər sülhməramlıların onları Xudavəngə buraxmamasına görə hakimiyyəti ittiham etdilər - VİDEO
Beyaz reklam filmindən 4,5 milyon qazanacaq
Tarkanın 4 aylıq qızına bahalı təklif
WhatsApp yeni rejim işə düşəcək
Rəngarəng qablar
Xəzər rayonunda bu yollar bağlandı
Nobel Kanadaya getdi
Kütləvi yoluxmaların əsas səbəbi açıqlandı - RƏSMİ
"Frey Wille" kolleksiyası
Düşüncənin riyazi dili - Həqiqət
- ŞƏRHLƏR