Məhbus şeirlər
Varaq varaq yazıldınız.
Oxunmamış cırıldınız.
Bir kənara atıldınız,
Mənim məhbus şeirlərim.
Azadlığa çıxın daha,
Üsyan edin günahkara.
Pərvazlanıb uçun daha,
Mənim məhbus şeirlərim.
Könüllərə yol eyləyin,
Dillərə dastan eyləyin.
Məni də azad eyləyin,
Mənim məhbus şeirlərim.
Tənha evlər ağlayır
Tənha evlər ağlayır,
Deməyin ki, daş-divardır.
Onların da qəlbi vardır.
Yalqızlığın yatağında,
Sakitliyin qucağında
Gecələr gizlin-gizlin
Tənha evlər ağlayır.
Bu evlərin ocağı var, istisi yox,
Bu evlərin bacası var, tüstüsü yox.
Ümüd üçün azca belə bir közü yox,
Deməyin ki, daş divardır
Onların da qəlbi vardır.
Ağacında çiçək açar boynu bükük,
Bağçasında güllər açar boynu bükük.
Boynu bükük bənövşəsi,
Olub bir də bükük-bükük.
Təndirinin ağzı bağlı,
Bu evlərin qapısı bağlı,
Deməyin ki, daş divardır.
Onların da qəlbi vardır.
Bu evləri bircə dəfə yada salın,
O paslanmış qıfıllara açar salın.
Bu evlər də ocaq istər.
Məhəbbətlə acılmış bir qucaq istər.
Deməyin ki, daş divardır
Onların da qəlbi vardır.
Yalqızlığın yatağında
Sakitliyin qucağında
Gecələr gizlin-gizlin,
Tənha evlər ağlayır.
Anama məktub
Gözəl, mehriban anam,
Sabahin xeyir olsun.
Gözəl gözlərin gülsün,
Hər günün aydın olsun.
Elə çox uzaqdasan,
Hər gün gələ bilmirəm.
Hər gün görə bilmirəm.
Balaca uşaq təkin
Nazin çəkə bilmirəm.
Əlim əlinə çatmır.
Səsim səsinə çatmır.
Axı çox qocalmısan,
Sənə köməyim çatmır.
Kaş yanımda olaydın,
Ağarmış saçlarına
Hər gün sığal çəkərdim.
Hər gün tumar çəkərdim,
Öpərdim, qoxlayardım,
Nəfəsimə çəkərdim.
Qabarlı əllərini
Ovuclarım içində
Ürəyimə çəkərdim.
Bilirəm ki, yenə də,
Hər qapı döyüləndə,
Həyətə boylanırsan.
Gələnlərin içində,
Sən bizi axtarırsan.
Bağışla ki, anacan
Hər gün gələ bilmirəm.
Hər gün görə bilmirəm.
Balaca uşaq təkin,
Nazın çəkə bilmirəm.
Müəllif: Nəcibə Vüsal
XƏBƏR LENTİ
Günün qoroskopu: sizi təxribata çəkənlərlə belə, münaqişə etməyin
Şahzadə ölkəni şoka saldı
Hande anasından danışdı-FOTO
Hava haqqında - 06.04.2014
Neslihan və Kadir Doğulunun İsveçrə tətili Diqqət Çəkdi
Yadplanetlilər Türkiyəni basdı
"Ağ şəhzadə" tortu (foto resept)
“Qara qızıl” kəskin bahalaşdı
Kişilərdə cinsi istəksizliyin səbəbləri
Qadın.Net-lilərin ilk məktəb həyəcanı...
Azərbaycanda zəlzələ
Brabus-dan kabriolet Mercedes
Ece Seçkinin 600 minlik hədiyyəsi-FOTO
Ayaqqabı və çantalar
Qarğıdalı salatı (foto resept)
Xanımlar üçün pijama modelləri
Rus Dili dərs-11
İkinci uşağa sahib olmağı düşünürsünüzsə, bunları nəzərə alın!
Uçan Motosiklet təqdim olundu-FOTO
Aleyna 158 minə avtomobil aldı-FOTO
Məşhur müğənni PULSUZLUQDAN ŞİKAYƏT ETDİ
Yağıntılı havalar meyvə ağaclarına hansı təsiri göstərib?
Tələbə və pensiyaçılar üçün ictimai nəqliyyat güzəştli OLA BİLƏR
Təhsil Nazirliyindən YENİLİK: “Dərs vaxtı” proqramında “Virtual məktəb” dərsləri
Pazllar ("Barboskinlər")
Rəngarəng çantalar(2)
Pekində 42 illik rekord yeniləndi
Uşaqlarda diş baxımı
Yol Polisi qəfil reyd keçirdi
Azərbaycanın ən uzunömürlü seçicisi səs verib
MTN-də gözlənilməz təyinat - Prezident sərəncam verdi
Ailə mübahisəsinə son
BÜRCLƏR bizə nə vəd edir? - 16 mart
65 il bir yerdə yaşayan ər-arvad eyni gündə öldü
Xocalı faciəsi Avropa Parlamentində
64 -cü Kann film festivalı
Bakı metrosunda bayram ab-havası-FOTO
Uşaqları onurğa əyriliyindən qorumağın yolları
Kolonoskopiya haqqında
Bakıda nəyə görə addımbaşı dayanacaq var?
Ceyda sevənlərini TƏƏCCÜBLƏNDİRDİ-FOTO
25 yaşından sonra niyə kökəlirik?
İlham Əliyev OPEC-lə zarafat etdi
Azərbaycan ciddi seçim qarşısında qalıb.
16 kameralı smartfon gəlir
Prezidentin köməkçisindən karantin rejimi ilə bağlı MÜHÜM AÇIQLAMA: “Mayın 31-dən sonra...” - VİDEO
Facebook-da alver etmək olacaq
Ən yaşlı qəzet internetə keçir.
Bu ilin ilk Ay tutulması başladı
Kişilər sırqa taxmalıdırmı?
- ŞƏRHLƏR