Məhbus şeirlər
Varaq varaq yazıldınız.
Oxunmamış cırıldınız.
Bir kənara atıldınız,
Mənim məhbus şeirlərim.
Azadlığa çıxın daha,
Üsyan edin günahkara.
Pərvazlanıb uçun daha,
Mənim məhbus şeirlərim.
Könüllərə yol eyləyin,
Dillərə dastan eyləyin.
Məni də azad eyləyin,
Mənim məhbus şeirlərim.
Tənha evlər ağlayır
Tənha evlər ağlayır,
Deməyin ki, daş-divardır.
Onların da qəlbi vardır.
Yalqızlığın yatağında,
Sakitliyin qucağında
Gecələr gizlin-gizlin
Tənha evlər ağlayır.
Bu evlərin ocağı var, istisi yox,
Bu evlərin bacası var, tüstüsü yox.
Ümüd üçün azca belə bir közü yox,
Deməyin ki, daş divardır
Onların da qəlbi vardır.
Ağacında çiçək açar boynu bükük,
Bağçasında güllər açar boynu bükük.
Boynu bükük bənövşəsi,
Olub bir də bükük-bükük.
Təndirinin ağzı bağlı,
Bu evlərin qapısı bağlı,
Deməyin ki, daş divardır.
Onların da qəlbi vardır.
Bu evləri bircə dəfə yada salın,
O paslanmış qıfıllara açar salın.
Bu evlər də ocaq istər.
Məhəbbətlə acılmış bir qucaq istər.
Deməyin ki, daş divardır
Onların da qəlbi vardır.
Yalqızlığın yatağında
Sakitliyin qucağında
Gecələr gizlin-gizlin,
Tənha evlər ağlayır.
Anama məktub
Gözəl, mehriban anam,
Sabahin xeyir olsun.
Gözəl gözlərin gülsün,
Hər günün aydın olsun.
Elə çox uzaqdasan,
Hər gün gələ bilmirəm.
Hər gün görə bilmirəm.
Balaca uşaq təkin
Nazin çəkə bilmirəm.
Əlim əlinə çatmır.
Səsim səsinə çatmır.
Axı çox qocalmısan,
Sənə köməyim çatmır.
Kaş yanımda olaydın,
Ağarmış saçlarına
Hər gün sığal çəkərdim.
Hər gün tumar çəkərdim,
Öpərdim, qoxlayardım,
Nəfəsimə çəkərdim.
Qabarlı əllərini
Ovuclarım içində
Ürəyimə çəkərdim.
Bilirəm ki, yenə də,
Hər qapı döyüləndə,
Həyətə boylanırsan.
Gələnlərin içində,
Sən bizi axtarırsan.
Bağışla ki, anacan
Hər gün gələ bilmirəm.
Hər gün görə bilmirəm.
Balaca uşaq təkin,
Nazın çəkə bilmirəm.
Müəllif: Nəcibə Vüsal
XƏBƏR LENTİ
1 həftəyə saç uzadan üsul
Oruc tutanların DİQQƏTİNƏ: mütəxəssislər XƏBƏRDARLIQ EDİR
Qardaşını kabusa çevirdi
Böyüklərə hörmət qalıbmı?
Günəş enerjisi ilə ilk qitələrarası səyahət
Uşaqların zehni inkişafını gücləndirən 4 ərzaq
COVID-19 statistikası: Ən çox ölüm bu yaş aralığındadır
“Armani” brendi tibbi xalat istehsalına keçdi
Bütün dünyanı metro birləşdirəcək?
İnsan: ana bətninə düşəndən doğulduğu günədək
Metroda qəflətən yuxu güc gələndə
Günün qoroskopu: kim olduğunu bilmək istəyirsənsə sevdiklərinə bax
Uzun kirpiklər üçün nə etməli?
Üzən evlər
Kolleclərə tələbə qəbulu başladı
Düşmən Xankəndidə yaşamaq ümidini itirir: Ermənilər evlərini “su qiymətinə” satışa çıxarırlar
Bakıda anomal şaxtalar gözlənilir
Fərqli yeni il ağacları
Qəbul və buraxılış imtahanlarında balların hesablanma qaydası açıqlandı
Hamilə qadınlarda dəmir mübadiləsi
Sağlam münasibət üçün tövsiyələr
Neft quyusu təmir olundu və...
Gələcəkdən gələnən Nuh hər kəsi QORXUTDU-FOTO
Ağ evdə "erməni soyqırımı"nı "əks etdirən" xalça sərgilənməyə başladı
Gündəlik geyim nümunələri
Hələ ki, biz onu məhv edirik...
Səhər yeməyi üçün fındıq əzməsi (foto-resept)
Martda istirahət günü ilə iş gününün yeri dəyişdirildi
Bitkilərin əsir aldığı binalar
Əliyev və xanımı “Şahdağ”da
Dırnaqlarımız sağlamlığımızın xəbərçisidir
Mətbəx əşyaları (2)
Dünyanın ən varlı adamları Londonda yaşamağa üstünlük verirlər
Yeni binaların satışı bankla olacaq
Koçaryan yenidən hakim qarşısına çıxarılır
Hava xəbərdarlığı edildi
Qovunlu dondurma (foto-resept)
Masallıda İİV və QİÇS mövzusunda maarifləndirici tədbir keçirilib
Avropada vahid baza yaradılacaq
Melisa Aslı Pomuk ərə gedir
Disney şəhzadələri bu günün trend geyimlərində
Qurtuluş günü ilə əlaqədar milli parklarda "AÇIQ QAPI" günüdür
Soğanlı peçenye (foto resept)
"Sovetski" sakinlərinə şad xəbər
Xırdalanda partlayışın səbəbi bəlli oldu - YENİLƏNİB
Qarakənd üzərindəki vertolyot faciəsi
Barak Obama sevdiyi serialdan və qızlarından danışdı
Bürclərin romantiklik dərəcəsi (2)
Günün qoroskopu:Səfər etməyin!
Səhiyyə sahəsi üzrə bəzi xərclərin maliyyələşdirilməsi prinsipi dəyişdirilir
- ŞƏRHLƏR