Bakıda hava
USD AZN
EUR AZN
14:45Nermin_Guler Hamiya salam necəsiz
41603

Daşıya bilmirəm

       Daşıya bilmirəm

 Bərk  xəzri  əsirdi. Səsi aləmi başına götürmüşdü. Küçələrdə  gücü  çatan nə vardısa qarşısına  alıb aparırdı. Axşamüstünün bu xəzrisində Günel də qaçırdı.  Deyəsən ayağı  yalın idi. Darvazadan necə  çıxmışdısa bir gözü arxada qaçırdı. Əynində  qırmızı ev xalatı idi. Sanki indi  kiminsə  onun arxasınca  gələcəyindən və onu  yolun  yarısında tutub geri  qaytaracağından qorxurdu. Külək  saçlarını  dağıdıb, üzünə -gözünə vururdu.Bir qədər  qaçmışdı, amma  gözü arxada   idi. Günel küləyin istiqamətində qaçmırdı, əks istiqamətdə qaçırdı,  külək də bir tərəfdən qaçmasına mane olurdu, sanki, onu geri qaytarmağa  çalışırdı.  Günel bir də arxaya çevrilib  baxdıqda  qızının darvazadan  çıxaraq ona tərəf  ağlayaraq  qaçdığını gördü. Günel durmadan  qaçaraq, "tez gəl "-deyə  uşağı çağırırdı. Uşaq ananın arxasınca qaçırdı. Darvazadan  yenə də bir uşaq  ağlaya-ağlaya  çıxdı  və o da  anasının arxasınca  qaçmağa başladı. Uşaqlar  analarının arxasınca  qışqırır, ağlayır, ona çatmağa  çalışırdılar, külək də bir tərəfdən aman vermirdi. Uşaqlar  sanki qaça bilmirdilər,  amma  üzü küləyə  bir qədər getmişdilər ki,  darvazadan  daha biri, bu dəfə  yekəpər bir kişi  çıxaraq  uşaqların arxasınca qaçmağa başladı. Ana ürəyi dözmədi, geriyə qayıtdı, tələsik  ona yaxın olan böyük uşağı qucağına aldı, kiçik uşağı da  götürmək istəyirdi , amma  mümkün olmadı, yekəpər artıq kiçik uşağa çatmışdı, uşaqlar ikisi də ağlayırdı, Günel daha  kiçik uşağı götürə bilmədi,  bircə qıznı qucağına ala bildi  və qaçmağa  başladı.

"Qayıt! - deyə yekəpər  qışqırırdı- yoxsa uşağı verməyəcəyəm". Ananın  isə qızına  gücü çatmadığından  uşağı yerə qoyub əlindən tutdu və  durmadan  qızı ilə  bərabər qaçmağa başladılar. Uşaq qaça bilmirdi, ana sanki uşağı arxasınca  sürüyürdaü. Geri qayıda bilməzdi, qayıtsa yəqin ki,  yekəpər onu döyəcəkdi. Kiçik uşaq ağlayır, anasını istəyirdi. Ana isə daha  geri baxmırdı, qaçırdı, ayağı tutduqca qaçırdı. Yekəpər də bir xeyli  onların  arxasınca qaçdı, amma  Günelə çata bilməyəcəyini düşünüb kiçik uşaqla birgə geri qayıtdı.

    Günel birtəhər  özünü  atası evinə  çatdırdı. Üzü küləyə qaçdığından bərk təngnəfəs olmuşdu. İçəri  girər-girməz elə qapıdaca anasının  sual dolu nəzərləri  ona dikildi.  Ana sanki deyirdi: "Yenə nə olub?". Günel  uşağın əlini buraxıb  içəri otağa keçdi, özünü  çarpayıya yıxaraq  gücü çatdıqca hönkürməyə başladı. Küləklə çarpışdığından, yoxsa , ərinin  onu yolun ortasında  yaxalayacağından  belə bərk qorxub  ağlayırdı, ya  zərif çiyinlərnin  bu tale yükünü  daşıya bilmədiyindən  ağlayırdı, bircə onu bilmirdi, amma  ağlayırdı.

Artıq  anası da yanında idi. Başının üstündə oturub qabarlı əllərini  Günelin  saçlarında gəzdirirdi:

-Ağlama qızım, ağlama...

  Ana  qızına  həyat yoldaşı seçimində yanılmışdı. Bir zamanlar  qızı  barəsində qurduğu  o gözəl xəyalları deyəsən bir-bir  puça çıxırdı.

- Ana, yoxsa  talelərimiz  təkrar olur. Bu nədir, ana, sənin yaşadıqlarını  mən də deyəsən  yenidən çəkirəm. Mən bu yükü  daşıya bilmərəm , ana. Sənin qatlaşdığın əziyyətlərə  mən qatlaşa bilmərəm, ana. Amma  ona da  dözə bilmirəm artıq. Nə üzə bilmirəm, nə dözə bilmirəm-  deyərək içini çəkdi. Ana Güneli dinləyir, amma  heç nə deyə bilmirdi.  O , nəvəsinə  yeməyə bir şey hazırlamaq üçün mətbəxə keçdi. 

Daşıya bilmirəm

   Hava qaralmışdı, amma külək hələ də kəsməmişdi. Günel çarpayıdan qalxmaq istəmirdi, elə buradaca yatıb, yuxusuyla  bu dünyaya  əlvida demək istəyirdi. Bu zaman  qızı  da  anasının  yanına  gəldi . Uşaq  deyəsən yatmaq istəyirdi, anasının  qucağına  girdi. Günel qızını  bərk-bərk qucaqladı, gözlərində  həyat eşqi  yenidən  yanmağa başladı  və  yenə kövrəldi, gözləri doldu. Günelin anası ondan xəbərsiz  yenə başının üstündə durmuşdu, qızı ilə nəvəsinə baxırdı.

Günel hiss etdi, hiss etdi ki, anası başının üstündə durub:

-Ana, yanımızda uzan.

Ana qızının  çarpayısında  oturdu

-Ana, bizə layla oxu, mən uşaq ikən oxuduğun laylanı.

Ana  dolmuşdu ,qəhər onu boğurdu, amma  oxumaya bilməzdi ,ürəyi dolu idi  və ana  iki  əziz övladına lay-lay oxumağa başladı.Eləcə qızının telinə sığal  çəkə-çəkə  həzin səslə oxuyurdu. Uşaq  bu şirin avazın təsirindən yuxuya getmişdi, ana və qızı isə yata bilmirdi. Günel özünü yatmış kimi göstərirdi, amma  yata bimirdi.Sadəcə gözlərini yummuşdu.

Ana fikirləşirdi, ərim ya oğlum olsaydı, bəlkə qızımın  başına  bu işlər gəlməzdi. Günel də gözləri yumulu eyni şeyləri fikirləşirdi, atam  ya qardaşım olsaydı bəlkə ərim onlardan  çəkinərdi. Hər ikisi eyni  şeyləri düşünürdü, bir-birindən xəbərsiz.

Artıq səhər açılırdı. Günel oyananda  anasını başının üstündə görmədi.

Yerindən qalxdı, üstünü-başını səliqəyə saldı, əl-üzünü yuyub, saçına  daraq  çəkdi. Gəlib  hələ də yatmış qızına baxmağa başladı, oyatmaq istəyirdi və sakitcə qızını çağırmağa başladı, bu zaman  anası içəri girdi:

-Ay qızım, niyə oyadırsan, qoy yatıb.

-Yox ana, oyatmalıyam, gedirəm.

-Hara, qızım?

-Evimə gedirəm ,ana. 

- Axı...

-Yox, ana, oğlumsuz  dözə bilmirəm. Uşaq atasının yanında qaldı, bu gecə necə yatdı, necə yedi bilmədim. Bir az xəstə idi, bəlkə də gecə üstüaçıq qalıb, yenidən soyuqlayar, dözə bilmərəm, ana, oğlumsuz  dözə bilmərəm...

Qızını oyatdı, çarpayıdan düşürdü, səliqə ilə saçlarını darayıb sonra da  hördü. Və əlindən tutub həyətə çıxdılar, Günel qapıdan ayağına bir şey geyib, ata həyətindən çıxaraq  öz evinə sarı üz tutdu. Dünəndən əsən külək hələ də kəsmək bilmirdi.Dünən Güneli  geriyə qovan külək, indi onu evinə aparırdı. Bu dəfə Günelə rahat  idi, axı külək onu  öz istiqamətində aparırdı, evinə doğru. Yol boyu  nələr düşündü, nələr. Güneli qorxudan taleyin amansız  küləkləri idi.

Artıq evinə  çatmışdı.  Evinin qapısını açıb içəri girdi. Qaynanasının  sual və məzəmmət dolu baxışları ona dikilmişdi. Yekəpər  stolun arxasında oturub, səhər-səhər nə isə yeyirdi, tikələri ağzında marçıldada-marçıldada udurdu, birinci tikəni udmamış digərini ağzına dürtürdü. Heç geri də çevrilmədi.

-Gəldin? Niyə gəldin? Bilirdim gələcəksən. Gəlməyib neyləyəcəkdin ki?

Səslərin sayı: 8
61
5053
Şərhlər
Offline
Louis Vuitton
Sada,
"Adam Balası" --- nece de gözel seslenir greeting
Hardadı o bibi, niye yollamırsan bu problemli ailelere bes??? dash
7 sentyabr 2013 18:11
Offline
Yağmur damlası
Ovlada gore qara saclarini ag,gencliyini mehv etmeye deyermi?Gunduzleri omrune gece edib,isiqli otaqin senin ucun zindan olmagina deyermi?Cox cetindir heyat,insanlar,taleler...
Alisa sizin yaziniz daima sari sime toxunur,dusundurur insani.Gunel caresizdir,Gunel zeifdir,anasi ondan da gucsuzdur.Heyat cox acinacaqldiri,bezen gozuyasli olan analar gozlerini bir balasina dikirler ki,xosbextliyini gorub sevinim,lakin o da gedib anasinin talehini yasayanda bu yaziq ana,ne etsin?
7 sentyabr 2013 17:56
Offline
APENAS
Cox maraqli idi. Allah her kese komek olsun. Teshekkurler))
7 sentyabr 2013 17:22
Offline
Narin...
Cox maraqli ve agir hekaye idi davami olacaq?Cox kovreldim boyuk Allahim hec kime bele tale yazmasin,qismet elemesin Insallah
7 sentyabr 2013 16:49
imza: В детстве - спать, было наказанием, а теперь - МЕЧТА!
Offline
Deniz Ilhan
cox maraqli idi tewekkurler
7 sentyabr 2013 16:43
Offline
Seli
Allah hec bir qadina yasaya bilmeyeceyi tale yazmasin. Çox pis oldum.
7 sentyabr 2013 16:28
Offline
Gulya
ALLah komeyi olsun
7 sentyabr 2013 15:58
Offline
Gultekin Yusubova
Allah bele qadinlarin komeyi olsun.Heqiqeten bundan da pis taleyi o
taleyi olanlar var :(
7 sentyabr 2013 15:22
Offline
❤Ayten❤
coxx saqolun cox maRAQLIDIR
7 sentyabr 2013 15:13
Offline
AliŞah
COX MARAGLIDI.GUNELIN ANA BIZE LAYLAY DE,DEMESI MENI NECE AGLATDISA ALLAH BILIR.ALLAH HEC KIMI BASHSIZ QOYMASIN.TSK SIZE
7 sentyabr 2013 15:04
Offline
♥Sevgilimi çox sevirəm♥
cox maraqlidir cox saqolun
7 sentyabr 2013 15:02
Offline
sevgi
maraqli hekaye idi..amma kawki geriye qayitmayayaydi deyirik amma orda onu gunahsiz yavrusu gozleyir ...eeeh inanin lap kovreldim
7 sentyabr 2013 14:46
Offline
Zeriş
cox maraqli idi davamini gozleyirem
7 sentyabr 2013 14:43
Offline
Gulum
heyatdan goturulmuw bir hadisedir o qeder bele iwgencelere dozen qizlarimiz var ki ona gore de gerek yaxwinin hemiwe qedrini bilek. Tewekkurler Alisam
7 sentyabr 2013 14:37
Offline
❤Ayten❤
cox maraqli idi
7 sentyabr 2013 14:26
Offline
lala
Allah her kese komek olsun.amma ois insanla yashamaqdansa boshanmaq daha yaxshidir acindan olmeyeceksenki isleyib usaqlarinida saxliyacaqsan.
7 sentyabr 2013 14:24
Offline
♥♥♥ Elena♥♥♥
here bir seye gore dozur usagina gore
7 sentyabr 2013 14:06
imza: Sən gülərkən mən yaşamaq üçün bir gün daha əlavə edirəm təqvimə...
Offline
Sirli_dunyam
Konul Hesenova,
ayaq altina atirda sozdur alcagdanda alcag edir wassat
7 sentyabr 2013 14:05
Offline
Konul Hesenova
Allah komeyi olsun cox tesirlendim.Sen qadinsan sen her seye dozmelisen ne bilim o eve gelinlikle getmisen ag kefenle cixmalisan kimi fikirler bizim qadinlarimizin huquqlarini ayaqlar altina atir no
7 sentyabr 2013 13:57
Offline
Qəribə
Canım bacım,çox maraqla oxudum.ALLAH pis insanların ürəyinə rəhm salsın...
7 sentyabr 2013 13:50
imza: Не забывайте благодарить Бога, Он же не забывает будить вас каждое утро.

Iдеальных людей не бывает, цените тех,
кто смог полюбить ваши недостатки.
Adıniız:*
E-Mail:
ıifrə: *
Son şərhlər
  • Deputatdan hökumətə təkliflər: “Uşaq pulu” bərpa edilsin”

    Uşaq pulu bərpa olunsa mənnən xoşbəxti tapilmiyacaq
  • Evdə idman etməyin faydaları

    - Səhər oyananda evin içində ritmli yürüyüşə çıxın. Evinizin və ya mənzilinizin pilləkanlarını qalxıb düşün. Enib-çıxma, ip atlama və ya rəqs kimi fəaliyyətlərdən istifadə edə bilərsiniz. bu bir az qəlizdi
  • Bred Pitt və Ancelina Coli uşaqları ilə bağlı razılığa gəldilər

    Uşaqların psixalogiyasına görə normal məktəb vacibdi
  • Koronavirusdan sağalan 11 nəfər infeksiyanın müalicəsi üçün donor oldu

    Bu risk deyil ki?Mən qorxardim
  • Qıvırcıq saçlar üçün 3 tövsiyə

    Təbii buruqlara nə qədər çox toxunsanız, quruluq və qırılma o qədər artacaq. Ən əsası darama prossesini azaldın. Qidalandırıcı saç südlərindən faydalana bilərsiniz.
  • 13:05 - Müəllif: Feride
    Evdə idman etməyin faydaları (2)

    Evdə idman etməyin faydaları

    Evdə tənbəllik basır bizi nə idman yada düşür nə gəzmək
  • 11:11 - Müəllif: LegiondipPA
    Hüquqşunas məsləhəti (546)

    Hüquqşunas məsləhəti

    Долго мечтал свой сайт сделать, да руки не доходят сделать это, да и не умею как. Решил обратиться к тем кто занимается продвижение сайта Астрахань данную услугу предлагают многие , но вот как это многие делают не всем нравиться, судя по отзывам. Будучи в Казани проездом знакомый порекомендовал обратиться к профессионалам веб студия Легион. Они для организации создали, директор доволен. Пробовал найти о них в интернете информацию очень мало. Не рекламируются. Уже это интересно. Приехав домой решил с ними пообщаться на тему заказа сайта. Общение по емайл живое, но тяжёлое. Договориться удалось с помощью директора коллеги казанского. Не жалею что с ними связался. Сайт сделали не очень быстро, недели 3 делали (согласовывали и дизайн, и функционал, и наполнение) Цена даже очень приятная созданного сайта, меньше 30000 . Отсюда и отсутствие рекламы на которую тратят много денег. Клиентов хватает потому что я сказал ему, он ей, она ещё кому-то, сарафанное радио. Продвигают сайт честно , и информацию добавляют, и дизайн корректируют по необходимости. Число посетителей стабильно более 200, это даже больше о чём мечтал, у меня не магазин, лишь мой личный сайт. Поддержка вообще не вызывает желания по улучшению – отлично работают.
  • 03:04 - Müəllif: MichaeltaizeZA
    Hüquqşunas məsləhəti (546)

    Hüquqşunas məsləhəti

    Обнаружил видеопортал где реально увидеть онлайн видео игр. Предлагаю вам посетить рекомендуемый видеосервис.
  • 02:01 - Müəllif: AlonzoAwameEY
    Hüquqşunas məsləhəti (546)

    Hüquqşunas məsləhəti

    For all the students who are interested in learning about programming, R programming language is as good as English. It is a basic language that’s simple, easily accessible and is used in most of the programs. Most of the students do need R Programming online tutoring in the beginning of their course. Our site is the most trusted and reliable solution provider for online R Programming Assignment Help Visit us for queries
  • 01:55 - Müəllif: JosephacuptOW
    Hüquqşunas məsləhəti (546)

    Hüquqşunas məsləhəti

    Most of the student know good about the subjects but when comes to online exam, they don’t feel confidence and need help. In that situation, student can use this online exam help service from best exam and quiz helpers and experts to improve their grades. This will boost their morale and confidence for all future exams and tasks. We have our team of experts who are equipped with modern means to assist students in all their online exam and quiz related queries. Send your queries
Son yazılar
Hansı fəsili daha çox sevirsiniz?
Yaz
Yay
Payız
Qış